çətinləşdirə bilər. Deməli, milli azlıqlar üçün peşə təhsili ehtiva etməlidir ki,
tələbələr dövlət dilində (dillərində) uyğun təhsil alırlar.
Azlıqların ali təhsili
Əvvəlki halda olduğu kimi, Kopenhagcn Sənədinin 34-cü paraqrafında
yazıldığı doğma dili öyrənmək və ya doğma dildə təhsil almaq hüququ milli
azlıqların doğma dillərində ali ləhsil almaq hüququnu nəzərdə tuta bilər. Bu
halda da bərabər imkanlar və diskriminasiyaya yol verməmək prinsiplərinə, eyni
zamanda cəmiyyətin ehtiyacına və aızıı edənlərin kifayət sayda olmasına diqqət
yetirilməlidir. Dövlət tərəfindən maliyyələşdirmə olmadıqda azlıqların öz ali
təhsil idarəsini yaratmaq azadlığı məhdudlaşdırılmamalıdır.
_ Kopenhagcn Sənədinin 35-ci paraqrafı azlıqların yalnız özünəməxsus
luğunun qorunmasında deyil, eyni zamanda təşviqində dövlətin mühüm rolunu
xüsusi qeyd edir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, dövlət ehtiyac özünü
göstərən və azlıqların sayı haqq qazandıran yerdə azlıqların dilində ali təhsili
mümkünləşdirmok imkanlarını nəzərdən keçirməlidir. Bu kontekstdə doğma
dildə təhsil müəllim hazırlığı ilə məhdudlaşdırılmamalıdır.
Yuxanda deyilənləri müəyyənləşdirəndən sonra bazar iqtisadiyyatına keçən
müddətdə dövlətin qarşılaşdığı maliyyə məhdudiyyətini nəzərə almaq lazımdır.
Azlıqların dillərində ali təhsilin təmin edilməsi paralel infrastruktur
yaradılmasının sinonimi olmamalıdır. Bundan başqa, ali məktəblər səviyyəsində
paralel müəssisələrin gücləndirilməsi azlıqların çoxluqdan təcridinə gətirib
çıxara bilər. İnsan hüquqlarının Ümum Bəyannaməsinin 26-cı maddəsi təhsilin
məqsədinin millət, irqlər və dini qruplar arasında anlaşılmaya, dözümlülüyə və
dostluğa yardım göstərilməsi olduğunu qeyd edir. Bu maddənin ruhunu və
inteqrasiyasının məqsədini nəzərə almaqla demək olar ki, çoxluq və azlıqların
intellektual və mədəni inkişafı bir-birindən tədric olunmuş şəkildə baş
verməməlidir.
Dərs proqramlarının hazırlanması
İkinci Dünya Müharibəsinin axırlarından qəbul olunmuş çoxsaylı
beynəlxalq sənədlər təhsilin məqsədinə xüsusi əhəmiyyət verir. Bu sənədlərə
əsasən təhsil yalnız akademik və ya texniki hazırlığın təminatı üçün zəruri deyil,
eyni zamanda dözümlülük, plüralizm, faşizmə qarşı dözümsüzlük, beynəlxalq və
icmalararası harmoniya kimi dəyərlərin təsdiqi üçün zəruridir. Belə tələblər milli
azlıqlar yaşayan dövlətlərin öhdəsinə xüsusi məsuliyyət qoyur. Bu dövlətlərdə
qruplar və etniklərarası birgəyaşayış və harmoniya həm də regionda sülhün və
sabitliyin saxlanılmasının əsas faktorudur.
Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında
BMT-nin Bəyannaməsinin 4-cü maddəsində dövlətdən tələb olunur ki,
"ərazilərindəki mövcud azlıqların öz tarixlərini, ənənələrini, dillərini və
mədəniyyətlərini bilmələrinə təşviq elsin". Milli azlıqların müdafiəsi haqqında
Çərçivə Konvensiyasının 12-ci maddəsi dövlətlərdən tələb edir ki, "onların milli
azlıqlarının mədəniyyətini, tarixini, dilini və dinini bilməni təşviq etsinlər".
ATƏM-in insan ölçüləri üzrə Kopenhageıı müşavirəsi Konfransının
Sənədinin 34-cü paraqrafında belə bir tələbdən danışılır ki, dövlətlərin məktəb
təhsil proqramında "həm də milli azlıqların tarixi və mədəniyyəti nəzərə alınsın".
Bu tələblər dövlətlərin öhdəsinə öz sərhədləri daxilində yaşayan müxtəlif
milli azlıqların tarixi və ənənəsinin öyrənilməsi üçün məktəb proqramında yer
ayırmaq vəzifəsini qoyur. Amma dövlət hakimiyyəti uyğun milli azlıqların
64
iştirakına lazımi diqqəti yetirmədən bunu özləri do edə bilər. Belə yanaşma
məsləhət bilinmir və mənfi nəticələri ola bilər.
Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 15-ci maddəsi,
ATƏM-in insan ölçüləri üzrə Kopenhagcn müşavirəsi Konfransının Sənədinin
30 paraqrafı və milli və ya etnik, irqi və dil azlıqlarına mənsub şəxslərin
hüquqları haqqında BMT Bəyannaməsinin 3-cü maddəsi milli azlıqların qərar
qəbulu prosesində, xüsusən nəzərdən keçirilən məsələlərin birbaşa onlara aid
olduğu hallarda iştirakının zəruriliyini qeyd edir.
Azlıqların dillərində dərs proqramlarının hazırlanması üzrə mərkəzlərin
yaradılması bu ikili prosesi yüngülləşdirər və onu keyfiyyətlə və peşəkarlıqla
təmin edər,
Yckuıı qeydlər
Azlıqların təhsil hüququ problemi ATƏT-in bir sıra dövlətləri üçün
mürəkkəb məsələdir. Bununla belə, təhsil prosesi vasitəsi ilə iştirakçı dövlətlərdə
müxtəlif icmalar arasında qarşılıqlı hörməti və anlaşılmanı gücləndirmək və ona
səmərəli təsir göstərmək mümkündür.
Hazırda bu məsələnin həssaslıq tələb edən təbiətindən çıxış edərək və insan
hüquqları ilə bağlı beynəlxalq sənədlərdəki normaların bu və ya digər dərəcədə
qeyri-müəyyən və ümumi xarakterini nəzərə alaraq ümid etmək olar ki, silsilə
tövsiyyələrin işlənməsi azlıqların təhsil hüquqları məsələlərinin daha yaxşı
anlaşılmasına və yanaşılmasına töhfə verəcəkdir. Haaqa tövsiyyələıi dolğun
yekun kimi düşünülməyibdir. Bu tövsiyyələr dövlətlərə azlıqlarla bağlı təhsil
məsələləri siyasətinin hazırlanması prosesində kömək ola biləcək ümumi əsas
kimi istifadə üçün nəzərdə tutulubdur.
65
MİLI.l AZLIQLARIN DİL HÜQUQLARI HAQQINDA
OSLO TÖVSİYYƏLƏRİ
Ad vo yer adları
1) Milli azlıqlara mənsub şəxslərin öz adını, soyadını və atasının adım öz
ənənələrinə və linqvistik sistemlərinə uyğun doğma dilində işlətmək hüququ
vardır; bu ad, soyadı vo ala adı rəstnən lanınır və dövlət hakimiyyəti tərəfindən
istifadə olunur.
2) Milli azlıqlara mənsub şəxslər tərəfindən yaradılan mədəni assosiasiyalar
vo müəssisələr kimi özəl təşkilatlar da öz adlarına münasibətdə eyni hüquqdan
istifadə edirlər.
3) Milli azlıqlara mənsub şəxslərin əksəriyyət təşkil etdiyi vilayətlərdə və
əsaslı ehtiyac olduğu yerdə dövlət hakimiyyəti yerli adların, küçə adlarının və
əhali üçün digər topoqrafik göstəricilərin həm də azlıqların dilində yerləşdirmək
üçün tədbir görürlər.
„
Din
4) Oz dininə fərdi, yaxud birgə etiqad vaxtı hər bir insanın seçiminə uyğun
dildən (dillərdən) istifadə etmək hüququ ' ’ardır.
5) Mülki vəziyyətlə əlaqəli və mövcud dövlətdə qanuni gücü olan dini ayinlər
və aktlar üçün dövlət belə vəziyyətə aid sertifikatların və sənədlərin rəsmi və ya
dövlət dilində də olmasını tələb edə bilər. Dövlət eyni zamanda mülki vəziyyətə
aid yazıların dini hakimiyyət tərəfindən həm də rəsmi dildə və ya dövlət dilində
aparılmasına tələb edə bilər.
Cəmiyyətin həyatı və qeyri-hökumət təşkilatlan
6) Azlıqlara mənsub şəxslər də daxil olmaqla bütün insanların özünün qeyri-
hökumət təşkilatını, assosiasiyasını vo müəssisəsini yaratmaq və idarə etmək
hüququ vardır. Bu qurumlar seçimlərinə uyğun dildən (dillərdən) istifadə edə
bilərlər. Dövlət dil əsasında bu qurumlara qarşı diskriminasiya gerçəkləşdirə
bilməz və bu qurumların dövlət büdcəsindən, beynəlxalq mənbələrdən və ya özəl
sektordan maliyyə mənbəyi axtarmaq hüquqlarlarını əsassız şəkildə
məhdudlaşdıra bilməz.
7) Əgər dövlət başqa sahələrlə yanaşı sosial, mədəni və idman sahələrindəki
fəaliyyəti fəal dəstəkləyirsə, dövlətin ayırdığı bütün resursların ədalətli hissəsi
milli azlıqlara mənsub şəxslərin cəhd göstərdikləri belə fəaliyyətin
dəstəklənməsinə gedir. Milli azlıqlara mənsub şəxslərin dilində (dillərində) olan
fəaliyyətə dövlət maliyyə yardımı belə sahələrdə qeyri-diskriminasiya əsasında
göstərilir.
İnformasiya vasitələri
8) Milli azlıqlara mənsub şəxslərin azlığın dilində özünün informasiya
vasitəsini yaratmaq və istifadə etmək hüququ vardır. Veriliş vasitələrinin dövlət
tənzimlənməsi obyektiv və qeyri-diskriminasiya meyarlarına əsaslanır və
azlıqların istifadə hüquqlarını məhdudlaşdırmaq üçün istifadə edilməməlidir.
9) Milli azlıqlara mənsub şəxslərin ictimai cəhətdən maliyyələşdirilən
informasiya vasitələrində öz dilində veriliş vaxtına imkanı olmalıdır. Milli, bölgə
və yerli səviyyələrdə mövcud azlıqların dilində veriliş üçiin ayırılmış vaxtın
həcmi və keyfiyyəti milli azlıqların sayına, konscntrasiyasına mütənasib
olmalıdır və onun vəziyyətinə, ehtiyacına uyğun gəlməlidir.
66
10) İctimai və özəl informasiya vasitələrində milli azlıqların dilində
(dillərində) aparılan proqramların müstəqil xarakteri qorunur. İctimai
informasiya vasitələrinin proqramlarının məzmununu və istiqamətlərini
müşahidə edən redaksiya şuraları müstəqil olmalıdırlar və fərdi şəxs kimi milli
azlıqlara mənsub şəxsi tərkiblərinə daxil etməlidirlər.
11) Xaricdən olan informasiya vasitələrindən istifadə imkanı əsassız şəkildə
məhdudlaşdırılmır. Belə imkan milli azlıqlar yaşayan dövlətlərdə
ictimai
cəhətdən maliyyələşdirilən informasiya vasitələrində azlıqlara ayrılan vaxtın
azaldılmasına haqq qazandırmamalıdır.
İqtisadi həyat
12) Milli azlıqlara mənsub şəxs də daxil olmaqla bütün şəxslərin fərdi
sahibkarlığı seçiminə uyğun dildə və dillərdə aparmaq hüququ vardır. Dövlət
rəsmi dildən və ya dövlətlərin dilindən qanuni ictimai maraq - işçilərin və
istehlakçıların müdafiəsi ilə, yaxud da müəssisə və dövlət hakimiyyəti arasındakı
münasibətlərlə bağlı maraqlar özünü göstərdiyi yerlərdə əlavə istifadəni tələb
edə bilər.
inzibati hakimiyyət və ictimai xidmətlər
13) Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdikləri bölgələrdə,
yerlərdə və istək olduğu halda həmin azlığa mənsub şəxsin bölgə və _yerli
hakimiyyət idarələrindən həm rəsmi dildə, yaxud dövlət dillərində, həm də
həmin milli azlığın dilində mülki sənədlər və sertifikatlar almaq hüququ vardır.
Bölgə vo yerli hakimiyyət idarələri uyğun mülki qeydləri də milli azlıqların
dilində beləcə aparırlar.
14) Milli azlıqlara mənsub şəxslərə inzibati
hakimiyyətlə öz dilindən,
xüsusən, bu şəxslərin arzularını bildirdikləri və çoxluq təşkil etdikləri bölgələrdə
və yerlərdə istifadəyə uyğun imkanlar yaradılır. İnzibati hakimiyyət mümkün
olan yerdə milli azlıqların dilində ictimai xidmət göstərməyi təmin edir. Bu
məqsəd üçün onlar işçi və təlim üzıə uyğun siyasət və ya proqram qəbul edirlər.
15) Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdikləri bölgə və yerlərdə
dövlət bölgə və yerli dövlət orqanlarının seçkili üzvlərinin bu orqanlarla bağlı
fəaliyyətlərində həm də milli azlıqların dilindən istifadə imkanı təmin etmək
üçün tədbirlər görür.
Müstəqil milli institutlar
16) Milli azlıqlara mənsub şəxslərin yaşadığı dövlət həmin şəxslər özlərinin
dil hüquqlarının pozulduğunu hesab etdikləri halda məhkəmə orqanlarına
müraciətin uyğun imkanlarına əlavə olaraq ombudsmenlər və ya insan
hüquqları üzrə komissiyalar kimi müstəqil institutlara müraciət imkanı ilə təmin
etməlidir.
Məhkəmə hakimiyyəti
17) Milli azlıqlara mənsub şəxslər də daxil olmaqla bütün şəxslərin başa
düşdükləri dildə həbslərinin, yaxud da saxlanmalarının səbəbləri, özlərinə qarşı
ittihamların təbiəti və səbəbi haqqında təcili məlumat almaq, özünü həmin dildə,
zəruri hallarda məhkəməyə qədər, məlikəmə vaxtı vo kassasiya zamanı
tərcüməçi vasitəsi ilə müdafiə etmək hüququ vardır.
18) Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdiyi bölgələrdə və
yerlərdə, istək olduğu halda həmin azlığa mənsub şəxsin məhkəmə araşdırması
vaxtı öz dilində, zəruri halda pulsuz tərcüməçi vasitəsi ilə fikrini bildirmək
hüququ olmalıdır.
67