35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

 
126 
olanda, Prezidentə bir neçə qanun layihəsi aparmışdı; Ceyms Q.Bleyn qeyd edirdi 
ki, “əclaf oraya öz pulunu almağa gedir” (xeyli sonra Bleyn bunu da qəbul etmişdi 
ki,  “dövrün  hirs  və  dərindən  peşiman  olunması  hesabına  şişirdilmiş  məhkum 
olmada ləkəsiz şəxsiyyəti olan dövlət xadiminə böyük ədalətsizlik göstərilmişdi”). 
Yenidən gur şayiələr yayıldı ki, Ross impiçmentin qalan maddələrinin lehinə 
səs vermişdir. Senat yenə də iclasına yığışanda yeddi “reneqat” Respublikaçılardan 
yalnız biri çoxluqla birlikdə əvvəlki protsedur məsələləri barədə səs verməli oldu, 
lakin  impiçmentin  ikinci  və  üçüncü  maddələri  oxunduqda  və  Rossun  adı  yenidən 
çəkildikdə,  on  gün  əvvəlki  narahatlıq  gərginliyi  ilə  yenə  də  sakit  qaydada  cavab 
verdi: “Təqsirkar deyildir”. 
Consona görə ona nifrət davam edəndə niyə görən Ross “təqsirkar deyildir” 
deyə  səs  verdi?  “Scribner`s”  və  “Forum”  jurnallarındakı  sonrakı  məqalələrdə  öz 
yazılarından onun motivləri aydın görünür: 
“Böyük  düşüncədə,  hökuməti  koordinasiya  edən  qolu  kimi  icra  vəzifəsinin 
müstəqilliyi  mühakiməyə  məruz  qalmışdı.  Əgər...  Prezident  vəzifədən 
düşürülsəydi... kifayət qədər sübutlar olmadan və ona çalışanların gözləmələri ilə 
biabır  olunan  adama  və  izqoya  çevriləcəkdi,  Prezident  vəzifəsi  hörmətdən 
düşəcəkdi,  hökumətin  qollarını  əlaqələndirilməsini  dayandıracaqdı  və  hətta  sonra 
qanunvericiliyin  iradəsinə  tabe  olacaqdı.  Praktiki  olaraq,  bu,  bizim  əla 
orqanizmimizi  tərəfkeş  Konqress  avtokratiyasına  çevirəcəkdi.  Hökumət  heç  vaxt 
belə  məkrli  təhlükə  ilə  üzləşməmişdi.  Amerikan  siyasətinin  ən  pis  elementi 
tərəfindən  nəzarət  edilmə  təhlükəsi  ilə...  Əgər  Endryü  Conson  ona  tərəfdar 
olmayanın  səsi  ilə  bəraət  aldısa...  Amerika  tərəfdarların  idarəçiliyinin  təhlükəli 
nöqtəsindən keçəcəkdi və həmin dözümlüksüz, bəzən böyük çoxluğun belə o tərəf 
bu tərəfə yellənməsi ilə xarakterizə olunur və onları təhlükəli edir”. 
Edmund Rossun əvvəldən gördüyü “açıq qəbir” o qədər də şişirdilməmişdi. 
Kanzas  Ali  Məhkəməsinin  hakimi  ona  teleqraf  göndərmişdi  ki,  “İuda  İskariotun 
(İisus  Xristosun  apostollarından  biri  olmaqla,  onu  satmış  və  bu,  İisusun  edam 
edilməsi ilə nəticələnmişdi – tərcüməçi) özünü asdığı kəndir itirilmişdir, lakin Cim 
Leynin tapançası sənin xidmətindədir”. Kanzas qəzeti qışqırırdı: 


 
127 
“Şənbə  günü  axırıncı  Edmund  Q.Ross,  Birləşmiş  Ştatların  Kanzasdan  olan 
Senatoru  özünü  satmış  və  öz  seçicilərinə  xəyanət  etmişdir  –  özünün  məlumatına 
görə  büdrəmiş,  dostlarını  əsaslı  qaydada  aldatmış,  öz  təntənəli  andını  biabırçı 
qaydada pozmuş və malik olduğu azacıq qabiliyyətə mümkün olan bir şeyi əlavə 
etmişdir,  bu  da  öz  ölkəsinin  azadlığına  ölüm  hökmü  imzalamaqdır.  Bu  hərəkət 
düşünülmüş  şəkildə  edilmişdir,  çünki  Benedikt  Arnold  (o,  Corc  Vaşinqtonun 
silahdaşı  olan  general  idi.  Saraqota  döyüşündə  böyük  qələbə  çalmışdı,  lakin 
sonralar  ingilislərə  satılmış,  ifşa  edildikdən  sonra  düşmən  tərəfə  qaçmışdı  – 
tərcüməçi)  kimi  pulu  öz  prinsiplərindən,  dostlarından,  şərəfdən  və  ölkəsindən, 
onların  bir  yerdə  hamısından  artıq  sevmişdi.  Fağır,  yazıq  gələn,  titrəyən  əclaf  o 
qədər  kiçik  könülə  malik  idi  ki,  balaca  pul  da,  hər  şeydən,  ləyaqət  və  ya 
yaxşılaşdırılmış kişilikdən onun üçün ağır gələcəkdir”. 
Rossun siyasi karyerasına son qoyuldu. Nyu-Yorkun “Tribune” qəzeti üçün 
o,  “səfil  qorxaqdan  və  satqından”  başqa  bir  şey  deyildi.  Filadelfiyanın  “Press” 
qəzeti  deyirdi  ki,  Rossda  “kiçiklik,  sadəcə  onun  qanuni  mövqeyinin  bəhrəsindən 
doğulmuşdu”,  o,  və  onun  tabe  olmayan  Respublikaçı  yoldaşları  “şöhrət 
uçurumundan  biabırçılığın  və  ölümün  birləşən  dərinliklərinə  gömülmüşlər”. 
Filadelfiyanın “İnquirer” qəzeti qeyd edirdi ki, “onlar mühakimə olundular, ittiham 
olundular  və  özlərinə  hökm  çıxardılar”,  onlar  üçün  heç  bir  “bağışlanma,  heç  bir 
rəhmdillik” olmayacaqdır. 
Stenton  öz  vəzifəsini  buraxdıqda  və  Conson  öz  müddətinin  qalan  hissəsini 
davam  etdirdikdə,  Vaşinqtona  nisbətən  dinclik  qayıtdı,  sonralar  –  onun 
Respublikaçı  müdafiəçilərindən  fərqli  olaraq  –  o,  zəfər  çalan  şəkildə  Senata 
Tennessidən  olan  Senator  kimi  qayıtdı.  Lakin  Ross  öz  səsverməsini  izah  etməyə 
uğursuz  qaydada  cəhd  edəndə  və  həm  də  Ben  Batlerin  təhqiqat  komitəsinin 
saxtakarlığını məhkum edəndə, heç kəs ona diqqət vermədi, ancaq bunu dedilər ki, 
generalın “yaxşı tanış olan instinktlərinin və meyllərinin birləşməsinin nazikliyi və 
natəmizliyi”  ona  “vəhşi  heyvan”  ləqəbi  verməklə,  “ictimai  qaydada  bu  kobud 
məxluqu təhqir etməyə” aparıb çıxardı. O, müddəti qurtarana qədər bədbəxtlikdən 
Senatdakı öz yerindən yapışdı, dəfələrlə “xain Rossu” xatırlayırdı və şikayətlənirdi 


 
128 
ki,  onun  Konqressmen  yoldaşları  və  küçədəki  vətəndaşlar  onunla  “nüfuza  layiq 
olmayan və davakar” kimi davranırlar və ona elə münasibət bəsləyirlər ki, elə bil 
ki, “cüzam xəstəsidir, dəyişilmiş üzə, nifrətin və zəhlə qaçmanın hər bir nişanəsinə 
malikdir”. 
Nə  Ross,  nə  də  Consona  bəraət  verilməsinə  səs  verən  hansısa  digər  bir 
Respublikaçı  Senata  təkrar  seçilmədi,  onlardan  heç  biri  özlərinin  partiya 
təşkilatının  dəstəyini  qoruyub  saxlaya  bilmədi.  O,  1871-ci  ildə  Kanzasa  dönəndə 
özü  və  ailəsi  sosial  ostrakizmdən,  fiziki  hücumlardan  və  az  qala  yoxsulluqdan 
əziyyət çəkirdi. 
Edmund Q.Ross kim idi? Praktiki olaraq heç kim. Nə bir ictimai qanun onun 
adını daşımır, nə bir tarixi kitab onun portretini öz səhifəisinə salmır, nə Senatın bir 
“böyüklər”  siyahısında  onun  xidməti  xatırlanmır.  Onun  bir  qəhrəmanlıq  işi 
bütünlüklə unuduldu. Lakin Edmund Q.Ross kim ola bilərdi? Bu Rossun özü üçün 
sualdır,  sözlərə  əla  ağalıq  edən,  siyasət  üçün  əla  mühitə  malik  və  Senatda  əla 
gələcəyi  olan  bir  adam  ola  bilərdi,  Senatdakı  uzun  karyerası  ərzində  nüfuzda  və 
qüdrətdə  öz  kolleqalarından  uzağa  gedə  bilərdi.  Əvəzində  o,  bütün  bunların 
hamısını vicdanın bir hərəkəti ilə kənara atdı. 
Lakin bəşər hadisələrinin fırlanan xəttinə daşıdığı inamını, o, mühakimədən 
qısa  müddət  sonra  arvadına  yazdığı  məktubunda  ifadə  edir:  “Bu  gün  məni 
lənətləyən milyonlarla adam sabah ölkəni ən böyük təhlükədən xilas etdiyimə görə 
məni  alqışlayacaqdır,  nə  vaxtsa  bu  ötüb  keçəcək,  baxmayaraq  ki,  heç  kəs,  yalnız 
Allah  bunu  nə  vaxtsa  biləcəkdir  ki,  mübarizə  mənim  bədbəxtliyim  hesabına  başa 
gəldi.  İyirmi  iki  il  sonra  Konqress  Vəzifə-Müddəti  Aktını  ləğv  etdi,  ona  görə 
Consondan  sonra  hər  bir  Prezident  partiya  mənsubiyyətinə  məhəl  qoymadan  ona 
etiraz  edirdi;  və  bir  qədər  sonra  Ali  Məhkəmə  “bizim  hökumətimizdə  müstəsna 
epizodları”  əsas  götürərək,  onu  qeyri-konstitusional  saydı.  Ross  Nyu-Meksikoya 
köçdü, orada sonrakı illərdə Ərazi Qubernatoru seçilməli idi. Öz ölümündən bir az 
əvvəl o, Vətəndaş Müharibəsindəki xidmətlərinə görə Konqressin xüsusi pensiyası 
ilə  mükafatlandırıldı,  mətbuat  və  ölkə  sınaq  anında  prinsipə  sədaqətinə  və  öz 
hökumətini  terrorun  viran  qoyan  idarəçiliyindən  xilas  etməkdəki  igidliyinə  görə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə