A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə21/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
İbsenin fəlsəfi kredosuna gəldikdə, həm Plexanov, həm də N.Nərima-
nov  onu  mahiyy
ət etibarilə düzgün müəyyənləşdirirlər, halbuki onun ifadə 
edilm
əsində, şərhində, qiymətləndirilməsində fərqlər var. Plexanov məqalə-
sind
ə onu (kredonu), artıq yuxarıda göstərdiyimiz kimi, İbsenin «əxlaq qa-
nunu» kimi s
əciyyələndirir, öz sözləri ilə şərh edib, bu qanunu ictimai prak-
tika il
ə əlaqələndirilmədiyinə görə tənqid edir. N.Nərimanov isə İbsenin kre-
dosunu «göz
əl və hakimanə sözlər» adlandırıb məqaləsinə epiqraf kimi seç-
diyi,  dramaturqun  öz  dilind
ən  çıxmış  iki  kəlam  vasitəsilə  «həyat  nədir», 
«h
əyatın mənası nədədir» suallarına cavabına müncər edir: «Yaşamaq, diri 
olmaq – 
ağıl və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə mübarizə (qovğa) et-
m
ək deməkdir» (İbsen) və «İbda etmək (yaratmaq) – insan öz nəfsini təhti-
mühakim
əyə  (mühakimə  altına)  almaq  deməkdir» (İbsen).  N.Nərimanov 
müxt
əlif filosofların, şairlərin öz dövrlərinə uyğun və öz psixologiyaların-
dan 
çıxış edərək həyatı müxtəlif cür başa düşüb, ona müxtəlif təriflər ver-
dikl
ərini söyləyir: «kimi «həyat daima bir müharibədir» deyibdir, kimi «hə-
yat  m
ənasız  bir  şeydir», kimi  «həyat  məhəbbətdir»  yazıbdır». Daha  sonra 
İbsenin  yuxarıdakı iki kəlamını məzmunca bir cümlədə birləşdirib: «həyat 
ağlın və ürəyin gücü ilə zülmətdən xilas olmaq olub və insan özü öz üstündə 
t
əftişçi  bulunmaq  və  öz  nəfsini  məhkəməyə  çəkmək  gərəkdir»  deyə  təfsir 
ed
ərək, bu sözlərin «nə qədər dərin və mənadar» olduğu barədə oxucularını 
düşünməyə dəvət edir.  
Bu «d
əvəti» qəbul edib, həmin təfsir-tərifi diqqətlə nəzərdən keçirdik-
d
ə, burada N.Nərimanovun insanın onu əhatə edən mühitə, xarici dünyaya 
v
ə öz daxili aləminə, mənəviyyatına münasibətinin əks olunduğu iki məqa-
mı vurğuladığı aşkar olur: yəni əvvəla, insan yaşayırsa, öz ağlı və qəlbi vasi-
t
əsilə dünyada mövcud olan zülm, ədalətsizlik, naqisliklərlə mübarizə apara-
raq, 
qaranlıqdan işığa  yol açmalıdır. Digər tərəfdən, insan öz nəfsini daim 
mühakim
ə edib, ona qalib gəlməlidir – onu saflaşdırmalıdır. Və aydın görü-
nür  ki,  N.N
ərimanov mənəvi kamilləşmənin bir-birilə vəhdətdə olan bu iki 
c
əhətindən ikincisinə üstünlük verir, ona görə ki,  yalnız öz nəfsinə qələbə 
çalan  insan  dünyada 
qaranlığın qüvvələri ilə mübarizə etməyə və onlardan 
qurtulmağa qadirdir. Bu fikir mənaca Məhəmməd peyğəmbərə aid edilən bir 
h
ədislə  çox  səsləşir;  hədisə  görə  iki  cihadın  mövcudluğundan  danışan 
peyğəmbər nəfslə mübarizəni böyük və daha şərəfli, daha çətin cihad, din 
uğrunda mübarizəni kiçik cihad adlandırmışdı. Təsadüfi deyil ki, N.Nərima-
nov Norveç dramaturqunun h
əyat qayəsinin islami təfəkkürə yaxınlığını xü-
 
- 48 - 


N
əriman Nərimanov – 140 
 
susi  qeyd ed
ərək yazır: İbsenin «əsil məqsədi insanın əxlaq və ətvarını dü-
z
əltmək olub, onu nəfsinin üstə ağa etməyə çalışır idi ki, bu növ məslək eh-
kam v
ə fəlsəfeyi-islamiyyəyə (yəni islam ehkamına və fəlsəfəsinə) dəxi mü-
vafiq  g
əlir!»  Həqiqətən  də öz nəfsini təmizləməsi  yolu ilə insanın mənəvi 
c
əhətdən  kamilləşməsi,  kamil  insana  çevrilməsi  müsəlman  Şərqinin  islam 
dünyagörüşünə əsaslanan mistik fəlsəfəsinin, fəlsəfi poeziyasının əsas möv-
zu
larındandır. Qeyri-ortodoksal cərəyanlarda saflaşmanın çoxpilləli yolunu 
(müxt
əlif  təmrinlər  və  i.a.  vasitəsilə)  keçməklə  insanın  hətta  Allahla  sub-
stansional v
əhdətə nail ola biləcəyinin mümkünlüyü qəbul edilir.  
Dem
ək  lazımdır  ki,  nəfs  çoxmənalı,  mürəkkəb  bir  anlayışdır.  Təkcə 
«
Ərəb və fars sözləri lüğəti»ndə nəfs sözünün beş mənası sadalanır: «1. ruh, 
can,  h
əyat  (buraya  «qəlb,  könül,  ürək»  mənasını  da  əlavə  etmək  olar); 2. 
adam, insan; 3. övlad, n
əsil; 4. insandakı heyvani hiss, şəhvət hissi; 5. əsil, 
maya,  cövh
ər  (fəlsəfi  istilahla  ifadə  etsək  «substansiya»)» (1, 474). Orta 
əsrlər müsəlman Şərqi fəlsəfəsində bütün bu mənalardan istifadə edilmişdir. 
Lakin müxt
əlif filosofların, şairlərin nəfs sözünü anlamalarında, ona verdik-
l
əri tərif və təfsirlərdə fərqlər var.  Bütün bu incə mətləblərin üzərində da-
yan
mayıb bircə onu demək istərdik ki, orta əsrlərdən tutmuş bu günümüzə 
q
ədər istər adi həyatda, istərsə də ədəbiyyatda nəfs sözü daha çox mənfi mə-
nada 
işlədilmişdir. Azərbaycan dilində nəfs sözü ilə bağlı bu gün də işlətdi-
yimiz çoxlu idiomatik ifad
ələr bunu sübut edir: nəfsin toxluğu, nəfsi saxla-
maq,  n
əfsi öldürmək mənən qüvvətli, nəfsin aclığı, nəfsi doymamaq, nəfsi 
ç
əkmək, hətta M.Ə. Sabirin işlətdiyi kimi, nəfsi hürmək mənən zəif insanı 
xarakteriz
ə edir. Belə ki, nəfs insanın öz bədəninə və maddi dünyaya güclü 
meyli il
ə bağlı ehtiraslarının, həzzlərin, xudbin maraq və məqsədlərinin əsiri 
olub, 
onların yedəyində getməsini təmsil edir. Ona görə N.Nərimanov nəfs 
üz
ərində  ağa  olmaq  deyəndə  onu  mühakimə  etməkdən,  təftiş  etməkdən 
danışır, yəni dəyişdirməyi, təmizləməyi nəzərdə tutur. 
Rus  dilind
ə nəfsi bütün mənaları ilə əks etdirən söz olmasa da, elmi-
f
əlsəfi ədəbiyyatda çox vaxt «duşa» kimi tərcümə olunur. Plexanov isə mə-
qal
əsində əzmi, azadlığı, ixtiyarı ifadə edən və, görünür, marksist dünyagö-

şünün inqilabi ruhuna daha uyğun müsbət çalarlı «volə», yəni «iradə» sö-
zünd
ən  istifadə  edir.  «İradə»nin  istək,  tələb,  arzu,  ehtiras  mənalarını  da 
özünd
ə ehtiva etdiyini nəzərə alsaq, onun «insan iradəsinin təmizlənməsin-
d
ən» («oçihenie  voli») danışmasını  başa  düşmək  olar.  Lakin  hər  halda  bu 
 
- 49 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə