kökümüzə baxışlarımız, düşüncəmiz, amalımız, əqidə və
inamımıza qayıdışımız milliləşməsə, dilimiz və türklü
yümüz türklük yönümündə köklənə bilməz.
Deməli, milli özünü dərk etmədən, milli dəyərlərə söy
kənmədən, milli düşüncə tərzini və şəraitini yaratmadan,
nə xalqlarımızın türklüyündən, nə də ana dilimizin milli
kökdə inkişaf etməsindən, səlisləşməsindən, zənginləş
məsindən və sabitləşməsindən bəhs etmək məqbul sayıla
bilməz. Çünki dil milli düşüncə, milli adət-ənənələri ilə
xalq və ya ayrı-ayrı sosial-qurum vasitəsi ilə yaranır və be
ləliklə də, milli düşüncə sisteminə çevrilir. Bu da, şübhəsiz
ki, milli düşüncə tərzinə, türk xalqlarının hamısı üçün
vahid türk dili birliyinə qayıdışımız üçün əsas amildir.
Mahmud Kaşğarlı demişkən, türk dilini bilmədən dün
ya idarə oluna bilməz. Bu mülahizə, sanki, bizim- türk
xalqlarının hazırkı durumu ilə bağlı deyilmişdir. İndi dün
yanın üç qitəsində parəkəndə halda məskunlaşmış türk
xalqlan arasında siyasi, iqtisadi, mədəni və s. əlaqələrin
gücləndirilməsi, milli düşüncə tərzinə qayıdışımız üçün
vahid türk dili birliyini yaratmadan türk dünyası idarə
oluna bilməz.
Onu da qeyd etmək lazımdır ki, dünya elmində Altay
dilləri ailəsi və onun təsnifı qəbul olunmuşdur. Altay
dilləri ailəsinin ən böyük budağını, bəzi dilçilərin dediyi
kimi, "Türk dilləri ailəsi" təşkil edir. Deməli,bir ailənin
bir dili olduğu kimi, "Turk dilləri ailəsi"nin də (türk
xalqlarının da) hamısı üçün vahid bir türk dili olmalı
118
dır.Yəni, Türk dilləri ailəsinə məxsus olan bütün dillər o,
cümlədən türk (Türkiyə), türk (Azərbaycan), özbək, qazax,
qırğız, türkmən, tatar (Krım), tatar( Kazan), başqırd, çuvaş,
balkar, qaraçay, tuva, tuvin, uyğur, qaqauz, karaim, kumık,
noqay, qara-qalpaq, balkan, truxmen, karakas, yaqut, xakas,
kamasin, şor, çulun, altay, san uyğurlann dili, əfşar, kərkük
və s. dillər üçün vahid türki yaradılmalıdır.
Bizim mülahizəmizə görə yuxarıda adları çəkilən bü
tün türk xalqları hansı ölkədə yaşamasından, müstəqil
dövlət qurumunun olub-olmamasından asılı olmayaraq,
geneoloji baxımdan bir-birinə qohum olan, bir kökün bu
daqları olan bütün türk xalqlan arasında bu və ya digər
qarşılıqlı əlaqələrin yaradılması, milli kökümüzə qayıdış
məqsədi ilə onların hamısı üçün anlaşıqlı, başa düşülən bir
ünsiyyət vasitəsinin-kök və ya ulu türk dilinin birliyinə
doğru istiqamət götürmək üçün tarixi etnomədəniy-
yətimizin gələcək inkişaf perspektivlərinə yenidən baxıl
malı və vahid bir məqsəd- hamı üçün vahid türk dilinin
yaradılınası yönündə (Azərbaycan- türk və Türkiyə- türk
dillərinin bazası əsasında) hər bir türk xalqı öz ölkəsində
bu istiqamətdə qabaqcadan düşünülmüş vahid tədbirlər
planı üzrə fəaliyyət göstənnəlidir.
Bizim mülahizələrimizə görə, çağdaş türk xalqları
arasında vahid türk dili yaradılması, onları yenidən bir-
birilə qırılmaz tellərilə bağlayan, qovuşdura bilən m ənə
vi-psixoloji və mədəni mühitin geniş halda yaradılması
üçün, ilk növbədə, müstəqil fəaliyyət göstərən hər bir
119
Türk dövlətində, həmçinin, müstəqilliyi olmayıb ayrı-ayrı
ölkələrdə yığcam halda yaşayan Türk xalqları arasında da
yuxarıda adlarını qeyd etdiyimiz kitablarda irəli sürülən
və IV Uluslararası Türk dili Qurultayında maraqla
qarşılanan təkliflərin geniş mənada həyatda vüsət alması
məqsədi ilə hər bir Türk ölkəsində və türklərin yığcam
halda yaşadıqları məkanda, geniş mənada, türk dillərinin
birliyi, həmçinin, genoloji tarixi kökləri bir olan, vahid
m ənəviyyat bulağından qidalanan xalqların mənəvi-
psixoloji və m ədəni fəaliyyətini bir amal və ideya
uğrunda mübarizəyə yönəltm ək üçün hamı birləşməli,
birgə fəaliyyət göstərməlidir.
Türk xalqlarının yuxarıda qeyd olunduğu kimi, mənəvi-
psixoloji və mədəni birliyinin gələcək yolu "Dil birliyi"
körpüsündən keçməlidir. Bu körpü Bilgə xanın dediyi
kimi "Ey türk! Titrə və özünə dön! Sən özünə dönəndə
güclü və basılmaz olarsan!" Bu həyati kəlamı sanki, türk
xalqlarının bu günü üçün deyilmişdir.
Deməli, çağdaş dünyamızda baş verən bütün ictimai-
siyasi hadisələr də, hətta, ölkələrin və xalqların bir-birinə
inteqrasiyası da, qloballaşma da, bir sözlə, türk xalqları
nın, ilk növbədə, öz arasında qloballaşması gündəmə
gətirilməli və bu sahədə Türk dünyasının hər bir guşə
sində sürətli iş aparılmaldır. Hər bir fikir və düşüncə milli
mənəvi və mədəni birliyə xidmət etməlidir.
Burada yeri gəlmişkən, XIX əsrin dördüncü rübündə
tarixən Azərbaycan-türk xalqlarının mədəni mərkəzlərin
120
dən biri olan Tiflis şəhərində nəşr olunan "Kəşkül" qə
zetində çap olunmuş bir kəlamı qeyd etmək yerinə düşər
di. Həmin kəlamda deyilir:
"Öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini
saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni övladi-
miüetə verməlidirlər". Bu mənada, türk xalqlan da, ilk
növbədə, öz millətini əbədi saxlamağa can atmalı və
məktəblərdə elm və fənləri də öz övladlarına ana dilində
(ümumi türk dilində) tədris etməlidirlər. Belə olduqda,
xalqlarımız kök qohumluğundan uzaqlaşmaz və yadlaş
maz. Xalqların, o cümlədən də Türk xalqlarının yadlaş-
ması onun zəiflənməsinə və xırdalanaraq parçalanmasına
aparıb çıxara bilər. Bizə isə, birləşmək, güclənmək, qüd
rətlənmək və dünya miqyasında öz sözümüzü deyə bil
mək üçün vahidləşməyə, Türk dünyasının birliyinə doğru
irəliləmək daim diqqət mərkəzində olmalıdır...
Yuxanda qeyd olunanlara elmi və məntiqi baxımdan
yanaşdıqda belə qənaətə gəlmək olur ki, yaradılması nə
zərdə tutulan vahid ümumtlirk dili daşıyıcısı olan xalqların
dünənini, bu gününü və gələcəyini, həmçinin, xalqlarımı
zın qohumluq və daxili hisslərini, həyat tərzini vo məi
şətini, mənəvi-etik və psixoloji görüşlərini, tarixi və müa
sir mədəni - mənəvi dəyərlərini, adət-ənənələrini müa
sirlik baxımdan əks etdirməlidir. Bir sözlə, dilimiz milli
mənafeyimizin və varlığımızın qorunub saxlanılması, saf
və təbii halda gələcək nəslə ötürülməsinə xidm ət
göstərilməli və milli dillərinə daim sadiq qalmalıdır. Hər
121
Dostları ilə paylaş: |