35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

 
132 
onu  aşağı  vəzifəyə  qaytardı,  interqasiyanı  dəstəklədiyi  Senatdan  isə  o,  kənara 
atılmalı oldu.  
Qərbi Virciniyadan olan Piter Van Uinkl axırıncı şübhəli Respublikaçı kimi 
16  mayda  adı  çəkiləndə,  Ross  kimi  “heç  kəs”  olmaqla  yanaşı,  onun  möhkəm 
şəkildə  dediyi  “təqsirkar  deyildir”  kəlməsi  Edmund  Rossun  artıq  bütünlüklə 
dağıtdığı  ümidin  son,  zəif  sayrışan  işığını  da  söndürdü.  Birləşmiş  Ştatların  Qərbi 
Virciniyadan olan ilk Senatoru, Stentonun vəzifədən çıxarılmasını tənqid edən Van 
Uinklə  bel  bağlayırdılar  və  igidliyinə  görə  ona  Uillinqin  “İntelligencer”  qəzeti 
“Qərbi Virciniya satqını” yarlığını vurdu. O, bütün dünyaya elan etdi ki, ştatda bir 
loyal vətəndaş yoxdur ki, onun səs verməsini təhrif edilmiş şəkildə qəbul etməsin. 
O,  həmçinin  əmin  etmişdi  ki,  Senat  müddəti  başa  çatdıqdan  sonra  siyasətdən 
həmişəlik geri çəkiləcəkdir. 
İllinoysdan olan veteran Limen Trumbull Senata seçilmək üçün vaxtilə Eyb 
Linkolna ( Abe-Abraham Linkolnun qısaldılmış  adı – tərcüməçi) qalib gəlmişdi və 
Consonun  veto  qoyduğu  Qanunvericiliyin  yenidən  qurulmasının  əksəriyyətinin 
layihələrini  vermişdi  və  Stentonun  vəzifədən  uzaqlaşdırılmasına  görə  Consonun 
məhkum edilməsinə səs vermişdi. 
Lakin  Filadelfiya  “Press”-inin  gözündə  onun  “dövlət  xadimliyi  eqoizm 
içində dreyf edirdi”, çünki o, nəhəng təzyiqə müqavimət göstərib ittiham əleyhinə 
səs vermişdi. Çikaqoda Respublikaçıların qurultayı qərara aldı ki, “Respublikaçılar 
Birliyinin səsləri əsasında seçilmiş hər bir Senator, kim ki, bu vaxt geri çəkilmiş və 
xəyanət etmişdirsə, alçaqdır və biabır ediləcəkdir, bu sərbəst hökumətə dözüldükcə 
təhqir  ediləcək  və  ona  nifrət  ediləcəkdir”.  Və  İllinoys  Respublikaçılarının  lideri 
möhtərəm Trumbullu xəbərdar etdi ki, “özünü Çikaqonun küçələrində göstərməsin; 
çünki mən qorxuram ki, onu ən rahat olan işıq dirəyindən asacaqlar”. 
Lakin ictimai xidmətdəki parlaq karyerasını və onu məhkum edən partiyaya 
özünü həsr etməsini başa vuran Limen Trumbulldan imtina edildikdə, həmin xəbəri 
belə dözümlü xarakterli sözlərlə qarşıladı: 
“Məsələ,  Endryü  Consonun  hökmən  Prezident  vəzifəsini  tutmalı  şəxs  kimi 
olmasına  və  ya  orada  qalmasına  aid  deyildi...  Bir  dəfə  qoyulan  qayda  kimi 


 
133 
Prezidentin impiçment nümunəsi, bunun üçün Nümayəndələr Palatasının həyəcanı 
yatırılanda, kifayət olmayan səbəb kimi qiymətləndiriləcəkdi, Prezidentin gələcəyi 
isə Nümayəndələr Palatasının çoxluğu və Senatın üçdə iki səsi ilə baş verən fərqli 
tədbirə məruz qaldıqda, onlar isə bunu mühüm hal hesab edirlər, heç də təhlükəsiz 
olmayacaqdır. Konstitusiyanın belə ehtiyatla icad edilmiş və onun daimiliyi üçün 
belə həyati əhəmiyyət daşıyan yoxlamaq və tarazlaşdırmaq prinsipi necə olacaqdı? 
Onların  hamısı  qurtarıb  getmişdir...  Mən  belə  nəticəni  almaq  üçün  alət  olmaq 
istəmirəm,  hətta  dostluq  və  vurğunluq  bağları  ilə  risq,  indiyədək  səssiz  dövrlər 
mənim motivimə görə mühakimə edəcək, əyilmədən vəzifədən  getməkdən başqa 
mənə bir alternativ saxlamayacaqdır”. 
Tennessidən  olan  Cozef  Smit  Fouler  də  Ross,  Henderson  və  təzə  Senator 
Van Uinkl kimi ilk dəfə Prezidentin impiçmentə layiq olduğunu düşünürdü. Lakin 
keçmiş Neşvill professoru Nümayəndələr Palatasının Consona qarşı “saxtakarlığa 
əsaslanan”  sübutlar  vasitəsi  ilə  və  Ben  Batlerin  “korrupsiyası  və  biabırçılığı” 
vasitəsilə  impiçment  qətnaməsinə  sövq  ediləndə,  Nümayəndələr  Palatasının  dəli 
ehtirasından  dəhşətə  gəldi.  Ben  Batleri  isə  o,  “Birləşmiş  Ştatlar  Senatını  siyasi 
gilyotinaya  (Böyük  Fransa  İnqilabının  edam  üçün  geniş  istifadə  etdiyi,  Geotenin 
icad  etdiyi  məşhur  ölüm  aləti  –  tərcüməçi)  çevirməyə  çalışan  pis  adam”  hesab 
edirdi.  O,  “ayrılma  dövrü  vasitəsilə  üzə  çıxmış  siyasətçilərin  tərəfində”  özünün 
burnundan  tutulub  aparılmasını  rədd  etdi.  Məqsədi  isə  “ötüb  keçən  inqilabın 
kösövlərini  közərmiş  şəkildə  saxlamaq  idi”.  Öz  Radi8kal  Respublikaçı  yoldaşları 
tərəfindən  hədələnən,  təhqiq  edilən  və  biabır  edilən  əsəbi  Fouler  16  maydakı 
cavabında  o  qədər  büdrədi  ki,  bu  ilk  dəfə  səhvən  “təqsirkardır”  sözü  kimi  qəbul 
olundu.  Senatı  zəfər  dalğası  bürüdü  –  Conson  ittiham  edilmişdir,  Rossun  səsinə 
ehtiyac olmayacaqdır, lakin sonra təmiz və aydın şəkildə “təqsirkar deyil” cavabı 
gəldi. 
Onun  yenidən  seçilməsi  mümkün  deyildi,  Fouler  iki  il  sonra  öz  müddəti 
qurtaranda  sakitcə  Senatdan  istirahətə  getdi,  lakin  bu  hərəkət  onun  öz  səs 
verməsinin müdafiəsi üçün sadə bir bəyanat verilmədən ötüşmədi: “Mən öz ölkəm 
və gələcək nəsillər üçün Allahın iradəsinə tabe olmaqla hərəkət etdim”. 


 
134 
Ayovadan  olan  Ceyms  U.Qrimes  Senatda  Consonun  ən  acı  və  nüfuzlu 
düşməni  olmaqla,  inandırılmışdı  ki,  mühakimənin  niyyəti  yalnız  “buradan  yer 
üzərindəki  ən  ləyaqətsiz  və  məsuliyyətsiz  məxluqlar  tərəfindən  göndərilən 
yalanlar”  vasitəsilə  ictimai  ehtirasları  qızışdırmaqdır.  (Bu,  güman  ki,  Vaşinqton 
müxbirlərinin son səksən yeddi ildə yaxşılaşdırılmış keyfiyyətinin şəhadəti idi). 
Bədbəxtlikdən  təhqir  və  hədələr  mühakimə  vaxtı  onun  üstünə  yazılmaqla, 
səs  vermədən  iki  gün  əvvəl  onu  iflic  zərbəsinə  hədəf  etdi  və  o,  öz  çarpayısına 
bağlandı. Hansısa təxirə salınmadan imtina edən Radikal Respublikaçılar sevinərək 
əmin  oldular  ki,  Qrimes  o  qədər  xəstədir  ki,  mayın  16-da  faktiki  olaraq 
gəlməyəcəkdir  və  ya  belə  səbəb  gətirəcəkdir,  çünki  xəstəlik  onun  gəlib  səs 
verməsinin  qarşısını  alır  və  bu,  onun  karyerasının  sonu  olacaqdır.  Qalereyalarda 
camaat oxuyurdu: “Qoca Qrimes ölmüşdür, biz onu bir daha görməyəcəyik”. Nyu-
Yorkun “Tribune” qəzetində Horatsi Qriili yazırdı: “Bu belə görünür ki, əgər heç 
bir  nəsil  tarixin  xəbərdarlıqları  arasında  yaşamalı  olan  bir  nəfəri  verməsə,  ötüb 
keçə  bilməyəcəkdir.  Biz  Benedikt  Arnolda,  Aaron  Barra,  Cefferson  Deyvisə 
(Cənub Ştatları Konfederatının prezidenti  – tərcüməçi) və indi Ceyms U.Qrimesə 
malikik”. 
Lakin  Ceyms  U.Qrimes  mənəvi  igidliyə  olan  kimi,  həm  də  böyük  fiziki 
igidliyə malik idi və mayın 16-da başlanan səsvermədən  azacıq əvvəl  dörd adam 
Ayovadan  olan  sifəti  ağarmış  və  solmuş  Senatoru  zaldakı  öz  yerinə  gətirdi.  O, 
sonralar Fessendenə yazıb, onun əlini sıxırdı və ona “şərəfli təbəssüm göndərirdi”. 
“Mən bu gün həmin ad çağırmanı həyatın ən yüksək fərqli hesab etdiyim an olduğu 
barədə fikrimi dəyişə bilmərəm”. Baş hakim belə gümana görə, səs verəndə onun 
yerində  oturuqlu  qalması  yol  verilən  olacaqdır  dedikdə,  dostlarının  köməyi  ilə 
Senator Qrimes güclə ayaqları üstünə qalxdı və təəccüblü qaydada möhkəm səslə 
dedi: “Təqsirkar deyil”. 
Portreti  yandırılan,  mətbuat  tərəfindən  dəli  və  gücsüz  adam  kimi  ittiham 
edilən,  öz  ştatı  və  dostları  tərəfindən  biabır  edilən  Qrimes  heç  vaxt  sağalmadı  – 
lakin ölümündən əvvəl dostlarına elan etdi ki,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə