A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

mək olmaz". Bu mülahizələr "Azərbaycan Respublikasında 
Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 
"Dövlət  dilinin  xidmət  sahələrində,  reklam  və  elanlarda 
işlənməsi"  adlanan  yeddinci  maddəsində  də  öz  əksini  tap­
mışdır.  Həmin  maddənin  birinci  bəndində  deyilir: 
"Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələ­
rində,  reklam  və elanlarda  dövlət dili işlənilir.  Əcnəbilərə 
xidmət göstərilməsi ilə  bağlı müvafiq xidmət sahələrində 
dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Lakin 
onlarm  tutduğu  sahə  Azərbaycan  dilindəki  qarşılığmm 
tutduğu sahədən böyük olmamah  və Azərbaycan dilindəki 
yazıdan sonra gəlməlidir".
Gəlin  bir  anlığa  şəhərimizə  ekskursiya  edək,  küçə  və 
meydançalardakı  reklamlara,  ayrı-ayrı  şirkətlərin  adı 
yazılmış  divar  lövhələrinə,  mədəniyyət  və  istirahət  bağla­
rının - parkların  adlanna nəzər salaq...
Bakı  şəhərində gördüyümüz  və aldığımız maddi-mənəvi 
zövqün,  aldığımız  təəssüratların  ümumi  nəticəsi  belə  ol­
malıdır:  Şəhər reklam idarəsinin və ayrı-ayrı  şirkət rəhbər­
liyinin özbaşınalığının "hökm"  sünnəsinə, Azərbaycan Res­
publikası  Milli  Məclisinin  orqanı  olan  "Azərbaycan"  qə­
zetinin iradlarına, etirazına və xəbərdarlığına məhəl qoyma- 
ması,  Müstəqil  Azərbaycan  Dövlətinin  "Azərbaycan  Res­
publikasında  Dövlət  dili  haqqında"  Azərbaycan  Res­
publikasının  Qanununa  biganəlik  göstərməsi  özünü  "sər­
bəst" hiss etməsinə...  və s...  son qoyulmalıdır.
-Bakı  şəhəri  İcra  hikimiyyətinin  və  Bakı  şəhər  rayon­
larının  icra  hakimiyyətinin  və  digər  əlaqədar  təşkilatların
184
rəhbərlərinin öz vəzifə funksiyalarına "soyuq" yanaşmaları, 
bəlkə  də,  öz  vəzifə  funksiyalarını  dərindən  bilməmələri, 
əgər belə  demək mümkündürsə  səbatsızlığı,  "Azərbaycan" 
qəzetinin  həyəcan  təbili  çalmasına,  xəbərdarlığına  və 
doğma  ana  dilimiz  barədə  "Azərbaycan  Respublikasında 
Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu­
nun  fəaliyyətdə  olmağına  biganəlikləri,  etinasızlıqları, 
dilimizə  və  mədəniyyətimizə,  həmçinin,  dövlətimizin  ali 
qanunlarına "yuxarıdan, xor baxmaları"... və s...  ilə bağlıdır.
Elə  burada böyük Atatürkün bir kəlamını xatırlamaq ye­
rinə  düşərdi:  "Öyrənmək  axma  qarşı  üzməyə  bənzər, 
irəliləyə bilməyəni  axın geri atar". Bu kəlam necə də yerin­
də  deyilmişdir.  Əbədiyaşar  bu  kəlamı,  hər  şeydən  əvvəl, 
Bakı şəhər və Bakı şəhər rayonları icra hakimiyyətlərinin və 
diger əlaqədar təşkilatların məmurlarına da aid etmək olar. 
Çünki  öz  vəzifə  borclarına  biganə  qalanlan,  səbatsızları, 
müasir dövlətçiliyimizin idarə etmə sistemi ilə ayaqlaşa bil­
məyənləri, şübhəsiz ki, respublikamızda baş verən bu güclü 
inkişaf  və  tərəqqi  axını  bir  gün  "geri  atacaqlar",  vəzifə­
sindən uzaqlaşdıracaqdır-
İndi  də  şəhərimizin bər-bəzəkli reklam sistemindən bəzi 
məqamlara yolüstü nəzər salaq.  Şəhərimizin bütün küçə və 
meydançalarındakı  reklamların  əksəriyyətində,  bəlkə  də, 
90%-dən  çoxunda  reklamların  dövlət  dilində  tərtib  olun­
masına  dair  "Azərbaycan  Respublikasında  Dövlət  dili 
haqqında" Azərbaycan Respublikasının Qanununun  "Dövlət 
dilinin  xidmət  sahələrində,  reklam  və  elanlarda  işlənməsi" 
adlanan  yeddinci  maddəsinə  riayyət  olunmamışdır.  Kim
185


hansı dildə istəyirsə həmin dildə də reklamlarım tərtib etdi­
rir.  Bu  da təbii  olaraq  əhalinin narazılığına,  etirazına səbəb 
olur. 
Əlaqədar təşkilatlar isə, buna hələ də göz yumurlar.
"Azərbaycan  Respublikasında  Dövlət  dili  haqqında" 
Azərbaycan  Respublikasının  Qanununun  "Dövlət  dilinin 
dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının, 
hüquqi  şəxslərin,  onların  nümayəndələrinin və  filiallarının 
idarələrində işlənməsi" adlanan  17-ci maddəsində deyilir:
"Azərbaycan Respublikasıma dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə  orqanlanmn,  hüquqi  şəxslərin,  onlarm 
nümayəndələrinin  və Gliallannm,  idarələrinin adlan Azər­
baycan dilinin noımalanna uyğun olaraq yazılır.  Göstərilən 
təsisatlarm adım əks etdirən lövhələr, blanklar, möhürlər və 
kargüzarlıqla bağh rəsmi xarakterli bütün digər ləvazimatlar 
dövlət dilində  tərtib  olunur".
  Lakin  nədənsə,  Azərbaycan 
dövlət dili ilə əlaqədar olan bu qanuna şəhərimizdə hələlik 
biganəlik göstərilir...
Şəhərimizin sakinlərinə və qonaqların əksəriyyətinə yax­
şı  məlumdur  ki,  bağlar-parklar  şəhəri  sayılan  doğma 
Bakımızda ən gözəl bağlardan biri  şəhərin Xətai rayonunun 
ərazisində  yerləşən  "Nizami  adma mədəniyyət və  istirahət 
bağı"dır.  İndi  də bu bağ haqqında gördüklərimizə və  eşit­
diklərimizə nəzər salaq:
"AzTV-l"-in 30 may 2004-cü il tarixli verilişlərindən biri 
Bakının Xətai rayonunun  ərazisində yerləşən Nizami  adına 
mədəniyyət  və  istirahət  parkının  müasirliyinə  həsr  olun­
muşdur. Yəqin ki, şəhərimizin sakinlərinin müəyyən hissəsi 
ya bu parkın yanından keçəndə, ya da həmin parkda istirahət
186
edəndə parkın giriş hissəsini - hündür fasadım, dəmir ala qa­
pısını  və  fasad dirəklərin üstündəki yazmı  oxuyublar!  Aşa­
ğıda "Nizami adına mədəniyyət və istirahət parkı" ifadəsini, 
fasadın  lap  yuxan  hissəsində  isə  qeyri-dövlət  dilində  iri 
hərflərlə  yazılmış  "Lunapark"  uydunna  sözünü  oxuyublar. 
"Lunapark"  sözü  elə  iri  hərflərlə  yazılıb  ki,  onu  təxminən 
300-400  metrdən də oxumaq olar. Beləliklə də  "Lunapark" 
sözü elə ilk andan hamının diqqətini çəkir və bununla da adı 
kiçik  hərflərlə  yazılmış  dünya  şöhrətli  Nizaminin  adma 
kölgə salır.
M araqlıdır???
Görəsən, bu parka nəzarət edən, onun işini  sahmana sal­
mağa  rəhbərlik  edənlərin  "Azərbaycan  Respublikasında 
dövlət  dili  haqqında  Azərbaycan  Respublikasının  Qanu- 
ııu"ndan xəbəri varmı? Əgər onlarm dövlət dilimiz haqqında 
qanundan  xəbərləri  varsa,  bəs  onda,  qanuna  niyə  riayyət 
etmirlər?  Görünür  onlarm başı  başqa  işlərə  o  qədər  qarışıb 
ki, dövlət dili haqqında qanunu oxuyub ondan irəli gələn tə­
ləbləri yerinə yetirməyə macal tapmayıblar...
İkincisi,  görəsən  dünya  poeziyasının  şahı  sayılan  Niza­
minin  adma  "kölgə"  salmaq  fikrində  olanlar kimdir?  Onlar 
barədə əlaqədar təşkilatların rəhbərləri  nə düşünür?..
Üçüncüsü,  bir  anlığa  tutaq  ki,  Nizaminin  adını  daşıyan 
mədəniyyət  və  istirahət  parkına  əlaqədar təşkilatların  mə­
murları  biganəlik göstərir.  Bəs,  çoxminli  mətbuat, radio  və 
televiziya  şirkətlərinin  mütərəqqi  ideyalı,  fəal  jurnalistləri 
haraya  baxır?  Görəsən, jurnalistlər  bu  barədə  nə  düşünür­
lər?  Jurnalistlərin  nə  düşündüyünü  və  necə  düşündüyünü 
deyə  bilmərəm.  Ancaq onu bilirəm ki,  "AzTV-l"in 30 may
187


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə