110
Şimalla Cənub arasında çox baha başa gələn hərbi mübarizə siyasi
cəbhədə sülhü və birliyi bərpa edə bilmədi. Appomattoks (Konfederatın 1965-ci
ilin aprelində tam təslim olduğunu elan etdiyi şəhər – tərcüməçi) qardaşın qardaşa
güllə atmasına son qoydu; lakin bu siyasi müdaxilələrə, iqtisadi soyğunçuluğa,
bölmələr arasındakı nifrətə və bölünmüş torpağın işgəncəsinə hələ də son qoymadı.
Meyson-Dikson xəttinin hər iki tərəfində acı düşmənçilik, Deniel Uebsteri, Tomas
Hart Bentonu sıradan çıxarmaqla, müharibədən sonrakı ildə də on illik ərzində
azalmayan qaydada davam edirdi. Şimalda millətin yaralarını sarımağa və Cənuba
rəhmli və düzgün qaydada münasibət göstərməyə çalışanlar – Prezident Endryü
Conson və impiçmentdə onu müdafiə etməyə qalxan Senatorlar, özlərinin guya
vətənpərvərliyə malik olmamaları ucbatından “qanlı köynəyi” başlarının üstündə
yelləndirənlər tərəfindən biabırçılıq dirəyinə məhkum edilirdilər. Cənubda öz
regionlarının fanatik sekstsionalizminin unudulduğunu millətə nümayiş etdirmək
istəyənlər – Missisipidən olan Lutsius Kvintus Tsintsinnatus Lamar kimi adamlar –
öz seçiciləri tərəfindən qalib düşmənin yanına qaçanlar kimi hücuma məruz
qalırdılar. Konfederat generalı Bob Tumbsdan soruşulanda ki, niyə Konqressə
özünün bağışlanması barədə xahişlə müraciət etmədi, Tumbs tam əzəmətlə cavab
vermişdi: “Nəyə görə bağışlanmaq? Mən hələ Şimalı bağışlamamışam”.
Lakin tədricən emansipasiya (azad olma – tərcüməçi) və yenidən qurulma
üstündə başlanan köhnə konfliktlər solurdu və yeni açılan Qərbin və alçaldılan
Cənubun tədqiq edilməsi Senat qarşısına yeni məsələlər və yeni sifətlər gətirirdi. O
artıq bizim böyük Konstitusiya hüquqşünasları forumu deyildi, Amerikan ictimai
həyatında Konstitusiya məsələləri artıq aparıcı mövqe tutmurdu. Asan qazanılan
pul, qəflətən taleyin gətirməsi, artan qüdrətli siyasi maşınlar və hay-küylü
korrupsiya millətin əksəriyyətini dəyişdirmişdi; və Senat dəbli görünən demokratik
qanunverici orqan kimi nizamlı qaydada milləti təmsil edirdi. Korporasiya vəkilləri
və siyasi bosslar, konstitusional natiq olmayanlar bu haray çəkən eranın sözçüləri
idilər; baxmayaraq ki, millətin çox böyük sayda istedadlı adamları dünyada yüksək
maliyyə və sənaye üçün daha hazırlıqlı, yararlı olmaqla, səfeh və nəzərə
çarpmayan kimi görünən hökumət işçilərinə nisbətən şöhrət və tale tapmışdılar.
111
(Əgər Deniel Uebster bu erada yaşasaydı, bir naşir belə şərh vermişdi ki, o, “nə
borc içində, nə də Senatda olardı”). On bir yeni ştat Qərb inkişaf etdikcə tezliklə
Birliyə əlavə olundu; və iyirmi iki yeni Senator və nəhəng yeni zal köhnədən fərqli
olan atmosferdən kiçilmişdi. Sektsionalizm, qarşılıqlı xidmət göstərənlər və çox
sayda fanatikliyə yaxın hərəkatlar – onlardan “sərbəst gümüş” hərəkatı Lamarla
sözləşmişdi, bu, yalnız başlanğıc idi – Senatın müzakirələrini daxili iqtisadi
məsələlər bəlasına salmışdı. “Biz yerli kartof sahələrinin və kələm torpaqlarının
sadəcə kolleksiyasına çevrilirik” – deyə bir Senator gileylənirdi, onlar yerli
himayəçilik, çayların, limanların və tarifin himayə etdiyi sənayelərin üstündə
dalaşmaqdan yorulmuşdular.
Uilyam Allen Uayt demişdi ki, Senatorlar təkcə ştatları və regionları deyil,
həm də “knyazlıqları, hakimiyyətləri və biznesi təmsil edirlər”.
“Misal üçün, bir Senator Birliyin Sakit okean dəmir yol sistemini, digəri
Nyu-York mərkəzi dəmir yolunu, digəri isə sığorta maraqlarını, kömür və dəmirə
sahib olan dairələri təmsil edirdi... pambıq yarım düjin Senatora malik idi. Və bu
belə də davam edir... Bu plutokratik (varlıların hakimiyyəti – tərcüməçi) feodalizm
idi... əla dərəcədə ehtiram bəslənəndir. İstənilən böyük maliyyə marağının xomutu
iftixarla geyinilir”.
Və Uayt öz söhbətini veteran Senator Deyvisin təzə Senatora öz
kolleqalarının arxadakı günlərdə cərgə aralarına gəlməsini təsvir etməsi ilə
əlaqələndirir: “Çaqqal; quzğun; qoyun öldürən it; qorilla; timsah; kərtənkələ;
qaqqıldayan qoca toyuq; göyərçin; yemi acgözlüklə udan hinduşka”. Sonra Uayt
yazır: “Qısqanc Qərblinin iri gəmisi – kobud, vicdansız, həyasız – ağır-ağır
yırğalanaraq gəldi, hakim Deyvis bu məxluqa şəhadət barmağını tuşlayıb və nida
şəklində deyir: “Canavar, ser, lənətlənmiş, ac, gizlənən, qorxaq canavar”.
Beləliklə, on doqquzuncu əsrin sonundan Senat hakimiyyət və nüfuz
şərtlərində aşağı axının yaxınlığına gəlib çıxdı. Senator hakimiyyətinin tənəzzülü
Qrant administrasiyasının sonundan az sonra başladı. Bu vaxta qədər Senat
Prezident Conson tərəfindən alçaldılmışdı və prezident Qrantın ağalığı altında idi,
o, hətta parlament formasındakı hökumətə yaxın olan bir quruluş kimi dövləti idarə
112
edirdi. Senatorlar hətta Kabinet üzvlərindən yuxarıda nahar masası ətrafında yer
almağa
iddia edirdilər (onlar
əvvəlcədən sosial fraksiyalara görə
dərəcələnmişdilər). Corc Frisbi Hoar sonralar belə deyirdi ki, “əgər onlar Ağ Evə
gəlirdilərsə, bu məsləhət almağa deyil, məsləhət vermək məqsədini güdürdülər”.
(Həqiqətən də hər iki palatanın öz üzərinə hakimiyyət səlahiyyətini götürməsini,
Konqressmen Enson Burmingeymin İcmalar Palatasına (Böyük Britaniyadakı –
tərcüməçi) səfəri nümayiş etdirir. Müşayiət edən ona deyəndə ki, o, öz yerini tərk
etməlidir, çünki bu xüsusi qalereya Perlər üçün saxlanmışdır, bu vaxt yaxınlıqda
oturan qoca Per söhbətə qarışdı: “Qoy, qalsın, qoy, otursun. O, öz ölkəsində
Perdir”. Konqressmen oradan gedə-gedə cavab verdi ki, “mən öz ölkəmdə
hökmdaram və əgər mən Per kimi tanınsam, kastamı itirərəm”). Lakin
Konqressmen hakimiyyəti Heys, Qarfild, Artur və Klivlend Prezident olanda ötüb
keçdi, onlar Prezidentin təyinatları məsəsinə Senatorların diqtə etmək cəhdlərinə
uğurlu qaydada müqavimət göstərə bildilər və hökumət Konstitusiyanı yoxlamaq
və tarazlaşdırmaq barədəki daha ənənəvi Amerikan sisteminə tərəf döndü.
Senatın hakimiyyətinin tənəzzülü, buna baxmayaraq, hətta iqtisadi
məsələlərin, sektsional və Konstitusiyaya aid konfliktlərin yerini tutmamışdan
əvvəl, nüfuzunun tezliklə düşəcəyindən xəbər verirdi. Britaniya və Kanada
diplomatları özlərinin 1854-cü il Qarşılıqlı Əlaqə Müqaviləsini qoruyub saxlamaq
üçün müdafiə edirdilər, bunda “şampan dalğalarında üzməyi...” görürdülər. “Əgər
sənin itinin donuzla işi varsa, sən nə edəcəksən?” Kabinet üzvü, yəqin ki, bu
metaforaya cavab verərək 1869-cu ildə Henri Adamsa səbirsiz qaydada dedi ki,
“Sən Konqressmenlə nəzakətli davranmağı bacarmırsan! Konqressmen donuzdur!
Sən çomağı götürüb onun sifətinə vura bilərsən”. Və Adams sakitcə ələ salmaq
qaydasında Senatın əksər üzvləri barədə düşünürdü ki, “onları alçalma deyil, daha
çox qrotesk düzəldə bilər, əgər Konqressmen donuzdursa, onda görən Senator
nədir?”
Lakin Senatın on doqquzuncu əsrin ikinci yarısı ərzindəki hakimiyyətinin və
hörmətinin tənəzzülünün əksinə heç də bütünlüklə donuzlardan və lənətlənmiş
gizlənən canavarlardan ibarət deyildi. İndiyədək onda hörmətə layiq olan və igid
Dostları ilə paylaş: |