ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

34 
 
etnik lideri statusuna iddialı milli-demokratların bu şüarı onların öz siyasi talelərini 
fərdi və ya sosial-sinfi yox, etnik kateqoriyalarda qəbul etmələrindən xəbər verirdi. 
Gürcü sosial-demokratları və sosial-federalistlərindən fərqli olaraq, milli-
demokratlar  Gürcüstanın  siyasi  perspektivi  və  ərazi  ideologiyası  məsələlərində 
daha radikal xəttin tərəfdarları idilər. Sözügedən partiyanın mətbu orqanı - «Çveni 
kvali» («Bizim şırım») qəzeti özünün 1917-ci il 26 iyun sayında yazırdı: «Sosial-
demokratların 
və 
sosial-federalistlərin 
tələb 
etdikləri 
formada 
gerçəkləşdirməkdənsə, Gürcüstanın muxtariyyətindən tamamilə imtina etmək daha 
yaxşıdır».
59
 
Partiyanın  1917-ci  ilin  iyununda  olmuş  təsis  qurultayı  demokratik 
respublika  əsası  üzərində  Gürcüstanın  siyasi  muxtariyyəti  tələbini  irəli  sürdü; 
əslində gürcü millətçiləri üstüörtülü formada da olsa, müstəqil dövlət qurulmasını 
ehtimal edirdilər. Məhz həmin qurultayda milli-demokratlar faktiki olaraq gələcək 
gürcü  respublikasının  ərazi  identikliyinin  ideoloji  əsaslarını  təsbit  etdilər:  onların 
hazırladıqları  doktrinal  səciyyəli  «Gürcüstanın  milli  hüquqları»  adlanan  məram-
namədə  Gürcüstanın  bir  qədər  öncə  söz  açdığımız  tarixi-coğrafi  hüdudlarına  dair 
konsepsiya  ideya-siyasi  və  funksional  məna  və  əhəmiyyət  kəsb  etdi.  Milli-
demokratların  ərazi  proqramı  Gürcüstanın  arzu  olunan,  ideal  məkan  obrazını 
cızırdı:  gürcü  intellektual  zümrəsinin  romantik  təsəvvürlərinə  söykənən  və  o 
dövrün  siyasi    dairələrində  tez-tez  səslənən  «Çariça  Tamaranın  səltənətinin 
bərpası» şüarında
60
 öz tutumlu ifadəsini tapan bu ideal məkan nəinki gürcülərin o 
zaman  etnodemoqrafik  planda  əksəriyyət  təşkil  etdikləri  əraziləri, həmçinin  tarixi 
keçmişdə nə vaxtsa Gürcüstan çarlığına daxil olan vilayətləri də əhatə etməli idi. 
Milli-demokratların  proqramında  deyilirdi:  «Gürcüstan  ərazisi  əyalətlərdən 
ibarətdir:  Kartli,  Kaxeti,  Samsxe-Saatabaqo,  İmereti,  Quriya,  Minqreliya,  Svaneti, 
Acara  və  Abxaziya,  özü  də  Gürcüstan  tərkibinə,  tarixən  ona mənsub  torpaqlar  da 
daxil  olmalıdır:  Zaqatala,  Artaani  (Ərdahan  -Ş.R.)  və  Oltu  dairələri  (sonuncu  iki 
dairə  Qars  vilayətinə  daxil  idi-Ş.R.)».
61
    Qeyd  etməliyik  ki,  gürcü  siyasi 
partiyalarından  məhz  milli-demokratlar  ilk  dəfə  olaraq  Zaqatala  dairəsinin 
Gürcüstana  ilhaqı  məsələsini  birmənalı  və  qəti  şəkildə  öz  proqramlarına 
salmışdılar. 
Beləliklə,      milli-demokratların      bu      proqramı      doktrinal  səviyyədə 
Gürcüstanın tarixi coğrafiyasını, təbiri caizsə, siyasi coğrafiyaya konversiya etmək 
cəhdini  təqdim  edirdi.  Bu  zaman,  qeyd  etdiyimiz  kimi,  tarixi  keçmişə  müraciət 
praqmatik səciyyə daşıyırdı. Bir qədər öncə isnad etdiyimiz ingilis alimi K.Skinner 
XVII  əsr  İngiltərə  inqilabı  dövründə  parlament  və  kralın hüquqları ətrafında 
gedən  debatların  timsalında  göstərmişdir  ki,  insanlar  tarixə,  tarixi  anlayışlara  və 
maksimalara  apellyasiya  edərkən,  onları  keçmişin  səhih  mənzərəsini  bərpa 
etməkdən daha çox siyasi mübarizədə əlavə arqumentlər əldə etmək istəyi hərəkətə 
gətirir.
62
  Bizim  nümunədə  bu  o  deməkdir  ki,  gürcü  millətçiləri  istər  daxili  siyasi 
(gürcü siyasi meydanında rəqibləri ilə qarşılıqlı təsir), istərsə də xarici-siyasi (başqa 


35 
 
etnik  mühitdən  olan  və  eyni  ərazilərə  iddiada  bulunan  siyasi  aktorlarla  qarşılıqlı 
təsir)  müstəvidə  fəaliyyət  göstərərkən  mifolojiləşdirilmiş  keçmişə  istinadla  öz 
niyyət və əməllərini legitimləşdirməyə çalışırdılar. 
Milli-demokratların      proqramında      diqqəti      cəlb      edən  digər  məqam, 
orada öncə qeyd etdiyimiz kimi, ərazi-simvolların dəqiq işarələnməsi idi: bu qəbil 
ərazilər  sırasında  Zaqatala  dairəsi  də  xatırlanırdı.  Moskva  Dövlət  Universitetinin 
professoru  A.İ.Solovyovun  tərifinə  görə,  simvollar  insanın  siyasi  məkanda  ruhi 
əsasını  və  identikləşməsini  təskil  edir,  eyni  zamanda  sosial  obyektlərə  aktorların 
ictimai  ünsiyyəti  üçün  zəruri  mənaları  verən  ideal  formaları  təmsil  edir.
63
  Yəni 
Zaqatala  rəmzi  anlam  kəsb  etməklə  gürcü  milli-siyasi  identikliyinin  tərkib 
hissəsinə çevrilirdi və ictimai kommunikasiya üçün zəruri məna əldə edirdi. 
Gürcü siyasi spektrinin yuxarıda qeyd etdiyimiz üç qüvvəsi arasında milli 
məsələyə  dair  uzlaşma  əldə  etmək  məqsədi  ilə  hələ  1917-ci  ilin  aprelin 
əvvəllərində  və  16-da  partiyalararası  müşavirə  çağırılmışdı.
64
  Müşavirənin 
Gürcüstanın  ərazisi  ilə  bağlı  coşqun  mübahisə  şəraitində  çıxardığı  qərar  kom-
promiss  xarakter  daşıyırdı:  mübahisəsiz  ərazi  kimi  gürcülərin  əksəriyyət  təşkil 
etdiyi  ərazilər,  mübahisəli  kimi  isə  gürcülərin  əksəriyyət  təşkil  etmədiyi  ucqar 
rayonlar hesab olundu. 
Əsas  müzakirə  predmetlərindən  olan  gürcü  milli  ərazi  vahidinin 
səlahiyyətləri,  onun qonşuları  və  Ümumrusiya  mərkəzi  ilə münasibətləri  məsələsi 
milli-demokratlarla  sosial-demokratlar  arasında  o  zaman  hələ  də  dərin  fikir 
ayrılıqları  mövcud  olduğunu  göstərdi:  əgər  birincilər  Gürcüstana  1783-cü  il 
müqaviləsinə  müvafiq  qaydada  geniş  hüquqlar  verilməsinə,  yəni  de-fakto 
müstəqilliyə  çağırırdılarsa,  sosial-demokratlar  N.Ramişvilinin  dili  ilə  belə  bir 
perspektivi  rədd  edirdilər.  Ramişvili  iddia  edirdi:  «Burada  (Qafqazda-Ş.R.)  biz 
digər xalqlarla razılaşma olmadan hərəkət edə bilmərik və qonşularla bu qarşılıqlı 
münasibətlərə  müvafiq  forma  vermək  lazımdır.  Ona  görə  də  ümumi  məsələlərin 
həlli üçün...  Zaqafqaziya seymi lazımdır... Mədəniyyət məsələlərinə gəldikdə isə, 
onlar tamamilə milli vahidlərin səlahiyyətinə keçir».
65
 Bu, menşeviklərin bir qədər 
bəhs  etdiyimiz  mədəni-milli  muxtariyyət  konsepsiyasından  nəşət  edən  nöqteyi-
nəzər idi. 
Fəqət  Ümumrusiya  miqyasında  siyasi  böhran  gücləndikcə  və  mərkəzlə 
əyalətlər arasında əlaqə zəiflədikcə gürcü menşeviklərinin muxtariyyətə münasibəti 
dəyişikliyə  uğrayırdı.  1917-ci  ilin  sentyabrında  olmuş  Ümumrusiya  demokratik 
müşavirəsində  A.Çxenkeli  -  gürcü  sosial-demokratlarının  millətçi  ovqatlı 
qanadının  təmsilçisi  bəyan  etmişdi:  «Gürcü  xalqının  siyasi  partiyalarında  milli 
məsələyə  dair  artıq  ümumi  rəy  mövcuddur.  Onlar  Gürcüstan  üçün  siyasi 
muxtariyyət tələb edərək, bu məsələdə tarixi hüquqa və ali ədalətə istinad edirlər».
66
 
Beləliklə, 1917-ci ilin fevral-oktyabr kəsiyində gürcü siyasi partiyalarının 
milli-ərazi proqramlarının ötəri nəzərdən keçirilməsi bizə söyləməyə əsas verir ki, o 
dövrdə  yalnız milli-demokratlar əvvəlki gürcü tarixi-intellektual  ənənəsinə söykə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə