A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

N
əriman Nərimanov – 140 
 
 
 
 
 
 
Henrix İbsenin fəlsəfi kredosuna 
N
ərimanov baxışı  
Plexanov t
ənqidi kontekstində  
 
 
Arzu Hac
ıyeva

 
 
 
F
əlsəfədə mütəfəkkirləri dünyagörüşünə, fəlsəfi baxışlarının xarakteri-
n
ə görə müəyyən cərəyan və sistemlərə daxil etmək təcrübəsi mövcuddur. 
Han
sı isə bir filosofun peripatetik, bir başqasının hegelçi,  marksist,  yaxud 
ekzistensialist olma
sının qeyd edilməsi, onların materialist və ya idealist ki-
mi, rasionalist v
ə ya sensualist, skeptik və ya ehkamçı kimi səciyyələndiril-
m
əsi bütövlükdə fəlsəfi fikir tarixində varisliyi, müxtəlif dövrlərdə yaşayan 
böyük z
əka sahibləri arasında daxili əlaqəni üzə çıxarmağa, onları daha ra-
hat 
başa düşməyə kömək edir. Lakin bunu da nəzərə almaq lazımdır ki, hər 
bir  müt
əfəkkirin fəlsəfi  dünyagörüşü onun müxtəlif, bəzən hətta bir-birinə 
zidd 
görüşlərini özündə ehtiva edən, onları bir-birilə əlaqələndirərək tarazlıq 
yaradan  özün
əməxsus vahid sistemdir. Təsadüfi deyil ki, bir çox filosoflar 
özl
ərinin hər hansı bir cərəyana və ya kateqoriyaya aid edilmələrinə öz ciddi 
etirazlarını bildirmiş və bildirirlər. Bəzən bu cür «çərçivəyə yerləşdirmək» 
metodoloji rol 
oynayıb, özgə məqsəd güdmür, bəzən isə tədqiqatçının sub-
yektiv 
maraqları ilə bağlı olur, hətta onun xoş niyyətini də ifadə edə bilir.  
N
əriman Nərimanova münasibət də həmişə belə ziddiyyətli olmuşdur. 
Sovet hakimiyy
əti illərində yüksək dövlət vəzifələri tutmasına baxmayaraq, 
o,  m
əhz  həmin  dövrün  rəsmi  ideologiyası  «çərçivəsinə» sığmadığına  görə 
milli t
əmayülçülükdə təqsirləndirilmiş, ölümündən keçən bir neçə onilliklər 
ərzində onun əsərləri çap olunmamış, adının belə dilə gətirilməsi yasaq edil-

  AMEA F
əlsəfə, Sosiologiya və  Hüquq  İnstitutunun  baş  elmi  işçisi,  fəlsəfə  elmləri 
doktoru 
 
- 41 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
mişdi. Şəxsiyyətə pərəstişin tənqidinin mülayim siyasi ab-havası keçən əsrin 
50-ci ill
ərinin ortalarından başlayaraq, N.Nərimanov irsinin yenidən öyrənil-
m
əsinə və tədqiq olunmasına şərait yaratdı. Tədqiqatçıları bu dəfə N.Nəri-
manovun  m
ənəvi  portretini  yenidən  «çərçivəyə»  salmaq  üçün  həmin  bəhs 
etdiyimiz 
xoş niyyətlə onun baxışlarını mövcud sovet ideologiyasına uyğun-
laşdırmağa, onu mübariz marksist, materialist və hətta ateist obrazında gös-
t
ərməyə çalışırlar. Onun ictimai-siyasi görüşlərinin təkamülü prosesi dövr-
l
ərə ayrılır, 1917-ci il fevral inqilabından sonra marksist kimi formalaşma-
sına qədər maarifçi-demokrat, inqilabçı-demokrat olduğu vurğulanır, siste-
m
ə uyuşmayan baxışları, o cümlədən dinə münasibəti onun barışdırıcı möv-
qeyi, maarifçi 
baxışlarındakı məhdudluq kimi tənqid edilir, bəzi hallarda isə 
«taktiki  mülahiz
ələr»lə əsl əqidəsini gizlətməsi kimi şərh edilir. Demək la-
zımdır  ki, 90-cı  illərinin  qarışıq,  faciəli  siyasi  hadisələri  şəraitində  kom-
munist 
partiyasının  hörmətdən  düşməsi,  yeni  partiyaların  yaranıb,  siyasət 
mey
danına atılması şəraitində Nəriman Nərimanovun yenə bəzi qəzet məqa-
l
ələrində və çıxışlarda tənqid hədəfinə çevrilməsində, onun bolşevizmi ətra-
fında qaldırılan hay-küy fonunda ağlasığmaz günahlarda ittiham edilməsin-
d
ə həmin birtərəfli şərhlərin təsiri olmamış deyildi. Hazırda da N.Nərima-
nov irsin
ə birtərəfli yanaşma mərəzi tam aradan qalxmamışdır.  
Vaxtil
ə  həmyerliləri  tərəfindən  küfrdə  günahlandırılan  dahi  Sabir 
onlara müraci
ətlə deyirdi: 
 
Şiəyəm, əmma nə bu əşkaldən,  
Sünniy
əm, əmma nə bu əmsaldən, 
Sufiy
əm, əmma nə bu əbdaldən, 
H
əq sevən insanəm, a şirvanlılar!

 
 
N.N
ərimanov da marksist idi, kommunist idi, bolşevik idi, amma, Sa-
bir 
demiş, «bu əşkaldan, bu əmsaldan, bu əbdaldan» deyildi, hər şeydən əv-
v
əl  Həqiqəti  sevmiş  və  ona  xidmət  etmişdi.  Müxtəlif  dövrlərdə  birmənalı 
qar
şılanmamasının səbəbi də onun Şərq və Qərb təfəkkürünü, bunlarda olan 
müt
ərəqqi  humanist  ideyaları  özündə  birləşdirən,  dünya,  insan,  cəmiyyət 
haq
qında başqalarından fərqlənən özünəməxsus baxışları ilə seçilən orijinal 
müt
əfəkkir kimi məhz «çərçivəyə» sığmazlığıdır. 
 
* * * 

 
Əşkal, yəni şəkillər, əmsal – oxşarlar, abdal – dərviş.  
 
- 42 - 
                                                 


N
əriman Nərimanov – 140 
 
H
ər  zaman  tədqiqatçılar  böyük  düha  sahiblərinin  dünyagörüşünün 
özün
əməxsus  xüsusiyyətlərini,  ideallarını,  əqidəsini  aşkara  çıxarmaq  üçün 
müxt
əlif üsullardan istifadə edirlər. Zənnimizcə, müxtəlif şəxsiyyətlərin hər 
han
sı konkret bir predmetə münasibətdə fikirlərinin müqayisəsi də bu işdə 
s
əmərəli ola bilər. Məqaləmizdə belə bir predmet kimi dünya ədəbiyyatının 
görk
əmli simalarından olan, dram ustadı kimi Şekspirlə və «fəlsəfə və hök-
miy
yatı cəhətilə rus ədibi-kamili Lev Tolstoyla» (N.Nərimanov) yanaşı qo-
yulan  dahi  Norveç  dramaturqu  Henrix 
İbsenin  irsinə  istinad  edilir.  Onun 
dram
larının inqilabi ruhu real inqilab dalğasının bürüdüyü o zamankı Rusiya 
şəraitində çox cəlbedici idi. İbsen yaradıcılığının əsas qayəsinə münasibətdə 
N.N
ərimanovun baxışları G.V.Plexanovun (1856-1918) mövqeyi ilə müqa-
yis
ədə nəzərdən keçirilir. Məsələ burasındadır ki, tarixə marksist kimi daxil 
ol
muş hər iki mütəfəkkir dramaturqun ölümünə elə «Henrix İbsen» adlanan 
m
əqalə həsr etmişlər.  
Plexanovun 
geniş və dərin təhlilə əsaslanan böyük həcmli sanballı mə-
qal
əsi (6) İbsen yaradıcılığına sosial-demokrat yanaşmasını təmsil edib ədə-
bi-t
ənqidi səciyyə daşıyır. İlk dəfə «Burevestnik»in «Ədəbi-tənqidi kitabxa-
na»
sında (S.-Peterburq,1906) işıq üzü görən bu əsər, ona müəllifin əlavə et-
diyi  9-cu  hiss
ə ilə birlikdə 1908-ci il iyul ayının 10-da alman sosial-demo-
kra
tiyasının elmi orqanı olan «Neue Zuit»da nəşr olunmuş və xaricdə böyük 
maraqla 
qarşılanmışdı.  
N.N
ərimanovun  məqaləsi  isə  həcmcə  bir  o  qədər  də  böyük  olmayıb 
(iki kitab s
əhifəsinə sığır), dramaturqun ölümündan cəmi bir neçə gün sonra, 
1906-
cı il mayın 21-də Bakıda «Həyat» qəzetində dərc edilmiş (3) və bu kə-
d
ərli hadisəyə həmvətənlərinin diqqətini yönəltməklə, «insanın xoşbəxtliyini 
mütl
əq  hürriyyətdə  görən»  dahi  şəxsiyyəti  onlara  tanıtmaq  məqsədi  güd-
müşdü. Bu baxımdan, yəni janr, həcm, məqsəd-məramına görə fərqləndiyin-
d
ən həmin məqalələrin müqayisəsi bəlkə kiməsə ilk baxışda yersiz də görü-
n
ə bilər. Lakin əslində belə deyil. Dərin düşünən bir insanın qələmindən çıx-
dığı üçün bu kiçik məqalədə belə Henrix İbsen yaradıcılığının mahiyyəti və 
əsas  ideyası,  səciyyəvi  xüsusiyyətləri  yığcam  şəkildə  açılıb  göstərilmiş, 
onun nurani 
siması «ürəyi cavan ürəyi kimi döyünən» müdrik qoca – «piri-
salxor» 
obrazında  canlandırılmışdır.  Müəllif  onun  əsas  əsərlərinin  adlarını 
ç
əkmiş,  onların  rus  dilinə  tərcümə  edildiyini  deyib,  müsəlman  dillərinə 
t
ərcümə ediləcəyinə ümidini bildirmişdir.  
N.N
ərimanovun – həmin məqaləsi də daxil olmaqla ümumi dünyagö-
 
- 43 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə