A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə25/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
Hicazda  aldığı  biliklər  Şah  Vəliyullahın  gələcək fəaliyyətinin müəy-
y
ənləşməsinə  və  niyyətlərinin gerçəkləşməsinə  önəmli təsir göstərmişdir. 
H
ədis sahəsindəki biliyi onun islamı yeniləmə və islah fəaliyyətinin əsasını 
t
əşkil etmiş, hədis elmi ilə islam hüququnu birləşdirmək səylərinin gerçək-
l
əşməsini təmin  etmiş,  ictihad  sahəsində  düşüncəsinə  aydınlıq  gətirərək, 
yüks
ək müctəhid səviyyəsinə qaldırmışdır. 
H
əcc ziyarətindən döndükdən  sonra  Şah  Vəliyullah dini-maarifçilik 
f
əaliyyətinə başlayır və Rahimiyyə mədrəsəsində müəllimlik işini daha ge-
niş bilik, təcrübə və enerji ilə davam etdirir.  Qısa bir zaman içində tələbələ-
rin  sayı  artdığından mədrəsədə  yer  darlıq  edir.  Bundan  xəbər tutan Sultan 
M
əhəmməd Şah (öl. 1750) Dehlinin mərkəzində mədrəsə üçün böyük bir bi-
na ayırır. Və az sonra “Elm evi” adı ilə məşhur olan bu mədrəsə Hindistan 
müs
əlmanları üçün bir elm ocağına çevrilir.  
Şah Vəliyullah ərəb və farsca bir çox əsər (əsərlərinin sayı dəqiq mə-
lum deyil, elmi 
ədəbiyyatda məktub və şeirləri istisna olmaqla, böyüklü-ki-
çik
li  qırxa  qədər  əsəri  olduğu  göstərilir) qələmə  almışdır.  Onun  əsərləri 
mövzu v
ə məzmununa görə zəngindir və dini elmlərlə yanaşı islam çərçivə-
sind
ə siyasi, iqtisadi, sosial və metafizik məsələləri əhatə edir. Tədqiqatlarda 
bun
ların sırasında ən önəmli yer tutan üç əsərin adı ayrıca qeyd olunur: bi-
rincisi, müt
əfəkkirin ən mühüm görüşlərinin yer aldığı, islam dininin fikri, 
siyasi, hüquqi, 
əxlaqi, mədəni və  s. bütün tərəfləri ilə  nizam və  bütünlük 
içind
ə  ələ  alındığı  və  islamın  fəlsəfəsinin  açıqlandığı  “Hüccətullahi’l-bali-
ğa”; ikincisi, islamın tarixi ilə müsəlmanların tarixinin bir-birindən ayrı ola-
raq n
əzərdən  keçirildiyi  “İzalətu’l-hafa  ən xilafəti’l-xuləfa”; üçüncüsü, tə-
s
əvvüfi duyğuların qələmə alındığı “ət-Təfhimatu’l-ilahiyyə”. Şah Vəliyul-
la
hın digər əsərləri də öz mövzusuna və məzmununa görə orijinaldır və təd-
qi
qatçılar tərəfindən yüksək qiymətləndirilir.  
T
əqdim olunan məqalə əsasən Şah Vəliyullah Dehləvinin “Hüccətul-
lahi’l-b
aliğa”
 

 
(“Allahın tutarlı dəlilləri”) – I cild və “İkdü’l-cid fi ehkami’l-
ictihadi v
ə’t-təqlid”  (“İctihad  və  təqlidin hökmləri  haqqında  boyunbağı”) 
əsərləri üzrə yazılmışdır. 
Bir neç
ə  söz də  Şah  Vəliyullah Dehləvinin  düşüncə  və  görüşlərinin 
qaynaqları haqqında. Şah Vəliyullahın bütün mənəviyyatı, fəaliyyəti, səyləri 

 
Şah  Vəliyullah  kitabın  adını  “Tutarlı  dəlil  yalnız  Allaha  məxsusdur” ayəsindən 
(Quran, 6:149) götürmüşdür. 
 
- 58 - 
                                                 


F
əlsəfə tarixi 
 
v
ə fikri sistemi Quran və Sünnə ilə sıx bağlıdır və onlardan qaynaqlanır. Qu-
ran v
ə Sünnənin böyük mənəvi gücünü dərk etməkdə, bu böyük elmi mə-
nims
əməkdə və həyatının ilham mənbəyinə çevirməkdə isə o, bir sıra müəl-
liml
ərinə, ustadlarına borcludur. Bu mənada Şah Vəliyullahın dünyagörüşü-
nün formalaşmasına onun ilk Quran və hədis müəlliminin  – atasının təsiri 

yük  olmuşdur.  Atasından  sonra  isə  o,  ən çox müraciət etdiyi müəllimi 
Şeyx Məhəmməd Əfdalın məsləhətlərindən faydalanmışdır. Şah  Vəliyulla-
hın  Qurani-Kərimə  və  Sünnəyə  bağlılıqda  İbn  Teymiyyədən təsirləndiyi 
açıq görünməkdədir. Bu özünü onun haqsız tənqid və təhqirlərə məruz qal-
mış İbn Teymiyyəni müdafiə etməsində və gözəl sözlərlə tərifləməsində də 
göst
ərir.  Mütəfəkkir bununla əlaqədar “ət-Təfhimatü’l-ilahiyyə”  əsərində 
yaz
mışdır:  “Şeyxülislam  İbn  Teymiyyənin Kitabdan, Sünnədən və  sələfin 
sözl
ərindən əlində dəlili olmayan heç bir sözü, iddiası yoxdur. Dünyada belə 
bir alimin varlığı çox böyük bir nemətdir. Yazma və anlatmada onun səviy-
y
əsinə çata biləcək olan kim vardır? Ona qarşı çıxan insanlar onun məziy-
y
ətlərinin, üstünlüklərinin onda birinə sahib deyildirlər” (sitat üçün bax: 3, 
191).   
 
 
 
Əhməd Şah Vəliyullahın Məkkə və Mədinədəki ustadları da onun dü-
şüncə və görüşlərinin inkişafında və genişlənməsində dərin izlər buraxmış-
lar. Bundan başqa mütəfəkkir dini prinsiplərin əsaslandırılmasında Əşəridən 
ağıl və məntiqi, imam Qəzalidən isə fəlsəfəni tətbiq etməyin yollarını öyrən-
mişdir. “Hüccətullahi’l-baliğa”  da o, təsirləndiyi digər islam alimlərindən 
İzzəddin ibn Əbdüssəlamın, əl-Həttabın, Həsən əl-Bəsrinin, Maturidinin və 
b. adlarnı böyük hörmətlə xatırlayır.   
T
əsəvvüfə dair baxışlarında Şah Vəliyullah İbn Ərəbinin və Şeyx Əh-
m
əd Sirhindinin təlimlərindən faydalanmış və onları uzlaşdırmağa çalışmış-
dır. 
 
 
 
 
 
Bel
əliklə,  Şah  Vəliyullah Dehləvinin  düşüncə  sistemi və  fəaliyyəti 
böyük hikm
ət, möhkəm və dərin bilik təməli üzərində qurulmuşdur. 
 
 
 
 
 
 
 
 
İslamı yeniləmə və islah fəaliyyəti 
 
Türkiy
əli professor H.Karaman islam alimlərinin dini yeniləmə səylə-
rinin iki yönd
ə olduğunu vurğulayır: birincisi, dində olmayıb sonradan ona 
edil
ən və  müsəlmanları  dinin  özəlliyindən,  əslindən  uzaqlaşdıran  əlavələri 
(müxt
əlif  növ  xürafatı,  bidətləri...) müəyyənləşdirərək  islamı  onlardan  tə-
 
- 59 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə