A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
Mustafa Kamal Paşanın TBMM səri sifətiylə 1920-ci ildə əlaqə qurdu-
ğu  yabançı  dövlət  başkanlarından  ilki  Azərbaycan,  ikincisi  Əfqanıstan  və 
üçüncüsü Sovet Rusiya dövl
ət  başkanları  olmuşlar.  Mustafa  Kamal  Paşa 
1921-
ci il oktyabrın 23-də Ankarada Azərbaycanın rəsmi nümayəndəliyinin 
bay
rağını qaldırmış, Nərimanovun siyasətini bəyənmiş və imkan dairəsində 
d
əstəkləmiş,  N.Nərimanovun  əvvəl  Zaqafqaziya  federasiyasının,  sonra  isə 
SSRİ MİK-in sədri seçilməyini alqışlamış, vəfat etdikdə dərin hüznlə şəxsən 
im
zalanmış başsağlığı göndərmişdir.
1
 O, Türkiy
ənin xarici işlər naziri Yusif 
Ka
malın vasitəsi ilə N.Nərimanovdan xahiş edirdi ki, öz nüfuzundan istifadə 
ed
ərək Qars müqaviləsinin respublikalar tərəfindən və  ittifaq  orqanlarında 
ratifıkasiyasını təmin etsin.
2
 Türkiy
ənin o illərdə Azərbaycan qarşısında et-
diyi 
ən böyük xidmət Naxçıvan məsələsinin ədalətli həlli olmuşdur. 
Bel
əliklə, N.Nərimanovun milli dövlətçilik baxışlarında türk mövqeyi, 
Türkiy
ə-Rusiya münasibətlərinin qurulması özünü aydın şəkildə göstərmiş-
dir. 
 
N.N
ərimanovun həyat məramı hər hansı bir partiyanın proqramından 
ibar
ət deyildi. N.Nərimanov Azərbaycanda  baş  verən inqilabi proseslərə 
dig
ər bolşeviklərdən fərqli münasibət bəsləmiş,  yerli xüsusiyyətləri nəzərə 
almağa çalışmışdır.  
Az
ərbaycan Kommunist Partiyasının tərkibində mövcud olan fikir ay-
rılığı əsasən ondan irəli gəlirdi ki, Bakı fəhlələri arasına “proletar beynəlmi-
l
əlçiliyi” şüan nə qədər hökm sürürdüsə də, hər bir milli qrupun bir o qədər 
öz  iddiaları  var  idi.  Rus  fəhlələri və  partiya məmurları  hesab  edirdi
l
ə
r ki, 
Az
ərbaycanın  istənilən səviyyədə  müstəqilliyi  nominal  xarakter  daşıdığın-
dan rus dili v
ə rusların iradəsi Azərbaycanda hökm sürməlidir. Erməni fəh-
l
ələri və partiya məmurları belə hesab edirdilər ki, Azərbaycan əslində Azər-
baycan türkl
ərinin və  müsəlmanların  ölkəsi  olmamalı,  erməni amili Azər-
baycanda, xüsus
ən də  Bakıda  getdikcə  möhkəmlənməlidir. Bu iki milli 
qrupdan f
ərqli olaraq Azərbaycan fəhlələri və milliyyətcə azərbaycanlı olan 
partiya m
əmurları arasında fikir birliyi yox idi. Bunlardan bəziləri vəzifədə 
qalmaq namin
ə  Moskvanın  göstərişlərini yerinə  yetirir, proletar beynəlmi-
fiqarəsi» qəzeti, 1921,4 fevral, №31. 
1
 
Şimşir В. Atatürk və yabançı devlet başkanları. Ankara, Tarih Kuramu basımevi, 2001, 
s.127; ARDA, f. 6, siy.l, iş.134, v.169-170; f.28, siy. 281, iş 68, vv.17-21, 163. 
2
 
ARDA, f.28, siy. 281, iş 68, v. 17-21. 
 
- 36 - 
                                                                                                                            


N
əriman Nərimanov – 140 
 
l
əlçiliyi prinsipini milli maraqlardan üstün tutur, bolşevik-daşnak qüvvələri-
nin 1918-
ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımı unut-
maq yolu il
ə gedirdilər. Digərləri isə milli maraqları proletar həmrəyliyin-
d
ən üstün tuturdular. 
N.N
ərimanov mərkəzdən fərqli baxışlarını bolşeviklərin səhv siyasəti 
il
ə  izah edirdi.
1
  N.N
ərimanovun  siyasi  baxışlarında  müəyyən təkamül  baş 
ver
ərək onu “demokratik təkamül sosializmi” mövqeyinə, yəni Avropasaya-
ğı sosializm sisteminə gətirmişdir.

N.N
ərimanovun səyi ilə sərbəst ticarət üsulları Azərbaycanda Rusiya-
dan xeyli 
əvvəl tətbiq edilmişdir. O, sovet dövlət quruculuğu prosesinin Ru-
siyadan f
ərqli keçirilməsini tələb etmiş, kiçik sənaye müəssisələrinə toxun-
ma
ğı, onların milliləşdirilməsini qadağan etmiş, alverləri üçün lazımi şərait 
ya
radılması haqqında dekret imzalamış, bolşeviklərin müsadirə vaxtı törət-
dikl
əri haqsızlığa qarşı çıxış etmiş, əsassız həbs edilmiş şəxslərin azadlığa 
buraxılmasına nail olmuş, əfv komissiyalarına şəxsən rəhbərlik etmişdir. O, 
Az
ərbaycanın nemətlərinin ədalətsiz paylanmasına qarşı çıxmışdır.

1920-
ci ilin oktyabrında Azərbaycan kommunistlərinin II qurultayında 
N.N
ərimanov ona görə tənqid olunurdu ki, o, burjuaziya ilə mübarizədə li-
be
rallıq göstərir, sahibkarlara güzəştə gedir, burjuaziyanın tam ekspropriasi-
ya
sına etiraz edir, bir  çox məsul vəzifələrə şüurlu fəhlələrin  əvəzinə xırda 
bur
jua düşüncəli azərbaycanlı ziyalıları irəli çəkir. Amma N.Nərimanov bu 
t
əzyiqlərin qarşısında tab gətirərək məqsədinə nail olmuş, hətta Stalin onun 
r
əqiblərini N.Nərimanovla hesablaşmağa çağırmışdır.

M.Hüseynov, H.C
əbiyev, Ə.Qarayev N.Nərimanovun 1917-ci il qədər 
bol
şevik hərəkatından uzaq olduğunu
5
 
yazırdılar. N.Nərimanov özü də bol-
1
 N
ərimanov N. Ucqarlarda...Seçilmiş..., s.418-419. 
2
 
Ахмедов А. Предполагаемый состав уклонистского правительства и уклонистско-
го партийного aппapaта //ARSPİHDA, f. 12, siy. 1, iş 152, s.27-34. 
3
 
ARSPİHDA, f.l, siy. 1, iş 8, v.86; Nərimanov N. Ucqarlarda... Seçilmiş..., ss.308, 399, 
397; ARDA, f.410m, siy. lm, 
iş 15, v.22a; Декреты Азревкома..., s.198-199; К докладам 
тт.Гусейнова  и  Ахундова  по  азербайджанскому  вопросу  сделанным  на  заседании 
Политбюро ЦК РКП 17. 11.21. Архив 6 сектора Общего отдела ЦК КПСС. Заверено 2 
сентября 1957 r.//ARSPİHDA-da saxlanılır. 
4
 
ARSPİHDA, f.l, siy.l, iş 14, v.9. 
5
 
Гусейнов М.Д. Воспоминания о Н.Нариманове. Газета «Заря Востока».  1925, 21  
марта.  Джабиев  Г.  Воспоминания  о  Н.Нариманове.  Газета  «Бакинский  рабочий». 
1925, 28 
марта, Караев А.Г. Воспоминания о Н.Нариманове. Газета «Заря Востока», 
1925, 22 
марта. 
 
- 37 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə