ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

60 
 
M.Ə.Rəsulzadə  təsəvvüründə  «söz  götürməz  bürhanlar»  belə  sıralanır: 
birincisi,  «Zaqatala  okruğu  Zaqafqasiyanın  xalis  müsəlman  əhalisi  ilə  məskun 
vilayətlərindəndir»  və  «türkcə  bütün  müsəlmanlar  arasında  danışılır  ümumi  bir 
dildir».  Bu  arqumentasiya  Azərbaycan  xalq  cümhuriyyətinin  banilərinin,  öz 
dövlətlərini, öncə qeyd etdiyimiz kimi, Qafqazın türk-islam aləmini konsolidasiya 
edəcək  siyasi  varlıq  kimi  təsəvvür  etmələrindən  irəli  gəlirdi.  Rəsulzadənin  ikinci 
dəlili coğrafi amil ilə bağlıdır: «Vilayətin Şimali Qafqasiya ilə olan rabitəsi aylarla 
bağlanıyor.  Coğrafiya  nöqteyi-nəzərindən  Zaqatala  Nuxa  qəzasının  mabədidir». 
Burada təbii, sosial, təsərrüfat və mədəni hüdudlarla üst-üstə düşən daha «ədalətli» 
sərhədin  çəkilməsinə  çağırışı  sezmək  mümkündür:  müəllif  söyləmək  istəyir  ki, 
Nuxa  qəzasının  (oxu:  Azərbaycanın)  mabədi  olan  Zaqatala  mahalı  Dağıstandan 
fiziki-coğrafi 
baxımdan, 
Gürcüstandan 
isə 
sosiomədəni 
cəhətdən 
əlahiddələşmişdir.  Rəsulzadənin  bu  dəlili  Kiçikxanovun  «Zaqatala  haqqında» 
məqaləsində  irəli  sürülmüş  aşağıdakı  tezisdə  bir  növ  davamını  tapırdı:  «Zaqatala 
ilə  Gürcüstan  həmhüdud  olmaqdan  başqa  tarixi,  etnoqrafik  və  ictimai  nöqteyi-
nəzərdən əsla münasibətləri olmaması bir həqiqətdir». 
Və nəhayət, Rəsulzadənin üçüncü dəlili Zaqatala sakinlərinin Azərbaycan 
siyasi  məkanının  könüllü  inkorporasiya  təxminindən  nəşət  edirdi:  «Daha  Cənubi 
Qafqaz  müsəlmanlarının  Mərkəzi  Komitəsi  təşkil  olunduğu  zaman  Zaqatal(a)lı 
qardaşlarımız kəndi nümayəndələrini göndərməklə bizimlə mərbut (bağlı, rabitəli - 
Ş.R.)  olduqlarını  göstərmişlərdi.  Azərbaycan  hökuməti  ilk  dəfə  olaraq  Gəncədə 
təşəkkül etdiyi zaman Zaqatal(a) vilayəti dəxi bu hökuməti tanıdı: onun göndərmiş 
olduğu  məmurları  qəbul  elədi.  Şimdiki  halda  dəxi  Zaqatal(a)  nümayəndələri 
Azərbaycan parlamanında isbati-vücud ediyorlar». 
Rəsulzadə  gürcü  siyasi  dairələrinin  dəstəklədiyi  «tarixi-strateji»  sərhəd 
prinsipinin  bir  qədər  əvvəl  iqtibas  etdiyimiz  tənqidində  təbii  ki,  «təyini-
müqəddərat»  prinsipini  müdailə  edirdi.  Bu  prinsip,  öncəki  abzasda  da  qeyd 
etdiyimiz  kimi,  Rəsulzadə  üçün  əhalinin  könüllü  seçimində  təzahürünü  tapırdı: 
«Bir  məmləkətin  bir  dövlət  tabeiyyətində  bulunması  üçün  müasirinin  qanacağına 
görə, hər şeydən əvvəl, o məmləkətin əhalisinin könülü əldə olunmalıdır». 
Mahalın siyasi identikliyində məhz etnokonfessional prinsipin əsas olması 
haqqında  tezis «Azərbaycan»  qəzetinin rusdilli  versiyasının  1919-cu  il  14  yanvar 
sayında getmiş baş məqalədə də müdafiə olunur. Məqalənin müddəalarının A.Şe-
potyevin  bir  il  sonra  tərtib  etdiyi  «Mübahisəli  Qafqaz  əraziləri  haqqında,..»  adlı 
məruzəsinin  müvafiq  müddəalarına  uyğun  gəldiyinə  görə,  hər  iki  yazının  bir 
müəllifə (A.Şepotyevə) məxsus olduğunu söyləmək mümkündür. Məqalənin tarixi 
arayış hissəsi faktiki olaraq bölgə tarixinə dair gürcü konsepsiyasını təkrarlayırdı; 
bu, onunla izah oluna bilər ki, nəinki o zaman, hətta son onilliklərə qədər Zaqatala-
Şəki  bölgəsinin  tarixən  Azərbaycanın  siyasi,  iqtisadi  və  sosiomodəni  mühitinə 
mənsubluğu  barədə  konsepsiya  işlənib  hazırlanmamışdı.  Ona  görə  də  mahalın 
Azərbaycana  daxil  olması  zərurətini  əsaslandırarkən,  məhz  etnoqrafik  prinsipə 


61 
 
müraciət  olunurdu:  «Əhalinin  etnoqrafik  tərkibinin  köklü  surətdə  dəyişməsindən 
sonra  uzaq  əsrlərin  tarixi  hüdudlarına  istinad  bizim  dövrümüzdə,  «xalqların  öz 
müqəddəratlarını təyin etmə» çağında iri siyasi səhvdir və ümid etmək lazımdır ki, 
gürcü  höküməti  bunu  anlayacaq  və  Azərbaycan  Respublikasının  inzibati 
idarəçiliyinin  altında  bulunan  və  bu  idarəçilik  altında  qalmağı  arzulayan  xalis 
müsəlman vilayətlərinə öz iddialarını vaxtında dayandıracaq». 
«Sənəd qalmaqalı» ilə paralel olaraq 1919-cu ilin əvvəllərində Gürcüstan-
Azərbaycan arasında mübahisəli ərazilərdə gizli təşviqat müharibəsi də qızışmaqda 
idi.  Mart  ayında  Zaqatala  mahalına  baş  çəkən  parlament  üzvü  B.N.Kiçikxanov 
«Azərbaycan»  qəzetinə  həyəcan  dolu  teleqram  göndərmişdi.
151
  Orada  bölgəyə 
gəlmiş  gürcü  təşviqatçılarının  xüsusi  dəstəsinin  əhali,  ələlxüsus  da  ingiloylar 
arasında  Gürcüstana  birləşmək  lehinə  fəal  təbliğat  aparmaları  haqqında  məlumat 
verilirdi.  Müəllif  Bakıya  döndükdən  sonra  «Zaqatalada  gürcülərin  propaqandası» 
adlı məqaləsində oxuculara məsələnin təfərrüatlarını çatdırdı.
152
 Məqalənin şərhinə 
keçməzdən  öncə  qeyd  edərdik  ki,  təbliğat  savaşı  birtərəfli  deyildi:  mübahisəli 
Borçalı,  Sığnaq  və  Qarayazı  bölgələrinin müsəlman  əhalisi  yaşadığı rayonlarında 
Azərbaycan hökuməti də öz tərəfindən məxfi təbliğat aparırdı.
153
 
Kiçikxanovun  sözügedən  məqaləsi,  mahalda  aparılan  gürcü  təbliğatı 
barədə  ictimaiyyəti  məlumatlandırmaqdan  əlavə,  bir  neçə  məqsədi  ehtiva  edirdi: 
birincisi,  Azərbaycan  hakimiyyətinin  mahalda  legitimliyinin  uğurla  bərqərar 
olmasını  göstərmək.  Bu  zaman  legitimasiya,  bölgə  əhalisinin  milli  -siyasi 
identikliyinin  formalaşması  prosesi  ilə  üzvi  vəhdətdə  görülürdü:  «əhali  artıq 
istiqlaliyyət,  millət  və  milliyyət  nədən  ibarət  olduğunu  düşünmüşdür;  dost  ilə 
düşmən fərq etməyə əksəriyyətlə istedad kəsb etmişdir. Bu əhvalı, Zaqatala Azər-
baycanın  ayrılmaz  bir  cüzi  olduğunu  pək  doğru  və  pək  haqlı  iddiada  bulunan 
həmfikir arkadaşlarıma təbaşir  etməyimi  (gözaydınlıq  verməyimi  -  Ş.R.)  kəndimə 
bir vəzifeyi-milliyyə ədd ediyoram». 
Fikrimizcə,  gətirilən  fraqmentdə  əlamətdar  məqam  -müəllifin  yazdığına 
görə, əhalinin artıq (siyasi) «dost» ilə (siyasi) «düşməni» fərqləndirməsi idi. Belə 
fərqləndirmə,  görkəmli  alman  politoloqu  və  sosioloqu  K.Şmittin  fikrincə,  siyasi 
əməl və motivasiyaları ehtiva edən siyasiliyin göstəricisi idi, yəni siyasi cəmiyyətin 
yetkinliyindən xəbər verirdi, belə ki, siyasi ümumilik daim siyasi düşmən olmasını 
güman edir.
154
 
Kiçikxanovun güddüyü ikinci məqsəd implisit surətdə birinci ilə bağlı idi: 
əgər yerli əhali Azərbaycanı birmənalı seçirdisə, onda Gürcüstanla bağlı bir başqa 
siyasi  identikliyə  yer  qalmırdı:  «...  gürcü hökuməti  bu  vilayət  əhalisinin meyil  və 
arzusunu  nəzər  etibarə  almayaraq..,  Zaqatala  vilayətini  yədi-təsərrüflərinə 
keçirmək  üçün  hər  bir  dürlü  nalayiq  hərəkətlər  və  həyasız  rəftarlar  irtikab 
etməkdən  çəkinmiyorlar».  Müəllif  mahal  əhalisinin  seçiminin  sosiomədəni 
aspektini qabardırdı: o, «lisanları gürcü lisanı olan Əliabad kəndi əyanının səlabəti-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə