A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə29/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
h
ər iki tərəfin görüşünü – həm təqlidin haram bilinməsini, həm də təqlidin 
mütl
əqləşdirilməsini və ictihadın qadağan olunmasını tənqid edirdi və onları 
müs
əlmanların gerilik və durğunluğunun əsas səbəblərindən biri kimi göstə-
rirdi. Buna gör
ə də mütəfəkkir “Hüccətulahi’l-baliğa”da və bütünlüklə icti-
had v
ə təqlid məsələlərinə həsr etdiyi “İkdü’l-cid fi ehkami’l-ictihadi və’t-
t
əqlid” əsərində ciddi araşdırmaların yekunu olaraq, bu qrupların görüşlərin-
d
əki  ifratçılığın  yerinə  barışdırıcı,  orta  bir  mövqe  nümayiş  etdirir.  Təqlid 
m
əsələsinin şərhində o, islamın ilk əsrlərindəki müsəlmanların vəziyyətinə 
istinad edir, o dövrki aliml
ərin dini öyrənmək məsələsində özlərindən əvvəl-
kil
ərdən faydalandıqlarını, bununla da sələfin görüş və qənaətinə ehtiyacın 
h
əmişə sabit qaldığını vurğulayır. Şah Vəliyullah təqlidi labüd sayır, amma 
onun mütl
əqləşdirilməsini, dini ehkam səviyyəsinə qaldırılmasını rədd edir. 
O, t
əqlidi haram sayan İbn Həzmin dəlillərini təhlil edərək bu qənaətə gəlir 
ki, y
alnız  peyğəmbərin yolunu tutan, lakin Quran və  Sünnədən düzgün 
hökml
ər  çıxarmağı  və  onları  tətbiq etməyi bacarmayan müsəlmanın  hər 
hansı  bir  məzhəbi,  yaxud  imamı  təqlid etməsi qəbahət deyil. Mütəfəkkir 
h
əmçinin, yalnız bir alimin yolunu tutan müsəlmanla gah bir, gah da digər 
müct
əhidin görüşünə əməl edən, dini və niyyəti möhkəm olan insan arasında 
heç bir f
ərqin olmadığını da yazır.   
Ş.V.Dehləvinin islahatçı kimi gördüyü ən önəmli işlərdən biri “ictihad 
qapılarını açıq” elan etməsidir. O, təqlidin önəmini, dörd hüquq məktəbinin 
elminin d
ərinliyini, müsəlmanlar arasında nüfuz və hörmətini, böyük hədisçi 
f
əqihlərin xidmətlərini qeyd etməklə bərabər, ictihadın da zəruriliyini və hər 
dövrd
ə  ona  ehtiyacın  olduğunu  əsaslandırmışdır.  Şah  Vəliyullaha görə, 
meydana g
əlmiş  çoxsaylı  problemlər  haqqında  Quran  və  Sünnə  əsasında 
hökml
ər çıxarılmasına çox ehtiyac vardır və mövcud olan kitablardakı yazı-
lar, çıxarılmış hökmlər yetərsizdirlər, həm də onların xeyli hissəsi mübahi-
s
əlidir, güvəniləsi deyil. Belə bir vəziyyətdə ictihad üsul və qaydalarına mü-
raci
ət olunması zəruridir. Mütəfəkkir ictihadın tərifini və qisimlərini ətraflı 
şərh edərək, digər böyük islam alimləri kimi, onun məsuliyyətini və hər kə-
sin ictihad ed
ə bilməyəcəyini də vurğulayır. O, ictihad etməyin əsas şərtləri-
ni ir
əli  sürür:  “İctihad  edəcək kəcin  bunları  bilməsi  lazımdır:  1.  Kitabdan 
(Qurandan – Q.M.) hökml
ərlə əlaqədar ayələri; 2. Sünnədən hökmlərlə ilgili 
h
ədisləri; 3. Hansı hökmlərdə icma (ümumi rəy, qərar –Q.M.) olduğunu; 4. 
Qiyasın (bənzətmə - Q.M.) şərtlərini və təfəkkürün üsulunu; 5. Ərəb dilini; 
6.  N
əshedən və nəshedilənləri; 7. Rəvayətçilərin hallarını” (2). Amma Şah 
 
- 66 - 


F
əlsəfə tarixi 
 
V
əliyullah bu şərtlərlə də kifayətlənmir və müstəqil müctəhidi digər alimlər-
d
ən fərqləndirən əsas keyfiyyətləri də göstərir. Qısa şəkildə ifadə edərsək, o 
keyfiyy
ətlər bunlardır: ictihad etməyin başlıca üsul və qaydalarını mükəm-
m
əl bilmək və onları tətbiq etməyi bacarmaq; Quran və Sünnəni çox yaxşı 
bilm
ək və ziddiyyətli dəlilləri araşdırmağı, onlar arasında doğru seçim etmə-
yi bacarmaq; cavabı bu dəlillər içində aydın bilinməyən məsələləri yenə hə-
min d
əlillərdən çıxış edərək incələmək (2).   
 
 
 
 
Bel
əliklə, “ictihad qapılarının açılması”nı vacib sayan Şah Vəliyullah 
ictihadla t
əqlid arasında tarazlıq yaradan bir görüş ortaya qoyur və onun bu 
m
əsələdə tutduğu mövqe islamın əsas qayəsinə, şəriətin tələblərinə və sələ-
fin yoluna uyğundur. “İctihad qapılarının açılması” tələbi Yeni dövrdə daha 
da  aktuallaşır  və  islam  islahatçılığının  qabaqcıl  nümayəndələri  C.Əfqani, 
M.Ab
duh,  R.Rza,  M.İqbal  və  başqalarının  yaradıcılıq  və  fəaliyyətində  öz 
əksini  tapır.  Bu  baxımdan  Şah  Vəliyullah XIX əsr  islam  islahatçılarının 
s
ələfi hesab oluna bilər. 
 
F
əlsəfəsi 
Ş.V.Dehləvinin  metafizik  düşüncələri  “Əl-Xeyr  əl-kəsir”, “Fəysalat 
əl-vəhdət əl-vücud və vəhdət əl-şühud”, “Əl-Məktubu’l – mədəni fi hakai-
kı’t-tövhid” və digər əsərlərində öz əksini tapmışdır. “Hüccətulahi’l-baliğa”-
da o, islamın təməl prinsiplərini elmi-nəzəri təhlilə cəlb edərək, ictimai bir 
f
əlsəfə - islamın fəlsəfəsini yaratmışdır. Məqalə sonuncu əsərin birinci cildi-
n
ə  əsasən  yazıldığından,  biz  filosofun  metafizik  görüşlərinə  qısaca  nəzər 
salmaqla kifay
ətlənəcəyik. 
Şah  Vəliyullahın  bütün  fəaliyyəti və  ideyaları  Quran  və  Sünnədən 
qay
naqlandığı kimi, fəlsəfi düşüncələri də islam prinsiplərinə söykənir. Mü-
t
əfəkkir varlıq aləmində hər şeyin Allah Təala tərəfindən yaradıldığını qəbul 
edir. O, göst
ərir ki, aləmin meydana gətirilməsində Allaha bir-biri ilə bağlı 
üç keyfiyy
ət xasdır: birincisi, varlığı heçdən yaratması; ikincisi, bir şeyi baş-
qa bir şeydən yaratması (məsələn, Adəmi torpaqdan, cini atəşdən yaratması 
kimi); üçüncüsü, al
əmdə baş verən bütün hadisələri öz qoyduğu nizama tabe 
etm
əsi (1, 37-38). Bununla da müəllif Allahın həm bütün mövcud olanları 
ya
ratdığını,  həm də  aləmdə  baş  verən proses və  hadisələri öz nəzarətində 
sax
ladığını, öz iradəsinə tabe etdiyini aydın şəkildə bildirir. Lakin bu fikir-
d
ən  Şah  Vəliyullahın  insanın  iradə  azadlığını  tam  inkar  etməsi nəticəsi 
 
- 67 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə