35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

 
138 
ki, dəfələrlə o qədər satılmışdır ki, bunlara görə kiməsə onların etimad bəsləməsi 
ciddi səbəbə malikdir, lakin bu da təbii idi ki, onlar Cənub adamı tərəfindən Şimala 
deyilən  istənilən  sözdən  və  ya  cəhd  xarakterli  hərəkətdən  şübhələnirlər.  Mən  bir 
daha  inanıram  ki,  onun  xeyrinə  iş  görmüşəm...  əvvəllər  gizli  mövcud  olan  hüsn-
rəğbətimi  indi  oyatmışam.  Əgər  o,  məni  məhkum  edirsə,  mən  onun  narazılığına 
biganə  qalmayacağam...  Mən  nifrət  edilən  olmayacağam.  O  fikirdən  xoş  hal 
olacağam ki, onun üçün xeyirxah iş görmüşəm. İctimai şəxs üçün elə bir vaxtdır ki, 
o,  Cənuba  xidmət  etməyə  səy  göstərsin  və  özünün  qıcıqlanma  hissinə  kölə 
olmasın...  Mən  onunkundan  başqa  heç  bir  marağa  xidmət  etməyəcəyəm  və  onun 
xalqı məni bəyənməsə, dinməz qaydada özəl həyata çəkiləcəyəm”. 
Ancaq belə hücumlar azlıqda idi. Ümumi qaydada Şimal və Cənub etiraf etdi 
ki, çıxış bədbəxtliyə səbəb ola biləcəyi halda, əslində gözə çarpan zəfər idi. Bu da 
yaxşı  məlum  idi  ki,  tarixin  qəribə  qüvvələri  və  şəxsi  tale  tərəfindən  hərəkətə 
gətirilən insan və təsadüf həmin gün Vaşinqtonda qarşılaşmışdı.  
Bu adam kim idi? 
Lutsius  Kvintus  Tsintsinnatus  Lamar  1874-cü  ildə  “ictimai  adam”  idi.  Nə 
xırda  işlər,  nə  siyasi  əhəmiyyət  daşımaması,  nə  də  hətta  özəl  işlər  ona  öz 
intellektini  yadırğamağa  imkan  vermirdi.  Nə  də  tərəfdarlıq,  şəxsi  və  sektsional 
gözləmələr onun milli marağa və həqiqətə özünü həsr etməsini üstələyə bilməzdi. 
O,  yalnız  dövlət  xadimi  deyildi,  həm  də  alim  və  öz  dövrünün  az  sayda  orijinal 
mütəfəkkirlərindən biri idi. Henri Adams hesab edirdi ki, o, “Birləşmiş Ştatlarda ən 
sakit,  daha  ağıllı,  daha  mülayim  və  sosial  lətafətdə  tam  qeyri-adi  adam  idi.  Hər 
şeydən  əvvəl  o,  takta  və  yumora  malik  idi”.  Məşhur  Vaşinqton  reportyoru  Henri 
Uotterson  onu  “adamlardan  ən  maraqlısı  və  sevilməyə  layiq  olanı”  adlandırırdı... 
Mən hətta düşünürəm ki, qarşılaşdığım bütün adamlardan ən böyük beyinlisi idi”. 
Və Senator Hoar bir dəfə qeyd etmişdi: 
“Mərhum  Metyu  Arnold  belə  deməyi  sevirdi  ki,  “Amerikan  ictimai 
adamlarında onun “ləyaqət” adlandırdığı şey yoxdur. Heç kəs bunu mister Lamar 
haqqında  deyə  bilməzdi.  O,  istənilən  yerdə  özünün  xarakteri  və  keyfiyyəti  ilə 
şübhəli şəxsiyyət ola bilərdi. O, çox maraqlı, çox gözəl və çox nəcib şəxsiyyət idi”. 


 
139 
Yaxşı tanınan Vaşinqton müxbiri Uilyam Preston Conson yazırdı: “Lamarlar 
başlanğıcda huqenot (Fransada XVI əsrdə kilsənin qüsurlarına etiraz əlaməti olaraq 
katoliklərdən  ayrılmış  protestantlar  belə  adlanırdı  –  tərcüməçi)  idilər.  Dühanın 
faciəli  cehizi  bu  ailəyə  məxsus  idi.  Bütün  bunlar  onun  öz  toxumalarından, 
ilhamlandırmağından,  zəfərindən  və  bədbəxtliyə  bəzi  şərik  çıxmasından  irəli 
gəlmişdi. İldırım çaxması onun atasının vətənində təəssürat yaradan bir hadisə idi; 
çünki,  San  Xasintoda  meksikalıların  döyüş  xəttini  yaran  və  özünü  Texas 
Respublikasının ikinci Prezidenti edən Mirabo Bonopart da daxil olmaqla, Lutsius 
Lamarın əmiləri Cefferson Cekson, Tomas Randolf və Lavuazye Leqran bura daxil 
idi,  onlar  xaç  suyuna  çəkiləndən  maraqlarını  tarixdən  siyasətə  və  siyasətdən 
kimyaya  dəyişdirməklə  tanınmışdılar.  Lakin  dühanın  bu  məhvedici  toxuması  və 
melanxoliya onun atasını hədəf götürmüşdü. O, otuz yeddi yaşında oğlundan əvvəl 
Borciya vəkilliyində görkəmli karyeraya malik olmuşdu, bəzən güclü depressiyaya 
məruz  qalmışdı,  arvadını  və  uşaqlarını  öpərək  onlarla  vidalaşmışdı,  bağında 
gəzərkən özünü güllə ilə vurub həyatdan getmişdi. 
Buna  bənzər  əhval-ruhiyyənin  və  depressiyanın  qara  sapı  Lamarın  bütün 
həyatından  ötüb  keçmişdi.  Heç  vaxt  onun  özünü  məğlub  edə  bilməməsinə 
baxmayaraq,  müasirləri  onun  özünə  qapılmasını,  hissiyyatlı,  bəzi  hallarda  qaş-
qabaqlı  olmasını  müşahidə  etmişdilər,  lakin  onun  gəncliyi  bütövlükdə 
xoşbəxtlikdə,  zonanın  plantasiyasında  keçmişdi,  burada  Coel  Harris  onun  əmisi 
Remus  və  Br`er  Dovşanları  əhvalatını  toplamışdı,  Lamarın  özü  bu  əhvalatların 
olduğu  Cənubun  kənd  yerlərində  sonralar  məşhurlaşmışdı.  Henri  Adamsın 
Konfederasiyanın  necə  səmərəli  təmsilçisi  olduğu  barədə  Lamar  danışanda  qeyd 
etdiyi  kimi,  Londonda  deyəcəkdi:  “London  cəmiyyəti  ona  sevinəcəkdir,  onun 
əhvalatları uğur qazanacaqdır; onun davranışı onu sevməyi tələb edəcəkdir; onun 
natiqliyi hər bir auditoriyada yayılacaqdır”. 
Lamar  başlanğıcdan  anasının  birbaşa  təsiri  altında  öyrənməyə  diqqətəlayiq 
bir  münasibət  göstərmişdi.  Çox  illər  sonra  o,  demişdi:  “Kitablar!  Mən  kitablarla 
əhatə olunmuşdum. İlk kitab anamın mənə verdiyi Franklinin (Bencamin Franklin 
görkəmli  mütəfəkkir,  Birləşmiş  Ştatların  bani-atalarından  biri  idi  –  tərcüməçi) 


 
140 
“Tərcümeyi-halı” idi. İkinci kitab Rollinin “Tarix”i idi, həmin “Tarix” haqqında 
doqquz  yaşlı  Con  Kvinsi  Adams  çox-çox  illər  əvvəl  fikir  yürütmüşdü.  Lamar 
diplomatiyanı və qanunu yaxşı oxumuşdu, lakin o, həmçinin yüngül ədəbiyyatı da 
ehtirasla  sevirdi.  Bəzi  müxbirlər  bir  neçə  il  sonra  açıb  göstərdilər  ki,  Lamarın 
kolleksiya  toplamasına  kömək  etdikləri  bir  neçə  kitab,  o,  Kabinetin  iclasında 
iştirak etmək üçün Ağ Evə girəndə təsadüfən onun kiçik çemodanından düşmüşdü, 
onların hamısı ucuz romanlar idi. 
Lamarın  girdiyi  Emori  kolleci  ştatların  hüquqlarının  istixanası  idi.  Onun 
prezidenti məşhur Lonqstrit ailəsinin üzvü, Kalhounun alovlu ardıcılı idi və onun 
Lamara daim güclü təsiri olmuşdu, Lamar onun qızına evlənəndə bu təsir daha da 
böyümüşdü.  Lonqstrit  Missisipinin  Oksford  şəhərində  Ştat  Universitetinin 
prezidentliyini  götürmək  üçün  Corciyanı  tərk  edəndə,  Lamar  vəkil  işi  ilə  məşğul 
olmaq  və  mühazirə  oxumaq  üçün  onu  müşayiət  etdi  və  məhz  bu  universitetdə 
Lamar özünün ictimai karyerasına başlamaq üçün imkan qazandı. 
5 mart 1850-ci ildə Missisipi ştatının Qanunvericiliyinin qəbul etdiyi bir sıra 
qətnamələr Missisipi təmsilçilərinə təminat verirdi ki, Kaliforniyanın Birliyə qəbul 
edilməsi  əleyhinə  səs  versinlər.  Senator  Fut  diqqətəlayiq  igidlik  göstərməklə  bu 
təminatlara  məhəl  qoymayanda,  Lamara  məlum  oldu  ki,  Fut  Missisipiyə 
Qubernator  seçilmək  üçün  qayıdan  vaxt  Demokratların  Ştatların  Hüquqları 
Komitəsi Senatoru müzakirəyə qoyacaqdır. Lamarın bu vaxt vur-tut iyirmi altı yaşı 
var  idi,  ştatda  və  həmin  günün  siyasi  həyatında  yeni  adam  idi  və  ona  həmin 
dövrlərin ən  ağıllı  və  aqressiv  siyasətçilərindən  birinə  qarşı debatda  çıxış  etməyə 
hazırlaşmaq  üçün  yalnız  bir  neçə  saat  vaxt  verdilər.  Lakin  onun  hazırlanmamış, 
qəflətən edilən çıxışında o, Senator Futu Missisipi Qanunvericiliyinin təlimatlarına 
məhəl qoymadığına görə qamçıladı (iyirmi səkkiz il sonra özünün başına belə bir iş 
gələcəkdi),  həmin  çıxış  diqqətəlayiq  müvəffəqiyyət  idi  və  debatın  sonunda 
universitetin tələbələri onu “öz çiyinlərində oradan çıxardılar”. 
Onun  Konqressə  seçilməsi,  Kalhounun  və  Cefferson  Deyvisin  arxasınca 
getdikləri doktrinalara möhkəm kömək idi. Konqressdə Aleksandr Stivens, Robert 
Tumbs və digər Cənub yunionistləri (Birlik tərəfdarları – tərcüməçi) əbəs qaydada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə