A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
Plexanov kimi g
ərəkli və gərəksizlərə bölmür. Öz gücsüzlüyünü bilərəkdən, 
pis 
silahlanmış kiçik dəstə ilə hər cəhətdən dəfələrlə güclü düşmən üzərinə 

yüşə gedən, «...Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıl-
la almaq ist
əyən Yezidə qarşı mərdi-mərdanə çıxış» edib faciəli surətdə hə-
lak olan M
əhəmməd peyğəmbərin «ən sevimli nəvəsi» imam Hüseyni «və-
zif
əsindən  ötrü  alçaqcasına  yalan  danışan», başqa  sözlərlə, «nəfsinin  qulu 
olan» b
əzi vicdansız və qorxaq kommunist rəhbərlərə nümunə göstərirdi (5, 
43). 
Əslində N.Nərimanov bu sətirlərdə imam Hüseynin faciəsi vasitəsilə öz 
faci
əsini, haqq-ədalət naminə, xalqını düşmənlərdən qorumaq naminə hətta 
n
əhəng  dövlət  maşını  ilə  təkbaşına  mübarizəyə  girən  bir  İnsanın  faciəsini 
ifad
ə etmişdir.  
O,  böyük,  humanist 
idealları  həyata  keçirmək  üçün  hakimiyyətə  gə-
l
əndən sonra insanlara verdikləri vədlərini unudub, elan etdikləri demokratik 
prinsipl
ərə  xilaf  çıxan,  Plexanovun  ibarəsinə  bənzədib  desək, «dağlar  vəd 
edib eyb
əcər siçanlar doğan» rəhbər kommunistləri tənqid edir, onların döv-
l
ət idarəçiliyində  yol verdikləri böyük nöqsanlar  barədə açıq danışmaqdan 
ç
əkinmir, onların «vəzifələrini itirəcəklərindən qorxaraq susduqları məsələ-
l
ər haqqında» qışqırır, öz həyatı bahasına başa gələcəyini əvvəlcədən bilə-
r
əkdən MK-ya, Stalinə göndərdiyi «Ucqarlarda inqilabımızın tarixinə dair» 
adlanan  m
əktub-məruzəsində Mərkəzin  yarıtmaz siyasətini, xüsusilə Azər-
baycan
dakı əlaltıları vasitəsilə həyata keçirdiyi  «...məlum proqram üzrə ... 
Az
ərbaycanı simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən sal-
maq siyas
ətini» ifşa edir, onun acı nəticələrini üzlərinə çırpırdı... 
Lakin tarixin kinay
ə etdiyi vaxtlar da olur. Üstdən lap çox illər keçir. 
ANS 
kanalında  «Dahilərin  divanı» seriyasından  N.Nərimanova  həsr  olun-
muş verilişdə bir tarixçi alim əyləşdiyi rahat kreslodan N.Nərimanov haq-
qında onun mənəvi əzab və iztirablarının əks olunduğu həmin məşhur mək-
tubunu n
əzərdə tutaraq deyir: «O, o qədər sadəlövh bir adam idi ki, elə bilir-
di ki, Stalin
ə yazsa, işlər düzələcək». Beləliklə, siyasi xadimin tarix və xalqı 
qar
şısında məsuliyyətini və uzaqgörənliyini göstərən sənədi «sadəlövhlüyün 
g
ərəksiz əməli» kimi «təfsir edir». Əgər belə idisə, nə üçün 70 il onu gizli 
saxlayırdılar,  nə  üçün  o,  yalnız  SSRİ  dağıldıqdan  sonra  işıq  üzü  görürdü? 
Buna  tarixçimiz  cavab  vermir.  O 
anlamır  ki,  bu  məktub  MK-ya,  Stalinə 
(onu is
ə N.Nərimanov çoxdan və çox yaxşı tanıyırdı!) göndərilsə də, əslində 
g
ələcək nəsillərə, ona və bizə, bügünümüzə və sabahımıza ünvanlanmışdı. 
Onun  sad
əlövhlük  adlandırdığı  isə  ən  adi  müdriklik  idi,  amansız  senzura 
 
- 52 - 


N
əriman Nərimanov – 140 
 
şəraitində MK-ya rəsmi məktub vasitəsilə öz sözlərini gələcək nəsillərə çat-
dırmaq, onlara dövrün həqiqətini xəbər vermək, millətə dost-düşmənini ta-
nıtmaq  üçün  yeganə  mümkün  çıxış  yolunu  tapmış  insanın  müdrikliyi  idi. 
N.N
ərimanov özünü qurban verdisə də, həmin dövrə işıq salan dəyərli tarixi 
s
ənəd,  mənbə  qoyub  getməklə,  həqiqət  naminə  verilən  qurbanların  hədər 
olmadığını bir daha sübut etdi.  
* * * 
N.N
ərimanovun  əqidə  uğrunda  verdiyi  qurban  «nəfs  üzərində  ağa 
olmağın», «nəfs saflığının» nümunəsi idi. İbsen irsində əbədi ruhun təntənə-
si  m
əhz nəfs üzərində qələbədən yaranır. Lakin həmin qələbə anında onun 
b
ədii  qəhrəmanlarının  məhv  olmasını  Plexanov  əbədi  ruhun  yeniliyi,  mü-
v
əqqəti olanı inkar etdiyinə görə məğlubiyyəti kimi qiymətləndirir. Nəriman 
N
ərimanov bütün hallarda əbədi ruhun dahi insanların əsərlərində və əməl-
l
ərində ölümlərindən sonra da yaşamasına və hər zaman yeniyə, müvəqqəti 
olana  yol  göst
ərməsinə  inanırdı.  O, «Henrix  İbsen»  məqaləsini  yazıçı 
haqqında  dediyi  aşağıdakı  sözlərlə  bitirir: «Əsasında  qabili-zaval  olan  şey 
zail oldu. F
əqət onun ruhi-mənəviyyəsi və gözəl əsərləri baqi (əbədi) qalıb 
insaniyy
ətə yol göstərən çıraqlardan biri oldu... Buna şübhə yoxdur». 
Buna 
şübhə yoxdur: bu çıraqlardan biri də Nəriman Nərimanovdur! 
 
 
Ədəbiyyat 
 
1. 
Ərəb və fars sözləri lüğəti. Bakı, 1985. 
2. 
Hacıyeva Arzu. Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələri. 
Bakı, 1998.  
3. N
ərimanov Nəriman. Henrix İbsen. «Həyat» qəzeti №109, 21 may 1906-
cı il // Seçilmiş əsərləri. Bakı, 1973, s. 256-257. 
4. Köç
ərli Firidun. Seçilmiş əsərləri. Bakı, 1963.  
5.  N
ərimanov  Nəriman.  Ucqarlarda  inqilabımızın  tarixinə  dair  (İ.V.Stalinə 
m
əktub). Bakı, 1992.  
6.  Плеханов  Г.В.  Генрих  Ибсен.  //  Г.В.Плеханов.  Искусство  и 
литература. М., 1948, с. 770-815.  
7.  Речь  тов.  Н.Нариманова,  произнес.  на  собрании  мулл  и  учителей 
татарских школ в гор. Астрахани. 20 декабря 1918 г. // Издание комиссариата 
по делам мусульман Закавказья №5, 1919, 8 с. 
8. Sitat bu 
kitabdandır: Abdullayeva Mətanət. Ezoterik xəzinə: fəlsəfi 
poeziya. 
Bakı, 2009. 
 
- 53 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
 
 
Narimanov’s view on philosophical creed of Henrix Ibsen 
in context critique of Plekhanov 
(summary
 
In the article Narimanov’s views is interpreted in relation to philosophical 
creed of the great Norwegian playwright Henrix Ibsen  in the context of  Marksist 
criticism by G.V. Plekhanov. In the article the problems of moral substance of art, 
influence of ideas on works of art and problems of struggle for convictions, 
reflecting in " rebellion of human spirit " and etc. are mentioned. The author, 
comparing different views of two outstanding persons including in history as 
marksists, develops such idea, that it is impossible to insert the thinkers in a narrow 
ideological, Party frames of certain philosophical, political and etc. trends. World 
view of thinkers always incomparably is wider and more deeply, and it induces 
interest to new interpretations.  
 
Keywords
: philosophy, creed, moral substance, soul, morality. 
 
 
Взгляды Н. Нариманова 
на философское кредо Генриха Ибсена 
в контексте его критики Плехановым 
(p
езюме) 
 
В статье анализируется отношение Н.Нариманова к философскому кре-
до великого норвежского драматурга Генриха Ибсена в контексте его марк-
систской критики Г.В.Плехановым, затрагиваются вопросы идейности искус-
ства, влияния идей на художественное достоинство произведения и т.д. Срав-
нивая взгляды двух выдающихся личностей, вошедших в историю как марк-
систы, автор отстаивает мысль о том, что нельзя вставлять мыслителей в уз-
коидеологические,  партийные  рамки  определенного  философского,  полити-
ческого и т.п. течения. Миропонимание мыслителя всегда несравненно шире 
и глубже, что побуждает к новым его интерпретациям. 
 
Ключевые слова
: 
философия, кредо, идейность, душа, 
нравственность. 
 
 
 
 
- 54 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə