A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə27/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
örn
ək olaraq götürmüş və sələfin (əs-sələf əs-salihin), yəni Peyğəmbərin tə-
r
əfdarlarının və müsəlmanların ilk üç nəslinin yolunu tutmuşdur. Şah Vəli-
yullah tövhidin müs
əlmanlar üçün çöx önəmli  olmasını  Məhəmməd Pey-
ğəmbərin Allahdan nəql etdiyi bir hədislə açıqlayır: “Kim mənə yerüzü do-
lusu q
ədər xəta ilə gəlsə, ancaq Allaha heç bir şeyi şirk qoşmamış olsa, mən 
d
ə onu işlədiyi xəta qədər əfvlə
 
qarşılaram” (1, 217).  
Alla
hın vahidliyinə inam və ona hər hansı bir şərik qoşmamaq islamın 
ən böyük əlaməti, birinci və əsas şərtidir. Diqqəti buna çəkən Şah Vəliyullah 
tövhidin d
ərəcələrini sıralayır və birinci yerdə Qurani-Kərimin hər kəs qarşı-
sında qoyduğu tələbi göstərir: “«Vacibul-vücud» sifətini sadəcə Allah Təa-
la
ya şamil etmək və Ondan başqasının varlığını vacib görməmək” (1, 218).
 
 
 
 
 
V
əliyullah Dehləvi tövhidin həqiqi mahiyyətini  açıqlamaqla  bərabər 
Allaha  şərik  qoşmanın  da  geniş  şərhini verir və  şirk  mənası  ehtiva  edən 
inanc v
ə əməllərin Allahın təkliyinə inamı sarsıtdığını vurğulayır. Onun fik-
rinc
ə, insanların Allaha şərik qoşmalarının səbəbi onların tövhidin və şirkin 
əsil mahiyyətini dərk etməmələrindən irəli gəlmişdir. Şah Vəliyullaha görə, 
bu, islamaq
ədərki müşrik ərəblərdə də belə olmuşdur, Məsihi “Allahın oğlu” 
v
ə “Allah” adlandıran xristianlarda da, aralarına şirk inanc və davranışların 
girdiyi müs
əlmanlarda da belədir. Mütəfəkkir  yazırdı  ki,  islamaqədərki 
ərəblər Allahın varlığını və onun kainatın yaradıcısı, mütləq güc və qüdrət 
sa
hibi  olduğunu  qəbul  etmişlər, ancaq bəzi məqamlarda həm də  Allahın, 
sevdiyi insanlara özün
ə aid sifətlər və ilahilik bəxş etdiyinə inanmışlar: “Bu 
inanc
lara sahib olan müşriklər zaman keçdikcə onların adlarına daşlar yon-
muşlar və bu heykəlləri ibadətləri əsnasında özlərinə qiblə etmişlər. Arxala-
rından gələn nəsillər bu qiblə edilən bütlərlə o bütlərin təmsil etdiyi kimsələr 
ara
sında  bağlantıyı  qavraya  bilməmişlər və  önlərindəki bütlərin müstəqil 
m
əbud olduğunu düşünməyə başlamışlar” (1, 219). Bununla da zaman keç-
dikc
ə bu heykəllərin əsil ilahlar olduğunu qəbul etmiş, onlara səcdə etməyə, 
ad
larına qurban kəsməyə və and içməyə başlamışlar. Buna görə də Quranda 
onlar müşriklər adlandırılır və peyğəmbər də onları müşrik elan edərək, pis-
l
əyirdi. Müsəlmanların bir qismi bunun mahiyyətini anlamayaraq, elə hesab 
edirdil
ər ki, Allahın, ona aid bəzi sifətləri guya bir qisim insanlara həvalə 
etdiyini q
əbul etmək, Allahdan dilədiklərini həmin insanlardan ummaq, on-
la
rın adına dualar etmək və qurbanlar kəsmək tövhid inancına zidd və Alla-
ha şərik qoşmaqla eyni deyildir. Bu baxımdan, Şah Vəliyullaha görə, əsas 
 
- 62 - 


F
əlsəfə tarixi 
 
görül
əcək iş tövhid inancı ilə şirk arasındakı qəti fərqi və peyğəmbərin şirkə 
qarşı açdığı savaşın mahiyyətini müsəlmanlara açıqlamaq lazımdır. Və özü 
bu yönd
ə geniş izahat apararaq, şirkin mahiyyətini belə izah edirdi: “Həqiqi 
şirk  bir  şəxsin,  insanlar  arasında  ucaldılmış  olan  bəzi insanlardan təcəlli 
ed
ən fövqəladə halların onlarda insana məxsus olmayan bir sifətə sahib ol-
ma
sı üzündən qaynaqlandığına inanmasıdır. Onda varlığına inandığı bu sifət 
Vacibul-vücuda xas olan, ilahilik keyfiyy
əti olmayan varlıqlarda rast gəlin-
m
əyən bir sifətdir. Şirkə inanan insana görə bu belə olur: Tanrı öz ilahilik li-
ba
sından bir başqasına geydirir, və ya başqası Onun zatı içərisində öz varlı-
ğını yox edir və Onun zatı ilə bütünləşir, ya da daha başqa yollarla ilahlıq 
xüsusiyy
əti qazanır. Bu cür xürafatlarla şirk qoşduğu şeyə müqəddəslik şa-
mil edir” (1, 227).  
 
 
Şah Vəliyullah islam ümmətini öz inanc və davranışlarında yalnız Al-
laha yön
əlməyə, Quran və Sünnəyə istinad etməyə, bu məsələlərdə əshabə-
nin v
ə sələfin yolunu davam etdirməyə çağırırdı. Onun bu yöndəki fəaliyyəti 
h
ədis elmini dirçəltmək və yaymaq və hədisi islam hüququ ilə birləşdirmək 
s
əyləri ilə sıx bağlı olmuşdur.  
 
 
 
 
 
Şah Vəliyullahın Hindistanda hədisi  yayması və hədis dərslərini dir-
ç
əltməsi, hədis elminə böyük diqqət yetirməsi və bu sahədə apardığı araşdır-
malar onun islamı yeniləmə və islah fəaliyyətinin çox mühüm bir istiqaməti 
ol
muşdur. Bu da qanunauyğundur, çünki, tanınmış islam alimi Əbül-Həsən 
ən-Nədəvinin də  yazdığı  kimi,  Peyğəmbərin yolu və  hədislərin  toplandığı 
əsərlər islah və yeniləmənin, müsəlmanlarda həqiqi islam düşüncəsinin əsas 
qaynağı olmuşdur. Və islam tarixinin müxtəlif dönəmlərində islah və yenilə-
m
ə yolunu tutanlar “həqiqi din bilgisini və saf islam düşüncəsini sünnət və 
h
ədislərdən almışlar; hədisləri dəlil və sənəd olaraq qəbul etmişlər. Din və 
islah d
əvətində hədis onların sənədi, silahı və qalxanı olmuş, bidətlərlə, fit-
n
ələrlə, şərlə və hərc-mərcliklə mübarizədə hədis ən önəmli hərəkətverici və 
önl
əyici qüvvə olmuşdur” (3, 198).   
“Hücc
ətulahi’l-baliğa” əsərinin türk dilinə tərcüməçisi dr. M.Ərdoğa-
nın fikrincə, Şah Vəliyullahın hədisə ayrı bir önəm verməsinin iki əsas sti-
mu
lu olmuşdur: birincisi, hədisin onun nəzərindəki yüksək yeridir; ikincisi 
is
ə, mövcud vəziyyəti (yəni Hindistandakı dini geriləmə və durğunluğu, hə-
dis v
ə  sünnət  kitablarından  uzaqlaşmağı  –  Q.M.) aradan  qaldırmaq  üçün 
Sünn
əyə müraciət olunmasını zəruri bilməsidir (4, lxxvi).  
 
- 63 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə