A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

rəsmi  müşavirələri  və  iclaslan  yenə  də  Sovet  imperiyası 
dövründə  olduğu kimi, "ikinci ana dilimiz"  adlandırdığımız 
rus  dilində  aparırlar,  rus  dilinin  işlənmə  sferasına üstünlük 
verirlər, hətta, şəhərimizin bə'zi məktəblərinin "rəhbərləri" 
azərbaycanlı  valideynlərə  övladlarını  rus  məktəblərində 
oxutmalan  barədə  "geniş  məsləhət"  verirlər...  Əlbəttə, 
şəhərimizdə fəaliyyət göstərən Reklam idarələrinin əmək­
daşları  da  bu  sahədə  "az  iş"  görmürlər.  Bakının  mərkəzi 
küçələrindəki  və  meydançalanndakı  reklamlara  nəzər  sal­
dıqda  adam  özünü  bir  anlığa  haradasa,  Avropa  ölkələrinin 
şəhərlərindən birində  olduğunu  xaırlamaya  bilmir...  Sanki 
şəhərin  hər  tərəfi  ingilis,  rus  və  digər  dillərdə  yazılmış 
bərli-bəzəkli reklamlara bürünübdür...
Bizə  belə  gəlir  ki,  şəhərlərimizdə  və  kəndlərimizdə, 
həmçinin dövlət müəssisələrində və özəl  şirkətlərin bütün 
reklamlarının əvvəlcə Azərbaycan, sonra isə ingilis dilində 
yazılması  məqsədəuyğun  olardı.  Reklamların  tərtib  olun­
masında çoxdilliliyə yol vermək olmaz...
"Azərbaycan  dilinin  dövlət  proqramı"nda  şəhər  və 
kəndlərimizin  toponimik  adlarının  öncə Azərbaycan  dilin­
də yazılması və həm də yerli əhalinin tarixən qoyduğu adla­
rın  bərpa  olunmasına  dair  xüsusi  maddənin  verilməsi  də 
vacibdir. Məsələn, qədim Zığ kəndinin yaxınlığındakı Bakı 
Ali  Hərbi  Dənizçilik  Məktəbi  şəhərciyinin  ətrafındakı 
qəsəbəni  (Xətai  rayonu)  Naximov  qəsəbəsi  adlandırırlar. 
Kimdir  Naximov?  -  Naximov  türk,  eləcə  də  azərbaycan­
lıların  qatı  düşməni  olan  rus  admiralıdır...  hətta,  hərbi 
məktəbin qarşısında Naximovun heykəli indi də durmaqda­
172
dır.  Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?
Yuxanda  qeyd  olunan  mülahizələrlə  əlaqədar  olaraq, 
tə'sirli  tədbirlər  görülməsi  də  "Azərbaycan  dilinin  dövlət 
proqramı"nda öz geniş əksini tapmalıdır.
"Azərbaycan  dilinin  dövlət  proqramı"nda  müasir  m ət­
buatımızın  və  efir  verilişlərinin  dili  haqqında  aynca  danı­
şılmalıdır...
Azərbaycan  Respublikasında demokratiyanın və aşkarlı­
ğın  inkişafi  ilə  əlaqədar  olaraq,  respublikamızda  600-dən 
çox qəzet və jurnal tə'sis olunmuş və beləliklə də, yüzlərlə 
üzdəniraq  "jurnalistlər"  meydana  gəlmişdir.  Onlann  əksə­
riyyəti jurnalistika təhsili olmayan, jurnalistika peşəsindən, 
Azərbaycan  Respublikasının kütləvi  informasiya vasitələri 
haqqında  qanunundan,  jurnalistin  hüquq,  vəzifə  və  funk­
siyalarından, jurnalistika etikasından tam mə'nası ilə xəbəri 
olmayan  həvəskarlardır.  Hər  gün  oxuduğum  qeyri-dövlət 
qəzetlərinin  inəndə  oyatdığı  təəssürat  və  qənaət  belədir: 
əksər  qeyri-dövlət  qəzetlərinin  tə’sisçisi  və  redaktorları 
qəzetin  təbliğatçılıq,  təşkilatçılıq  və  təşviqatçılıq  funksi­
yalarını dərindən bilmirlər...  Mə'lumdur ki, hər bir mətbuat 
orqanı  xalqımızın  tarixən  formalaşmış  adət-ən'əııələrinin 
yaxşısını  qorumalı  və  yaşatmalı,  təbliğ  etməli  və  yeni 
yaranmış  ən'ənələrimizin  isə  təkmilləşməsi  və  sabitləş­
məsi  üçün  müəyyən  işlər  gönnəlidir.  Bu  baxımdan,  mət­
buat orqanları  xalqı-gənc  nəsli  həm  mə'nəvi-əxlaqi  cəhət­
dən,  xəlqilik  və  vətənpərvərlik  ruhunda  tərbiyə  etməli, 
həm də  müasir təhsilin, elmin və  mədəniyyətin  son nailiy­
yətlərini,  ictimai-siyasi  həyatda baş  verən  hadisələrin  əsas
173


məğzini  şərh  etməklə  xalqm-gənc nəslin maariflənməsinə 
müəyyən  dərəcədə  köməklik  göstərməlidir.  Lakin  biz. 
bunları  qeyri-dövlət  qəzetlərinin  səhifələrində  görmürük. 
Həmin  qəzetlərin  dil baxımdan savadsız  nəşr olunması bir 
yana, qədim və zəngin tarixə malik olan mə'nəviyyatımıza, 
adət-ən'ənələrimizə  vurduğu  zərbələrlə  barışmaq  qeyri- 
mümkündür,  Çünki  həmin qəzet və jurnalların  əksəriyyəti 
xalqımızın  keşmə-keşli  tarixini,  mədəniyyətini,  hətta, 
mə'nəviyyatmı  təhrif edir.  Qəzetlərin  səhifələrində  xalqı­
mızın  mə'nəviyyatı  ilə  səsləşməyən yazılar və  fotoşəkillər 
verir,  ayrı-ayrı  vətəndaşların  şəxsiyyətinə  toxunan, 
mə'nəviyyatmı  təhqir  edən  çızmaqaralar  çap  edirlər.  Təki 
qəzetin səhifələri çızmaqaralarla dolsun...
Bizə  belə  gəlir  ki,  yaxın  gələcəkdə  qəbul  edilməsi 
nəzərdə  tutulan  "Azərbaycan  dilinin  dövlət  proqramı"nda 
aşağıdakı  mülahizələr nəzərə alınmalıdır:
1.  Azərbaycan  Respublikasının  Təhsil  və  Mətbuat  və 
informasiya Nazirliklərinin,  Azərbaycan Dövlət Televiziya 
və  Radio  Verilişləri  Şirkətinin  nəzdində  jurnalistlərin 
attestasiyadan  keçirilməsi  üçün  Birləşmiş  Attestasiya 
Komissiyasının yaradılması  məqsədəuyğun olardı.
2.  Birləşmiş  Attestasiya  Komissiyasına  az  bir  müddət 
ərzində  qeyri-dövlət  qəzet  və jurnallarında  fəaliyyət  gös­
tərən  jurnalistləri  attestasiyadan  keçirmək  səlahiyyəti 
verilməlidir.
3. Birləşmiş Attestasiya Komissiyası  fərdi qaydada ayn- 
ayn jurnalistin  təhsilini,  Azərbaycan  Respublikasının  Küt­
ləvi  informasiya  vasitələri  haqqında  Qanunu  və  jurnalist
174
etikasım nə dərəcədə bilmələrini hərtərəfli yoxlamalıdır.
4.  Birləşmiş  Attestasiya  Komissiyasının  tələblərinə  ca­
vab verə bilməyən jurnalist peşəsindən uzaqlaşdırılmalıdır.
5.  Müasir  həyatımızdakı  reallıqları  düzgün  əks 
etdirməyən,  xalqımızın tarixini və  mə'nəviyyatmı  alçaldan 
hər bir qəzet və jurnalın nəşri dayandırılmalıdır.
Respublikamızda  demokratiyanın  və  aşkarlığın  inkişafı 
bir sıra özəl televiziya və radio verilişlərinin yaradılmasına 
səbəb  olmuşdur.  İlk  baxışda,  bu  pis  deyil.  Lakin...  bu 
verilişlərin  adını  eşidib,  özünü dinləməsən yaxşıdır.  Çünki 
bu  verilişlərin  əksəriyyəti  elə  ilk  andan  qeyri-ixtiyari 
olaraq,  dinləyicinin  əsəblərinə tə'sir edir.  Çünki  çıxış  edən 
diktor  və  ya  apancı  dilimizin  rəngarəng  orfoepik  norma­
larını  bilmədiyindən yerli-yersiz  sözü  elə  cır  səslə  oxuyur 
və  ya  danışır  ki,  eşitməsən  yaxşıdır,  öz  ahəngdarlığı,  mu­
siqiliyi  ilə  sabitləşmiş  səslərimizi  gah  uzadır,  gah qısaldır, 
qalm  saitləri  təhrif edə-edə  incələşdirir,  incə  saitləri  isə 
təhrif  edə-edə  qalın  tələffüz  edir;  intonasiyasında  sözün 
vurğusunu  və  məntiqi  vurğunu  yersiz  vurğulayır  və  belə­
liklə də, səlis, aydın və sabitləşmiş nitqimizi korlayır. Məhz 
bu təhriflərə görə, bə'zən mətnin ümumi məzmunu dinləyi­
ciyə  tam  ıuə'nası  ilə ya  çatmır, ya da məzmun  təhrif olun­
muş  halda  çatdırılır.  Aparıcının  dilimizin  intonasiyasını, 
tələffüz normalarını təhrif etməsi  bir yana qalsın,  dilimizin 
üslubları, nitq mədəniyyəti elə təhrif edilir ki, dilimizin nitq 
mədəniyyəti  üçün  səciyyəvi  olan  sadəlikdən,  dəqiqlikdən, 
aydınlıqdan,  kamillikdən,  elmilikdən,  kütləvilikdən  və 
məntiqidikdən  heç  bir  əsər-əlamət  qalmır...  Efir  verilişlə­
175


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə