Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
37
ondan sonra heç bir səs eşitməyib , heç gözünə quş da
dəyməyib.Ata papaqsız və silahsız çölə qaçır.O, kəsə yolla
qaçır, meşəyə daxil olur , kaktus ağaclarını arxada qoyur , ancaq
oğlunun izinə heç yerdə rast gəlmir . O, bataqlığı –zadı vecinə
almır , elə hey gedir və bilir ki, hər addım onu bədbəxtliyə
aparır , o yerə ki, öldürülmüş oğlunun  cəsədini üzü evə tərəf
sürünən halda tapacaq.
“Oğlum!”- o qəflətən haray çəkir .
Əgər bir adamın səsi onun ağlamağını bildirirsə ,
qulaqlarımızı tutaq ki, açıq-aydın həyəcanlı olduğu bilinən o
səsi eşitməyək .Heç kəs cavab vermir.
Heç nə yoxdur .Günəşin qıpqırmızı etdiyi ləpirin izi ilə
indi ölmüş oğlunu axtaran atanın artıq on ildir ki, qocaldığı
aşkarca görünür.
“Oğlum, oğlum!”—qışqırığı ata qəlbinin dərinliyindəki
sonsuz övlad sevgisindən xəbər verir.
Bir dəfə xoş günlərin birində ata qarabasmadan əziyyət
çəkərkən sarı rəngli güllənin oğlunun alnından deşik açdığını
da görmüşdü.
İndisə o meşənin hər yerində işıq məftilinin parıltısını
görür, şalbanın yanında qədimi fitilli tüfəng də var, həm də
görür ki, özünün...
“Oğlum! Oğulcığazım!..”
Fiziki cəhətdən güclü görünən yazıq atanın qorxulu
qarabasmasının da həddi vardı, bizim bu hekayəmizdə o özünə
gəlir və qəflətən görür ki, oğlu  cığırın qırağı ilə gəlir. Dəli  kimi
olmuş  qaç- qovla gələn on üç yaşlı silahsız uçaq  atasının əlli
metrliyindədir. 
“Mənim balaca oğulcığazım,”—kişi pıçıldadı.
Üzülmüş ata ağ qumlu torpağa sərilmişdi , gəncin
ayaqları isə onun qolları üstündəydi.Uşaq atasının qolları
arasında , dizlərinə yaxın olsa da başına əl çəkərək , anlayır ki,
atası dərd içindədir.
“Yazıq atam!”
Vaxt ötdü. Saatın üç olmasına var hələ . İndi ata və oğul
geriyə - evə qayıdırlar.
“Necə oldu ki, günün batmağını hiss eləmədin, görmədin
ki, gecdi  daha?”- ata lap astaca soruşdu.
“Bilmədim, ata...Elə qayıtmaq istəyirdim ki, Johnun
vağlarını gördüm və onlara baxa- baxa qaldım”
“Məndən ötrü narahat olmağına səbəb nədir, mənim
balam?”
“Ata, ata...”-gənc də dedi.
Uzun sükutdan sonra :
“Bəs vağlar necə oldu ? Sən vurdunmu onları?”-ata
soruşur.
“Yox...”
Bu əslində həqiqət deyildi.Hava isti olsa da , bu göyün
altıda, yerin üstündə , keyfi saz ata boyu – boyunca olan oğlu
ilə bərabər evə qayıdır .
Özünü nasaz hiss etməsinə baxmayaraq , gülümsəsə də
tər onu götürüb gedir və bu xoş qarabasma içində gülümsünür...
Ata təkdir. Heç kimi bulmayıb, qollarını havada yel-
ləyir.Arxasında ayaqları şalbana toxunan ,tikanlı məftilə
dolaşan sevimli oğlu isə səhər saat onda öldü.
İngiliscədən çevirən:
Divanə Ozan
Hörmətli Baş redaktor!
Bu məktubu Sənə yazmaqla həm də bütün yaradıcı təşkilatlara ünvanlayıram. Narahatlığım çeviri ilə bağlıdır. Çox illər
əvvəl mən J. D. Selincerin “Moskow Progress Publishers  “ tərəfindən 1982-ci ildə ingiliscə nəşr edilmiş “Nine stories” kitabını
aldım. Orada başqa əsərlər də vardı və məsələ bunda deyil və o kitabı oxudum. İllər sonra Selincerin əsərləri Azərbaycan dilinə
çevrildi, bir gün onun “A  Perfect Day for Bananafish” hekayəsinin Azərbaycan dilində üç variantı ilə qarşılaşdım. Biri Azərbaycan
dilinə çevrilmiş  kitabındaydı, digəri”Ulduz” jurnalında , üçüncüsünün harda çap olunduğunu indi xatırlamıram düzü. Çevirmənlər
kifayət qədər peşəkar idilər. Bu öz yerində . Sanki bu bir müsabiqəydi, çevirmənlər də müsabiqə iştirakçıları. Hekayənin adından
tutmuş , belə yazım  nöqtə, vergülünəcən çox ciddi iş(ədəbi) görülmüşdü. İnsafən hər kəs çox zəhmət çəkmişdi və ümumiyyətlə bədii
çeviri tamam başqa şeydi. Bu gün də mənə elə gəlir ki, orjinalda nəsə qalıb, dəli şeytan deyir mən də bir cəhd eləyim. Deməli mən
əvvəlcə  təkrarən hekayəni ingiliscə oxudum, sonra bir-bir hər üç çevirini və elə onda başa düşdüm ki, çeviri çox ağır işdir və bunu
başa  düşəndən sonra çəkildim bir kənara, yəni istəsəydim sıradan biri kimi çoxlu sayda çevirilər sərgiləyərdim, ancaq bu oxuculara
hörmətsizlik olardı. 
Bu gün Azərbaycan ədəbiyyatnda az qala hamı çevirməndir. Kim necə gəldi çevirir, harda gəldi çap etdirir. Belə olmaz.
Bunun bir mexanizmi olmalıdır məncə, nəzarət mexanızmını deyirəm. Kimsə bunu yoxlamalıdır, baxmalıdır. Çevirmən biləndə ki,
heç kim bunu yoxlamayacaq, əlbəttə ki, necə gəldi çevirəcək. 
Bəzi çevirmənlər müllif dilini bir kənara qoyub, öz dillərində “danışırlar”. 
Bu yaxınlarda “525”də Səlim Babullaoğlunun“Dünyanın ən gözəl təsiri” yazısını oxudum. Nəsə çox qarışıq
məsələdi, yəni mənim ədəbi təsir məsələsinə  ədəbi allergiyam var. Orada indi adını çəkmək istəmədiyim bir yazıçının
Bekketdən, daha başqalarından təsiri məsələsinə də toxunulur. Yazıçılıq dəlləklık, dərzilik deyil ki, kiməsə baxıb, nəsə
öyrənəsən , anadan YAZIÇI doğulmalısan vəssalam. Bu belə.
Elə oradaca Əkrəm Əylislinin çevirisində “Gözlənilən bir qətlin tarixcəsi” əsərinin ən gözəl çeviri olduğu
vurğulanır, yəni mən əvvəllər də bu barədə oxumuşdum. 
Hamımız Ə. Əylislinin  əsərlərini şirin Azərbaycan dilində şirin dillə yazdığını bilirik və yazıçı bu çeviridə
öz dilində “danışıb” Markesin dilində yox. 
Nəsə, çox şey yazmaq olar, sadəcə hər şey var, vaxt yoxdur və sözümün canı odur ki, bu məsələdə hamı
məsuliyyətli olmalıdır. Bütün çevirilər yoxlamadan keçirilməlidir və s.  İlk  olaraq ingiliscədən çevirdiyim Ho-
racio Quiroganın  “Oğul” hekayəsini təklif edirəm. Qoy ədəbi komissiya bu çevirinin üstündən  xətt çəksin ,
əvəzində daha mükəmməl çeviri ortaya gəlsin və nəhayət ki, Azərbaycan oxucusu  ciddi və doğru çeviri ilə üz-
üzə qalsın.
Divanə Ozan


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə