40
5. Zaqatala mahalı milli Ģurasının 26 iyun 1918-ci il
tarixli Azərbaycana birləĢmək haqqında qərarı və onun
siyasi və sosiomədəni aspektiəri
Azərbaycan və Gürcüstanın istiqlalı elan olunduğu zaman Zaqatala dairəsi
faktiki olaraq avtonom surətdə fəaliyyət göstərməkdə idi. Cənubi Qafqaz seyminin
1918-ci ilin 18 aprel tarixli iclasında çıxış edən A.Qardaşov bildirmişdi ki,
Zaqatala əhalisi fevralın 5-də keçirilmiş fövqəladə toplantısında Transqafqaz
hökuməti ilə əlaqə saxlamaq haqqında qərar qəbul etsə də, hökumət bu müraciətə
lazımi əhəmiyyət verməmişdir. Bu səbəbdən mahal özbaşına qalmışdı.
82
1918-ci ildə Azərbaycan və Gürcüstanın dövləti təşəkkülü gedişində
Zaqatala dairəsinin siyasi mənsubluğu problemi ikitərəfli münasibətlərdə yaşanan
gərgin məsələlərdən biri idi. Yeri gəlmişkən, bu bölgəyə həm Gürcüstan («tarixi»
konsepsiyaya istinad edərək), həm də Azərbaycanla Dağlı respublikaları iddia
edirdi; sonuncu iki dövlət qurumu etno-konfessional amili qabardırdı.
Belə bir şəraitdə, əlbəttə ki, yerli əhalinin siyasi qərarı olduqca
əhəmiyyətli idi. Zaqatala dairəsinin Müsəlman Milli Şurasının 1918-ci ilin iyunun
26-da baş tutmuş iclası tarixə olduqca əlamətdar hadisə kimi düşdü: bölgə
əhalisinin etnosiyasi identikliyi haqqında məsələ öz həllini məhz həmin iclasda
tapdı - mahalın siyasi, sosial və intellektual fəallarının mövqeyini ifadə edən şura
Azərbaycana birləşmək haqqında qərar qəbul etdi.
Həmin iclasın həcmcə qısa, fəqət mənaca zəngin protokolu
83
qalmışdır: bu
sənəddə iclas iştirakçılarının - bölgənin özünəməxsus elitasının siyasi seçiminin
əsasında duran motivlər artikulyasiya olunurdu.
Mətndə həmin motivlərin ifadə olunduğu müddəaların belə sıralanmasını
təklif edirik:
1) «Son yüz ilin nə tarixi bilgilərinə, nə də real məskunlaşma əlamətinə
görə dairə sözügedən «siyasi qruplaşmaların» (söhbət Azərbaycan, Gürcüstan və
Dağlı respublikalarından gedir - Ş.R.) heç birinə daxil olmamış, fəqət indi bu
cümhuriyyətlərdən birinə qatılmaq zərurəti qarşısındadır».
2) «Gürcüstan mahala tarixi, Dağıstan və Azərbaycan isə milli və dini
nöqteyi- nəzərdən iddia edir, hərçənd son iki yüz ildə Zaqatala Gürcüstan
tərkibində olmayaraq, Rusiya istilasınadək özünü idarə edən vahid idi».
3) «Böyük əksəriyyəti müsəlmanlardan ibarət dairə əhalisinin Gürcüstana
münasibətdə heç bir meyli yoxdur, əksinə, sonuncunun bölgəni özünə
birləşdirməyə yönəlmiş istənilən cəhdi əhali tərəfindən hiddətlə qarşılanır».
4) «Dairə Dağıstandan keçilməz dağ silsiləsi ilə ayrı düşmüşdür». .
5) «Mədəni, iqtisadi, məişət, dini, dil və məşğuliyyət şərtlərinə görə
Zaqatala mahalı və Azərbaycan cümhuriyyəti yekcins ünsürlərdir».
6) «Azərbaycana birləşmək Zaqatala dairəsinin məqsəd və maraqlarına
daha dolğun cavab verir».
41
Gətirilən müddəalar Zaqatala Milli Şurasının siyasi identikliyinin
məğzində duran açıq (ifadə olunmuş) motivlərlə yanaşı, özünü qeyri-aşkar surətdə
büruzə verən sövqedici amilləri də ehtiva edir. Görkəmli tarixçi-metodoloq İ.D.Ko-
valçenko informasiyanın açıq və gizli planını belə fərqləndirirdi: «Semantik planda
informasiyada, bir tərəfdən subyektin şüurlu surətdə əldə etdiyi, ona aydın olan və
onun istifadə edə bildiyi informasiya, digər tərəfdən isə qeyri-ixtiyari çıxarılan və
fiksasiya edilən, ona görə də subyekt üçün qeyri-aşkar, bilavasitə ifadə olunmayan
informasiya arasında nisbət haqqında məsələ fövqəladə əhəmiyyətlidir.
İnformasiyanın göstərilən iki növünü ifadə olunmuş, qavranılmış informasiya və
gizli informasiya... adlandırmaq qəbul olunmuşdur».
84
Yuxarıda gətirilən nəzəri-metodoloji göstərişdən çıxış tezisi kimi
yararlanaraq, bir sıra qənaətlərə gəlmək olar. Qeyd etdiyimiz kimi, sözügedən
qərar etnosiyasi identikliyin təsbiti aktı idi. İstənilən ərazi özünüidentikləşdirməsi
isə hər zaman iyerarxik səciyyə daşıyır, belə ki, milli (siyasi, dövlət) identikliklə
yanaşı, lokal (yerli) identikləşmə də mövcuddur ki, o, tarixi planda birincidən əvvəl
gəlir.
85
Mətnin bütün dili qeyri-aşkar surətdə («gizli informasiya» şəklində) bölgə
elitasının ərazi-siyasi identikliyi iyerarxiyasında lokal səviyyənin əhəmiyyətini
vurğulayır. Bu, həm yeni Qafqaz respublikalarının «siyasi qruplaşma» deyə
işarələməklə onların dayanıqlı siyasi varlıq kimi perspektivinə müəyyən
inamsızlıqda, həm də mahalın «Rusiya istilasınadək özünüidarə edən vahid» kimi
qələmə verilməsi ilə müəyyən tarixi-siyasi əlahiddəliyə iddiada təzahür edir.
Lakin paralel olaraq, mətn daha yüksək ranqdan olan
identikliyin - milli
(dövləti) identikliyin artıq kifayət qədər
formalaşmasından (amma tam başa
çatmamasından) da xəbər verirdi: bu, məhz Azərbaycana birləşmək motivlərində
ifadə olunurdu.
Qərarın sövqedici səbəblərinə gəldikdə isə onları siyasi və sosiomədəni
qisimlərə ayırmaq mümkündür. Ən əvvəl qeyd edərdik ki, Azərbaycana birləşmək
haqqında qərar etnopolitologiyada milli identikliyin və etnikliyin təbiətinin
təfsirində istifadə olunan instrumentalist və konstruktivist paradiqmalar (nəzəri
yanaşmalar) çərçivəsində izah edilə bilər.
86
M.Veberin ideyalarına istinadən, instrumentalistlər iddia edirlər ki, etnik
qrupun fiziki və mədəni xarakteristikaları resurs (alət) təşkil edir; onun köməyi ilə
insanlar qrupu öz maraqlarını irəli sürə və reallaşdıra bilərlər. İnstrumentalistlər
etnikliyi varlığın təbii «verilmiş mövcudluğu» kimi deyil, siyasi artefakt, alət və
«rasional seçim» məsələsi kimi yozurlar. Bu yanaşma zaqatalalıların seçimini
qismən izah etməyə imkan verir: həqiqətən də, 6-cı müddəadan da göründüyü
kimi, bölgə fəalları məsələyə instrumentalistcəsinə yanaşaraq, məhz Azərbaycana
birləşməyi mahalın məqsəd və maraqlarına daha dolğun cavab verəcəyini güman
edirdilər.
Fəqət bəhs olunan fenomeni «siyasi artefakt» kimi səciyyələndirən
instrumentalistlərin nəzəriyyələrinin zəif yeri -etnikliyin və etnosiyasi identikliyin
Dostları ilə paylaş: |