A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə35/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
filosofu İoann Skott Eriuqena (877) belə hesab edir ki,  «dünyanın inkişafı 
Al
lahdan başlayıb yenə Allaha qayıdan bir dairəvi hərəkətdir. Tanrının ya-
rat
ması ilə başlayan bu inkişafda özü yaradılmamış və yaradan təbiət olan 
İlahi Ruh mərhələ-mərhələ axır… Beləcə təbiətdə üç bölmə var: Tanrı, ide-
ya
lar,  ayrı-ayrı  şeylər»  (23, 141-142).  Tanrının  özünü  dərk edilməz hesab 
ets
ə də, filosof Oğul və Müqəddəs Ruhu Onun dərkinə aparan rəmzlər, təbi-
əti və bütün varlıqları isə Mütləq Ruhun təzahürü olaraq qəbul etmişdir, yə-
ni insan t
əbiəti, onda olan ilahi sirləri dərk etməklə Allaha geri dönə bilər.  
Alman filosofu Nikolay Kuzanlı (1464) isə ümumiyyətlə dünya və Al-
lah dualizmini q
əbul etmir və bildirir ki, dünya Allahın içindədir, O, bütün 
dün
yanı əhatə edir. Kainatın Allah surətində yaradıldığını (13, 151) bildirən 
filosofa gör
ə «Allah, sadə vəhdət, tək Kainatda var olmaqla sanki bir qayda 
olaraq Kainat vasit
əsilə hər bir şeydə olur, çoxluq isə tək Kainat vasitəsilə 
Allahda olur» (13, 109). X
ətt nöqtənin açılışı olduğu kimi, (13, 241) kainatı 
da Allahın təzahürü hesab edən Kuzanlı, eyni zamanda, Allahın Kəlamı və 
Oğlu kimi insanı da həm əqli, həm də hissi təbiəti bükülü şəkildə özündə eh-
tiva ed
ən bir mikrokosm adlandırmışdır (13, 150). Lakin nəzərə alsaq ki, fi-
lo
sof Allahın bir insan düşüncəsində vahid nöqtə halında dərkedilməz olub 
yal
nız xətt (çoxluq, təbiət – K.B.) şəklində dərk edilə biləcəyini qəbul etmiş-
dir, onda bildirm
ək olar ki, Kuzanlının da görüşlərində mənbə Allah-təbiət-
dir. Bununla filosof h
ər iki məfhumun ayrılmazlığını və insanın nə isə anla-
ma
sı  üçün  məhz təbiətə  –  Mütləq Həqiqətin təfsilatlı  şəkildə  açıldığı 
m
ənbəyə müraciət etməsinin zəruriliyini vurğulayır.  
T
əbiətlə yanaşı, qeyd etdiyimiz kimi, insan da ilahi aləmə aparan bir 
vasit
ədir.  Belə  ki, orta əsrlərdə  Qərb fəlsəfəsində  aparıcı  ideologiya  olan 
xris
tianlığa  görə,  insan  yaradılmışlar  arasında  günah  içində  olan  ən  aşağı 
var
lıqdır və o, ömrü boyu günahlarını təmizləməklə məşğul olmalıdır. Filo-
soflar bu fikri müdafi
ə edən din xadimlərindən, teoloqlardan fərqli mövqedə 
dur
muşlar. Belə ki, Müqəddəs Üçlüyün bir tərəfi olan İsa Məsih – Atanın 
oğlu, Müqəddəs Kəlam (Loqos) olmaqla yanaşı, həm də bir insandır. Bu ba-
xımdan,  xristian  filosoflarının  dünyagörüşlərində  iki xətt  müşahidə  etmək 
müm
kündür: ya insan İsa Məsihə bənzəməklə, onun buyurduğu yolla gedib 
öz ruhunu xilas etm
əli (bu, daha çox teoloqlara xasdır), ya da İsa Məsih va-
sit
əsilə öz içindəki İsanı – İlahi Kəlamı kəşf etməlidir (bu, irrasional təfək-
kür
lü filosoflara xasdır). Yəni bəzilərinə görə, yalnız İsa ilahi sirlər daşıyıcı-
sıdır, digərlərinə görə bu nemət hər bir şəxsə verilmişdir və onu dərk etmək 
 
- 80 - 


F
əlsəfə tarixi 
 
la
zımdır.  Məsələn,  M.Ekxarta görə, «Allah hər  şeydədir, lakin bunu çoxu 
bilmir, bunu d
ərk edən bilir, buna görə də insan digər yaradılanlardan daha 
f
əzilətlidir» (22, 62-63). Mütəfəkkir belə hesab edir ki, «mən Onu vasitəsiz 
d
ərk edirəmsə, Mən O oluram, O isə mən!» (22, 155). Yeri gəlmişkən, bir 
növ bu düşüncələrin davamı olaraq, Hegel (XIX əsr) də Allah və insanı öz-
l
ərini dərk etmələrində  bir-biri üçün vasitə  olduqlarını  hesab  etmişdir: 
«…Tanrı yalnız özünü tanıdığı qədər Tanrıdır; Onun özü haqqında biliyi da-
ha sonra Onun insanda özünüd
ərkidir» (12, 389).  
Göründüyü kimi, xristian 
filosofların  görüşlərində  yalnız  İsa  Məsih 
deyil, ümumiyy
ətlə insan Müqəddəs Üçlüyün bir tərəfidir və o, məhz Allah-
la v
əhdətdə olduğu zaman həqiqi biliyin mənbəyi ola bilir. Lakin burada iki 
əsas cəhəti  vurğulamalıyıq.  Əvvəla, Yeni Dövrdən  başlayaraq  bu  ağırlıq 
m
ərkəzi təbiətə tərəf keçdi və insanın da yalnız onun bir hissəsi, yəni maddi 
varlıq olaraq tədqiq edilməsinə üstünlük verildi. İkincisi, istər orta əsrlərdə, 
ist
ərsə də sonralar ilahi vəhy ya insanın – İsa Məsihin, ya da təbiətin içində 

əridilmiş” halda öyrənilib, mənimsənilmişdir 
Vahid ideyanın bir qolu da İslam Şərqində inkişaf etməkdə idi: fərqli 
din v
ə  prinsiplər  əsasında.  Burada  da  mənbələr gah bir-birini tamamlayan 
t
ərəflər, gah da bir-birini inkar edən tərəflər kimi çıxış etməkdə idi. Məsə-
l
ən, «Bütün adlar 32-dir» və ya «bütün şeylər varlığını 32 hərfdən aldı», – 
dey
ən hürufiliyin banisi Fəzlullah Nəimi onu da bildirir ki, «hərf və kəlam 
Kamil  İnsandan  ayrılmazdır»,  «ruh  və  hərf eynidir»  (14, 126-127). Yəni 
maddi v
ə ihahi aləmlərin sirlərini özündə ehtiva edən insan mikrokosmdur 
v
ə irrasional biliklərin mənbəyidir. Mütəfəkkirə görə, «insan həm natiq ki-
mi, h
əm də ilahinin daşıyıcısı kimi ölümsüzdür. Tanrının bütün keyfiyyətləri 
ölümsüzdür …v
ə  insana  xasdır.  Lakin  o,  cahilliyindən bunu bilmir»  (14, 
118-119). Dem
əli, cahilliyindən qurtulmaqla, özünü dərk etməklə insan nə-
in
ki kainatın sirlərinin hamısını anlamaq, hətta Tanrıya çevrilə bilmək iqti-
darındadır. 
Yaxud, dig
ər bir islami cərəyan olan ismaililikdə (IX-XI əsrlər) də in-
san ilahi sif
ətlərə və keyfiyyətlərə malik, ilahi sirlərin daşıyıcısıdır. Ölümsüz 
v
ə  ilahi keyfiyyətlərə  malik imamilik prinsipini qəbul edən «ismaililikdə 
gizli mistik bilik dini biliyin 
əsası  kimi  yalnız  imama  xasdır»  (11, 35). 
«İmamın  varlığının  səbəbi hər  bir  varlığın  və  beləliklə  də  yer üzündəki 
varlığın son səbəbi» (11, 35) kimi qəbul edilmişdir. O, Allahın insanlarla bir 
növ 
əlaqələndiricisi, onu hər cür elmdən agah edən bələdçidir: «Bu dünyada 
 
- 81 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə