Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə29/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

bilər.

Milli  azlıqlara mənsub şəxslərin Osla tövsiyyələrində ifada olunan və işlənən 

hüquqlar  halında  öz  dillərindən  ictimai  yerlərdə  və  şəxsi  həyatda  istifadə 

hüququnu  geniş  ictimaiyyətdə  iştirakın  asanlaşdırılmış  kontekstində  görmək 

lazımdır.  Tövsiyyələr təcrid yanaşmanı nəzərdə tutmur, daha çox milli azlıqlara 

mənsub şəxslərin öz identikliyini,  mədəniyyət  və dillərini  dəstəkləmək və inkişaf 

etdirmək  hüquqları  ilə  tam  və  bərabər  üzvlər  kimi  daha  geniş  cəmiyyətdə 

inteqrasiya olunmaq bacarığını  təmin elmək zərurəti arasında  balans yaratmağı 

təşviq  edən  yanaşmanı  nəzərdə  tutur.  Bu  perspektivdə  belə inteqrasiya dövlətin 

rəsmi  dilini  (dillərini)  yaxşı  bilmədən  çətin  ki,  mümkün  olsun.  Təhsilə  aid  belə 

qeydlər iqtisadi, sosial və nıədəni hüquqlar haqqında  Beynəlxalq Paktın  13 və  14- 

cü  maddələrində  və  təhsil  hüququnu  nəzərdə  tutan  və  onu  dövlətin  məcburi 

etməsi  əksini  tapan  uşaq  hüquqları  haqqında  Konvensiyanın  29-cu  maddəsində 

vardır.  Eyni zamanda milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 

14(3)-cü  maddəsi  təminat  verir  ki,  azlıqların  dilinin  öyrənilməsi  "rəsmi  dili 

öyrənməyə və ya  bu dildə tədrisə ziyan  vurmadan həyata  keçirilir".

Adlar və yer adları

1) 


Milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyası  müəyyənləşdirir 

ki, milli  azlıqlara  mənsub şəxslərin öz soyadından, adından və atasının adından 

doğma  dilində  istifadə  etmək  hüququ  vardır.  İstifadəsi  şəxsi  identiklik  üçün 

fundamental  olan  bu  hüquq  hər  bir  dövlət  üçün  spesifik  şərait  işığında  tətbiq 

edilməlidir.  Məsələn, dövlət hakimiyyəti milli azlıqlara mənsub şəxslərin adının, 

soyadının  və atasınan  adının  onların  fonetik formasında  yazılışında  rəsmi dilin 

və  ya  dillərin  yazılı  əlifbasından  istifadə  edə  bilər.  Amma  bu  uyğun  milli 

azlıqların  dil  sisteminə  və  ənənəsinə  uyğun  aparılmalıdır.  Bununla  əlaqədar 

dövlət  hakimiyyəti  tərəfindən  özünün  ilkin  adından  (adlarından)  məcburi 

imtinaya  vadar edilmiş,  yaxud  da  iradələrinin əleyhinə əcdadlarının  adı  (adları) 

dəyişdirilmiş  şəxslərin  bilavasitə  dilinə,  həm  də  fərdlərin  identikliyinə  aid  əsas 

hüququ  - onları  məsrəfsiz bərpa etmək hüququ olmalıdır.

2) 

Ad  və  yer  adları,  xüsusan  milli  azlıqlara  mənsub  və  "birgə"  hərəkət  edən 



şəxslərə  münasibətdə qrup  idenlikliyinin  əsas  hissəsidir.  Milli,  yaxud etnik,  dini 

azlıqlara  və  dil  azlıqlarına  mənsub  şəxslərin  hüquqları  haqqında  BMT-nin 

Bəyannaməsinin  2(l)-ci  maddəsi  milli  azlıqlara  mənsub  şəxslərin  "öz  dilindən 

şəxsi  həyatda  və  ictimai  yerlərdə  azad,  maneəsiz  və  diskriminasiyaya  məruz 

qalmadan  istifadə  etmək"  hüququnu  bəyan  edir.  Milli  azlıqların  müdafiəsi 

haqqında  Çərçivə  Konvensiyasının  10(1 )-cu  maddəsi  qeyd  edir  ki,  dövlət  milli 

azlıqlara mənsub şəxslərin "öz azlığının dilindən şifahi və yazılı, şəxsi həyatda və 

ictimai yerlərdə azad və maneəsiz istifadə etmək" hüququnu tanıyacaqdır.  Mülki 

və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  27-ci  maddəsi  bəyan  edir  ki, 

"...azlıqlara  mənsub şəxslərə  həmin  qrupun  başqa  üzvləri  ilə  b'irlikdə...  doğma 

dildən  istifadə etmək  hüququna  rədd cavabı  verilə  bilməz".  Şəxsin  başqaları  ilə 

birlikdə ictimai yerlərdə öz dilindən maneəsiz və heç bir diskriminasiyaya məruz 

qalmadan  istifadə etmək hüququ  ciddi  bir göstərişdir ki,  milli  azlıqlara  mənsub 

şəxslər  tərəfindən  yaradılan  və  idarə  olunan  idarə,  assosiasiya,  təşkilat  və  ya 

müəssisə kimi hüquqi şəxslərin seçimlərinə uyğun və azlıqların doğma dilində ad 

qəbul  etmək  hüququ  vardır.  Belə  korporativ  ad  dövlət  hakimiyyəti  tərəfindən 

tanınmalıdır və həmin  qrupun  dil  sisteminə və ənənəsinə uyğun  işlədilməlidir.

3)  Çərçivə  Konvensiyasının  11(3)  maddəsində  deyilir  ki,  "milli  azlıqlara

70

mənsub  şəxslərin  ənənəvi  şəkildə  çoxluqla  yaşadıqları  rayonlarda  Tərəflər... 



əhali  üçün  ənənəvi  adların,  küçə  adlarının  və  başqa  topoqrafıq  məlumatların 

göstəricilərinin belə məlumata ehtiyac kifayət qədərdirsə, həm də milli azlıqların 

dillərində  qoyulmasını  təmin  edirlər".  Göstərilən  tarixi  adların  dəyərini 

tanımaqdan  imtina  azlıqların  tarixini  təftiş  və  assimilasiyası  demək  olardı  və 

bununla da azlıqlara mənsub şəxslərin  identikliyinə təhlükəyə çevrilərdi.

Din


4) 

Mülki və siyasi hüquqlar  haqqında Beynəlxalq Paktın 27-ci maddəsi  təsdiq 

edir ki,  "etnik, dini  azlıqlar və dil azlıqları mövcud olan ölkələrdə belə azlıqlara 

mənsub  şəxslərə  həmin  qrupun  digər  üzvləri  ilə  birlikdə  öz  mədəniyyətindən 

istifadə etmək,  öz dininə etiqad  etmək...  eyni  zamanda  doğma  dilindən  istifadə 

etmək  hüququna  mancəçilik  törədilməməlidir".  Milli,  yaxud  da  etnik,  dini 

azlıqlara  və  dil  azlıqlarına  mənsub  şəxslərin  hüquqİarı  haqqında  BMT 

Bəyannaməsinin  3(1)  maddəsi  müəyyənləşdirir  ki,  "azlıqlara  mənsub  şəxslər 

diskriminasiyaya məruz qalmadan öz qrupunun digər üzvləri ilə birlikdə və fərdi 

qaydada öz hüquqlarından...  istifadə edə bilərlər”.

Dini  inam  və  "birgə"  dini  mərasimlərin  keçirilməsi  milli  azlıqlara  mənsub 

şəxslərin  əksəriyyəti  üçün  böyük  əhəmiyyəti  olan  sahədir.  Bu  kontekstdə  qeyd 

etmək  faydalıdır  ki,  öz dilinə  malik  olmaq  hüququ  məhdudiyyətsizdir  və  buna 

mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  18(l)-ci  maddəsində  və 

İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 

9(l)-ci  maddəsində təminat verilir.  Amma  rəsmi ibadət də daxil  olmaqla doğma 

dininə  və  inamına  etiqad  bu  maddənin  sonrakı  bəndlərində  sadalanan  bir  sıra 

məhdudiyyətlərə  məruz  qalır.  Bu  məhdudiyyətlər  qanuni  qüvvəyə  minə  və 

ictimai  təhlükəsizliyin,  qaydaların,  əxlaqın  və  başqa  şəxslərin  əsas  hüquq  və 

azadlıqlarının  müdafiəsinə  aid  ola  bilər.  Onlar  ağıllı  və  son  məqsədə 

proporsional olmalıdır və dövlət milli azlıqlara mənsub şəxslərin qanuni ruhi, dil 

və mədəni  istəklərini  boğmağa cəhd göstərməməlidir.

Azlıqlara  gəlincə,  dini  mərasimlərin  yerinə  yetirilməsi  mədəni  və  dil 

identikliyinin  saxlanılması  ilə  sıx  bağlıdır.  Açıq  ibadətdə  azlıqların  dilindən 

istifadə olunması  dini  qurumların  təsis  edilməsi  hüququ  və  açıq  ibadət  hüququ 

qədər ayrılmaz hüquqdur. Deməli, dövlət hakimiyyəti nə açıq ibadətə, nə də açıq 

ibadətdə  istənilən  dildən  -  ya  uyğun  milli  azlığın  dilindən,  yaxud  da  həmin 

qrupun  istifadə etdiyi  liturgiya  dilindən  istifadəyə qeyri-qanuni  məhdudiyyətlər 

qoymamalıdırlar.

5) Toy və yas mərasimi  kimi dini aktlar müəyyən dövlətlərdə mülki vəziyyəti 

müəyyənləşdirən  qanuni  mülki  aktları  ifadə  edir.  Belə  hallarda  ictimai  maraq 

nəzərə alınmalıdır.  İnzibati  təsəvvürün  insan  hüququndan  istifadənin  qabağını 

almamalıdır  prinsipini  nəzərdə  tutmaqla  dövlət  hakimiyyəti  dini  qruplara  heç 

bir dil  məhdudiyyəti  qoymamalıdır.  Bu  eyni  dərəcədə dini qrupların  öhdələrinə 

götürdükləri  və  mülki  qanunlarla  kəsişə bilən  istənilən  inzibati  funksiyalara  da 

aiddir.  Amma dövlət dini  icmalardan qanuni mülki aktları eyni zamanda dövlət 

dilində  və  dillərində  yazmalarını  özünün  qanuni  tənzimləyici  və  inzibati 

müəssisələrini gerçəkləşdirmək üçün  tələb edə bilər.

Cəmiyyətin həyatı və qeyri-hökumət təşkilatları

6)  Milli  azlıqlara  mənsub  və  birgə  hərəkət  edən  şəxslərin  kollektiv  həyatı 

beynəlxalq  alətlərdə  göstərildiyi  kimi,  fəaliyyətin  çoxsaylı  növlərində  və 

sahələrində  ifadəsini  tapır.  Bu  həyatda,  mövcudluğu  onların  identikliyini

71



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə