52
siyasi-hüquqi reallıqların destruksiyasına və qeyd etdiyimiz kimi, yeni geosiyasi
konfiqurasiyanın meydana gəlməsinə yol açdı. Regionda Antanta, daha dəqiq
desək, İngiltərə hegemonluğunun bərqərar olması o çağadək Almaniya və Türkiyə
himayəsi altında dövləti-siyasi təşəkkül tapma prosesini yaşayan Gürcüstan və
ələlxüsus da Azərbaycan üçün i l k vaxtlar müəyyən problemlər doğurmuşdu:
bəllidir ki, Britaniya qoşunları komandanı general V.M.Tomson faktiki olaraq ilk
dövrdə taktiki mülahizələrə görə Bakı rayonunu Azərbaycan hökumətinin yuris-
diksiyasından çıxarmış və «Vahid və bölünməz Rusiya» tərəfdarlarını himayə
etmişdi.
123
Antantanın qalibiyyəti Cənubi Qafqazda və Şərqi Anadoluda erməni
siyasi amilinin yenidən dirçəlməsinə də səbəb olmuşdu. Gürcüstan və
Azərbaycandan fərqli olaraq, müttəfiqlərin nəzərində özlərinin antantapərəst
obrazını formalaşdırmış erməni siyasi dairələri öz ərazi ambisiyalarını reallaş-
dırmağa girişmişdilər. Professor Avalovun yazdığına görə, 1918-ci ilin dekabrında
ABŞ Senatına təqdim olunmuş qətnaməyə əsasən, Ermənistan Qara, Aralıq və
Xəzər dənizləri əhatəsində təsvir olunurdu.
124
Dünya müharibəsinin qalibi Antantanın, başlıcası isə İngiltərənin Rusiya
imperiya hüdudlarında hərəkət xətti Almaniyanın analoji hərəkətindən öz strateji
məqsəd və taktikası ilə seçilirdi. Biz A.Rayevskinin ingilis komandanlığının
Rusiyada iki məqsəd güdməsi haqqında tezisi ilə razılaşırıq.
125
Həmin tezisi bir qədər
dəqiqləşdirərək, söyləyərdik: birinci niəqsəd ideya-siyasi amil kimi bolşevizmi, və
sosio-siyasi fenomen kimi sovet quruluşunu məhv etmək idi. Bu səbəbdən artıq
1918-ci ilin sonlarına doğru Antanta Sovet Rusiyasının diplomatik və iqtisadi
blokadasını bərqərar etmiş, həmçinin müdaxilə planlarını gerçəkləşdirməyə
başlamışdı.
126
Məhz Antantanın maddi və fiziki yardımları ilə Denikin ordusu 1919-
cu ilin əvvəllərindən etibarən fəal hərbi əməliyyatlara keçərək, tezliklə bütün
Şimali Qafqazı tutmağa müvəffəq olur və regionda baş verən hərbi-siyasi
proseslərin olduqca mühüm subyektinə çevrilir.
Digər məqsəd Böyük Britaniyanın Qafqazda, ümumiyyətlə, Yaxın və Orta
Şərqdə Rusiya ilə onilliklər boyu davam etmiş köhnə geosiyasi rəqabət faktoru ilə
sıx əlaqədə idi: siyasi realizm ənənələrinə istinad edən (o, dövlətlərin qüdrətə
doğru can atmasını və bu səbəbdən digər dövlətlərlə daim rəqabət aparmasını
ehtimal edir
127
) ingilis hakim dairələri Rusiyanın istənilən formada yenidən bərpası
və dirçəlişinə yol vermək istəmirdilər. Ona görə də onlar sözdə «vahid və bölün-
məz Rusiya» ideyasını dəstəkləsələr də, əməldə faktiki olaraq, yeni meydana
çıxmış dövlətlərə himayə edirdilər. Və məhz geosiyasi maraqlar ingilis hərbi
komandanlığını «Könüllü Ordunun» Cənubi Qafqazı da işğal etmək cəhdlərinin
qarşısını almağa sövq edirdi.
Britaniyanın Rusiya məkanında güddüyü ikili məqsədi «Daily herald»
qəzeti çox dəqiq səciyyələndirirdi: «Bizim hökumət dilemma qarşısındadır:
53
kapitalistlər kimi onlar sovetləri məhv etmək istəyirlər, imperialistlər kimi Rusiya
imperiyasını əvvəlki qüdrət və miqyasda bərpa etmək istəmirlər».
128
1918-ci idə Azərbaycan və Gürcüstan respublikalarının öz siyasi-ərazi
identikliklərini məhz alman-türk himayəçilərinin patronajı altında təsbit etməyə
çalışdıqlarından yazmışdıq. 1919-1920-ci illərdə də bu respublikaların istər
qarşılıqlı münasibətlərinin ümumi tonu, istərsə də müxtəlif ixtilaf və münaqişələrdə
qarşılıqlı fəaliyyəti həm qlobal - İngiltərə (bir qədər nadir hallarda - həmçinin ABŞ
və Fransa), həm də regional - monarxist, daha sonra isə bolşevik Rusiyası -
subyektlərin davranış tərzi və iradaləri ilə müəyyən edilirdi. Biz ikinci fəsildə
zaqatalalılara məxsus torpaq sahələri ilə bağlı mübahisəli məsələdən bəhs edərkən,
məhz bu - Azərbaycan-Gürcüstan münasibətləri kompleksində ayrıca epizodun
inkişaf süjetinə region və ətrafında cərəyan edən xarici-siyasi proseslərin
dinamikasının konkret necə təsir göstərdiyini daha ətraflı nəzərdan keçirəcəyik.
8. Paris sülh konfransı: Azərbaycan və gürcü memorandumları
və Zaqatala. Cənubi Qafqaz konfransları: «tarixi-strateji
sərhədlər» prinsipi «təyini-müqəddərat» prinsipinə qarĢı
1918-ci ilin sonlarından etibarən Azərbaycan-Gürcüstan münasibətlərində
yaxınlaşma müşahidə olunurdu. Bu, ilk növbədə qurulmaqda olan respublikaların
siyasi talelərinin çulğalaşmasından irəli gəlirdi: geosiyasi planda vəhdət təşkil edən
Azərbaycan və Gürcüstan nəzərdən keçirilən dövrdə öz mövcudluqlarına qarşı
yönəlmiş eyni təhdid və çağırışlarla üzləşirdi. Bu çağırışlara cavab vermək
məcburiyyətinin məntiqi gənc respublikaların siyasi fəaliyyətinin (o cümlədən
xarici sferada) koordinasiya zərurətini ortaya çıxarırdı. 1919-cu ildə həmin
zərurətdən irəli gələrək, iki respublika arasında hərbi-siyasi sahədə müttəfiqlik
münasibətləri təşəkkül tapmışdı ki, onun da apofeozu iyunun 16-da imzalanmış
müqavilə idi.
Azərbaycan və Gürcüstan Paris sülh konfransında öz diplomatik səylərini
kifayət qədər uzlaşdırırdı: hər iki respublikanın nümayəndə heyəti istər monarxist
Rusiyası düşərgəsinin siyasi iddialarına qarşı mübarizədə, istərsə də öz dövləti
müstəqilliklərinin beynalxalq tanınması istiqamətində, demək olar ki, birgə
fəaliyyət göstərirdi.
129
Lakin siyasi yaxınlaşma və müttəfiqlik münasibətləri heç də iki respublika
arasında ərazi və digər etnosiyasi səciyyəli ixtilaf və münaqişələrin aradan
qalxması demək deyildi: biz 1919-1920-ci illərdə Axısqa, Cənub-Qərb (Qars)
respublikası,
130
Batum, Zaqatala və s. bu kimi hər iki respublika üçün önəm kəsb
edən məsələlər ətrafında kəskin mübahisələr getdiyini görürük. Növbəti fəsildə
zaqatalalıların «mübahisəli» torpaqları məsələsinin zaman-zaman tərəfləri, hətta
Dostları ilə paylaş: |