35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

 
98 
qaydada  Hyustonun  Senatda  öz  ştatını  satan,  “Abolitsionistlərə  qoşulan”  və 
“Cənubdan  qaçan”  adam  kimi  skalpını  (hinduların  məğlub  etdiyi  düşmənin 
kəsdikləri başından qənimət kimi götürdükləri saçlı dəri – tərcüməçi) tələb edirdi. 
3  səsə  qarşı  73  səslə  Qanunvericilik  Hyustonun  kolleqalarının  Nebraska  Billini 
müdafiə  etdiklərinə  görə  alqışladı  və  ştatın  bir  vaxt  tanıdığı  və  əvvəllər  heç  vaxt 
malik  olmadığı  ən  şərəfli  qəhrəmanı  məhkum  etdi.  Demokratik  ştat  qurultayı 
böyük döyüşçünü, Texas Demokratiyasının hisslərinə müvafiq olmayan adam kimi 
ifşa etdi. Dallasın “Herald” qəzeti tələb edirdi ki, Texasın onu iftixarla göndərdiyi 
yerdən, “onları təmsil etməmək hesabına istehkamladığı vəzifəni daşımaqdan istefa 
versin...  Qoy  o,  nəhayət  qəzəblənmişlərin  səsinə  hörmət  etsin,  axı  o,  seçicilərini 
təmsil etməmişdir və onlara xəyanət etmişdir, ona görə də Texas nəhayət birləşmiş 
səsə malikdir və Senatda bölünməz cəbhə kimi təmsil olunur”. 
İşləri  daha  pis  etmək  üçün,  bu,  heç  də  Senator  Sem  Hyustona  olan  birinci 
təhqir  deyildi,  bu,  sadəcə  -  Klarkvillin  hiddətlənmiş  “Standart”  qəzetinin  yazdığı 
kimi  “dəvənin  belini  qıran  axırıncı  lələk”  idi.  O,  Oreqon  məsələsində  Con 
Kalhounla  münaqişəyə  girmişdi,  özünü  onun  üçün  “Birlik  onun  yol  göstərən 
ulduzudur” kimi təsvir edir və o, “qorxmurdu ki, Şimal qoca adamların, qadınların 
və  xoşa  gələn  qızların  imzaladığı  kağızlara  baxmayaraq,  Cənubu  dağıtmaq 
yollarını axtarmır”. “Cənub Cənubun özü tərəfindən vurulur - əgər birləşsə, o işğal 
ediləcəkdir” – deyə nüfuzlu Dikci  kağızı Hyustonu və Bentonu öz opponentlərinə 
qələbə  imkanı  vermələrinə  görə  məzəmmət  edərək,  haray  salırdı.  Lakin  Sem 
Hyuston təkcə cavab verəcəkdi: “Mən nə Şimal, nə Cənub tanıyıram; mən yalnız 
Birliyi tanıyıram”.  
O,  heç  nə  edə  bilməyəcəkdi,  buna  baxmayaraq  Kalhounun  quldarlıqdan 
“əlinizi  çəkin”  qətnamələrinə  və  “Cənub  müraciətinə”  görə  Cənubun  möhtərəm 
müdrikinə,  onun  həm  də  “Birliyə  qarşı  uzun  müddət  əzizlənən  və  çətinliklə 
gizlədilən layihələrinə” görə hücum edirdi və bir cəhəti də israr edirdi ki, Senatdan 
çox  Sem  Hyustonun  özü  onun  “tribunasından  bütün  amerikan  xalqının 
təmsilçisidir”.  Lakin  Texas  Qanunvericiliyi  Kalhounun  layihələrini  qəbul  etdi  və 
özünün  şübhələnən  gözünü  Texasın  ambitsiyalı  köhnə  Prezidentinin  üstünə 


 
99 
yönəltdi,  onun  adı  Cənubda  olduğu  kimi,  Şimalda  da  1852-ci  ildə  və  ya  1856-cı 
ildə Ağ Evə sahib olmaq məsələsində xatırlanırdı. 
Nəticədə,  Hyuston  ilk  görkəmli  Senator  idi  ki,  1850-ci  il  Kley 
Kompromissinin  əleyhinə  olduğuna  görə  Kalhouna  hücum  edirdi,  Birliyi 
parçalamaqla hədələyənlərə yarlıq vurmaq üçün Əhdi-ətiqdən sitat gətirib, sadəcə 
olaraq  deyirdi  ki,  “dənizin  qəzəbli  dalğaları  onun  özünün  biabırçılığının  üstünü 
köpüklə örtür...”. 
“Düşünün,  ser.  Texaslılar çətinliklərdən sonra Birliyə daxil ola bildilər, siz 
onları  süpürüb  oradan  çıxara  bilərsinizmi?  Yox,  ser,...  Biz  ona  daxil  olmaq  üçün 
qan  tökmüşük...  Biz  Birliyə  axırıncı  gələnlərin  arasında  idik  və  onun  tərkibində 
olaraq  qalırıq,  biz  onu  axırıncı  tərk  edən  də  olacağıq...  Mən  ölkənin  hər  bir 
güşəsindən  Birliyin  dostlarını  irəli  çıxmağa  və  öz  ölkələrinin  xeyiri  üçün  ümumi 
mehraba  öz  fərqliliklərini  qurban  verməyə  və  Konstitusiya  ətrafında  sarsıla 
bilməyən qala qurmağa çağırıram. Bu çox səylər tələb edəcəkdir, ser və hər guşədə 
özlərinə  hücum  edən  xurafatla  qarşılaşmağı  onlar  gözləməlidirlər.  Onlar  Birlik 
uğrunda, bütün şəxsi nəticələrdən asılı olmayaraq, möhkəm dayanmalıdırlar”. 
Beləliklə,  Kanzas-Nebraska  Billi  əleyhinə  verilən  yeganə  səs  onunku  idi, 
1854-cü  ilin  tufanlı  dan  şəfəqində  bu  həqiqətən  də  “sonuncu  saman  çöpü”  idi. 
Senat barədə bərkdən pıçıldayırdılar ki, bu, koloritli general üçün axırıncı müddət 
olacaqdır. Onun birgə xidmət etdiyi görkəmli Senatorlar, kimlərin ki, natiqliyi Sem 
Hyustonun  adını  əhatə  edən  şərəfi  və  romantikanı  cəzb  edə  bilmirdi,  onun 
ekssentrik  geyiminə  və  Senatorun  çıxışlarının  uzunluğuna  görə  adamlar 
mızıldandıqda,  şam  ağacından  olan  yonulmuş  çubuqlarla  Senatın  döşəməsinə 
döyməsinə  görə  ona  qarşı  qaş-qabaqlarını  tökürdülər.  Lakin  onlar  kömək  edə 
bilmirdilər, onun stoik mərdliyinə və sərt fərdiyyətçiliyinə valeh olurdular, bununla 
onun qısa avtobioqrafik eskizinə müqəddiməsi də olduqca sadə idi. “Bu kitab bəzi 
dostlarımı  mənim üçün itirdəcəkdir. Lakin əgər o  hamını itirtsə də, dost  kimi heç 
kəsi  qazandırmasa  da,  Allahın  adına  and  olsun  ki,  mən  azad  adamam,  mən  onu 
nəşr etdirəcəyəm”. 
 


 
100 
Sem Hyustonun bir əsr əvvəlki həyatındakı ziddiyyətlər bu vaxt düzəlməyən 
kimi  görünə  bilərdi.  Saysız-hesabsız  yararlı  gündəliklərin,  çıxışların  və 
məktubların  kolleksiyasının  olmasına  baxmayaraq,  hansılar  ki,  onun həyatının  və 
nailiyyətlərinin  hər  bir  cəhətinə  işıq  salır,  həm  də  Hyuston  özü  həyat  səhnəsinin 
mərkəzində kölgələr və tutqun yerlər saxlayır; onun öz dövründə bu bir müəmma 
idi, bu günün ehtiyatlı tarixçiləri üçün isə bir sirrdir. Biz məktubu və ya gündəliyi 
oxuya  bilərik,  onlarda  o,  bir  anlığa  öz  mühafizəsini  itirmiş  kimi  görünür,  lakin 
oxumağı  bitirəndə  biz  əvvəl  bildiyimizdən  azacıq  artıq  şey  öyrənirik.  Heç  kəs 
dəqiqliklə  deyə  bilməz  ki,  hansı  ulduz  Sem  Hyustonu,  onun  özünü,  Texası  və 
millətini  arxasınca  aparır  (İisus  dünyaya  gələndə  göydə  parlayan  Vifleem  ulduzu 
Şərq münəccimlərini onun doğulduğu yerə gətirən kimi – tərcüməçi). 
O,  xoşagəlməyən  qaydada  ambitsiyalı  idi,  həm  də  axırda  bütün 
qazandıqlarını və ya istədiklərini öz prinsipi naminə qurban verdi. O, Cənublu idi 
və  həm  də  Birliyə  öz  loyallığını  möhkəm  qaydada  qoruyub  saxlayırdı.  Onun 
özünün  qulları  var  idi,  ancaq  Konqressə  quldarlıq  əleyhinə  petitsiya  göndərən 
Şimal  elçilərinin  hüququnu  müdafiə  edirdi;  o,  qatı  içki  düşkünü  idi,  lakin 
qaydasında  içmək  barədə  and  içmişdi;  o,  Çeroki  hinduları  tərəfindən  vaxtilə 
oğulluğa  götürülmüşdü,  ilk  hərbi  şərəfini  kriiklərlə  (digər  hindu  tayfası  – 
tərcüməçi)  döyüşdə  qazanmışdı;  o,  Tennessinin  Qubernatoru  olmuşdu,  lakin 
Texasdan  Senator  idi.  O,  alicənab  insana  çevrilmişdi,  həm  də  qisascıl,  incə 
xarakterli  və  qəddar  adam  idi,  ekssentrik,  özşüura  malik  olan,  sədaqətli,  həm  də 
opportunist xüsusiyyətli  bir adam idi.  Lakin Sem  Hyustonun ziddiyyəti həqiqətən 
də  keyfiyyətləri  əhatə  edən  bir  bünövrə  üzərində  qurulmuşdu:  ram  edilməyən 
fərdiyyətçilik,  bəzən  effektli,  bəzən  kamil  olmayan,  bəzən  sirrli,  lakin  həmişə 
mərdlik  üzərində.  O,  bütün  adamlar  üçün  hər  şeyi  edə  bilərdi  –  və  həm  də,  ən 
böyük çağırışla üz-üzə gələndə o, özünə və Texasa sədaqətli idi. Sem Hyustonun 
daxilindəki  qarışıqlıq  Vətəndaş  müharibəsindən  əvvəlki  tufanlı  illərdə  Birləşmiş 
Ştatları sınağa çəkən qarışıqlıq idi. Sem Hyustonun koloritli unikallığı onun daim 
bildiyinin sərhədindəki primitiv ifadədən artıq heç nə deyildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə