A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

F
əlsəfə tarixi 
 
 
 
 
 
 
F
əlsəfə tarixində  
h
əqiqətin “mənbələri” 
 
 
Könül Bünyadzad
ə
 
 
 
Giriş 
F
əlsəfə tarixinin qədimdən bəri tədqiqindən belə bir nəticə çıxarmaq 
mümkündür ki, bütün mövcudat mü
əyyən  bir  ideyanın,  ilahi  bir  hikmətin 
t
əzahürüdür. Zaman-zaman müxtəlif dünyagörüşlərə  müvafiq  şəkildə  öz 
f
ərqli ifadələrini tapan, forması, üslubu, üsulu, dili, dini fərqlənsə də, düşün-
c
ələri işıqlandırıb istiqamətləndirən bu ideyanın mahiyyəti dəyişməz və sa-
bit olaraq 
qalır. Müəyyən mənada ruhlar vasitəsilə nəsildən nəslə ötürülən 
bu ideya 
ənənəsini Seyid Hüseyn: “İlahi mənbənin bəşəriyyətə açılan həqi-
q
ətləri və ya prinsipləri”
 
(15) adlan
dırır. İslam fəlsəfəsində “hikməti xalidə” 
(farsca – cavidan xer
əd), Qərbdə “perennial philosophy”, hindlilərdə “sana-
tana dharma” kimi ta
nınan bu “əbədi fəlsəfə”, orta əsrlərin islam mütəfəkki-
ri İbn Miskəveyhin fikrinə görə, “əzəli bir ağıl, əzəli bir hikmətdir. O, dövr-
d
ən dövrə, millətdən millətə dəyişməyən, tarix fövqündə bir həqiqət, özünü 
əsrlər boyu müxtəlif mədəniyyətlərdə daim təzahür etdirən bir xalidə (əzəli) 
hikm
ətdir” (4, 29).  
 
İdeyanın iki qanunauyğunluğu haqqında 
Zaman v
ə məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünə-
ni, h
əm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas 
qanunauyğunluğu vardır. Birincisi, onun bütün varoluşun təməlində və ma-
hiyy
ətində dayandığını qəbul edərək ona doğru aparan düzgün mənbələrin 
v
ə vasitələrin seçilməsidir. Platonun bildirdiyinə görə, insanlar ancaq “bütün 
canlı varlıqları, o cümlədən, özünü də, üstəlik torpağı, səmanı, tanrıları, sə-
 
- 75 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
ma
dakıları, yerin altındakıları, Aiddəkiləri (ölülər dünyasındakıları) yaradan 
s
ənətkarın”  (17, 354)  yaratdıqlarının  kölgələrini görür  və  onları  həqiqət 
z
ənn edirlər. Deməli, həqiqətə gedən yol bu kopiyalardan deyil, orijinal ide-
ya
ların  kəşfindən keçməlidir. Yəni həm maddi, həm də  qeyri-maddi  şeylər 
t
ək Yaradanın vahid ideyasının çoxsaylı təzahürləri kimi geriyə – mənbəyə 
aparan vasit
ələrdir.  
Bu da danılmaz faktdır ki, ifadə olunan hər fikir, hər ideya mənbənin 
h
əqiqətinin inikası olmur, hətta bəzən tamamilə əks məna daşıya bilir. Sufi 
müt
əfəkkir Mənsur Həllac (X əsr)  yazır:  «Küfr  və  iman  isim  baxımından 
f
ərqlidir, həqiqət baxımından isə onlar arasında fərq yoxdur» (25, 53). Yəni 
eyni m
ənbədən qaynaqlanan sözlər, yaxud eyni ideya onu söyləyənin dilin-
d
ə, qazandığı formada yeni bir “həqiqət” qazanmış olur. Yanlışlığın mənbə-
d
ə yox, ifadədə olduğunu anlayanlar həqiqəti öyrənmək üçün formaya deyil, 
onun mahiyy
ətinə  müraciət edirlər. Digər bir sufi mütəfəkkir  Əbu  Yəzid 
Bistami (IX 
əsr) deyir: «Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda 
olarsa r
əngi ağ, qara qabda olarsa qara, sarı qabda olarsa – sarı, qırmızı qab-
da  – 
qırmızı  və  s. olar…»  (26, 57). Deməli,  varlıqların  və  ya hadisələrin 
m
əhz bilavasitə mənbəyə istinadən öyrənilən mahiyyəti həqiqətə daha yaxın 
olur. 
İkinci qanunauyğunluq isə, bu vahid ideyanın əbədiliyi və kəsilməzli-
yidir. S
əlahəddin Xəlilov yazır: «Sivilizasiyanın ən mühüm şərtlərindən biri 
m
əhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı 
bir nailiyy
ət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tari-
xi proses
ə daxil ola bilmir» (10, 24). Filosofun bu sözlərini daha böyük miq-
yasda q
əbul edib, onu hər hansı xalqın tarixinə deyil, ümumilikdə Mütləq 
İdeyanın,  vahid həqiqətin  əbədi  sirkulyasiyasına  aid  etsək, sadə, eyni za-
manda, daim qorunan bir qanu
nauyğunluğun şahidi olarıq: tarixdə yaranmış 
h
ər yeni ideya, fəlsəfi sistem özündən əvvəlkinin davamı, əvvəlki isə özündən 
sonra
kı  üçün  sabit  bir  postament  olmalıdır.  Bu  prinsipdən kənarda qalan 
h
ər bir ideya isə oyundan kənar vəziyyətə düşməyə məhkumdur. 
 
İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, 
h
əqiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və 
ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə 
k
əşfi  isə  Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, onu kölgələndirən
m
əğzindən uzaq salan, təhrif edən təlimlər, təhlillər də olmuş, onu görün-
 
- 76 - 


F
əlsəfə tarixi 
 
m
əz hala gətirən informasiya bolluğu da yaranmışdır, lakin hər dövrdə onun 
mahiyy
ətini görən və  onun parlamasına  xidmət edən və  bununla da yer 
üzünd
ə mütləq həqiqətin qorunmasına şərait yaradan şəxslər də yaşayıb-ya-
rat
mışlar.  “Müxtəlif  varlıq  və  var olma formalarında  təzahürləri nə  qədər 
f
ərqli olursa olsun, mahiyyətdə eyni həqiqət”, “hansı mədəni qəliblər içində 
şəkil  qazanırsa-qazansın,  mahiyyətdə  eyni bilik” (8, 29)  olan  bu  ideyanın, 
hikm
ətin qorunması naminədir ki, Allah Təala özünün seçdiyi peyğəmbərlə-
r
ə, nəbilərə, filosoflara, alimlərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və 
etm
əkdədir. Belə  şəxslərin  düşüncələrinin, mənəvi  dünyalarının  bir  qapısı 
xalqa – ideya
nın təzahür meydanına, digəri isə bu hikmətin sahibi olan Haq-
qa, Yara
dana açıqdır. 
Filosof v
ə  mütəfəkkirlərin fərqli  dünyagörüşləri, tarix boyu təşəkkül 
tapıb  müəyyən zaman kəsiyində  inkişaf  edib  ya  tənəzzülə  uğrayan,  ya  da 
h
ələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik cərəyanlar və tə-
liml
ər, müxtəlif sahələri  əhatə  edən  çoxsaylı  elmlər həm  vahid  ideyanın 
m
ənbələrinin çoxluğundan, həm də bu mənbələrə gedən yolların rəngarəng-
liyind
ən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəşfi daha böyük mən-
b
əyə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaşma ideyalarını, ya-
xud elml
ər arasında yaxınlaşma, sintezləşmə hallarını kiçik ölçülərdən daha 
ge
niş sahələrə keçid adlandırmaq olardı.  
Vahid  İdeyanın  təzahürlərinin xarakterlərinin, növlərinin, malik ol-
duq
ları  əhəmiyyət dərəcələrinin təsnifatı  belə  bir nəticə  çıxartmağa  imkan 
verir ki, onun mahiyy
ətinin, yəni Mütləq Həqiqətin  dərkinin  üç mənbəyi 
var
dır: səmavi kitab (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak 
vasit
əsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mənbənin tərəfləri açıqlanır. 
V
ə bu mənbələrə yanaşma prizması, metodları, onlardan birininmi, ikisinin-
mi v
ə ya hər üçünün şərhi müəyyən fəlsəfi cərəyanların, məktəblərin yaran-
ma
sına səbəb olmuşdur. Təbii ki, fəlsəfə tarixi boyu bu mənbələrdən gah bi-
ri, gah dig
əri, gah tək, gah sintez şəklində aktual olmuş, hakim ideologiya-
nın təməlində dayanmışdır.  
 
 Antik dövr  
H
ələ qədim dövrdə həqiqətin tək mənbəyi kimi təbiəti götürənlər onu 
öyr
ənmək üçün vasitələr  arayıb-axtarmışlar.  Məsələn,  ilahi istedada malik 
şəxslər (maqlar, şamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-ayrı ritual-
larla, dualarla t
əbiətin sirlərinə şamil olmağa, təbiət hadisələrinə müdaxilə 
 
- 77 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə