A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 

şü fonunda – İbsenə ruhən yaxınlığı Plexanovla müqayisədə xüsusilə aş-
kar görünür. 
N.N
ərimanov  İbsenin  tərcümeyi-halına  qısaca  nəzər  saldıqdan  sonra 
qeyd  edir  ki,  o, 
başına gələnləri və öz həyat qayəsini, «vətənə, insaniyyətə 
dair t
əsəvvürünü» əsərlərində qəhrəmanlarının dili ilə söyləmişdir. Plexanov 
da  dram  q
əhrəmanlarının fikirlərini məhz İbsenin həyat baxışları kimi şərh 
edir. Lakin 
oxşarlıq, deyəsən, bununla da bitir. Burada rus marksistinin mə-
qal
əsini ətraflı təhlil etmək fikrindən uzaq olub, müqayisəni yalnız İbsenin 
başlıca fəlsəfi ideyası və onunla bağlı bəzi məqamlara münasibət əsasında 
apar
mağa çalışacağıq.  
Plexanov 
İbsenin fəlsəfi kredosunu «xəlq edilməyən» əbədi ruhun tən-
t
ənəsi naminə insanın «ruhunun qiyamı»nda əksini tapan mənəvi kamilləş-
m
ə vasitəsilə öz iradəsini təmizləməsi və öz ruhunu azad etməsi kimi müəy-
y
ənləşdirir. Lakin yazıçını həmin ideyanın onun əsərlərində ictimai münasi-
b
ətlər sahəsində həllini tapmadığına, insanlar arasında qarşılıqlı münasibət-
l
əri dəyişmədiyinə, bir sözlə, heç bir praktik məqsəd daşımadığına görə, bu-
nun is
ə öz növbəsində obrazların psixologiyasına yanlışlıq, qeyri-təbiilik gə-
tirm
əklə əsərlərin bədiiliyinə bir çox cəhətdən xələl yetirdiyinə görə tənqid 
edir.  
M
əqaləsinin əvvəlində Plexanov Rene Dumikin İbsenin sənətkar kimi 
f
ərqləndirici  xüsusiyyətini  «ideyalar  zövqü,  yəni  əxlaqi  narahatlıq,  vicdan 
m
əsələlərinə maraq, bütün gündəlik həyat hadisələrinə bir ümumi nöqtədən 
baxmaq» kimi v
ə özünü isə «insan ruhunun qiyamı»nın görkəmli professor-
la
rından biri kimi səciyyələndirməsi ilə razılaşır və ideyalılığın öz-özlüyün-
d
ə nöqsan deyil, əksinə, böyük ləyaqət olduğunu və İbsenin dramlarının və 
onun özünün buna gör
ə sevildiyini bildirir. Bununla belə, o, sözünə davam 
ed
ərək yazır: «...insan ruhunun qiyamı»nın təbliği də öz-özlüyündə bədiiliyi 
istisna  etmir.  Lakin,  onun 
aydın  və  ardıcıl  olması  lazımdır,  təbliğatçının 
t
əbliğ etdiyi ideyalardan yaxşı baş çıxarması lazımdır ki, onlar onun ətinə-
qanına yerisin; ... onu yaradıcılıq məqamında utandırmasın, azdırmasın, ona 
ç
ətinlik yaratmasın. Əgər bu vacib şərt yoxdursa, təbliğatçı ideyalarının tam 
ağası olmayıbsa, əgər onun ideyaları həm də aydın və ardıcıl deyilsə, ide-
yalılıq bədii əsərə ziyan vuracaq, ona soyuqluq, yorğunluq və darıxdırıcılıq 
g
ətirəcək. Diqqət edin, burada günah ideyaların üstünə deyil, sənətkarın on-
lardan 
baş çıxara bilməməsi, bu və  ya digər səbəbdən sonadək ideyalı ola 
bilm
əməsinin üstünə düşəcək» (6, 771). Bu düşüncələri Plexanovu belə nəti-
 
- 44 - 


N
əriman Nərimanov – 140 
 
c
əyə gətirir ki, İbsenin dramlarında «qeyri-bədii» və hətta «anti-bədii» ele-
mentin 
mövcudluğu onların ideyalılığı ilə deyil, əksinə onlarda ideyalılığın 
çatışmaması ilə bağlıdır. O, İbsenin təbliğ etdiyi «insan ruhunun qiyamı»nın 
onun 
yaradıcılığına «əzəmət və cəlbedicilik ünsürü» gətirməsini etiraf etsə 
d
ə, «qiyam» naminə  «qiyam» olduğu üçün bu qiyamın haraya aparacağını 
ya
zıçının özünün də yaxşı bilməməsinin obrazların psixologiyasına mücər-
r
ədlik və sxematizm gətirdiyini göstərir. Məsələn, «Brand» əsərinin qəhrə-
ma
nı Brand, onun fikrincə, burjua bayağılığına və yarımçıqlığına, riyakarlı-
ğına və mötədilliyinə qarşı «qiyam» qaldıranda, hər cür opportunizmə dərin 
nifr
ətini izhar edəndə inqilabçıya bənzəyir, amma inqilabçının konkret məq-
s
ədi olur, Brand isə düşməninin harada olduğunu, mübarizəsinin nəticəsini 
görmür.  Bir  sözl
ə,  sosial-demokrat  kimi  Plexanov  İbsenin  qəhrəmanların-
dan, obrazla
rından hətta onların rəmziliyində belə konkret məqsəd, hərəkət 
v
ə nəticə tələb edir.  
Ümumiyy
ətlə,  Plexanovun  nəzərində  simvolizm  incəsənətdə  bir  növ 
«yoxsulluq 
nişanəsi»dir,  çünki  gerçəkliyi  doğru-dürüst  dərk  edən  fikrin 
«simvolizm  s
əhrasına  yollanmağa  ehtiyacı  yoxdur»  (6, 774). Görünür,  elə 
buna gör
ə rəmzləri İbsen yaradıcılığının zəif tərəfi, əksinə onun xırda burjua 
obrazlarının  daxili  aləmini,  psixologiyasını  «bənzərsiz  psixoloq» kimi  bö-
yük 
ustalıqla realist təsvirini verməsini isə güclü tərəfi hesab edir. Onun fik-
rinc
ə,  İbsenin  əsərlərində  xırda  burjua  məhz  «öz  iradəsini  təmizləməyə» 
başlayanda,  mənəvi  cəhətdən  saflaşanda  qeyri-təbii  rəmzə  –  «öyüd  verən 
da
rıxdırıcı mücərrədliyə» çevrilir (6, 801), saflaşan burjuanın görməyə artıq 
başqa işi qalmadığından, İbsenin özü də bu mücərrədliklə nə edəcəyini bil-
mir, 
çıxış yolunu saflaşma məqamından dərhal sonra pərdəni endirməkdə və 
yaxud  q
əhrəmanını hündür dağda uçurum altında qoyub həlak etməkdə ta-
pır.  Plexanov  burada  da  saflaşmanın  saflaşma  naminə  olduğunu  söyləyir: 
y
əni İbsen əxlaq çərçivəsində qalıb, ondan kənara, ictimai münasibətlər sa-
h
əsinə çıxa, siyasət səviyyəsinə qalxa bilmir, hətta siyasətçilərə nifrət edən 
ya
zıçının təfəkkürü ümumiyyətlə siyasətə ziddir. Bu mənada o, Jan Longe-
nin 
İbseni sosialist adlandırması ilə də (yeri gəlmişkən deyək ki, N.Nərima-
nov da m
əqaləsində İbsenin sosial-demokrat firqəsinə yaxınlığını qeyd edir) 
razılaşmır, çünki «siyasətsiz sosializm olmur» (6, 805).  
Plexanovun fikrinc
ə, İbsenin əxlaqı vicdan məsələlərinə maraq göstər-
m
əsi,  təbliğatının  əxlaqi  xarakter  daşıması  baxımından  cəlbedici  olsa  da, 
«Kan
tın əxlaqı kimi mücərrəd»dir, özü-özü üçün məqsəd kimi məzmunsuz-
 
- 45 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə