35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   2   3   4   5   6   7   8   9   10   ...   71

 
20 
yaxşıdır  və  yalnız  kompromissə  getməklə  və  getməməklə  istənilən  bill  (qanun 
layihəsi  –  tərcüməçi)  Senatda,  Nümayəndələr  Palatasında,  Prezident  və  millət 
tərəfindən uğurla bəyənilir. 
Lakin məsələ bizim necə və kiminlə kompromissə getməyimizdədir. Çünki 
lazım  olmayan  güzəştləri  almaq  asandır,  bu,  konfliktlərin  legitim  həlli  demək 
deyildir, ancaq “birlikdə getmək” metodları kimidir. 
Mənim  “birlikdə  getməni”  öz  üzərimə  götürməyimə  yönələn  xəbərdarlıqda 
uzağa  gedən  əlamətlər  də  vardır  –  seçilməyə  kömək  etdiyim  partiya  liderliyinin 
arxasınca  getmək  barədə  öhdəliyimi  icra  etməyə  görə  verilən  mükafatlara 
aidiyyətim  də  bura  daxildir.  Konqressdə  bizim  hamımız  partiya  birliyinin 
vacibliyini tam anlayırıq (onun adına görə, baxın hansı günahlara yol verilmişdir!) 
və  istənilən  üsyankar  davranış  sonrakı  seçkilərdə  bizim  partiyanın  şanslarına  əks 
effekt  göstərə  bilər.  Buna  baxmayaraq,  Vətəndaş  Xidmətinin  bu  günlərində 
himayəçiliyin  kökələri  və  balıqları  qanunverici  üçün  yararlı  olmaqla,  –  sadə 
məsləkdən  daha  çox  başqa  şeylər  tərəfindən  ilhamlanan  cəhdlər,  onların  ciddi 
kampaniya  iştirakçılarına  şərik  olmağa  görə  -  müqayisəli  qaydada  azdır;  və  kim 
partiya cərgəsini pozursa, qəflətən agah olacaqdır ki, burada, ümumiyyətlə, heç nə 
yoxdur.  Hətta  qanunvericilikdəki  uğur  da,  hansındakı  o,  partiyanın  proqramlarını 
dəstəkləməyə  köməklik  göstərmişdi,  ona  öz  partiya  liderlərinin  köməyini  əldə 
etməyə şərait yaradacaqdır. Nəticədə öz vicdanının müstəqil xətti ilə hərəkət edən 
Senatorun  özünə  agah  olacaqdır  ki,  o,  təkcə  Senatdakı  öz  kolleqalarının  və 
partiyasında  onunla  birləşənləri  deyil,  həmçinin  onun  kampaniya  fonduna  bütün 
mühüm pul məbləği verənlərin də nifrətini qazanmışdır. 
Bu  sonrakı  kampaniya  barədə  düşüncələrdir  –  senatorun  vicdanına  o  ikinci 
təzyiqi təmin edir. Avtomatik qaydada belə qəbul olunur ki, bu, bütünlüklə eqoist 
motivə malikdir – baxmayaraq ki, heç də qeyri-təbii deyildir ki, kim siyasəti özünə 
sənət  kimi  seçmişdirsə,  mütləq  öz  karyerasını  davam  etdirmək  yollarını 
axtaracaqdır  –  sadə  prinsipi  əbəs  yerə  müdafiə  etdiyinə  görə  Senatorlar  məğlub 
olmağa gedirlərsə, gələcəkdə  hansısa başqa bir prinsip üçün mübarizə aparmaqdan 
ötəri əlində heç nə olmayacaqdır. 


 
21 
Məğlubiyyət yalnız Senatorun özü üçün maneə olmayacaqdır – bu, həmçinin 
ona  dəstək  verən  partiyaya  da,  dostlarına  da,  müdafiəçilərinə  də  müəyyən  təsir 
göstərəcəkdir,  onlar  bu  adama  görə  “çətin  vəziyyətdə  qalmışdılar”  və  ya  öz 
əmanətlərini  onun  karyerasına  xərcləmişdilər  və  bu,  hətta  öz  arvadının  və 
uşaqlarının  xoşbəxtliyinə və təhlükəsizliyinə də təsirini göstərəcəkdir  – bəzən  isə 
ən  azı  qulluqdakı  uğurundan  müəyyən  dərəcədə  asılı  olur,  -  bütün  bunlar  ona 
olduqca ağır gələcəkdir. 
Daha  haradasa,  qeyri-totalitar  ölkədə  siyasi  sənət,  öz  karyerası  da  daxil 
olmaqla, bütün hər şeyi qurban verməyin fərdi qaydada gözlənməsidir, - bu millətə 
yaxşı  olmaq  üçündürmü?  Özəl  həyatda,  sənayedə  olduğu  kimi  biz  özümüzün 
maariflənmiş  şəxsi  marağımızın  –  qanunun  qoyduğu  məhdudiyyət  daxilində  - 
bütün  proqresslərdən  üstün  olmasına  nail  olmaq  qaydasında  irəli  getməsini 
gözləyirik.  Lakin  ictimai  həyatda  biz  gözləyirik  ki,  fərdlər  öz  özəl  mənafelərini 
millətə yaxşı olan proqressə imkan yaranması üçün qurban verəcəklər.  
Bütün  digər  məşğuliyyətlərdən  fərqli  olaraq  siyasət  gözləyir  ki,  adam 
şərəflərini, nüfuzunu və seçdiyi karyeranı sadə bir nəticə üçün qurban verəcəkdir. 
Vəkillər,  iş  adamları,  müəllimlər,  həkimlər,  hamı  özlərinin  vicdanlığa  cəlb 
olunmaq barədəki çətin şəxsi qərarlarla üzləşirlər  – lakin bəziləri, az sayda adam 
bununla projektor işığı altında üzləşirlər; necə ki, bu, ictimai vəzifədə baş verir. O, 
öz qərarı üçün çox vaxt gözləyə bilər  – inana bilər ki, necə deyərlər hər iki tərəf 
üçün  nəsə  vardır  –  o,  hiss  edə  bilər  ki,  azacıq  düzəliş  bütün  çətinlikləri  aradan 
qaldıra bilər – lakin nə vaxt ki, siyahı elan edilmişdir, o, gizlənə bilməz, ikimənalı 
ola bilməz, ləngiyə bilməz – və o, hiss edir ki, öz seçicisi Ponun (Edqar Allan Po 
XIX  əsrin  görkəmli  amerikan  yazıçısıdır  –  tərcüməçi)  “Qarğa”  poemasında  olan 
kimi  Senatın  palatasına  qonmuşdur,  siyasi  gələcəyini  karta  qoyan  səsini  verən 
kimi, “daha heç vaxt” deyə qarıldayır. 
Az  sayda  Senator  seçiminə  görə  “Poukətellouya  istirahətə”  (Poukətellou 
Aydaho  ştatında  Fort  Holl  Hindu  rezervasiyası  olan  Bennok  qraflığının  iri 
şəhəridir,  Aydaho  şəlaləsinin  arxasındadır.  Şəhər  Şoşoni  tayfa  başçısı 
Poukətelloudan  sonra  belə  adlanmışdır,  o,  isə  Rezervasiyadan  düz  xəttlə  keçən 


 
22 
dəmir  yolunun  çəkilməsinə  icazə  vermişdi.  Köhnə  Poukətellou  şəhəri  oraya  olan 
səfərlərə görə məhşurlaşmışdır- tərcüməçi) yollanır. Potomak qızdırmasının virusu 
Vaşinqtonun  hər  yerində  coşurdu,  Senat  zalında  olduğu  tək  heç  yerdə  belə  çox 
zəhərli  deyildi.  Məcburi  pensiyaya  getmək  perspektivi  “dünyadakı  ən  müstəsna 
klubda” baş verir, maraqlı iş vermək imkanları Konqress vəzifəsindən heyranedici 
mundiri  və  təəssürat  yaradan  perspektivləri,  hətta  mərd  siyasətçilərin  çoxunun 
yuxusunu  itirməsinə  səbəb  olur.  Beləliklə,  güman  ki,  bəzi  Senatorlar  bunu  hələ 
həyata  keçirməmişdən  asan  yolu,  az  dərəcədə  narahat  edən  cığırı  seçməyə  meyl 
edirlər ki, öz vicdanları arasındakı münaqişə ilk dəfə meydana çıxanda onu və ya 
onların 
düşüncələrinin 
nəticəsini 
öz 
seçicilərinin 
başlıca 
rəyi 
ilə 
harmoniyalaşdırsınlar və rasionallaşdırsınlar. 
Hələ də digər Senatorlar bu adəti inkişaf etdirmirlər, - onlar öz vicdanlarını 
nə şərtləndirmirlər, nə də yatırtmırlar – ancaq onlar səmimi şəkildə və həyasızlığa 
yol  vermədən  hiss  edirlər  ki,  səmərəli  fəaliyyət  göstərmək  üçün  vicdan 
düşüncələrini  kənara  qoymalıdırlar.  Siyasət  sənəti,  onlar  yazıçı  Frenk    Kent  ilə 
razılaşarlar ki, əxlaqsız deyil, sadəcə olaraq əxlaqlı da deyil. 
“Güman ki, siyasi ambitsiya üçün daha mühüm olan yeganə nailiyyət, nəyisə 
etmədən,  onun  barəsində  danışmağın  incə  sənəti  kimi  görünür...  Mühüm  şey, 
mövcud  işlərin  sağ  tərəfində  olmaq  deyildir,  öz  əqidənə  və  ya  faktlara  məhəl 
qoymadan xalq tərəfində olmaqdır. Bu iş səsvermə ilə alındığından ciddi praktiki 
işdir,  düzgün  və  ya  səhv  əxlaqın  işidir,  ona  müdaxilə  etməyə  icazə 
verilməyəcəkdir”. 
Və  Kent  1920-ci  il  kampaniyası  ərzində  Arizonadan  olan  keçmiş  Senator 
Aşurtsun öz kolleqası Mark Smitə guya verdiyi məsləhəti misal gətirir:  
“Mark,  səninlə  əlaqədar  böyük  narahatlıq  ondan  ibarətdir  ki,  sən  demaqoq 
olmaqdan  imtina  etdin.  Sən  seçilmək  üçün  öz  prinsiplərindən  əl  çəkməməlisən. 
Sən bilməlisən ki, bu elə bir vaxtdır ki, ictimai həyatdakı adam məcbur edilir 
ki, öz prinsiplərindən yuxarı qalxsın”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə