A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə28/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
H
ədisə “bütün yəqini elmlərin əsası və başı, dini bilgilərin dayağı və 
t
əməli” kimi dəyər verən, onu “ən azından Quran qədər önəmli” (1, 2) sayan 
Şah  Vəliyullah hədis  kitablarının  tərcümə  olunaraq nəşrinə, tədrisinə  və 
yayılmasına  böyük  əmək sərf  etmişdi.  Rahimiyyə  mədrəsəsi onun səyləri 
n
əticəsində hədisin öyrənilməsi və təbliği mərkəzinə çevrilmişdi.    
 
Şah Vəliyullah “Hüccətulahi’l-baliğa”  əsərində  hədislərin  şərhinə  və 
el
əcə də dini məsələlərin sünnət əsasında izahına çox böyük yer ayırmışdır. 
O, h
əm də hədislə hüquq məktəbləri arasında vəhdət və uyğunluq yaratmağa 
çalışmışdır.  Çünki  uzun  illər idi ki, islam aləmində, o cümlədən də  Hin-
distanda fiqhl
ə hədis bir-birindən ayrı, müxtəlif sahələr kimi yan-yana möv-
cud idil
ər və fəqihlər çox hallarda yalnız özlərinə lazım olduqda hədisə mü-
raci
ət edirdilər. Bəzi hallarda isə, əməllərində hədisə görə hərəkət edən fə-
qihl
ər üləmanın qəzəbinə tuş gəlirdi. Belə bir zamanda hüquq məktəblərini, 
onların istifadə etdikləri üsulları araşdırdıqdan və istinad etdikləri hədisləri 
öyr
əndikdən sonra Şah Vəliyullah öz fəaliyyətində hədis alimi olan fəqihlə-
rin yolundan getm
əyi üstün tutmuş, digər tərəfdən isə, hədisə önəm vermək-
l
ə və fiqhlə hədisi qarşılaşdıraraq onlar arasında uyum yaratmaq cəhdləri ilə 
islami elml
ərin dirçəlməsinə və yenilənməsinə mühüm xidmətlər göstərmiş-
dir. O, hüquqi hökml
ərin mütləq Allah kəlamı  və  Peyğəmbərin hədisi ilə 
əlaqələndirilməsini və əsaslandırılmasını, həm fəqihlərin görüşlərinin təxric 
edilm
əsinin

, h
əm də hədislərin araşdırılmasının bir yerdə aparılmasını töv-
siy
ə edərək, onların hər ikisinin də dində möhkəm təməli olduğunu vurğula-
mış, amma ən doğru yolun, Həsən əl-Bəsrinin söylədiyi kimi, orta yol oldu-
ğunu yazmışdır: “...alimlər çoxdan bəri hər iki metodu da istifadə etmişlər. 
Kimisi birini az istifad
ə  etmiş,  digərini çox, kimisi də  əksinə, birini çox 
istifad
ə etmiş, digərini az; amma hər ikisinə də yer vermişlər. Bu hesabla, 
ön
əmli bu iki əsasdan hər birinə – hər iki tərəfin etdiyi kimi – tamamilə la-
qeydlik göst
ərilməsi uyğun deyildir. Görülməsi vacib olan iş, bunlardan hər 
birinin dig
ərinə uyğunluğunun araşdırılması və ortaya qoyulması, hər birin-
d
əki əksikliyin digəri vasitəsilə tamamlanmasıdır” (1, 565-566).   
 
 
 
 
 
Dehl
əvi islam aləmində  haqq məktəblər  kimi  tanınan  dörd  hüquq 
m
əktəbinə  (maliki,  şafii,  hənbəli və  hənəfi) də  eyni  barışdırıcı  münasibət 
b
əsləmişdir. O, ifrat məzhəbçiliyə və o cümlədən fəqihlərin yolunu, hərəkət 

 T
əxric etmək – fəqihlərin göstərdikləri dəlilləri qaynağından tapıb ortaya çıxarmaqdır. 
 
- 64 - 
                                                 


F
əlsəfə tarixi 
 
t
ərzini kəskin tənqid edən zahirilərə

 
qarşı  çıxmış,  məzhəblər  arasındakı 
ixtilafların durmadan dərinləşməsini tənqid etmişdir. 
 
 
 
Şah  Vəliyullahın  düşüncəsinin  formalaşması,  mühəddis və  müdərris 
ki
mi yetişməsi hənəfi hüquq üsulu çərçivəsində olmuşdur. Lakin o, Məkkə 
v
ə Mədinədə qaldığı zamanlarda digər hüquq məktəblərinin də özəlliklərinə 
dair bilikl
ər əldə etmək imkanı qazanmışdı. Və buna görə də bütün məktəb-
l
əri müqayisəli araşdıra bilmiş, onların üsul və dəlillərini təhlil etmiş və mü-
əyyənləşdirmişdir ki, bütün hüquq məktəblərinin qaynağı birdir, ona görə də 
ara
larındakı fərq köklü olmayıb təfsir fərqliliyidir. Dehləvi, hicri dördüncü 
əsrdən öncəki müsəlmanların tək məzhəbə bağlanıb qalmaq kimi vərdişləri-
nin olmadığını (1, 555-556) da örnək götürərək, hər hansı məktəbin tərəfini 
tutmaq yerin
ə, ən qüvvətli dəlilin tərəfini saxlamağa üstünlük vermişdir. O, 
dörd m
əzhəbin yolunu tutmağın faydasını vurğuladığı kimi, onların hamısını 
bird
ən tərk etmənin də zərərləri olduğunu əsaslandırmışdır (bax: 2). Beləlik-
l
ə, Şah Vəliyullah tək bir hüquq məktəbinə bağlanıb qalmağı, qatı məzhəb-
çiliyi r
ədd edir və  digər məktəblərin də  görüş  və  dəlillərinə  etinasız  ya-
naşmamağı tövsiyə edirdi. Onun özü “Hüccətulahi’l-baliğa” əsərində hənəfi 
imamı Əbu Hənifənin elminin səviyyəsini, ictihadını yüksək dəyərləndirdiyi 
kimi, dig
ər imamların - imam Malikin, imam Hənbəlin və imam Şafiinin də 
d
ərin bilik və böyüklüklərini hörmətlə yad edir (1, 533-540). 
 
 
Dehl
əvi  eyni  şəkildə  mötədil mövqeyi, orta yolu ictihadla təqlid
∗∗
 
ara
sında da tətbiq etmişdir. İslam aləmində bu məsələlərdə də bir-birini rədd 
ed
ən ifrat tərəflərin davamçıları vardı. Bir tərəfdə təqlidi haram elan edərək, 
ist
ər alim olsun, istərsə də sıravi dindar – hər bir müsəlmanın öz əməl və hə-
r
əkətlərində Quran və Sünnəyə görə hökm çıxarmasını, yəni müstəqil ictiha-
dını  təqdir edən qrup; digər tərəfdə  isə,  “ictihad  qapılarının  bağlandığını” 
dey
ərək (X əsrdən etibarən sünni üləma  arasında  “ictihad  qapıları  bağlı” 
elan olunmuşdu) təqlidi əsas şərt hesab edən qrup dururdu. Şah Vəliyullah 

  Zahiril
ər – (ərəbcə zahir – açıq, aşkar – sözündəndir) hüquqi praktikada Quranın və 
h
ədislərin  yalnız  “hərfi”, “zahiri” mənada  başa  düşülməsinə  əsaslanan,  onların  rasional, 
alleqorik t
əfsirini inkar edən, buna görə  də  əl-Zahiri təxəllüsü  almış  Davud  ibn  Əli  əl-
İsfəhaninin (öl.883) tərəfdarları olmuşlar. 
∗∗
 
İctihad – (ərəbcə ictəhadə - müstəqil qərar çıxarmaq – sözündəndir) Quran və Sünnə-
y
ə və əsas fiqh metodlarına dair biliyi yetərli olan hər bir müsəlmanın dini və hüquqi məsə-
l
ələr üzrə müstəqil mühakimə yürütmək, qərar vermək hüququdur. Təqlid isə, müsəlmanın 
dini v
ə hüquqi məsələlərdə hər hansı bir məktəbə mənsub müctəhidin görüş, qənaət, ictihad 
v
ə hərəkətinə əməl etməsi, onu tətbiq etməsidir. 
 
- 65 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə