A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

yox,  ədəbi  dilimizin  üslubi  nonnalanna  və  məntiqi  m əz­
mununa, mənasına görə,  "Sənin vəziyyətin böhranlıdır (çox 
çətindir,  ağırdır,  qorxuludur)"  kimi  cümlələrlə  ifadə  olun­
malı idi.
Yaxud, televiziya və radio verilişlərində tez-tez səslənən 
"proqramın  xronikası"  ifadəsi  dilimizdə  "proqramın  xüla­
səsi"  kimi verilməlidir.  İstər bəzi  mətbuat orqanlannda,  is­
tərsə  də televiziya və radio verilişlərində  müəssisə və  ida­
rələrin adı düzgün verilmir. Məsələn, "Baş Dövlət Yol Polis 
İdarəsi" üslubi və məntiqi baxımdan düzgün yazılmamışdır. 
Həmin ifadədəki  "Baş"  sözü "Dövlət"  sözündən əvvəl yox, 
"Yol"  sözündən  əvvəl  işlənməlidir.  Çünki  "Baş"  sözü 
"Dövlət"  sözünün yox,  "Yol Polis  İdarəsi"  ifadəsinin  təyini 
funksiyasını yerinə yetirir. Odur ki, həmin dövlət müəssisə­
sinin adı belə yazılmalıdır:  "Dövlət Baş Yol Polis İdarəsi".
Yaxud,  Bakı  şəhərinin  Xətai  raoynu  ərazisində yerləşən 
"Neftçilər"  xəstəxanasının  binasının  üstündə  iri  hərflərlə 
belə yazılmışdır:  "Mərkəzi Neftçilər Xəstəxanası". Bu ifadə 
də  həm  üslubi,  həm  də  məntiqi  baxımdan  nöqsanlı  yazıl­
mışdır.  Bu  ifadədəki  "Mərkəzi"  sözü  "Neftçilər"  sözünə 
yox,  “Xəstəxana”  sözünə  aiddir  və  onun  təyini  funksiya­
sında çıxış edir. Odur ki, həmin ifadə ədəbi  dilimizin üslubi 
normalarına  və  məntiqi  məzmununa  görə  belə  olmalıdır: 
"Neftçilərin Mərkəzi Xəstəxanası".
Radio  verilişlərinin  mətnlərində  "geniş  fikir  mübadiləsi 
və  açıq  diskusiya  şəraitində",  "Azərbaycan  radiosunun 
radioanonsu  efirdədir"  kimi  ifadələr  səslənmişdir.  Hamıya 
yaxşı  məlumdur  ki,  müasir ədəbi  dilimiz  ən  bəsit,  ən  incə
192
fikir və mətləblərdən başlanmış ən mürəkkəb, ən mücərrəd 
fikir və mülahizələri ifadə etmək iqtidanndadır. Bu mənada, 
hər bir  fikir və  mülahizə  istər efir verilişlərinin,  istərsə  də 
mətbuat orqanlarının dilində hamının başa düşəcəyi fikir və 
mülahizələr sadə,  aydın, dəqiq, kamil, rəvan,  səlis,  elmi  və 
məntiqi cəhətdən sadə və ümumişlək ifadələr və cümlələrlə 
dinləyicilərə  və  oxuculara  çatdırılmalıdır.  Bu  baxımdan, 
yuxanda qeyd olunan birinci ifadə "geniş fikir mübadiləsi və 
açıq müzakirə  şəraitində",  ikinci ifadə isə,  "Azərbaycan ra­
diosunun radioxülasəsi efirdədir" kimi efirdə səslənməlidir.
Sevindirici haldır ki, tanınmış və təcrübəli telejumalist, 
Millət vəkili  kimi  öz  seçıicilərinin böyük  hörmət və rəğ­
bətini  qazanmış  İsmayıl  Ömərovun  gərgin  zəhməti 
bahasına təzəcə  fəaliyyətə  başlamış İctimai  televiziya elə 
ilk  verilişlərindən  ana  dilimizin  saflığı  naminə  onun 
qorunmasına  çalışır  və  bu  verilişlərdə,  demək  olar  ki, 
"Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu"na  əməl  olunması 
açıq-aydın şəkildə  özünü  göstərir.
Bakı  şəhərində  bəzi  müəssisə  və  idarələrin  adı  da  ixti­
sarla düzgün yazılmayıb. Dərd də budur ki, bu nöqsanları  nə 
bəzi  mətbuat orqanlarının  əməkdaşları,  nə də  televiziya  və 
radio  jurnalistləri  görür.  Hətta,  bu  nöqsanları  olduğu  kimi 
təkrar  edirlər.  Məsələn,  "Azəriqaz"  kimi  yazır  və  efirdə 
səsləndirirlər.  Əslində  isə,  dilimizin  qaydalanna  görə,  bu 
ixtisarla  yazılan  söz  "Azərqaz"  kimi  yazılmalı  və  efirdə 
səsləndirilməlidir.
193


Bu  qeydlərin  "Azərbaycan"  qəzetində  çap  olunmasın­
dan  təxminən  altı  ilə  yaxın  bir  vaxt  keçməsinə  baxma­
yaraq,  hələlik  bu  barədə  nə  Mətbuat  Şurası,  nə  də 
əlaqədar təşkilatlar öz sözlərini deməyiblər.  Yəqin ki...
Hamıya yaxşı məlumdur ki, hər bir müstəqil  və  suveren 
dövlətin  əsas  atributlarından  birini  dövlət  dili  təşkil  edir. 
Məhz buna görə də, "Azərbaycan Respublikasının Konstitu- 
siyası"nın 21-ci maddəsi  "Dövlət dili" adlanır. Bu maddədə 
konkret olaraq deyilir:  ''Azərbaycan Respublikasının dövlət 
d ili  Azərbaycan  diüdk.  Azərbaycan  Respublikası  A zər­
baycan  dilinin inkişafım təmin edir".  (Maddə  21,  bənd  1). 
Deməli, ölkəmizin hər bir guşəsində bütün rəsmi tədbirlər - 
Azərbaycan Respublikasının Prezident Aparatında da,  Milli 
Məclisin  sessiyalannda  da,  Respublika  nazirliklərinin  və 
Dövlət  Komitələrinin  kollegiya  iclaslannda  da,  İcra  haki­
miyyətlərinin və  digər dövlət təşkilatlarının iclaslarında da, 
Milli Elmlər Akademiyasının ayrı-ayn İnstitutlarının və Ali 
məktəblərinin  Elmi  Şuralannda  da,  Orta  ixtisas  və  orta 
ümumtəhsil məktəblərinin Pedaqoji  Şuralarının iclaslannda 
da, müxtəlif təsərrüfat müəssisələrinin iclaslarında da, siyasi 
partiyalara  və  ictimai  təşkilatların  qurultay,  konfrans  və 
müşavirələrində  də,  dövlətin  daxili  və  xarici  siyasətinin 
xalqa çatdmlmasmda başlıca rol oynayan həmkarlar təşkilat­
larının iclaslannda da, bir sözlə ölkənin ən kiçik və ən böyük 
idarələrində də ümumi ünsiyyət dili - dövlət dili - Azərbay­
can  dili  olmalıdır.  Həmçinin, respublikamızın bütün vətən­
daşları  arasında  da  ümumxalq  ünsiyyət  dili,  məişət  dili  də 
Azərbaycan  dili  olmalıdır.  Bütün  bunlar  istər  Azərbaycan
194
Respublikasının  Konstitusiyası,  istərsə  də  beynəlxalq 
qanunlann tələbindən irəli gəlir...
Lakin  bəzi  dövlət  idarələrinin  və  müəssisələrinin  rəh­
bərliyi  "Azərbaycan  Respublikasının  Konstitusiyasının 
"Dövlət dili"  maddəsinə  riayət etmir,  ana dilimizin  "dövlət 
dili"  statusunu unudur, onun hamılıqla həyata keçirilməsinə 
zəruri  şərait  yaratmır,  bəlkə  də,  bilərəkdən  belə  hərəkət 
edirlər.  Respublikamızın Ali qanununa soyuqqanlılıq göstə­
rənlərə,  onun  tələblərini  yerinə  yetirməyənlərə  qarşı  ciddi 
şəkildə mübarizə etmək lazımdır. Çünki ana dili öz varlığını 
və dövlət statusunu qoruyub saxlamalıdır. Dilimizin daha da 
zənginləşməsi,  səlisləşməsi  və  təkmilləşməsi üçün  hər cür 
şərait  yaradılmalıdır.  Bunu  öz  doğma  dilini  əsrlərlə  yad 
təsirlərə  qarşı  mübarizədə  qoruyub  bu  günkü  səviyyəyə 
gətirib  çıxaran  xalq  tələb  edir,  onun  Ali  qanunu  -  Konsti­
tusiyası tələb edir...
Burada  xalqımızın  görkəmli  oğlu,  təcrübəli  dövlət xadi­
mi, hərbi  sərkərdə və məşhur şair Ş.İ.Xətainin bir kəlamını 
söyləmək  yerinə  düşər.  O,  gənclərimizə  nəsihətində  yaz­
mışdır:  "Vətənin  bir  ovuc  torpağım  bir  ovuc  altundan, 
dilim izin  bir kəlm əsini b k  ölçü mücəfhərdən üstün bildim. 
D ilim izin  və  Vətənim izin  əbədiyyən   yaşam ası  üçün 
əlim dən g ələn i etdim. M əni lən ətlə ya d  etm əyin!  Yaxşı n ə 
etdim sə  davam  etdirin,  xətalarım ı  təkrar etm əyin...  A talar 
sizə üç əm anət qoyublar: D ilim iz,  Qeyrətim iz,  Vətənimiz!"
Xalqımızın böyük oğlu, dünyanın görkəmli  siyasətçisi və 
təcrübəli  dövlət  xadimi,  respublikamızın  sabiq  prezidenti 
H.Ə.Əliyev  də  həyatı  boyu  öz  fəaliyyətində  bu  devizləri
195


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə