91
göstərilən komissiyanın çalışacağı yerə gələnədək Zaqatala valisinə Azərbaycan və
Gürcüstan Respublikalarının sərhədyanı sakinləri arasında münasibətləri
kəskinləşdirəcək hər cür bəhanəni aradan qaldırmaq üçün tədbirlər görməsinə dair
Sizin sərəncamınızı rica edirəm».
100
Yuxarıda sadalanan hal və məqamları gözəl dərk edən gürcü hökuməti,
münaqişə ilə bağlı taktikasını etiraf edək ki, yetərincə savadlı qurmuşdu.
Mübahisəli torpaqlar üzərində gürcülərin faktiki nəzarətini qəti surətdə
rəsmiləşdirməyə çağırılmış «Mazımçay əməliyyatı» üçün münasib zamanın seçil-
məsi də dediklərimizə dəlalətdir.
Məsələ onda idi ki, 1919-cu ilin sentyabrın sonlarında Azərbaycan xarici-
siyasi sferada növbəti gərginliklərlə üzləşmişdi. Sentyabrın 21-də «könüllülərin»
donanmasının vitse-admiralı Gerasimov polkovnik Palisin vasitəsilə Azərbaycan
rəsmilərinə «Azərbaycan hərbi və ticarət donanmasının Xəzər dənizində üzməsinin
yolverilməzliyi haqqında» bəyanat təqdim etdi. Bu nota, xüsusən Britaniya
qoşunlarının respublika hüdudlarını tərk etməsi kontekstində Azərbaycan hakim
dairələri tərəfindən kifayət qədər ciddi qarşılanmışdı. Dövlət Müdafiə Komitəsi
notanı xüsusi iclasında müzakirə edərək, onu cümhuriyyətin suveren hüquqlarına
qarşı yönəlmiş akt kimi rədd etmişdi.
101
Bu akt, təbii ki, Azərbaycan rəsmilərinin nəzərində Denikin təhlükəsinin
yenidən aktuallaşması demək idi. O, Azərbaycan hökumətini şimal istiqamətində
hərbi səylərini intensivləşdirməyə sövq edirdi.
Paralel olaraq Zəngəzurda hadisələrin inkişafı Azərbaycan üçün
arzuolunmaz xarakter almışdı: sentyabrın əvvəllərindən etibarən erməni nizami
qoşunları və silahlı dəstələri Azarbaycan əhalisini sistematik məhv etmə
taktikasına keçmişdilər. M.Süleymanovun hesablamalarına görə, yalnız bir ay
ərzində Zəngəzurun 110 böyük kəndi məhv edilmiş, 60 minə yaxın sakin öz
yurdlarından didərgin düşmüşdü.
102
Zəngəzur hadisələri həmin bölgəyə
Azərbaycan qoşunlarının göndərilməsinə səbəb olmuşdu.
«Könüllü Ordu» rəhbərliyinin və ermənilərin, çox güman ki, uzlaşdırılmış
çıxışlarının Azərbaycan üçün doğurduğu hərbi-siyasi çətinliklər, aydın məsələdir ki,
gürcü hökuməti tərəfindən də diqqətlə izlənilirdi: çox güman ki, son hadisələri
ətraflı təhlil edən gürcü strateqləri Mazımçay mövqeyi ilə
bağlı planların
gerçəkləşməsi üçün münasib vaxtın yetişdiyini qərara aldılar.
Nəhayət, 1919-cu ilin sentyabrın 24-də son aylarda göstərilən bütün
diplomatik və inzibati səylərin məntiqi yekunu kimi, gürcü sərhəd mühafizəsi
Mazımçay postunu ələ keçirdi.
103
Həmin gün hadisələr aşağıdakı qaydada cərəyan
etmişdi: səhər Gürcüstan sərhəd mühafizəsinin başda zabit olmaqla, pulemyotlarla
silahlanmış 30 nəfərlik dəstəsi posta gələrək, orada olan iki Azərbaycan
qoruqçusunu hədə ilə öz mövqelərini tərk etməyə məcbur etdi. Zaqatala
qubernatorunun köməkçisi dərhal hadisə yerinə yollanmış və gürcü
hərbçiləri ilə danışıqlara başlamışdı. Sərhəd postunu təmizləmək barədə
92
Azərbaycan məmurunun tələbinə cavab olaraq gürcü zabiti və Laqodexi
zemstvosunun idarə heyətinin üzvləri bildirmişdilər ki, postun tutulması könüllü
surətdə baş vermişdir və gürcü hökumətinin xüsusi sərəncamı olmadan o qaytarıla
bilməz. Gürcü tərəfi hadisəni qabaqçöllülərin sabiq Çiaur meşəsinin bir hissəsini
tutması faktı ilə əlaqələndirirdi. Bu irad hər iki tərəfin iştirakı ilə dərhal araşdırıldı
və məlum oldu ki, qabaqçöllülər, həqiqətən də, köhnə inzabati sərhəddən 1,5 verst
məsafədə meşənin bir hissəsini tutmuşdular. Fəqət Qabaqçöl camaatının
nümayəndələri bu faktı həmin zolaqda gürcülərlə çoxalmış toqquşmalarla,
habelə Gürcüstan hakimiyyəti tərəfindən orada başlanılmış torpaq ölçmə işləri və
ərazini öz soydaşları ilə məskunlaşdırma siyasəti ilə izah edirdilər. Qabaqçöllülər
hesab edirdilər ki, məsələ nəzərdə tutulmuş konfransda həll olunana qədər «bütün
mübahisəli zolaq faktiki olaraq gürcülər tərəfindən tutulacaq, meşədən isə yalnız
bircə kötüklər qalacaq və onlar üçün bu həyati məsələ özü-özlüyündə,
qabaqçöllülərin xeyrinə olmadan çözüləcək».
104
«Mazımçay
insidenti»
münaqişə
ocağında
vəziyyəti
olduqca
kəskinləşdirdi: münaqişə tərəfləri açıq qarşılıqlı mübarizə - destruktiv faza
astanasına gəlib çıxmış, onların münasibətləri isə antaqonist cizgilər kəsb etməyə
başlamışdı. Laqodexidə yuxarıda bəhs etdiyimiz danışıqların getdiyi zaman çoxlu
sayda qabaqçöllü kənd məscidinin hasarı yanında toplaşaraq, silahlı çıxışa
hazırlaşırdılar. Yalnız böyük səylər hesabına yerli hakimiyyət onları bu hərəkətdən
- kütləvi və miqyaslı zorakılıqdan çəkindirə bilmişdi. Lakin yerli əhali bəyan
edirdi: o «öz axırıncı torpaq varından məhrum olmaqdansa, ən son nəfərinədək
əlində silah ölməyi üstün tutur».
105
Qeyd etməliyik ki, ADR ilə GDR-in müstəqil mövcudluğunun bütün
dövründə nə bu vaxta qədər, nə də bundan sonra sözügedən münaqişə çərçivəsində
tərəflər arasında hərbi konfrontasiya ehtimalı bu qədər real olmamışdı. Daha artığı,
bu hadisə 1918-ci ilin yayında - Borçalı ilə bağlı ixtilafdan sonra Azərbaycan və
Gürcüstan respublikalarını ikinci dəfə lokal silahlı toqquşma həddinə gətirib
çıxarmışdı.
İnsidentin baş verdiyi günlərdə Azərbaycanın yerli hakimiyyət orqanları
postun geri qaytarılması üçün danışıqlarla yanaşı, müəyyən hərbi hazırlıqlar da
görürdü. Zaqatala qubernatoru M.Şahmalıyevin Gəncəyə getməsi ilə əlaqədar onu
əvəz edən Ş.Dibirov sentyabrın 24-də Laqodexi zemstvosu sədrinə təliqə
göndərmişdi. Orada postu geri qaytarmaq xahiş olunurdu. Fəqət xahişlə yanaşı,
açıq hədə də səslənirdi: «Eyni zamanda sərhəd keşik dəstəsinə Mazımçay postuna
qayıtması haqqında sərəncam verilmişdir və Gürcüstan Respublikası məmurları
tərəfindən hər cür maneə hərbi toqquşma doğuracaqdır.
106
Lakin qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycanın üzləşdiyi xarici-siyasi
və hərbi problemlər Azərbaycan hökumətini öz yeganə müttəfiqi ilə münasibətlərin
korlanmasına səbəb ola biləcək kiçicik hadisədən belə yayınmağa məcbur
edirdi,
Sərhəd postunun strateji əhəmiyyətini anlayaraq, onu nəyin bahasına olursa olsun
Dostları ilə paylaş: |