ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

68 
 
olan  «Hовое  обозрение»  qəzetində  D.Kadagidzenin  «Şirək  məsələsinə  dair»  adlı 
polemik  məqaləsi  dərc  olunmuşdu.
8
  Məqalədə  rus  hökumətinin  köçürmə  siyasəti 
tənqid  olunurdu  və  Şirək  çölünün  qədim  çağlardan  gürcülərin  təsərrüfat 
istifadəsində olması fikri aşılanırdı. 
Bu məqaləyə hökumətin rəsmi baxışlarının ifadəçisi olan «Kaвказ» qəzeti, 
bölgənin  tarixi  keçmişinə  dair  zəngin  məlumatlar  ehtiva  edən  məqalə  ilə  cavab 
verdi.  Qəzetin  həmin  nüsxəsi,  çox  təəssüflər  olsun  ki,  respublikamızda  yoxdur. 
Ona  görə  də  sözü  gedən  məqalənin  yazı  makinasında  çap  edilmiş  və  Dövlət 
Arxivində saxlanılan nüsxəsindən yararlanmalı olduq.
9
 
Kadagidze gürcücə yazılmış köhnə daş lövhəsinə istinadən, Şirək çölünün 
1664-cü ildə Kaxetiya çarı Arçil tərəfindən tuşinlərə verilməsini iddia edirdi. 
«Kaвказ»ın M.S. İnisialları ilə işarələnmiş müəllifi (o,  çox güman ki, uzun 
illər Bakı mətbuatı ilə də əlaqəsi olmuş M.Spiridonov idi) isə qeyd edirdi ki, yalnız 
Arçilin  yazısına  əsaslanaraq,  Şirək  düzünün  bizə  daha  yaxın  zamanlarda  belə 
«...gürcülərə məxsus olmasını iddia etmək tamamilə qeyri-mümkündür». 
Vaxuştinin  yazdığı  kimi,  1706-cı  ildə  Çardaxlı  döyüşündə  carlılara 
məğlub  olan  Kaxetiya  çarı  David  (İmamqulu  xan)  Şirək  düzünün  şimal-qərb 
ucqarında  yerləşən  Qarağacdakı  qərargahını  ölkəsinin  içərilərinə  köçürmək 
məcburiyyətində qalmışdı.
10
 Vaxuştinin bu şahidliyinə istinadən, M.S. qeyd edirdi: 
«Həmin  vaxtdan  etibarən  kaxetin  qoşunları  Şirək  yaxınlığında  strateji  dayaq 
məntəqəsinə malik deyildilər». 
Yeri  gəlmişkən,  Vaxuşti  özünün  «Coğrafiyasında»  bir  neçə  yerdə  Şirək 
barədə  xatırlasa  da,  heç  bir  yerdə  gürcü  dağlılarının  onun  zamanında  həmin 
bölgəyə  baş  çəkmələrindən  bəhs  etməmişdi.  Eyni  zamanda,  o  aydın  şəkildə 
tuşinlərin onun zamanında qışda öz mal-qaralarını saxladığı yeri (Qərt)
 
Kaxetiyanı) 
də göstərmişdi.
11 
Gürcü  hökmdarı  II  İraklinin  1782-ci  ilin  sentyabrın  24-d  Tuşin  mouravı 
Durmuşxanın adına  göndərdiyi  əmrindən  bəlli  olur  ki,  XVIII  əsrin  sonlarında  da 
tuşinlər  öz  sürülərini qışda  Şirəkdə  deyil,  Kaxetiyada  -  Lopotis,  Pankis  və  Alvan 
dərələrində saxlayırdılar. 
M.S.  gürcülərin,  konkret  olaraq  isə  tuşinlərin  kütləvi  şəkildə  Şirək 
düzündə  peyda  olmalarını  XIX  əsrə  aid  edirdi:  puşin-pşav-xevsur  mahalı  rəisi 
knyaz Çelokayevin 1846-cı ildə canişin Voronsova göndərdiyi raportunda deyilirdi 
ki,  «rus  hökmranlığı  bərqərar  olduqdan  və  carlıların  basqınları  təhlükəsi  aradan 
qalxdıqdan sonra tuşin və pşav maldarları Şirək düzünə gəlməyə başladılar». 
Qəzet  mühərririnin  bu  məlumatı  digər  bilgilərdə  də  öz  təsdiqini  tapır. 
Məsələn,  Zubarevin  1841-ci  ilə  aid  məlumatında  deyilirdi  ki,  Telavi  qəzasının 
şimal-qərb  hissəsində  əlçatmaz  dağlarda  məskunlaşmış  tuşin,  pşav  və  xevsur 
tayfaları  öz  sürülərini  Alvan  düzündə,  Telavi  şəhərindən  15  verst  şimal-qərbdə 
yerləşən  Allahverdi  monastırı  (monastırın  adının  türkcə  olması  maraq  doğurur) 
yanında otarır, qışda isə öz mal-qaralarını Samux dərəsinə sürürdülər.
12
 


69 
 
Şirək düzündə gürcü dağlılarının - tuşinlərin tədricən məskunlaşması rus 
hökumətini orada torpaq istifadəsi qaydası və münasibətlərini tənzimləməyə vadar 
etmişdi. 1884-cü ilin iyunun 29-da dərc edilmiş qanuna əsasən Şirəkdə, Gəncə və 
Car-Balakən  kəndlilərinə  məxsus  107617  desyatin  torpaq  gürcü  dağlılarına 
verilirdi. Eyni zamanda Şirək çölünə bitişik Eldar düzündə 5000 desyatin bir qrup 
gürcü  mülkədarına  bağışlanılmış,  1887-ci  ildən    isə    dağlı-gürcülərin  ixtiyarına 
keçmişdi.
12 
24  iyun  1884-cü  il  qanunu  ilə  həmçinin  Zaqatala  dairəsinin  yuxarıda 
xatırladığımız  21    kəndinin  Şirək  düzündəki  təqribən  20000  hektar  torpaq 
sahəsindən  istifadə  qaydaları  təsbit  olunurdu;  kəndlilər  hər  bir  desyatinə  görə 
müəyyən məbləğdə vergi ödəməli idilər.
1 4 
 1931-ci ilin iyulun 6-da keçirilmiş ərazi məsələlərinə dair Cənubi Qafqaz 
müşavirəsində torpaqölçən Çxenkelinin verdiyi arayışdan bəlli olurdu ki, 1883-cü 
ildə Şirək çölünün layihə planı tərtib edilmişdi. Orada № 16 altında işarələnmiş təqr. 
16000  hektar  sahənin  Zaqatala  kəndlilərinin  istifadəsinə  verildiyi  dəqiq 
göstərilirdi.
15
 
Bənzər  vəziyyət  digər  ixtilaf  ocağında  -  Çiaur  meşəliyində  də  müşahidə 
olunurdu.  Həmin  ərazinin  etnososial  tarixinə  dair  maraqlı  məlumatlara 
İ.Qəbulovun  məqaləsində,  Zaqatala  qubernatoru  general-mayor  Haşımbəyovun 
raportunda, Azərbaycan   Əkinçilik    Nazirliyinin   əməkdaşı  F.A.Şimanovskinin  
beynəlxalq    komissiyaya    təqdim  etdiyi    arayışda,  Qabaqçöl  kənd  cəmiyyətinin 
istər  ADR,    istərsə  də  sovetləşmədən  sonra  hakimiyyət  orqanlarına  ünvanladığı 
ərizə və ərz-hallarda rast gəlinir. Qeyd olunan mətnlərin    özünəməxsus narrativ 
nümunələrinin nəzərdən keçirilməsi orada ehtiva olunan gerçəklik və şüur faktları 
ilə  tanışlıq  imkanı  verir.  Görkəmli  sovet  tarixçisi  və  nəzəriyyəçisi  M.A.Barq 
düzgün qeyd edir ki, tarixi proses dualistikdir, çünki iki sferada cərəyan edir: onun 
obyektiv  vüsət  aldığı  sferada  (obyektiv  gerçəklik)  və  inikas  olunduğu  şüur 
sferasında. Sonuncusu az və ya çox subyektiv olan ictimai şüuru təqdim edir.
16
 Bu 
tezisin  bizim  situasiyaya  tətbiqi    bir  tərəfdən  hadisələrin  obyektiv  mənzərəsini 
yenidən  yaratmağa,  digər  tərəfdən  isə  qeyd  olunan  məsələnin  istər  dövlət 
nümayəndələrinin  (Haşımbəyov,  Şimanovski),  istər  bölgənin  ictimai-siyasi 
fəallarının  (İ.Qəbulov),  istərsə  də  yerli  əhalinin  şüurunda  refleksiyasını  aydınlaş-
dırmağa  imkan  verir;  özü  də  keçmişi  refleksiya  edərkən,  yəni  şüurlarında  inikas 
etdirərkən,  onlar  eyni  zamanda,  az  və  ya  çox  dərəcədə  şüurluluqla,  arzulanan  və 
tələb olunan gələcəyi də təqdim edirdilər. 
Bəhs  olunan  narrativlər  üçün  əsas  tezis,  əzəldən  müsəlman  kəndlərinə 
məxsus  ixtilaf  rayonlarına  -  Çiaur  meşəliyinə  (habelə,  ümumiyyətlə,  mənbələrdə 
«Loqudağ»  kimi  işarələnən  Laqodex  rayonuna)  və  Şirək  düzünün  mahalla 
həmhüdud hissəsinə gürcülərin sonradan gəlməsi müddəası idi. İslam bəy Qəbulov 
dairə haqqında arayış səciyyəli məqaləsində
17
 yazırdı: «Sabiq hökumətin vaxtında 
polis  idarəsincə  məmləkəti  idarə  etmək  üçün  hökuməti-məzkurə  «Laqodex» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə