A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

azərbaycanşünaslıq  m əsələlərini  dərindən  bilm əli, 
dinləyicilər  qarşısında,  bu  və  ya  digər  m əsələ  barədə, 
aydın,  səlis,  kamil 
bir  nitqlə  danışmağı,  müəyyən 
problemi sərbəst və elmi dəlillərlə şərh etməyi bacarmalı; 
yeri  gələndə  isə,  dinləyicilər  qarşısında  həm  yana-yana, 
həm  də  yandıra-yandıra nitq söyləmək məharətinə  malik 
olmalıdır.  Hər  bir  ziyalı  nitqinin  əsas  leytmotivini  gənc­
lərimizin vətənpərvərlik, torpağa bağlılıq, xəlqilik və bey­
nəlmiləlçilik  ruhunda  tərbiyə  etmək  problemləri  təşkil 
etməlidir.
"Azərbaycanşünaslığın əsasları "nm müasir həyatımızın 
tələbi  səviyyəsində  layiqincə  öyrənmək  üçün,  ilk 
növbədə,  ixtisasından  asılı  olmayaraq  ölkəmizin  bütün 
orta ixtisas və  ali məktəblərinin, həmçinin  ali  hərbi m ək­
təblərinin və hərbi akademiyanın tədris planlarında ixtisas 
fənləri  ilə  yanaşı,  "Azərbaycanşünaslığın  əsaslan"  fən­
ninə  də  mühüm  yer  verilməlidir.  "Azərbaycanşünaslığın 
əsasları"  fənninin tədrisini  müasir elmi-texniki  tərəqqinin 
tələbləri  səviyyəsində  qunnaq  məqsədilə  bu  fənnin 
predmeti,  məzmunu,  məqsəd və  vəzifələrini  tam  mənası 
ilə  əks etdirən  tədris proqramları,  dərslik, dərs vəsaitləri, 
m üxtəlif  əyani  vasitələr,  metodik  göstərişlər  və  s. 
hazırlanmalıdır.  Əlbəttə,  "Azərbaycanşünaslığın  əsaslan" 
fənninin  proqramı  da,  dərslik  və  dərs  vəsaitləri  də,  ilk 
növbədə, tarixi, milli və bəşəri dəyərlərə söykənməlidir...
Deməli,  yuxarıdakı  qeydlərdən  göründüyü  kimi, 
ölkəmizin  orta  ixtisas  və  ali  məktəblərinin  tədris 
planlarında  müəyyən  bir  boşluğun  olması  indi  də  özünü
156
büruzə verməkdədir. Bu boşluğu doldurmaq məqsədilə ali 
m əktəblərim iz  üçün  "Azərbaycanşünaslığın  əsasları" 
fənnindən  proqram  hazırlamağı  planlaşdırdıq.  Artıq, 
proqram  hazırdır.  Həmin  proqram  əsasında  dərsliyin 
hazırlanması üzərində işlənilir...
AZƏRBAYCANÇILIĞIN TƏSİSAT QURUMLARI 
VƏ ONLARIN VƏZİFƏLƏRİ
Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərək  belə nəti­
cəyə  gəlinək  olur  ki,  Müstəqil  Dövlətimizin  əsas  ideya­
sını -  azərbaycançılıq ideyasım  və  metodoloji  m əsələləri­
ni  müasir  həyatımızın  tələbi  baxımdan  geniş  miqyasda 
həyatda  tətbiq  etmək,  onu  elmi-nəzəri  və  təcrübi  cəhət­
dən  reallaşdırmaq  məqsədilə  bütün  ümumtəhsil  və  orta 
ixtisas məktəblərində Fənn Metod Birləşmələri,  bütün ali 
təhsil  müəssisələrində  isə,  "Azərbaycan  dili"  və  "Azər­
baycan  tarixi"  kafedraları  fəaliyyət  göstərməlidir.  Həm 
də,  bu kafedralar ali məktəbin əsas  binasında ən  münasib 
otaqlarda  yerləşdirilməlidir.  Çünki  bu  kafedraların 
nomenklatur  fənləri  xalqımızın  milli  sərvətinin  -  ana 
dilinin,  onun  ünvanının  -  ərazisinin  və  tərcümeyi-halının 
və  ya  həyatnaməsinin  -  etnik  tarixinin,  bilavasitə  tədrisi 
və araşdırılması ilə yaxından məşğul olur. Bu mənada, ana 
dilimiz,  ünvanımız  və  tariximiz  xalqımızın  rəmzi, 
simvolu,  gerbi, bayrağı və Dövlət Himnidir...
157


"AZƏRBAYCAN DİLİ" KAFEDRASI
"Azərbaycan  dili"  kafedrası  ölkənin  hər  bir  ali  mək­
təbinin,  o cümlədən də Müdafiə Nazirliyinin,  Daxili  İşlər 
Nazirliyinin,  Dövlət  Təhlükəsizlik  Nazirliyinin  və  digər 
nazirliklərin tabeliyində olan ali tədris müəssisələrinin və 
akademiyalarının aparıcı kafedrası olmalıdır. Çünki bu ka­
fedra  müvafiq  ali  məktəbdə  tədris  işləri  ilə  yanaşı,  geniş 
miqyaslı  elmi-metodiki  tədqiqat işləri  ilə  də  məşğul  olur. 
Bir  sözlə,  "Azərbaycan  dili"  kafedrası  azərbaycançılıq 
ideyasının  təbliği  ilə yanaşı,  həm  də  dilimizin  sahə  lüğə­
tinin  (hərbi  terminologiya,  daxili  mühafizə  işləri  termi­
nologiyası  və  s.)  hazırlanması  və  öyrənilməsi  ilə  yanaşı, 
həm də məktəbin elmi əsərlərinin redaktəsi ilə də məşğul 
ola  bilərlər.  Odur  ki,  "Azərbaycan  dili"  kafedrası  yüksək 
səviyyəli  alim-mütəxəssislərlə komplektləşdirilməlidir.
"Azərbaycan  dili"  kafedrasının  nəzdində  Azərbaycan 
dili və onun tədrisi metodikası üzrə daimi fəaliyyət göstə­
rən  aylıq  Elmi-metodik  seminar,  Elmi-metodik  məlumat 
qrupu,  Azərbaycan  dili  fənni  üzrə  kabinet,  Azərbaycan 
dilinin  tədris  sinifləri,  "Azərbaycan  dili  bu  gün"  guşəsi, 
Azərbaycan  dilinin  əyani  təbliğat  guşəsi,  "Nitq  mədə­
niyyəti",  Elmi  və  bədii  yaradıcılıq  dəməkləri  fəaliyyət 
göstərməlidir.  Başqa  sözlə  desək,  "Azərbaycan  dili"  ka­
fedrası  ali  məktəblərdə,  əsl  mənada,  azərbaycançılıq  ab- 
havası  və  əhval-ruhiyyəsi  yaratmalı  və  beləliklə  də,  ana 
dilimizin  Konstitusiya  statusunun  və  Azərbaycan  dili 
haqqında  Qanunun  tətbiqi  sahəsinin  genişləndirilməsi  və 
inkişafını təmin etməlidir.
158
"AZƏRBAYCAN TARİXİ" KAFEDRASI
"Azərbaycan  tarixi"  kafedrası  da  ölkəmizin  bütün  ali 
məktəblərində,  o cümlədən də Müdafiə Nazirliyinin, Da­
xili  İşlər  Nazirliyinin,  Dövlət  Təhlükəsizlik  Nazirliyinin 
və digər nazirliklərin tabeliyində  olan ali məktəblərdə  və 
akademiyalarda təsis  olunmalıdır.  Çünki  "Azərbaycan ta­
rixi"  kafedrasının  nomenklatur  fənləri  xalqımızın  həm 
tarixi ünvanının, həm də tərcümeyi-halının və ya həyatna- 
məsinin - etnik tarixinin həm tədrisi, həm də geniş şəkildə 
araşdırılması ilə məşğul olur.  Məhz buna görə də,  "Azər­
baycan tarixi" kafedrasının nəzdində Azərbaycan tarixi və 
onun  tədrisi  metodikası  üzrə  daimi  fəaliyyət  göstərən 
aylıq  Elmi-metodik  seminar,  Elmi-metodik  məlumat 
qrupu,  Siyasi məlumat qrupu, Azərbaycan tarixi üzrə  fənn 
kabineti,  Azərbaycan  tarixinin  müxtəlif mərhələləri  üzrə 
tədris  sinif otaqları,  "Azərbaycan tarixi xəritələr önündə" 
guşəsi,  "Azərbaycan  bu  gün"  guşəsi,  Azərbaycan  tarixi 
dərnəyi,  "Azərbaycan  tarixi  təqvimlərdə"  guşəsi,  "Azər­
baycan  siyasətşünaslarm  gözü  ilə",  "Azərbaycan  iqtisad­
çıların gözü ilə"  və s.  gıışələr Fəaliyyət göstərməlidir.
"Azərbaycan  tarixi"  kafedrası  yüksək  səviyyəli  alim- 
mütəxəssislərlə  komplektləşdirilməlidir.  Çünki  Müstəqil 
Dövlətimizin  azərbaycançılıq  ideyası  və  metodoloji 
prinsipləri  məhz  onların  ardıcıl  və  yorulmaz  elmi-meto­
diki  fəaliyyəti  nəticəsində reallaşar,  həyatda tətbiq  edilər 
və öz  müsbət nəticələrini  verər.
159


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə