A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə22/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
cür  t
ərcümə  oxucunu  çaşdırır,  İbsenin  əsas  fəlsəfi  ideyasını  yayğınlaşdıra-
raq, onu anlamaqda ç
ətinlik yaradır, hətta təhrifə səbəb olur.  
Bu  m
ənada Plexanovun İbsenin öz qəhrəmanının dili ilə təbliğ etdiyi 
əxlaq  qanununun  məzmunsuzluğunu  göstərmək  üçün,  yuxarıda  bəhs 
etdiyimiz «Brand» 
dramından bir epizodu təhlili maraq doğurur.  
Əsərdə Brandın arvadı Aqnes öz ölmüş körpəsinin bütün pal-paltarını 
dil
ənçiyə verib,  bircə qoynunda  gəzdirib heç vaxt ayrılmadığı,  göz  yaşları 
il
ə islatdığı kiçicik ləçəyini xatirə üçün özündə saxlamaq istəyəndə, Brand 
acı kinayə ilə:  
Bütü Allah bilmis
ənmiş, 
Onda ona et 
sitayiş 
 
dey
ə çığıraraq ondan ləcəyi də dilənçiyə verməsini tələb edir. Maraqlıdır ki, 
Brandın xırda burjua mötədilliyinə qarşı alovlu çıxışlarını bəyənən Plexanov 
bu epizodu q
əhrəmanın «boş formalizmə və xırdaçılığa yuvarlanması» kimi 
qiym
ətləndirir,  hətta  «bu  amansız  olmasaydı,  gülməli  olardı»  söyləyərək, 
onun m
ənasızlığını, əxlaqi cəhətdən məzmunsuzluğunu vurğulayır. O yazır: 
«
Əsl inqilabçı heç kəsdən gərəksiz qurban tələb etməz. Yalnız ona görə tə-
l
əb etməz ki, onun gərəkli qurbanları gərəksizlərdən ayırmağa imkan verən 
me
yarı var. Brandın isə belə bir meyarı yoxdur. «Ya hər şey, ya da heç nə» 
düsturu  bu 
meyarı  verə  bilməz,  onu  bundan  kənarda  axtarmaq  lazımdır. 
Brandda forma bütün m
əzmunu öldürür» (6, 799). 
İlk  baxışda  və  ümumiyyətlə  Brandın  mərhum  körpəsinin  iyini  onun 
ovuc içi boyda kiçik l
əçəyindən alaraq təsəlli tapan gözü yaşlı, dərdli yazıq 
arvadına qarşı bu rəftarı, əlbəttə, qəddar, rəhimsiz görünür. Lakin burada İb-
sen 
tutduğu yoldan, məsləkdən heç bir şey naminə bir addım da geri çəkil-
m
ək istəməyən, nəfsə qarşı (iradəyə qarşı yox!) mübarizədə hər cür yarım-
çıqlığa qarşı çıxan (xeyirxahlıq edirsənsə, axıra qədər et!) güclü rəmzi obraz 
yaratmışdır. Bu obrazın «qəribə» hərəkəti «məzmunu öldürmür», yox, incə 
m
ətləblə  zənginləşdirir.  Körpənin  ləçəyi  əslində  burada  ananın  «nəfsini» 
(yada  salaq  ki, «n
əfs»  sözünün  mənalarından  biri  «övlad»dır)  təmsil  edir. 
Əbu  Hamid  əl-Qəzalinin  əsrlərin  dərinliyindən  gələn: «Nəfs  bütdür  və 
n
əfsinə itaət edən bütə səcdə etmiş olur, yalnız səmimiyyətlə Allaha sitayiş 
ed
ən nəfsinə qalib gəlir» (8, 85) sözləri sanki Branda bəraət qazandırır.  
N.N
ərimanov  kiçik  məqaləsində  İbsenin  hər  hansı  bir  əsərinə  ayrıca 
münasib
ət bildirməsədə, bütövlükdə onun yaradıcılığını məhz əxlaqi xarak-
 
- 50 - 


N
əriman Nərimanov – 140 
 
ter v
ə məzmununa görə yüksək dəyərləndirir. Plexanovun «ya hər şey, ya da 
heç n
ə» kimi başa düşdüyü və tənqid etdiyi etik norma onun nəzərində «nəfs 
üz
ərində ağa olmaq», məslək-əqidəsinə hər bir zaman sadiq qalmaq demək-
dir. Bu 
ideyanın islam ehkamına və fəlsəfəsinə uyğun gəldiyini nəzərə çarp-
dırmaqla N.Nərimanov əslində öz həyat idealını əsaslandırır, ona qüvvət v-
erirdi. O, 1918-ci ild
ə Həştərxanda mollaların və tatar məktəbləri müəllimlə-
rinin 
yığıncağında  «Kilsənin  dövlətdən,  məktəbin  kilsədən  ayrılması  haq-
qında» dekreti izah edərkən, nitqinə (7) inamına, üzərinə düşən missiyaya, 
əqidəsinə sadiqlik təcəssümü kimi canlandırdığı Məhəmməd peyğəmbərə is-
tinadla 
başlamışdı.
1
 O deyirdi ki, M
əhəmməd qırx yaşlı varlı Xədicəyə ev-
l
ənmiş
2
 v
ə tezliklə arvadının var-dövlətini yoxsullara paylamışdı. O, bütpə-
r
əstliyin əleyhinə çıxaraq, elə ilk günlərdən, birinci növbədə ərəblərin o za-
manlar öz 
uşaqlarını qurban verdikləri büt-allahları var qüvvəsi ilə dağıdır-
dı. Uşaqların qurbanlıq verilməsi göstərir ki, ərəblər öz allah bütlərini necə 
se
virmişlər. Lakin o, hər yerdə insan əli ilə düzəldilmiş məsuliyyətsiz, aciz 
allahları ifşa edirdi. Məhəmmədin natiqlik qüdrətinə bələd olan varlı ərəblər 
sevimli  bütl
ərini  onun  hücumlarından  qorumaq  üçün  peyğəmbərə  qızıl, 
torpaq v
ə ürəyi istəyən hər şeyi təklif edirdilər. Təki allahlar təhqir olunma-
sınlar,  murdarlanmasınlar.  Məhəmməd  belə  təklifləri  rədd  edib  deyirdi: 
«M
ənə sizin heç nəyiniz lazım deyil, hər şeyə qadir, qüdrətli olan tək Allaha 
inamınız lazımdır» (7, 3) ...  
İbsenin əsərindən yuxarıda bəhs etdiyimiz səhnə ilə Məhəmməd pey-
ğəmbərin  həyatından  gətirilən  tarixi  fakt  arasında,  zənnimizcə,  bənzəyişi 
görm
əmək mümkün deyil. Əgər inqilabçı Brand itirdiyi körpəsinin ləçəyinə 
sanki bir büt kimi mehrini salan 
zavallı arvadının nəfsinə qarşı çıxıb güzəşt 
etm
ək istəmirsə, Məhəmməd peyğəmbər ərəblərin nəfsini ifadə edən, onla-
rın çox sevdikləri, hətta öz balalarını qurban verdikləri bütləri dağıdır. O, bir 
inqilabçı  kimi  hərəkət  edir,  etiqadı  uğrunda  mübarizədə  heç  kimlə  və  heç 
hansı bir kompromisə getmir. N.Nərimanov yazır: «O bununla demək istəyir 
ki, 
inamı heç hansı milyonlara almaq və satmaq olmaz».  
N.N
ərimanov  əqidə,  məslək  uğrunda  mübarizədə  verilən  qurbanları 
1
  H
əmin hissə N.Nərimanovun əsərlərinin Azərbaycan dilində nəşrlərində ixtisar edil-
mişdir. 
2
 
Nitqin bu yeri hansı səbəbdənsə onun ilk çapında səhvən «o, 40 yaşında varlı Aişə ilə 
evl
ənmiş» kimi getmiş, sonrakı nəşrlərdə (Нариман Нариманов. Избранные произведе-
ния. Т.2. Баку, 1989, с.164) bu səhv düzəldilməmişdir.  
 
- 51 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə