A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə30/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
çıxarılmamalıdır. Bu məsələdə o, islamın insanın öz əməllərinə görə Allah 
qarşısında məsuliyyət daşıması haqqında təliminə uyğun mövqe tutmuşdur. 
Müt
əfəkkirə  görə,  Allahın  sonsuz  iradəsi  olmuş  və  olacaq hər  şeyi  əhatə 
edir, bununla b
ərabər, onun ədaləti insana pis əməldən çəkinmə  və  yaxşı 
əmələ yönəlmə azadlığını zəruri edir. Fitrətən insanda iki qüvvə yerləşdiril-
mişdir: biri onu  yaxşıya, digəri isə pis əmələ  yönləndirir. Yaxşı və  ya pis 
əməl arasında seçim etmək insanın üzərinə düşür (1, 63). 
İnsanın iradə azadlığı və qədərə inam məsələsində də Şah Vəliyullah 
orta yolçudur v
ə  onun  görüşləri  əl-Əşərinin təlimi ilə  səsləşir:  mütəfəkkir 
Al
lahı külli iradə sahibi saysa da, insanın cüz’i iradə azadlığına malik oldu-
ğunu qəbul edir. Onun fikrincə,  insanın  öz  hərəkətlərinin  icrasına  məcbur 
edilm
əsi fikri  yanlış  olduğu  qədər, onun mütləq  azadlığa  malik  olduğunu 
söyl
əmək də islama ziddir. 
Şah Vəliyullah varlıq aləmində maddi dünya ilə bərabər mənəvi dün-
ya
nın da mövcudluğuna və bunların arasında sıx, pozulmaz əlaqənin oldu-
ğuna inanır. Bu məsələdə onun düşüncələri Platonun “ideyalar” haqqında tə-
limi il
ə səsləşir. Mütəfəkkirə görə, maddi dünyanın bütün varlıq və hadisələ-
ri 
əvvəlcə mənəvi aləmdə təzahür edir, sonra zaman və məkan içində möv-
cud olur v
ə “orada necə idisə, maddi varlıq aləmində də eynilə olur” (1, 41). 
Filosofun materiya, zaman v
ə məkan haqqında fikirləri də maraqlıdır. 
O, materiyanı zaman və məkanın zahiri şəkli kimi səciyyələndirir və buna 
gör
ə  də  onun  yalnız  zaman  və  məkan çərçivəsində  dərk oluna biləcəyini 
vurğulayır. Şah Vəliyullaha görə zaman və məkan da bir-birindən ayrılıqda 
d
ərk oluna bilməzlər,  çünki  onlar  iki  ayrı  kateqoriya  deyil,  vahid  zaman-
m
əkan  kateqoriyasıdır.  Bütün  yaradılmışlar  kimi  zaman  və  məkanın  da 
əvvəli və sonu vardır (7, 360). 
Şah  Vəliyullahın  dünyagörüşünə  sufilik fəlsəfəsinin, xüsusən də  əl-
Q
əzalinin (öl.1111) və İbn Ərəbinin (1240) təlimlərinin böyük təsiri olmuş-
dur. V
ə o, digər məsələlərdə olduğu kimi, sufilik fəlsəfəsində də iki məşhur 
kon
sepsiyanı – vəhdəti-vücud və vəhdəti-şühudu barışdırmağa çalışmışdır. 
Bir çox müasirl
ərinin bu iki konsepsiyanı barışmaz hesab etmələrinə baxma-
yaraq, Dehl
əvi ilk mütəfəkkirdir ki, İbn Ərəbi ilə Şeyx Əhməd Sirhindinin 
(öl. 1624; daha çox İmam Rəbbani adı ilə məşhurdur) təlimlərini bir araya 
g
ətirir və onların arasındakı fərqin önəmsiz olduğunu, metafizik məsələlərə 
yansıtmadığını, hər iki filosofun eyni həqiqəti ayrı-ayrı şəkildə izah etdiklə-
ri
ni yazır (ətraflı bax: 7, 356-360). 
 
- 68 - 


F
əlsəfə tarixi 
 
Əvvəldə vurğuladığımız kimi, Ş.V.Dehləvinin mühüm xidmətlərindən 
biri t
əşri fəlsəfəsini – islam şəriətinin fəlsəfəsini yaratmasıdır. O, cəmiyyətin 
sosial-siyasi v
ə iqtisadi inkişafına dair görüşlərini islamın əxlaq və mədəniy-
y
ət sisteminə uyğun şərh edərək, ictimai bir fəlsəfə yaratmışdir. Filosof sosi-
al, 
əxlaq və  din sistemləri arasındakı  münasibətləri  şəriətin  ruhuna  uyğun 
araşdıraraq, bu sistemlər içərisində insanın yerini müəyyənləşdirməyə çalış-
mışdır. Onun qənaətinə görə, insan xoşbəxtliyinin fərdi və ictimai olaraq iki 

nü vardır: birincisi, insanın Allahla olan fərdi münasibəti; ikincisi isə, in-
sa
nın  digər insanlarla olan münaslbəti.  İslam  dini  insanın  şəxsi  etiqadına, 
f
ərdin Allahla münasibətinə böyük önəm verir. Amma islam insanı həm də 
ic
manın, toplumun üzvü kimi dəyərləndirir və onun üzərinə böyük məsuliy-
y
ət qoyur. Bundan çıxış edən mütəfəkkir insan xoşbəxtliyini toplumun və-
ziyy
ətilə, sosial ehtiyaclar və onların təmin olunması üçün vacib olan müəs-
sis
ə  və  institutların  fəaliyyətilə  sıx  əlaqədə  götürür.  O,  insanların  çoxsaylı 
ehtiyac v
ə istəklərinin olduğunu və bunların qarşılanması üçün isə fərdlərin 
qar
şılıqlı  münasibətlərinin və  bu münasibətlər zəminində  cəmiyyətin və 

əyyən normaların formalaşmasının zəruriliyini əsaslandırır (1, 127-139).  
İnsanların ehtiyacları və onların qarşılanması məsələsini Şah Vəliyul-
lah irtifaqlar (
ərəbcə  hərfən  yardım  etmə,  yoldaşlıq,  səmərəli istifadə  de-
m
əkdir) anlayışı ilə ifadə edir. Tədqiqatçılar onun fəlsəfəsində bu anlayışı 
müxt
əlif mənalarda şərh edirlər; məsələn, yardımlaşma və münasibətlər, so-
sial ehtiyaclar v
ə ictimai qurumlar, insan münasibətləri, mərhələ və s. “Hüc-
c
ətulahi’l-baliğa”nın  Türkiyə  türkcəsinə  tərcüməsində  irtifaqlar ehtiyaclar 
v
ə bunların qarşılanması kimi mənalandırılır. Zənnimizcə, irtifaqlar anlayışı 
müt
əfəkkirin təqdimatında  bu  mənaların  hamısını  ehtiva  edir.  Çünki  Şah 
V
əliyullah  “Hüccətulahi’l-baliğa”nın  “İrtifaqlar”  adlandırdığı  bölümündə 
dil, c
əmiyyət, dövlət, siyasət, idarəçilik, ailə, hüquq, ədalət, əxlaq və s. mə-
s
ələləri araşdırır və irtifaqlar anlayışı ilə insanların bir-birilə qarşılıqlı yar-
dımlaşmalarını,  bir-birindən  faydalanaraq  iş  birliyi  yaratmalarını,  bununla 
da möhk
əm, ölçülü və nizamlı mədəni həyat qurmaq üçün birgə faydalı işlər 
görm
ələrini nəzərdə tutur. 
Şah Vəliyullah “Hüccətulahi’l-baliğa”da insanların zəruri ehtiyaclarını 
v
ə  onların  qarşılanması  ilə  ilgili institut və  qurumları  səciyyələndirir.  İlk 
olaraq insanın öz məramını ifadə edə bilməsi vasitəsi olan dil haqqında fikir 
bildirir. Müt
əfəkkir dili zamanla dəyişərək təkmilləşən, yalnız ünsiyyət vasi-
t
əsi deyil, həm də mədəniyyətin inkişafında önəmli yer tutan bir amil kimi 
 
- 69 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə