Alqoritm, xassələri və təsvir üsulları


Mühazirə 16 : Əlavə interfeysi



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə47/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   43   44   45   46   47   48   49   50   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Mühazirə 16 : Əlavə interfeysi 
Komponentlər palitrasından seçilən və forma üzərində yerləşdirilən komponentlər 
əlavə interfeysini təşkil edir, komponentlər özləri isə bir növ qurucu bloklar olur. 
Proqramçı əlavə interfeysini konstruksiya etdikdə komponentləri forma üzərində 
yerləşdirir və əlavə yerinə yetirildikdən sonra, o, hansı görünüşdə olacaqdırsa, 
konstruksiyaetmə zamanı demək olar ki, onu elə o cür görür.
Delphi-də vizual (görünən) və qeyri-vizual (sistem) komponentlər mövcuddur. Bu 
layihənin yerinə yetirilmə mərhələsində belədir, əlavə layihələndirildikdə isə bütün 
komponentlər görünür.
Vizual komponentlərə düymələr, siyahılar, dəyişdiricilər, formalar və s. aiddir. Bu 
komponentlərə idarəedici komponentlər və ya idarəetmə elementləri deyilir. Məhz vizual 
komponentlər əlavə interfeysini yaradır.
Qeyri-vizual komponentlərə vacib, lakin köməkçi əməliyyatlar yerinə yetirən 
komponentlər, məsələn, 
Timer 
saniyə ölçəni və ya 
Table 
verilənlər yığımı aiddir.
Əlavə interfeysi yaradıldıqda hər komponent üçün aşağıdakı əməiliyyatlar yerinə 
yetirilir:
1. Komponentlər palitrasından komponentlərin seçilməsi və onların forma 
üzərində yerləşdirüməsi; 
2. Komponentin xassəsinin dəyişdirilməsi 
Proqramçı bu əməliyyatları Forma konstruktorunda Komponentlər palitrası və 
Obyektlər inspektoru vasitəsilə yerinə yetirir. Əlavə interfeysinin yaradılması prosesi 
downloaded from KitabYurdu.org


86 
ənənəvi proqramlaşdırmadan daha çox konstruksiyaetmə işlərinə oxşayır. Ona görə də 
əlavənin yaradılması prosesi proqramlaşdırma yox, konstruksiyalaşdırma adlanır.
 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə