A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

ucsuz-bucaqsız  torpaqlarım ızın  bol-bol  naz-nem ət­
lərindən  qidalanmış  və öz  varlığını  təsdiqləmişdir.
Ana dilimiz xalqımızın  sehrlənmiş,  əfsanələşm iş,  rə- 
vayətlənm iş,  nağıllaşmış,  dastanlaşmış  əqli  və  hikməti 
lap  qədim   zamanlardan  üzü  bəri  ən  sadə  və  bəsit 
fikirləri  ifadə  edə-edə  ən  mürəkkəb,  ən  mücərrəd  elmi 
və bədii  fikir və mülahizələri bildirmək iqtidarına malik 
olmuş,  əsrlərdən-əsrlərə,  nəsillərdən-nəsillərə  keçdik­
cə  səlisləşm iş,  təkm illəşm iş  və  milli  ədəbi  dillər 
arasında  özünün  mövqeyini  saxlamışdır.
Ana dilimiz xalqımızın adını fəxrlə qeyd etm əyə nail 
olmuş,  XI  əsrdən  bəri  Güney  Qafqazda  və  Qabaq  və 
Orta Asiyada, bir növ xalqlararası ünsiyyət vasitəsi  kimi 
böyük rol  oynamışdır.
Ana  dilimiz  ülvi  m əhəbbət  hisslərimizin  ən  incə  ça- 
larlarmı,  ailə m əişət və siyasi,  iqtisadi,  hüquqi  m əsələ­
ləri, ürəklərə yol tapan,  dünya mədəniyyətinin şah əsəri 
sayılan  "Kitabi-Dədə  Qorqud"  dastanlarının  tarixi  və 
mədəni incilərini, dünya poeziyasının korifeyi Füzulinin 
hikmətamiz  sənətinin  qüdrətini,  xalqımızın  qəhrəm an­
lıqla dolu  tarixi  və onun  tarixi  varlığı, bəşəriyyət m ədə­
niyyətinə  və  elm xəzinəsinə  bəxş  etdiyi  elmi,  maddi  və 
mənəvi  sənət  incilərini,  xalqımızın  şan-şöhrəti,  adı- 
sanı,  pak  və  təmiz  vicdanı,  namusu  və  nüfuzu  dünya 
sivilizasiyasına  yol  açmış  dünya  xalqları  arasında 
xalqımızın ünvanını,  şan-şöhrətini  əbədiləşdirmişdir.
Ana  dilimiz hər gün  pöhrələnib  boy  atan,  gecə yuxu­
166
sunun şirin çağında əks-səda tapıb  çağlayan, ürəyimizin 
aynası və sevinci, qəlbimizin qəzəbi və qəmi, sevinci və 
kədəri  ilə  yaşayan,  azadlığın  nəfəsi  və  qəlbimizin  gur 
səsi,  sönməyən  ilhamımızın  mənbəyi,  iftixarımızın  gur 
səsi,  iftixarımız,  əbədi  yaşar  varlığımız  və  həyatımız, 
günümüzdə  şimşək  kimi  parlayan,  dalğa-dalğa  aləmə 
yayılan,  uca  kürsülər  və  alqışlara  qərq  olan,  məqamı 
gələndə  bir  neçə  odlu  kəlməsi  ilə  bütün  xalqı  ayağa 
qaldıran,  qəlbimizin  amalı,  gücümüz,  qüdrətimizdir...
Bu  baxımdan,  xalq  şairi  Xəlil  Rza  Ulutürkün  poezi­
yasında  fəxrlə  qeyd  olunası  məqamlar  çoxdur.  Şair 
"Laylam  mənim,  nəvəm  mənim"  şerində yazmışdır:
"İllər  ötdü,  yaşa  doldum  
anladım   ki,  ana  dilim, 
ü rəy im d ən   çıxm az  m ənim , 
doğransam   da  dilim -dilim .
A nladım   ki,  sinəm dəki  sözlər  deyil, 
...babaların  nəfəsidir... 
bu  d ild əd ir yüz  abidə,  m in  abidə.
X ilafəti  parçalayan 
B abəkim in  qəzəbi  də!
M əh v  olarsa  bir  gün  bu  dil 
G öy  göl  onda  Göy  göl  deyil.
Q oşqar onda  Q oşqar deyil.
Q ız  qalası  qala  deyil.
Ö z  dilini  sən qala  bil!
Q ərb ə,  Ş ərqə  işıq  salan 
Füzulini  sən  qala  bil!
167


Sağdır  dilim ,sağdır dem ək 
m ilyard yaşlı  m əm ləkətim ...
D em ək,  sağdır  şərafətim ,  ləyaqətim . 
B izim   böyük N izam inin 
anasıdır  m ənim   dilim.
İnqilabın  şərqdə
İlkin  dalğasıdır m ənim   dilim.
M ənim   dilim   m əğrur baxm ış 
ü z ə rin d ə n  gəlib  keçm iş,
Ü rəyini  deşib  keçm iş 
oxların  qanlı  ucuna.
B aş  əym əm iş  ərəb lərin  
qol  zoruna,  dil  zoruna 
qılm cm a,  qırm acm a
B aş  əym əm iş!  B aş  əym əm iş!  Ə ym əyəcək! 
C ab b arlm m  tü rb əsin ə 
b ah ar özü qoyur çələng.
Ü rəy im d ə  od  qalam ış 
m in-m in  arzum ,  əhdim   m ənim .
B ax,  bu  d ild ə  "H ücum !"deyib 
İtaliy a  dağlarında 
dağ  çəkm işdir  faşistlərə 
M ehdim   m ənim  
B ax,  bu  d ild ə  şer dedi 
S əm əd   V urğun  M oskvada!
168
“Bizim  ən  böyük  sərvətim iz  ondan 
ibarətdir  ki,  dilim iz  yaşayıb  və  ilb əil 
zənginləşib. ”
Heydər  ƏLİYEV.
1 1 .  Ə D Ə B İ  DİLİM İZ  X A L Q IM IZ IN  
M İL L İ  S Ə R V Ə T İD İR
(Birinci məqalə)
Bu  günlərdə  Milli  Məclisdə  "Azərbaycan  dilinin  iş­
lənməsi  haqqında"  qanun  layihəsinin  hazırlanmasına 
həsr  olunmuş  m əsələ  müzakirə  edilmişdir.  Biz  də,  bir 
filoloq-alim  kimi,  bu  m əsələyə  münasibətimizi  bildir­
məyi  lazını bildik.
Bizə  belə gəlir ki, müzakirə olunan məsələnin  "Azər­
baycan  dilinin  işlənməsi  haqqında"  və  yaxııd  "Azərbay­
can  dilinin  işlənməsi  və  inkişafı"  qanunu  adlandırılması 
elmi, məntiqi və hüquqi baxımdan  düzgün deyildir. Çünki 
Azərbaycan  dilinin  statusu  haqqında  Qanun  Azərbaycan 
Respublikasının  Konstitusiyasında  çox  dəqiq  şəkildə təs­
bit  olunmuşdur.  Odur  ki,  Respublikamızın  Ali  Qanunu 
haqqında yeni Qanun vermək məntiqi baxımdan yersizdir. 
Bizim  mülahizəmizə  görə,  Milli  Məclisdə  müzakirə  olu­
nan məsələ  "Azərbaycan dilinin dövlət proqramı"  adlan­
dırılmalıdır.  Bu proqram da məhz Azərbaycan Respubli-
169


kasının Konstitusiyasının  "Dövlət dili"  adlanan 21  Mad­
dəsi  əsasında tərtib  olunmalı  və  həyata keçirilməlidir.
"Azərbaycan  dilinin  dövlət  proqramı"nm  aşağıdakı 
bölmələr üzrə hazırlanması məqsədəuyğun olardı:
1.  Azərbaycan dilinin Konstitusiya statusu.
2.  Azərbaycan  dilinin elmi  şəkildə tədqiq edilməsi.
3.  Azərbaycan  dilinin  tədris  müəssisələrində  öyrə­
nilməsi.
I.  "Azərbaycan  dilinin  dövlət  proqramı"nın  birinci 
bölm əsində  Azərbaycan  dilinin  Konstitusiya  statusu ge­
niş  şəkildə  şərh  olunmalıdır.  Bu  bölmə  Azərbaycan 
Respublikasının  Konstitusiyasının  21  maddəsi  əsasında 
tərtib  olunmalıdır.  Həmin maddədə  deyilir:  "Azərbaycan 
Respublikasının  dövlət  dili  Azərbaycan  dilidir.  Azə­
rbaycan Respublikası Azərbaycan dilinin  inkişafını tə'min 
edir".  Azərbaycan  dilinin  Konstitusiya  statusu  dedikdə, 
hər  şeydən  əvvəl,  onun  dövlət  dili  kimi  kütləvi  şəkildə 
həm  ölkə  daxilində  -  inzibati  dövlət  idarələrində,  tədris 
müəssisələrində,  mətbuatda,  televiziya  və  radio  veriliş­
lərində işlədilməsi,  həm də dövlətlərarası  siyasi yazışma­
larda  və  danışıqlarda  istifadə  olunması  nəzərdə  tutulur. 
Burada  Azərbaycan  dilinin  Konstitusiya  statusunun 
möhkəmləndirilməsi  və  inkişaf  etdirilməsi  geniş  şə­
kildə  şərh  olunmalı, bu statusdan  irəli  gələn vəzifələrin 
və funksiyaların hüquqi cəhətdən  izah edilməsi ön plana 
çəkilmədidir.  Həmçinin,  bu  bölmədə  respublikamızda 
yaşayan  digər  xalqlar  arasında  da  Azərbaycan  dilinin
170
dövlət  dili  kimi  geniş  yayılmasının  perspektiv  planları 
da  öz  əksini  tapmalı,  dilimizin  rəsmi  üslubu  ilə  bağlı 
olan əməli yazı növlərinin tipik nümunələri hazırlanıb çap 
edilməlidir.  Həmçinin Azərbaycan dilinin,  ədəbiyyatının, 
mədəniyyətinin qeyri-azərbaycanlılar arasında yayılmasını 
tə'min  etmək  məqsədi  ilə  dərsliklər,  dərs  vəsaitləri, 
metodiki  göstərişlər,  elmi-kütləvi  xarakterli  kitablar  və  s. 
hazırlanıb çap olunması da vaciblir.
Yuxanda  qeyd  olunanlara  onu  da  əlavə  etmək  olar  ki, 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  21  mad­
dəsinin  ikinci  bəndində  deyilir:  "Azərbaycan  Respublikası 
əhalinin  danışdığı  başqa  dillərin  sərbəst  işlədilməsini  və 
inkişafını  tə'min  edir".  Yə'ni  respublikada  yaşayan  başqa 
xalqlann  dillərinin  azal  surətdə  işlədilməsi  tə'min  olunur, 
bu və ya digər etnik qrupların dillərinin işlədilməsində  hər 
hansı  üstünlüyə  və  ya  məhdudiyyətə  yol  verilməməlidir. 
Azərbaycan  ərazisində  yaşayan  və  Azərbaycan  dilini 
bilməyən vətəndaşların Azərbaycan dilini öyrənməsi  üçün 
bütün idarə və müəssisələrdə əlverişli şərait yaradılmalıdır. 
Başqa  sözlə desək, Azərbaycan dilini öyrənmək arzusunda 
olan vətəndaşlar üçün qısamüddətli  dilöyrənmə  kurslarının 
təşkil  olunması,  dinləyicilərin  dərslik,  dərs  vəsaitləri, 
metodik  göstərişlər,  "Azərbaycanca  -  rusca  qısa  danışıq 
lüğəti"  və s.  tə'min olunması  da nəzərə alınmalıdır.
Azərbaycan  Respublikasının  Konstitusiyasında  Azər­
baycan  dilinin  dövlət  dili  statusunun  təsbit  edilməsinə 
baxmayaraq,  hələ  də  ayn-ayn  dövlət  mə'murlan  və  İcra 
hakimiyyəti  orqanlarının  rəhbərləri  rəsmi  yazışmaları,
171


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə