30
mamən qopardılar, onun köklü sakinlərinin əksəriyyətini məhv etdilər və ya
dağıtdılar və onların küllüklərində bərqərar olaraq, özləri ilə bərabər öz qaydalarını
gətirdilər. Gürcü əhalisinin salamat qalmış az bir qismini iqtisadi baxımdan kölə
halına saldılar, ona müsəlman dinini, əxlaqını və s. sırıdılar».
41
D.Bakradze gürcü salnamələrini ixtiyari təfsir edərək, Heretinin
əvvəlcədən gürcülər tərəfindən məskunlaşdığını söyləməklə nəinki Zaqatala
dairəsinə, habelə Şəki qəzasının da böyük bir qisminə iddiada bulunurdu.
42
Məqalənin mötəbərliyini gücləndirmək üçün o dövrün gürcü intellektual
dairələrində danılmaz nüfuzu olan Vaxuştiyə dəfələrlə isnad edən Bakradze Şah
Abbasın 1616-cı
ildəki bəlli yürüşünü Şərqi Gürcüstan tarixinin müəyyən
dönüş nöqtəsi kimi təqdim edirdi: «Məhz o zamandan etibarən Alazan arxası
Kaxetiyada gürcü elementi güclü surətdə seyrəldi (mətndə: gürcü elementi sarıdan
yoxsullaşdı - Ş.R.) və onun əvəzinə Azərbaycandan türk tayfasından olan 15 min
həyət (ailə - Ş.R.) bura gətirildi (mətndə: sürüldü - Ş.R.). Şah Abbasdan sonra
viranə qalmış Alazan arxası vilayət Dağıstan dağlılarını xüsusən özünə cəlb etməyə
başladı, onların vərdiş etdikləri məşğuliyyət qarət və qətllər idi».
43
Kembric
«anlayışlar tarixi» məktəbinin görkəmli nümayəndəsi
K.Skinnerin fikrincə, hər bir söyləmə intensionaldır, yəni müəyyən məqsəd daşıyır.
Başqa sözlə, sözlər – hansısa bir məqsədə çatmağa yönəlmiş siqnallar və ya
alətlərdir.
44
Yuxarıda gətirilən iqtibasa bu tezisi tətbiq etməklə, söyləyə bilərik:
gürcü intellektual zümrəsinin ruhi-simvolik sferasını reprezentasiya (təmsil) edən
Bakradze oxuyan kütləyə gürcü tarixinin müəyyən, ideallaşmaya meyilli obrazını
təlqin etmək məqsədi güdürdü. Məqalənin ana xəttini, ideal qəlibini (matrisasını)
məhz böyük, əzəmətli, tarixi-coğrafi planda o zamankı (XIX əsrin sonundakı)
gürcü etnik məskunlaşma arealından qat-qat nəhəng ərazini əhatə edən Gürcüstan
məkanı haqqında ideya təşkil edirdi. Bakradzenin Gürcüstan ideyası millətçi
diskursa (nitq praktikasına) xas bir sıra səciyyəvi cəhətləri ehtiva edirdi.
Millətçiliyin iri nəzəriyyəçilərindən olan E.Smit həmin ideoloji şüura xas olan
mifologemalar sırasında bu və digər xalq üçün nə vaxtsa «qızıl əsrin» mövcud
olması, bu əsri ərazi itkisi, miqrasiya və başqa bənzər bəlaların baş verdiyi tənəzzül
çağının əvəz etməsi haqqında inamın, həmçinin labüd gələcək dirçəlişə əminliyin
olmasını qeyd edirdi.
45
Bütün bunlara Bakradzenin məqaləsində və ümumiyyətlə,
gürcü romantik millətçiliyinin tarixi təsəvvürlərində də rast gəlirik: orada gürcü
tarixinin «qızıl əsri» - Qurucu David və Tamaranın hökmranlığı dövrünə, tənəzzül
çağı -monqolların yürüşündən sonra, ələlxüsus da XV əsrin sonlarına doğru
Gürcüstanın siyasi cəhətdən üç hissəyə parçalanması ilə başlanmış dövrə,
ərazi itkiləri və miqrasiya - Şah Abbasın 1616-cı ildə yürüşü nəticəsində, müəllifin
təbirincə «Alazan arxası Kaxetiyanın», yəni Şimal-Qərbi Azərbaycanın bir
qisminin müvəqqəti daxil olduğu gürcü siyasi və mədəni sferasından çıxmasına
uyğun gəlirdi.
31
Millətçilik üçün səciyyəvi olan «biz-onlar» dixotomiyası Bakradzenin
versiyasında «mədəni zəhmətkeş gürcülər-vəhşi quldur müsəlmanlar» cütlüyündə
inikasına tapırdı. Bu zaman oxucularda müsəlman etnoslarının Zaqatala mahalında
peyda olmalarının qeyri-təbiiliyi və təsadüfiliyi barədə təəssüratı gücləndirmək
üçün müəllif bəzi linqvistik priyomlara əl atırdı: məsələn, Azərbaycan türklərinin
bölgəyə «sürülüb gətirilməsi» ifadəsini qəsdən işlətməklə o, fikrimizcə, oxucuda,
bir tərəfdən türklərin sonradan gəlməsi, digər tərəfdən isə bu hadisənin qeyri-
könüllü olması haqqında təsəvvür aşılamaq məqsədi güdürdü. Analoji yanaşmaya
S.Esadzedə də rast gəlirik.
46
Mənşəcə ingiloy olan M.Canaşvili 1910-cu ildə gürcü dilində nəşr
etdirdiyi «Saingilo» kitabında bölgənin ən qədim dövrlərdən XIX əsrin
sonlarınadək tarixini yuxarıda qeyd etdiyimiz konsepsiya çərçivəsində nəzərdən
keçirmişdi.
47
Beləliklə, Cənubi Qafqaz xalqları üçün taleyüklü 1917-ci il ərəfəsində
Zaqatala mahalı haqqında tarixi, coğrafi, siyasi və sosiomədəni aspektləri ehtiva
edən kifayət qədər bitkin gürcü konsepsiyası yaradılmışdı. O, zəngin gürcü tarixşü-
naslıq irsi zəminində, fəqət Avropadan gələn millətçi ideyaların, ələlxüsus da
alman romantik konsepsiyasının təsiri altında formalaşmışdı və üzvü surətdə gürcü
milli ideologiyasına və onun ərazi proqramına daxil olmuşdu.
3. 1917-ci il fevral inqilabından sonra Gürcüstanın
siyasi partiyalarının milli ərazi proqramları və Zaqatala
1917-ci ilin fevralında Petroqradda baş vermiş uğurlu hərbi çıxış Rusiya
siyasi məkanında fundamental proseslərə rəvac verdi. Analoji proseslərin cərəyan
etdiyi və siyasi tranzit (keçid) dövrü kimi səciyyələndirə biləcəyimiz zəmanələrdə
etniklik resursu kifayət qədər aktuallaşır: o sosial-siyasi münasibətlərdə, kütlələrin
təşkilatlanması və səfərbərliyində önəmli rol oynamağa iddia edir.
48
1917-ci ilin fevral inqilabının ilk günlərindən etibarən Cənubi Qafqazda
da etniklik resursunun fəallaşmasının şahidi oluruq: o çağadək bu və ya digər
dərəcədə həyat əlaməti göstərən mədəni-etnik hərəkatlar sürətlə etnosiyasi
hərəkatlara transformasiya olunur. Etnosiyasi hərəkatın
49
meydana çıxması
etnosun (etnik qrupun) siyasi aktora konversiyası (çevrilməsi) deməkdir; belə bir
siyasi aktor (fəal subyekt) öz etnik rəqiblərinə əks təsir göstərməyə, və ya öz etnik
maraqlarını dövlət siyasətinin gündəliyinə daxil etməyə çalışır. Hər hansı
etnosiyasi hərəkatın yaranması üçün tələb olunan əsas amillərdən biri kimi
etnikliyin siyasiləşməsi və səfərbər olunması çıxış edir. Siyasiləşmə prosesində
etnomədəni markerlər və simvollar (dil, din, mənşə və tarix ümumiliyi, habelə
Dostları ilə paylaş: |