ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

74 
 
Azərbaycan  kəndlilərinin  öz  dədə-baba  torpaqlarından  istifadəsini  müxtəlif 
üsullarla əngəlləməyə başlayırlar: bu da etnososial səciyyəli ixtilafa təkan verir. 
 
 
 
2.   Problemin konfliktoloji təsnifatı: «Mübahisəli torpaq 
sahələri» məsələsi daha lokal münaqiĢə tipi kimi 
 
«Mübahisəli  torpaq  sahələri»  kimi  işarələdiyimiz  ixtilafın  bilavasitə 
şərhinə  keçməzdən  öncə  onun  ümumi  konfliktoloji  təsnifatını  verməyi,  yəni  ilkin 
nəzəri mənzərəsini cızmağı zəruri hesab edirik. 
Hər  bir  münaqişənin  obyekti  və  predmeti,  struktur  və  dinamik 
xarakteristikaları,  subyektləri  mövcuddur.  Nəzərdən  keçirdiyimiz  «mübahisəli 
torpaq  sahələri»nin  sadalanan  aspektlərinin  ən  ümumi  cizgilərdə  açılıb 
göstərilməsi, onun nəzəri (konfliktoloji) regonstruksiyasına cəhd edilməsi bu mü-
naqişənin daha dolğun anlaşılmasına və elmi izahatına imkan verir, belə ki, nəzəri 
bilik - idrak obyekti haqqında mahiyyət-məzmun biliyidir.
32
 
İlk  olaraq  aşağıdakıları  qeyd  etmək  istərdik.  Biz  şərti  olaraq  «Zaqatala 
problemi»  adlandırdığımız  münaqişəni  iki-səviyyəli  görürük:  birinci,  «makro» 
deyə işarələdiyimiz səviyyədə mübahisə predmeti kimi bütünlükdə Zaqatala mahalı 
çıxış  edirdisə,  ikinci,  lokal  səviyyəli  münaqişənin  mübahisə  predmeti  qeyd 
etdiyimiz  torpaq  sahələri  idi.  Biz  bu  iki  ixtilafı  mürəkkəb  münaqişə  fenomeni-
kompleksi  kimi  səciyyələndirməklə,  onların  istər  baş  verdikləri məkan,  zaman  və 
sistem  sərhədləri,  istər  cərəyan  etdikləri  sosial-siyasi  kontekstlər,  istərsə  də 
münaqişə subyektləri baxımından bir xeyli çulğalaşdığını söyləmək istəyirdik. Bu 
çulğalaşma  aşağıdakı  məqamda  da  özünü  göstərirdi:  gürcü  hökuməti  Zaqatala 
əhalisinin  dədə-baba  meşə  və  əkin  sahələrinə  gedişini  məhdudlaşdırmaqla,  digər 
məqsədlərlə  yanaşı,  az  sonra  görəcəyimiz  kimi,  bütün  mahalı  iqtisadi  vasitələrlə 
Gürcüstana birləşməyə sövq etmək məqsədi də güdürdü. 
Fəqət  deyilənlərlə  yanaşı,  hər  iki  münaqişənin  istər  obyekt  və 
predmetində,  istər  təzahür  forması  və  cərəyanetmə  xüsusiyyətlərində,  istər 
münaqişə tərəflərinin tərkibində və qarşılıqlı təsirinin xarakterində bir sıra önəmli 
fərqlər  də  nəzərə  çarpır.  Həmin  fərqlərə  keçməzdən  öncə,  bəzi  mətləb  və 
anlayışlara  müəyyən  aydınlıq  gətirmək  istərdik.  Əvvəla,  aşağıda  təqdim  olunan 
təsnifat, il k növbədə  1918-1920-ci  ilin  aprelinədək  olan  dövrü  səciyyələndirməyə 
çağırılmışdır: Azərbaycanın sovetləşməsi münaqişələrin tarixində keyfiyyətcə yeni 
mərhələ  açmışdı.  Gürcüstanda  sovet  hakimiyyəti  bərqərar  olduqdan  sonra  isə, 
üçüncü  fəsildə  də  görəcəyimiz  kimi,  mahalın  mübahisə  predmeti  olduğu 
makrosəviyyəli  münaqişə  öz  həllini  tapır.  İkinci  (lokal)  münaqişə  isə  o  çağdan 
etibarən yeganə ixtilafa çevrilir və bütün 20-ci illəri əhatə edir. 


75 
 
Konfliktologiyada  münaqişənin  obyekti  və  predmetı  fərqləndirilir.
33
 
Münaqişə obyekti dedikdə subyektlərin diqqət və canatımlarını özünə cəlb edən və 
eyni zamanda onları qarşı-qarşıya qoyan münaqişə münasibətlərinin yaranmasının 
obyektiv  əsası  başa  düşülür.  Münaqişənin  predmeti  dedikdə  isə  obyektin  o 
xarakteristikaları anlaşılır ki, onlar uğrunda subyektlər qarşı dururlar. 
Yuxarıda  söylənilənlərdən  çıxış  edərək,  ehtimal  edə  bilərik:  birinci 
səviyyəli münaqişənin obyekti - ərazi (bütünlüklə Zaqatala mahalı), predmeti isə - 
həmin ərazinin mənsubluğu və hansı dövlətin orada suverenliyinin bərqərar olması 
(ilk  vaxtlar)  məsələləri  idi.  İkinci  səviyyəli  münaqişənin  obyekti  kimi  -  ərazi 
(«mübahisəli  sahələr»)  və  resurslar  çıxış  edirdi,  özü  də  bu  zaman  resurslar  daha 
çox  önəm  kəsb  edirdi.  Bu  münaqişənin  predmeti  isə  ilk  növbədə  mübahisəli 
sahələrin  iqtisadi  resurslarının  mənsubluğu,  bölüşdürülməsi  və  istifadəsi  şərtləri 
idi. 
İşarələdiyimiz  münaqişə  tiplərinin  təzahür  və  cərəyanetmə  formalarında 
da  mühüm  fərqlər  var  idi:  birinci  tip  münaqişə  1919-cu  ilin  əvvəllərində  «sənəd 
qalmaqalı»  məsələsində  olduğu  kimi,  zaman-zaman  manifestasiya  olunsa,  yəni 
açıqlansa  da,  ümumən  latent  (gizli)  formada  bulunmaqda  idi.  Bu  münaqişə  üçün 
həmçinin (Azərbaycanın sovetləşməsinədək) sürəkli eskalasiya fazasına daxil olma 
səciyyəvi deyildi: gürcü tərəfinin mahala iddiaları, 1920-ci ilin mayınadək bəyanat 
xarakterli  əməllərdən  uzağa  getmirdi  və  biz  makrosəviyyə  müstəvisində  tərəflərin 
münaqişəli qarşılıqlı təsir mərhələsini müşahidə etmirik. 
Yeri  gəlmişkən,  qeyd  edək:  münaqişələrin  təsvirinin  dinamik  modelində 
münaqişə situasiyası ilə münaqişəli qarşılıqlı təsir  stadiyaları fərqləndirilir:  birincisi 
münaqişənin  ilkin  mərhələsidir.  «İnsident»  adlandırılan  hadisənin  baş  verməsi 
münaqişənin  qarşılıqlı  təsir  mərhələsinə  qədəm  basdığından  xəbər  verır.
34
  Bir  daha 
qeyd 
edərdik 
ki, 
Azərbaycanın 
sovetləşməsinədək  «Zaqatala  məsələsi» 
adlandırdığımız  ixtilaf  çərçivəsində  tərəfləri  qarşı-qarşıya  qoyacaq  insident  baş 
verməmişdi. 
Birinci  tip  münaqişədən  fərqli  olaraq,  lokal  münaqişədə  -«mübahisəli 
torpaq  sahələri»  məsələsində  münaqişə  situasiyasının  tam  formalaşdığını  və 
qarşıduran  tərəflərin  açıq  toqquşma  həddinə  gəlib  çatdığını,  yəni  açıq  (manifest) 
fazaya  qədəm  basdığını  müşahidə  edirik.  Bir  qədər  sonra,  birinci  və  ikinci 
Mazımçay  insidentlərindən  bəhs  edərkən,  biz  tərəflərin  qarşıdurmadan  əks-təsirə 
keçidinə daha ətraflı toxunacağıq. 
Müqayisə olunan münaqişələrin tərəflərinin tərkibində də müəyyən fərqlər 
nəzərə  çarpır.  Daha  çox  dövlətlərarası  mübahisə  kimi  meydana  çıxan  birinci  tip 
münaqişəyə nisbətən «lokal»  kimi  qeyd  etdiyimiz münaqişənin konfiqurasiyası  və 
formatı daha rəngarəng idi: burada münaqişənin subyektləri
35
 kimi siyasi aktorların 
institusional  tipləri  (bizim  nümunədə  Azərbaycan  və  Gürcüstan  dövlətləri)  ilə 
yanaşı,  qrup  tipləri  (Zaqatala  vilayətinin  entokonfessional  zəmində  identikliyini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə