ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

85 
 
daha  kiçik  idi,  özü  də kəndli  yalnız mülkədarın  icazəsi ilə həmin  sahəni  satın ala 
bilərdi.  Bundan  əlavə,  əgər  Rusiyada  müvəqqəti  mükəlləfiyyətli  kəndli 
mülkədardan öz pay torpağını satın almaq üçün onun dəyərinin 75-80% dəyərində 
hökumətdən borc alırdısa, Gürcüstanda belə bir borcun məbləği 4 dəfə az idi, yəni 
öz «nadel»ini almaq üçün kəndli dərhal onun dəyərinin 70-80% həcmində nağd pul 
ödəməli idi. İslahat nəticəsində təqribən 30 min kəndli torpaqsız qalmışdı. Bununla 
bərabər, aztorpaqlı, asılı, yarımazad işçilər ordusu yaranmışdı.
76
 
XX  əsrin  əvvəllərində  Gürcüstanda  torpaq  sahibliyində  aşağıdakı    nisbət 
müşahidə  edilirdi:    Kutais  quberniyasında  əhalinin  86%-ni  təşkil  edən  kəndlilər 
210770  destayin  torpağa,  əhalinin  6,78%-ni  təşkil  edən  zadəgan-mülkədarlar  isə 
815321 desyatinə malik idi. Tiflis quberniyasında 85% kəndlinin 134796 desyatini, 
2,89%  mülkədarın  isə  961502  desyatini  var  idi.
77
  Kutais  quberniyasında  bütün 
mülkədar  torpaqlarının      44%-i      (358000      desyatin)      beş      iri      mülkədarın   
mülkiyyətində idi.
78
 
Gürcüstanın  siyasi  gündəliyində  sosial  əhəmiyyətli  məsələlər  sırasında 
aqrar məsələnin birinci yerdə durduğunu söyləsək, mübaliğəyə  yol vermərik: XIX 
əsrin  sonu-XX  əsrin  əvvəlləri  bu  ölkədə  faktiki  olaraq iri kəndli  çıxışları  perma-
nent  xarakter  almışdı.  Təsadüfi  deyildi  ki,  1917-ci  il  inqilabı  aqrar  məsələnin 
həllinin təxirəsalınmaz vacibliyini kəskin şəkildə ortaya qoydu. 
1917-ci  ilin    dekabrın  16-da    Zaqafqaziya    komissarlığı  «Torpaq 
komitələrinə  xəzinə,  keçmiş  udel,  kilsə,  monastır  torpaqları,  habelə  hüquqi 
şəxslərin və xüsusi torpaq sahiblərinin torpaqlarının verilməsi haqqında» əsasnamə 
dərc  etdi.  Bu  dekretdə  mülkədar  torpaqlarının  müsadirəsi  bəyan  edilirdi.  Lakin 
müsadirə  olunacaq  və  mülkədarın  sərəncamında  qalacaq  torpaqların  norması 
müəyyənləşdirilmirdi.  Özü  də  müsadirə  olunmuş  torpaqlar  kəndli  komitələrinin 
yox,  yuxarıdan  təyin  olunmuş  torpaq  komitələrinin  ixtiyarına  keçməli  idi: 
sonuncuların mahiyyəti kəndli kütlələri üçün naməlum qalırdı. 
Sözügedən əsasnaməyə əlavə olaraq, 1918-ci ilin martın 7-də Cənubi Qafqaz 
seymi  «Sahibləri  üçün  saxlanılan  torpaq  normasının  müəyyən  edilməsi  və  torpaq 
islahatının  həyata  keçirilməsi  tədbirləri  haqqında»  qanun  qəbul  etdi.
79
  Qanunun 
məğzi  mülkədarların  mülkiyyətində  saxlanılacaq  torpaq  normasının  müəyyən 
edildiyi ikinci paraqrafda açılırdı: torpaq sahibinə dəyərli bitkilər becərilən rayonda 
7  desyatin,  dənli  bitkilər  rayonunda  15  desyatin,  maldar  təsərrüfatlarında  40 
desyatin  torpaq  sahəsi  saxlanılırdı.    Əlavə  qeyddə  göstərilirdi    ki,    quberniya  
torpaq komitələri, yerli şəraitə uyğun olaraq, həmin rəqəmləri müvafiq olaraq, 10, 
20 və 50 desyatinə qədər artıra bilərdi. 
Qanunun  14-cü  paraqrafına  əsasən,  əgər  torpaq  bir  neçə  ailəyə  məxsus 
idisə,  yaxud  ailə  üzvlərindən  bu  və  ya  digərinin  aliləsi  var  idisə,  onda  hər  bir 
iştirakçıya  və  ya  ailəyə  ayrı  norma  verilməli  idi.  Bu  müddəadan  istifadə  edən 
mülkədarlar  özləri  üçün  daha  çox  norma  saxlamaq  üçün  fiktiv  torpaq  bölüşdür-
mələrini  rəsmiləşdirirdilər.  Mayın  2-də  qəbul  edilmiş  qanuna  görə  isə  xüsusi 


86 
 
mülkiyyətçilərdən  müsadirə  edilmiş  malikanələr,  xalq  təsərrüfatı  əhəmiyyətinə 
malik  olduğu  halda,  quberniya  komitələrinin  sərəncamı  ilə  əvvəlki  sahibinə 
qaytarıla bilərdi. 
1918-ci  ilin  statistik  bilgilərinə  əsasən,  Gürcüstanın  yararlı  torpaqlarının 
ümumi  sahəsi  5537207  desyatin  idi.  Torpaq  sahibliyi  kateqoriyasına  görə,  onlar 
aşağıdakı  qaydada  bölünürdü:  1)  xüsusi  mülkiyyət  torpaqları  -  2208045  des. 
(39,9%),  2)  xəzinə  torpaqları  -  2020212  des.  (36,5%),  3)  kəndli  torpaqları  - 
1309150 des.(23,6%).
80
 
Gürcüstanın  ziraət  naziri  H.Xomerikinin  məlumatlarına  əsasən,  1920-ci 
ilin yanvarın 1-i üçün cəmi 621697 desyatin torpaq müsadirə edilmişdi ki, onlardan 
Kutais  quberniyasının  payına  təqribən 110158  des.  düşürdü.  Bu zaman,  mülkədar 
torpaqlarının demək olar 2/3-si toxunulmamış qalmışdı.
81
 
Biz,  J.Drabkinanın  belə  qənaəti  ilə  razılaşırıq  ki,  mülkədarlara  güzəşt 
menşeviklərin Gürcüstan parlamentində sağ partiyalarla  faktiki  olaraq bağladıqları 
siyasi blokla şərtlənirdi.
82
 
Görünür,  sosial-demokrat  hökuməti  öz  daxili,  o  cümlədən sosial-iqtisadi 
siyasətini  kifayət  qədər  geniş  konsensus  əsasları  üzərində  qururdu:  bu  dövlətin 
dayaqlarını  möhkəmlətmək  istəyindən  doğurdu.  Lakin,  eyni  zamanda  mülkədar-
ların  «qılığına  girmə»  siyasəti  kəndlilərin  gərəkli  həcmdə  torpaqla  təminatını 
əngəlləyirdi. 1918-1919-cu illərdə ölkənin müxtəlif rayonlarında iri kəndli çıxışları 
da aparılan islahatla əlaqədar köklü narazılıqdan xəbər verirdi. 
Sosial gərginliyi səngitmək məqsədi ilə Gürcüstan parlamenti 1919-cu ilin 
yanvarın  28-də  «Əhaliyə  dövlət  torpaq  fondundan  xüsusi  mülkiyyətə  torpaq 
verilməsi  haqqında
 
qanun»  dərc  etdi.
83
  Bu  qanunla  torpaqsız  və  aztorpaqlı  kənd-
lilərə  məqbul  qiymətə  dövlət  fondundan  torpaqların  təklif  edilməsi  nəzərdə 
tutulurdu. 
Qanunun  ikinci  maddəsində,  habelə  qeyd  edilirdi  ki,  Ziraət  nazirliyinin 
sərəncamına  əsasən,  müəyyən  torpaqlar  əhalinin  məskunlaşıması  və  köçürülməsi 
məqsədi üçün ayrılacaqdır. 
Beləliklə,  28  yanvar  qanunu  gürcü  hökumətinə  geniş  miqyaslı  köçürmə 
siyasətinə  başlamağa  imkan  verən  normativ  baza  oldu.  Elə  Sığnaq  qəzası 
ərazisində  «mübahisəli  torpaq  sahələri»  ilə  bağlı  ixtilafın  yay  aylarında 
gərginləşməsinin bir   səbəbi    də    fikrimizcə,    sozügedən    qanunun    əməldə 
gerçəkləşdirmək  cəhdlərindən irəli  gəlirdi:   həmin  sahələrin  Gürcüstan tərəfindən 
qəti  surətdə  özününküləşdiriləcəyi  təqdirdə,  təqribi  hesablamalarımıza  görə 
(normanı  7  desyatin  götürməklə)  Çiaur  məntəqəsində  (4500  des.)  təxminən  643, 
Şirək düzünün Alazanyanı vadisində isə, hətta sonrakı 20-ci illərin  statistikasından  
çıxış etsək  belə (16337 des.),  2334 kəndli ailəsini yerləşdirmək mümkün olacaqdı. 
Bu  isə ən azı  15000 nəfərə  yaxın  insanın həyati  təminatı  demək idi.  Ona görə  də 
ixtilaf  ocaqlarında  gərginliyin  artan  xətt  üzrə  inkişafı  və  Gürcüstanın  məsələ  ilə 
bağlı  diplomatik  və  hərbi  səylərini  intensivləşdirməsi  bir  sıra  hallarda  aqrar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə