aliyyəti başa düşülür. Yaradıcı fəalıyyətin məhsulu sənaye əsri
üçün xarakterik olan maddi deyil, informasiya mohsuludur. Bcİə-
lıklə, müasir cəmiyyətdə yeni iqtisadi hökmüran köhnəni ovəz
edir. Belə dəyişikliklori cəmiyyət artıq bir neçə yüz ildir ki, yaşa-
mamışdır. Rifah cəmiyyəti hökmüranİarmın mahıyyət xarakteristi-
kalan dəyişir. Birincisi, rifahın fıziki forması doyişir: o, qeyri -
maddi olur. İkincisi, rifahın iqtisadi forması dəyişir: o, qeyri - əm-
təəyə çevriiir, yəni, informasiya məhsuiiannın yaradılması, bölgü-
sü və istifadəsi üzrə ictimai münasibətlər puldan istifadə ediiməklə
əmtəə mübadiləsi vasitəsilə ifadə olunmur. Beləlıklə, sənayc iqti-
sadıyyatı informasiya iqtisadiyyatı ilə əvəz olunur.
İnformasiya iqtisadiyyatı tenninini iki müxtəlif anlayışı ifadə
etmək üçün istifadə edirlər. Birinci, informasiya iqtisadiyyatı ya-
radıcı əməyin üstün rolu və informasiya rifahj iiə xarakterizə olu-
nan siviiizasiyanın inkişafınm müasir mərhələsidir. İkincisi, iıı-
formasiva iqtisadiyyatı - tədqiqat obyekti ilkin mənada informasi-
ya iqtisadiyyatı olan nəzəriyyədir. Bu halda iformasiya iqtisadıy-
yatı özündə ınformasiya cəmiyyətinin iqtisadi nəzəriyyəsi və ya
informasiya iqtisadiyyatı nəzəriyyəsini əks etdirir.
İnformasiya iqtisadiyyatı nəzəriyyəsi öz inkişafının başlanğıc
mərhələsindədir, belə ki, sivilizasiyanın informasiya mərhəiəsi-
nə keçidi yalnız bir neçə onillik ə w ə l başiamışdır. İnformastya
iqtisadiyyatı termininin geniş elmi dövriyyəyo daxii olması
İ 996-1998-ci illərdə üç hissəli “İnformasiya əsri: iqtisadiyyat,
cəmiyyət və m ədəniyyəf’ monoqrafıyasını çap etdirmiş ispan -
amerikan iqtisadçısı Manuei Kastelsin xidmətidir. Hazırki, dövrə
qədər hələ ki, iqtisadçıların əksəriyyəti tərəfındən qəbul olunan
bütöv informasiya iqtisadiyyatı nəzəriyyəsi formalaşmamışdır.
İnformasiya cəmiyyətinin təyin olunması zamanı onlar müxtəlif
meyarlardan istifadə edirlər: texnoloji, iqtisadi, ənıək, məkan, is-
tehlak və yaradıcı. Onian ətraflı nəzərdən keçirok.
1.
Texnoloji meyar. Yeni texnologiyalar infomıasiya cəmiy-
yətinin yaranması əlaməti kimi qəbul olunur. Kabel və peyk tele-
viziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofıs texno-
İogıyalan, internet və s. nəzərdə tutuiur. Fərz edilir ki, texnoloji
yeniliklorin bu həcmi sosial yenidənqurmaya gətirib çıxarmalıdır,
çünkı, onun cəmiyyətə təsiri çox böyükdür. Yaponiyada 1975-ci
iidən rabitə və telekommunikasiya nazirliyi telefon danışıqları və
informasiya çatdınlması vasitələrinin həcminin ölçülməsı üçün
mürəkkəb hesablama texnikasından istifadə edir.
Texnoloji meyarın əleyhinə aşağıdakı fıkirlər irəli sürülür:
❖ cəmiyyətdə informasiya - telekommunikasiya texnologiya-
larının həcminin Ölçülməsinin şüurlu vahidi mövcud deyil;
❖ texnoloji şkalada cəmiyyətin informasiya cəmiyyəti hesab
oluna biləcəyi nöqtənin təyin edilməsi problemi birmənalı
həllə malik deyil;
❖ texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial ola-
nm tərkib hissələridir.
Məsələn, bu və ya digər tədqiqatlar və elmi işləmələrlə bağlı
qəbul edilən qərarlar sosial prioritetləri ifadə edır və bu qiymət-
verici mülahizələr əsasında bu və ya digər texnologiyalar inkişaf
edir. Texnoloji determinizm nəzəriyyəsi əsassız olaraq texnologi-
yaya üstün rol verir. Lakin texnologiya qeyri - sosial hadisə kimi
cəmiyyətin inkişafınm əsas sosial amilİ ola bilməz.
2.
İqtisadi meyar informasiyanm iqtisadi dəyərinin artımının
uçotunu nəzərdə tutur. ÜDM - də informasiya biznesiniıı payının
artımı informasiya cəmiyyəti istıqamətində hərəkət kimi izah
olunur. Təhsil, hüquq, nəşriyyat işi, kütləvi informasiya vasitələri
və kompüterlər istehsalım informasıya sahələrinə aid edən Frits
Mahlup iqtisadi mcyarı ilk istifadə edənlərdir. Mark Porat iqtisa-
diyyatın birinci və ikinci sektorları arasında fərqi irəli sürdü. Bi-
rinci sektor bilavasitə bazar dəyərini yaratdığından, ona dəqıq iq-
tisadi qiymət vermək olur. İkinci sektorla bunu etmək daha çatiıı-
dir, baxmayaraq ki, o, iqtisadiyyat üçün çox əhəmiyyətlidir, belə
ki, özündə şİrkət və dovlət təsisatları daxilindəki informasıya fə-
aliyyətini əks etdirir (məsələn, şirkətlərdə personalın hissələri).
İnformasiya cəmiyyətinin müəyyənləşdirilməsinin iqtisadi
meyan özünün nəzəri əsaslandırılmasım Herbert Şillerin işlorin-
də tapmışdır. O, belə nəticəyə gəldi ki, informasiya və kommuııi-
kasiya ılə bağlı istənilən ınnovasiyaya münasibətdo həlledicı rol
bazara məxsusdur: informasiya əm təəyə çevrilməlidir, yənı, in-
fonnasiyanın əldə edilməsi daha çox yalnız kommersıya əsasında
mümkün olacaq. Bu cür yanaşmada informasiya daha tez - tez ix-
tiyari əmtəələrə bənzədiləcək. Şiller iddia edirdi ki, bazar prin-
sipləri (daha çox gəlirin maksimumlaşdınlmasma cəhd edilməsi)
informasiya mühitində eynilə bütövlükdə kapitalist cəmiyyətində
olduğu kimi işləyir. Bu prinsipə uyğun olaraq yaradılan informa-
siyanm keyfıyyəti və kəmiyyəti onun satışından yüksək gəlir əl-
də etmək imkanınm olmasından birbaşa asılıdır. Buradan belə nə-
ticəyə gəlmək olar ki, bazarın göstərdiyi təzyiq özünü daha çox
hansı növ informasiyam, kimin üçün və hansı şəraitdə istchsal et-
mək lazımdır? qərannda göstərir.
İqtisadi meyara qarşı aşağıdakı fıkirlər irəli sürürlər:
❖ İnformasıya sektoruna məhz nəyi aid etmək məsəlosinin
həlli zamanı gizli interpretasiya və qiymətləndirici mülahi-
zələrdən qaçmaq mümkün deyil. Nəticədə, infonııasiya sek-
torunun iqtisadi qiyməti şişirdilə bilər. Məsolən, Mahlup
özünün "bilik sahəsinə"*
“İnformasiya binalan”nın tikintisini aid edir, bu isə, oxşar bi-
naların, məsələn, universitet və kitabxanalann ucaldılmasının qı-
da məhsullann saxlanması üçün anbar tikintisindən prinsipial şo-
kildə fərqləndiyini ııəzərdə tutur. Porat özünün “ikinci informasi-
ya sektoru”nu araşdırdığı zaman istənilən sahənı infonnasiya və
qeyri - informasiya hissələrinə aymr. Lakin bu cür “etmə” və
“düşüncə” bölgüsü zamanı, məsələn, müxtəlif tipli funksiyaları
Özündə birləşdirən nəzarət kompüter sistemlərinin operatoru işıni
hara aid etmək Iazım olduğunu anlamaq çətindir;
❖ informasiya həcmlərinin ölçülməsinə dəyər yanaşması
müxtəlif ictimai əhəmiyyətə malik olan iqtisadi fəaliyyətin
ayn - ayn növlərini birləşdirir. Bu cür yanaşmada rcklama
xərclənmiş Idollar elmi jum ahn nəşrinə xərclətımiş 1 dolla-
ra bərabərləşdirilir.
Dostları ilə paylaş: |