F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
rü
şü fonunda – İbsenə ruhən yaxınlığı Plexanovla müqayisədə xüsusilə aş-
kar görünür.
N.N
ərimanov İbsenin tərcümeyi-halına qısaca nəzər saldıqdan sonra
qeyd edir ki, o,
başına gələnləri və öz həyat qayəsini, «vətənə, insaniyyətə
dair t
əsəvvürünü» əsərlərində qəhrəmanlarının dili ilə söyləmişdir. Plexanov
da dram q
əhrəmanlarının fikirlərini məhz İbsenin həyat baxışları kimi şərh
edir. Lakin
oxşarlıq, deyəsən, bununla da bitir. Burada rus marksistinin mə-
qal
əsini ətraflı təhlil etmək fikrindən uzaq olub, müqayisəni yalnız İbsenin
başlıca fəlsəfi ideyası və onunla bağlı bəzi məqamlara münasibət əsasında
apar
mağa çalışacağıq.
Plexanov
İbsenin fəlsəfi kredosunu «xəlq edilməyən» əbədi ruhun tən-
t
ənəsi naminə insanın «ruhunun qiyamı»nda əksini tapan mənəvi kamilləş-
m
ə vasitəsilə öz iradəsini təmizləməsi və öz ruhunu azad etməsi kimi müəy-
y
ənləşdirir. Lakin yazıçını həmin ideyanın onun əsərlərində ictimai münasi-
b
ətlər sahəsində həllini tapmadığına, insanlar arasında qarşılıqlı münasibət-
l
əri dəyişmədiyinə, bir sözlə, heç bir praktik məqsəd daşımadığına görə, bu-
nun is
ə öz növbəsində obrazların psixologiyasına yanlışlıq, qeyri-təbiilik gə-
tirm
əklə əsərlərin bədiiliyinə bir çox cəhətdən xələl yetirdiyinə görə tənqid
edir.
M
əqaləsinin əvvəlində Plexanov Rene Dumikin İbsenin sənətkar kimi
f
ərqləndirici xüsusiyyətini «ideyalar zövqü, yəni əxlaqi narahatlıq, vicdan
m
əsələlərinə maraq, bütün gündəlik həyat hadisələrinə bir ümumi nöqtədən
baxmaq» kimi v
ə özünü isə «insan ruhunun qiyamı»nın görkəmli professor-
la
rından biri kimi səciyyələndirməsi ilə razılaşır və ideyalılığın öz-özlüyün-
d
ə nöqsan deyil, əksinə, böyük ləyaqət olduğunu və İbsenin dramlarının və
onun özünün buna gör
ə sevildiyini bildirir. Bununla belə, o, sözünə davam
ed
ərək yazır: «...insan ruhunun qiyamı»nın təbliği də öz-özlüyündə bədiiliyi
istisna etmir. Lakin, onun
aydın və ardıcıl olması lazımdır, təbliğatçının
t
əbliğ etdiyi ideyalardan yaxşı baş çıxarması lazımdır ki, onlar onun ətinə-
qanına yerisin; ... onu yaradıcılıq məqamında utandırmasın, azdırmasın, ona
ç
ətinlik yaratmasın. Əgər bu vacib şərt yoxdursa, təbliğatçı ideyalarının tam
ağası olmayıbsa, əgər onun ideyaları həm də aydın və ardıcıl deyilsə, ide-
yalılıq bədii əsərə ziyan vuracaq, ona soyuqluq, yorğunluq və darıxdırıcılıq
g
ətirəcək. Diqqət edin, burada günah ideyaların üstünə deyil, sənətkarın on-
lardan
baş çıxara bilməməsi, bu və ya digər səbəbdən sonadək ideyalı ola
bilm
əməsinin üstünə düşəcək» (6, 771). Bu düşüncələri Plexanovu belə nəti-
- 44 -
N
əriman Nərimanov – 140
c
əyə gətirir ki, İbsenin dramlarında «qeyri-bədii» və hətta «anti-bədii» ele-
mentin
mövcudluğu onların ideyalılığı ilə deyil, əksinə onlarda ideyalılığın
çatışmaması ilə bağlıdır. O, İbsenin təbliğ etdiyi «insan ruhunun qiyamı»nın
onun
yaradıcılığına «əzəmət və cəlbedicilik ünsürü» gətirməsini etiraf etsə
d
ə, «qiyam» naminə «qiyam» olduğu üçün bu qiyamın haraya aparacağını
ya
zıçının özünün də yaxşı bilməməsinin obrazların psixologiyasına mücər-
r
ədlik və sxematizm gətirdiyini göstərir. Məsələn, «Brand» əsərinin qəhrə-
ma
nı Brand, onun fikrincə, burjua bayağılığına və yarımçıqlığına, riyakarlı-
ğına və mötədilliyinə qarşı «qiyam» qaldıranda, hər cür opportunizmə dərin
nifr
ətini izhar edəndə inqilabçıya bənzəyir, amma inqilabçının konkret məq-
s
ədi olur, Brand isə düşməninin harada olduğunu, mübarizəsinin nəticəsini
görmür. Bir sözl
ə, sosial-demokrat kimi Plexanov İbsenin qəhrəmanların-
dan, obrazla
rından hətta onların rəmziliyində belə konkret məqsəd, hərəkət
v
ə nəticə tələb edir.
Ümumiyy
ətlə, Plexanovun nəzərində simvolizm incəsənətdə bir növ
«yoxsulluq
nişanəsi»dir, çünki gerçəkliyi doğru-dürüst dərk edən fikrin
«simvolizm s
əhrasına yollanmağa ehtiyacı yoxdur» (6, 774). Görünür, elə
buna gör
ə rəmzləri İbsen yaradıcılığının zəif tərəfi, əksinə onun xırda burjua
obrazlarının daxili aləmini, psixologiyasını «bənzərsiz psixoloq» kimi bö-
yük
ustalıqla realist təsvirini verməsini isə güclü tərəfi hesab edir. Onun fik-
rinc
ə, İbsenin əsərlərində xırda burjua məhz «öz iradəsini təmizləməyə»
başlayanda, mənəvi cəhətdən saflaşanda qeyri-təbii rəmzə – «öyüd verən
da
rıxdırıcı mücərrədliyə» çevrilir (6, 801), saflaşan burjuanın görməyə artıq
başqa işi qalmadığından, İbsenin özü də bu mücərrədliklə nə edəcəyini bil-
mir,
çıxış yolunu saflaşma məqamından dərhal sonra pərdəni endirməkdə və
yaxud q
əhrəmanını hündür dağda uçurum altında qoyub həlak etməkdə ta-
pır. Plexanov burada da saflaşmanın saflaşma naminə olduğunu söyləyir:
y
əni İbsen əxlaq çərçivəsində qalıb, ondan kənara, ictimai münasibətlər sa-
h
əsinə çıxa, siyasət səviyyəsinə qalxa bilmir, hətta siyasətçilərə nifrət edən
ya
zıçının təfəkkürü ümumiyyətlə siyasətə ziddir. Bu mənada o, Jan Longe-
nin
İbseni sosialist adlandırması ilə də (yeri gəlmişkən deyək ki, N.Nərima-
nov da m
əqaləsində İbsenin sosial-demokrat firqəsinə yaxınlığını qeyd edir)
razılaşmır, çünki «siyasətsiz sosializm olmur» (6, 805).
Plexanovun fikrinc
ə, İbsenin əxlaqı vicdan məsələlərinə maraq göstər-
m
əsi, təbliğatının əxlaqi xarakter daşıması baxımından cəlbedici olsa da,
«Kan
tın əxlaqı kimi mücərrəd»dir, özü-özü üçün məqsəd kimi məzmunsuz-
- 45 -
Dostları ilə paylaş: |