ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

58 
 
əməkdaşlıq  sisteminin  formalaşdırılması,    həmçinin    münaqişələrə    müəyyən  
normativ  baza  verilməsi  istiqamətində  növbəti  və  daha  ciddi  addım  atıldı. 
Konfransın 22 aprel iclasında «Transqafqaz cümhuriyyətləri şurasının» əsasnaməsi 
təsdiq edildi. Bu sənədə əsasən, «şuraya» olduqca geniş, o cümlədən mövcud ərazi 
mübahisələrinin dinc həllinə yönəlmiş tədbirlər almaq səlahiyyətləri verilirdi. 
Faktiki  olaraq  bu  konfrans  sovetləşməyə  qədər  mövcud  siyasi-hüquqi 
münasibətlər sistemi daxilində Cənubi Qafqaz regionunun inteqrasiya vektorunun 
konturlarını cızırdı. 
 
 
9. «Sənəd qalmaqalı» və «TəĢviqat müharibəsi». 
Azərbaycan ictimai-siyasi Ģüurunda Zaqatalanın 
simvolik önəmi
 
 
Qeyd  etdiyimiz  kimi,  1918-ci  ildə  xarici-siyasi  faktorun  təsiri  ilə 
Azərbaycan  və  Gürcüstan  respublikaları  arasında  faktiki  sərhədlər  bərqərar 
olmuşdu.  Lakin həmin  ilin  sonlarina  doğru türk qoşıınlarının  Qafqazı tərk  etməsi 
gürcü  siyasi  yuxarıları  qarşısında  öz  dövlət  sərhədlərini  irəli  çəkmək  və  ərazi 
cəhətdən  genişlənmək  baxımından  müəyyən  mənada  şirnikləndirici  perspektivlər 
açmışdı və gürcü hökuməti də dərhal hərəkətə keçmişdi. Türk ordusu Qafqazı tərk 
edər-etməz  gürcü  qoşunları tələsik  Axalkələk,  Axalsıx  qəzalarını,  Artvin  dairəsini 
işğal  etdi.
146
  Faktiki  olaraq  1918-ci  il  4  iyun  gürcü-osmanlı  sazişi  qüvvədən 
salınmış, Gürcüstan hakimiyyəti öz dövlətinin yeni siyasi məkanının formalaşması 
prosesinə  rəvac  vermişdi.  Bu  nöqteyi-nəzərdən  Azərbaycanla  sərhədlərdə  də 
müəyyən dəyişikliklər ehtimal olunurdu. 
1919-cu  ilin  yanvarın  əvvəlində  iki  respublika  arasında  siyasi  ixtilafa 
çevriləcəyi ilə hədələyən diplomatik qalmaqal qopdu. Azərbaycan hökuməti gürcü 
rəsmilərindən  Zaqatala  dairəsinə  aid  Tiflis  şəhərindəki  keçmiş  Rusiya  arxiv  və 
təsisatlarının sənədlərinin verilməsini xahiş etmişdi. Artıq qeyd etdiyimiz kimi, çar 
Rusiyası  dövründə  Zaqatala  dairəsinin  bir  sıra  mülki  ehtiyacları  məhz  Tiflis 
quberniyasının  müvafıq  idarə  və  təsisatları  tərəfindən  təmin  edilirdi.  Ona  görə  də 
mahala dair sənəd və materialların  əksəriyyəti də həmin quberniyanın mərkəzində 
yığılıb qalmışdı. 
Gürcü  hökuməti  bu  əsaslı  xahişə  «dairənin  Gürcüstanın  ayrılmaz  ərazisi 
olması» formulu ilə qəti şəkildə rədd cavabı verdi.
147
 
Gürcü  hökumətinin  bu  qərarı  milli-demokratların  orqanı  olan  «Qruziya» 
qəzetində  geniş  və  təkəbbürlü  şəkildə  şərh  olundu.
148
  Məqalənin  əsas  leytmotivi 
Zaqatala  dairəsinin  -«Saingilonun»  Gürcüstana  şəksiz  mənsub  olması  haqqında 
tezis  idi.  Yazının  sonunda  Azərbaycan  açıq-aşkar  müharibə  ilə  hədələnirdi: 
«Gürcüstan  hökuməti  dairədəki  mövcud  status  -  kvoya  razılıq  verməklə  böyük 
güzəştə getmişdir (yəni məsələ hələ əvvəlcədən güc tətbiqi ilə həll edilə bilərdi - 


59 
 
Ş.R.).  Ona  görə  də  Azərbaycan  hakimiyyət  orqanları,  həmçinin  lazımi   
ehtiyatlılığa   və   dövləti   mərifətə   riayət   etməlidir   ki, düşünülməmiş təklifləri 
ilə gürcü xalqına arzuolunmaz nəticələr çıxarmağa bəhanə verməsin». Təhdidlərin 
daha  müdhiş  olması  üçün  isə  yaxın  keçmişdəki  gürcü-erməni  savaşına  eyham 
edilirdi:  «Məgər  yaxın  günlərin  nümunəsi  düşünülməmiş  əməllərdən  çəkinmək 
üçün  zəhmli  xəbərdarlıq  deyildirmi...  Gürcü  xalqı  həyasız  düşməni  qaçmağa 
məcbur etdi və o yeni macəraçılığı təkrarlamağa çətin ki, bir də cəhd edə». 
İqtibas edilən məqalənin ruhu  - o çağın, yəni XIX əsrin sonu  - XX əsrin 
əvvəllərinin  geosiyasi  cərəyanları  çərçivəsində
149
  işlənib  hazırlanmış  bir  sıra 
ideyalar  ilə  üzvi  surətdə  səsləşirdi.  Birincisi,  dövrün  geosiyasi  ənənəsi  siyasətin 
başlıca  hərəkərverici  motivi  kimi  eqoistcəsinə  anlaşılmış  dövlət  maraqlarının 
toqquşmasını  nəzərdən  keçirirdi.  İkincisi,  bu  ənənə  ilk  dəfə  çox  görkəmli  alman 
coğrafiyaşünası,  müasir  geosiyasi  fikrin  sələfi  F.Ratselin  (1844-1904)  formulə 
etdiyi  kimi,  çiçəklənən  dövlətin  tənəzzül  edən  dövlətdən  fərqini  dinamik  ərazi 
artımında görürdü. 
Fəqət,  F.Ratsel,  habelə  onun  şagirdi  İsveç  alimi  R.Çellenin  qeyd  olunan 
geosiyasi ideyaları, ələlxüsus da dövlətlərin məkanca artıma canatmaları haqqında 
tezisi, ilk növbədə qlobal təsir gücünə malik iri dövlətlərə şamil edilirdi. Halbuki 
əvvəl alman, sonra ingilis hegemonluğu altında olmuş, süqutu ərəfəsində də böyük 
Qərb  dövlətlərinin  birinin  himayəsinə  sığınmağa  çalışan  Gürcüstan  kimi  xırda  və 
formalaşmamış  dövlətin  siyasi  qüvvəsinin  dilində  belə  ekspasionist  çağırışlar, 
fikrimizcə, cılız və namünasib görünürdü. 
Gürcüstan hökumətinin rədd cavabı və başlıcası isə «Qruziya» qəzetinin, 
fikrimizcə, öz ölkəsinin siyasi yuxarılarının mübhəm niyyətlərini müəyyən mənada 
açan  şərhləri  Azərbaycan  ictimai-siyasi  şüurunda  Zaqatala  mahalının  identikliyi 
məsələsini aktuallaşdırdı. 
Yarırəsmi  «Azərbaycan»  qəzetində  1919-cu  ilin  ilk  aylarında  sözügedən 
bölgəyə  dair  Azərbaycanın  siyasi  intellektualları  kimi  işarələdiyimiz  zümrənin    
(M.Ə.Rəsulzadə, B.N.Kiçikxanov, Ü.Hacıbəyli, İ.Qəbulov) bir sıra məqalələri dərc 
edildi.
150
 
Bu 
məqalələrdə 
formalaşmaqda  olan  Azərbaycan  milli-ərazi 
identikliyində  Zaqatala  mahalına  verilən  yüksək  simvolik  önəm aydın  sezilməkdə 
idi: Zaqatala mahalı «Azərbaycanın zəngin hasilxiz (bərəkətli - Ş.R.), qəyyur (qey-
rətli - Ş.R.) və həmiyyətmənd (şərəfli, ləyaqətli - Ş.R.)», «hər bir nöqteyi-nəzərdən 
ixtilaf  götürməz»  «bir  qitəsi»  (M.Ə.Rəsulzadə),  «Azərbaycanın  cüzi  layənfəki, 
ayrılmaz bir cüzi» (B.N.Kiçikxanov, Ü.Hacıbəyli) kimi qavranılırdı. 
M.Ə.Rəsulzadəyə görə, Zaqatala vilayətinin Azərbaycana mənsubiyyətini 
labüd edən «bariz sübutlar, cərh edilməz (yarılmaz; burada: inkar edilməz - Ş.R.) 
dəlillər,  söz  götürməz  bürhanlar (arqumentlər  -  Ş.R.)  var ...»  «Bürhan»  məfhumu 
daha  çox  dini  arqumentasiyaya  aid  bir  istilahdır  və  onun  bu  kontekstdə  analoji 
digər  anlayışlar  sırasında  işlənilməsi,  əslində  oxucuda  Zaqatalanın  Azərbaycana 
aidiyyatı təəssüratını və qavrayışını gücləndirmək məqsədi güdürdü. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə