ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

76 
 
tapan  müsəlman  əhalisi  və  Sığnaq  qəzasındakı  mübahisəli  ərazilərə  köçürülmüş 
gürcü miqrantları) də proseslərin fəal iştirakçıları idilər. 
«Lokal» 
münaqişənin, 
yuxarıda 
gətirdiyimiz 
xarakteristik 
göstəricilərindən əlavə, bir keyfiyyət parametrini də qeyd etmək istərdik. Bu ixtilaf 
etnososial səciyyəli olub, maraqların münaqişəsi idi: orada yuxarıda sadaladığımız 
sosial  subyektlərin  məhdud  resurslara  münasibətdə  mənafeləri  toqquşurdu.  Bu 
zaman münaqişə motivasiyası (ixtilafın daxili, subyektiv mənbəyi, fəaliyyətə sövq 
edən  motivi)  da  müvafiq  formada  təzahür  edirdi:  münaqişə  tərəflərindən  biri  - 
gürcülər  öz  məqsədlərinə nail  olmanın  yolunu  yalnız digər  tərəfin,  yəni  Zaqatala 
əhalisinin  imkanlarının  -  sözügedən  resurslara  gedişinin  məhdudlaşdırılmasında 
görürdülər.  Yeri  gəlmişkən,  görkəmli  amerikan  sosioloqu  L.Kozerin  fikrincə,  hər 
bir  sosial  münaqişənin  gedişində  opponentlər  öz  rəqiblərini  neytrallaşdırmağa, 
zərər vurmağa və (və ya) aradan qaldırmağa çalışırlar.
36
 
Daha  bir  önəmli  konfliktoloji  məqama  diqqət  yetirilməlidir:  hər  bir 
münaqişə müəyyən kontekst  çərçivəsində,  yəni  sözün  geniş  mənasında  onu  əhatə 
edən  sosial  mühitdə  yaranır  və  vüsət  alır.
37
  Nəzərdən  keçirdiyimiz  münaqişənin 
siyasi  konteksti  qismində  Azərbaycan-Gürcüstan  münasibətləri  kompleksi  çıxış 
edirdi.  Həmin  münasibətlərin  bu  və  ya  digər  zaman,  kəsimində  məzmun  və 
dinamikası  (hansı  ki,  özü  daha  fundamental  səviyyəli  beynəlxalq  kontekstin  təsiri 
ilə  formalaşırdı),  sonra  görəcəyimiz  kimi,  sözügedən  ixtilafın  cərəyan  etmə 
xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərirdi. 
Söylənilən nəzəri  mülahizələrə  bir növ  yekun  vuraraq,  aşağıdakı  cədvəllə 
«mübahisəli torpaq sahələri» şərti adı almış ixtilafın ən ümumi konfliktoloji təsnifatını 
təqdim etmək istərdik. 
 
Cədvəl 1.  
«MünaqiĢəli torpaq sahələri» adlı münaqiĢənin təsnifatı 
(1918-1920) 
 
Təsnifatın əsası 
Tipik xüsıısiyyətləri 
Təzahür formasına və ictimailik 
(publiklik) dərəcəsinə görə 
Akluallaşmış Yarızorakı 
Keyfiyyət 
xarakteristikalarına 
görə 
Rasional (düşünülmüş) 
Maraqlar münaqişəsi 
Dəyişkən  yekunlu  münaqişə  (yəni  münaqişə 
tərəflərinin maraqları tam zidd deyildi) 
Kommunikativ  isliqamətliliyinə 
görə 
Üfüqi  (simmetrik)  belə  ki,  münaqişədə  bərabər 
statuslu subyektlər iştirak edirdilər. 


77 
 
Cərəyanetmə  xüsusiyyətlərinə 
görə 
Açıq 
Məqsədli (gürcü tərəfindən qəsdən törədilmiş) 
Lokal (miqyasca) 
Uzunsürən (temporal xarakteristikasına 
görə) 
Münaqişə  tərəflərinin  tərkibinə 
görə 
Qruplararası İnstitusional 
Tənzimlənmə imkanlarına görə  Kompromis 
 
 
3. Ġxtilafın meydana çıxması. Zaqatala valisi 
Ə.HaĢımbəyovun onun tənzimlənməsinə dair ilk addımları 
(1918-ci ilin sonu-1919-cu ilin əvvəli) 
 
Münaqişə   situasiyasının   yetişmə   dövrü   1917-1918-ci illərə təsadüf 
edirdi:  qeyd  etdiyimiz  kimi,  Çiaur  meşə  məntəqəsində  salınmış  rus  kəndləri 
sakinlərinin bölgəni tərk etməsi ilə onların məskən və torpaqlarını gürcü köçkünləri 
tutmuş,  bu  isə  konfliktogen  şərait  doğurmuşdu.  Azərbaycanın  Ziraət  Nazirliyinin 
arayışında  deyildiyi  kimi,  «bu  gedişi  (rusların  getməsi  nəzərdə  tutulurdu  -  Ş.R.) 
qəti hesab edən yerli əhali (Qabaqçöl camaatı - Ş.R.) təbii olaraq güman edirdi ki, 
keçmişin  səhvlərini  düzəltmək  və  Car-Balakən  vilayəti  hüdudlarında  tarixən 
təşəkkül  tapmış  torpaq  istifadəsini  bərpa  etmək  mümkün  olacaq.  Lakin  bu 
gözləmələr özünü doğrultmadı  və çıxıb getmiş rus məskunlarının əvəzinə gürcülər 
və imeretinlər gəldilər, çünki əvvəlki Car-Balakən vilayətinin bu hissəsi Gürcüstan 
ərazisinə aid edilmişdir».
38
 Bənzər vəziyyət Şirək düzündə - Alazanyanı vadidə də 
yaranmışdı:  1884-cü  ilin  29  iyun  qanununa  əsasən  istifadə  olunan  hər  desyatinə 
görə  mahalın  xatırlanan  21  kəndi  müəyyən  vergi  ödəyirdi  ki,  1918-1919-cu  ilin 
qışında  gürcü  hökuməti  onun  ölçüsünü  15  dəfə  qaldırmışdı.  Zaqatala  kəndliləri 
üçün  yeni  vergi  stavkası  çox  yüksək  olduğundan,  1919-cu  ilin  payızına  doğru 
onların  Gürcüstan  dövlət  xəzinəsinə  1  milyon  845  min  manat  məbləğində  borcu 
yığılmışdı.  Bu  borcu  bəhanə  gətirən  gürcü  hakimiyyəti  zaqatalalıların  həmin   
torpaqlardan,  ələlxüsus    da  otlaqlardan    istifadəsinə  maneələr  yaradırdı:  əsl  
məqsəd  -  həmin  ərazinin  iqtisadi  cəhətdən  mənimsənilməsi  idi  və  buna  görə  də 
oraya güclü surətdə maldar- tuşinlər köçürülürdü.
39
 
Bir  daha  vurğulamaq  istərdik  ki,  imperiyanın  unifikasiyaedici  struktur 
kimi aradan qalxması bir növ münaqişədə katalizator rolunu oynamışdı. Məsələn, 
əgər  qabaqçöllülər  və  balakənlilər,  qeyd  etdiyimiz  kimi,    hətta  rus  köçkünlərinin 
gəlişindən sonra da müəyyən ödəniş əvəzinə Çiaur meşəsindən sərbəst istifadə edə 
bilirdilərsə,  Gürcustan  Respublikasının  meydana  çıxması  ilə,  xüsusən  də  1918-ci 
ilin  sonlarına  doğru,  onlarm  bu  imkanı  xeyli  məhdudlaşdırılmışdı.  Gürcüstan 
Xarici  İşlər  Nazirliyinin  1919-cu  ilin  yanvarında  Azərbaycan  diplomatik 


78 
 
nümayəndəliyinə  ünvanladığı  təliqəsində  deyilirdi:  «Madam  ki,  Balakən  kəndi 
Zaqatala meşəbəyiliyinin külli miqdarda ağac oduncaq verə biləcək geniş Balakən 
meşə  məntəqəsinin  yaxınlığında  yerləşir,  Laqodex  meşəbəyiliyinin  Çiaur 
məntəqəsi  isə  meşə  qırma  və  ağac  buraxma  nəticəsində  xeyli  seyrəlmişdir,  onda 
Balakən  meşə  məntəqəsi  qabaqçöllülərin  də  ağac-oduncağa  olan  ehtiyacını  təmin 
edə  bilər».
40 
Təliqədə  belə  bir  faktı  xatırlamaq  unudulurdu  ki,  Çiaur  meşəsinin 
seyrəlməsi məhz gəlmə gürcülərin təsərrüfat fəaliyyətinin nəticəsi idi: bu minvalla 
onlar əkinəyararlı torpaqlar əldə etmək istəyirdilər.
41
 
Gürcü  hakimiyyət  orqanlarının  qeyd  olunan  əməlləri  nəticəsində  artıq 
1918-ci  ilin  payızından  etibarən  Zaqatala  vilayəti  ilə  Sığnaq  qəzasının  sərhəd 
zolağında  qətl  və  qarətlərlə  müşayiət  olunan  toqquşmalar  xeyli  artmışdı.  İxtilafın 
eskalasiyasının, yəni sonrakı kəskinləşməsinin qarşısını almağa yönəlmiş ilk əməli 
cəhdi Zaqatala valisi Əliyar bəy Haşımbəyov edir: onun təşəbbüsü ilə 1918-ci ilin 
noyabrın 8-də Qabaqçöl kəndində Sığnaq qəza hakimiyyət orqanlarının iştirakı ilə 
iclas keçirilir.
42
 İclasda  Haşımbəyovun  səsləndirdiyi  dəlil  və  mülahizələr  Zaqatala 
sakinlərinin  Çiaur  meşə  məntəqəsinə  olan  hüquqlarını  əsaslandırmalı  idi.  Bu 
mülahizələr,  əslində  Azərbaycan  tərəfinin  bu  ixtilafda  gözlədiyi  arqumentasiyanı 
yığcam halda ifadə edirdi: 
«1)  Çiaur  meşəliyi  qədim  zamanlardan  rus  hökmranlığına  qədər  bizim 
sakinlərə məxsus idi; 2) Bu meşələrdən rus hakimiyyəti xəzinə meşəbəyiliyi təşkil 
etmişdi;  ondan  həm  Sığnaq  qəzası,  həm  də  Zaqatala  dairəsi  sakinləri  istifadə 
edirdilər;      3)    Rus    hakimiyyətinin    məhv    edilməsi    ilə    meşə  məkanları... 
Gürcüstan  və  Azərbaycan  arasında...  sanki  neytral  zolaq  olaraq  qalmaqdadır;  4) 
Sözügedən  halda  rus  hökmranlığı  zamanında  Sığnaq  qəzası  ilə  Zaqatala  dairəsi 
arasında bərqərar  edilmiş  sərhəd,  Çiaur  meşələrinin  hansı  dövlətə mənsubluğu 
məsələsinin  həllində  vacib  əhəmiyyətə  malik  ola  bilməz;  5)  Bizim  sakinlərimizin 
meşədən  istifadə  etmələrinə  yasaq  qoyulması  yolverilməz  zorakılıqdır  və  onların 
mühüm həyati maraqlarının  pozulması   deməkdir...»   Haşımbəyov mülahizələrini 
irəli  sürərkən,  bir  önəmli  fakta  istinad  edirdi:  1885-ci  ildə  mərzləmə  həyata 
keçirilərkən,  Qafqaz  canişinliyi  yanında  Əkinçilik  və  Dövlət  Əmlakı  idarəsinin 
planlarında Çiaur meşəsi «inzibati mübahisə» kimi işarələnmişdi, yəni onun, hansı 
inzibati vahidə mənsubluğu sual altına alınmışdı. 
 İclasda     Haşımbəyov      yetərincə     kompromis      xarakterli  təklifini  irəli 
sürür:  Gürcüstan  və  Azərbaycan  arasında  son  və  qəti  sərhəd  bərqərar  edilənədək 
Çiaur meşəliyindən Zaqatala sakinlərinə istifadə etməyə icazə verilməli, bu zaman 
istifadə üçün ödənişdən yığılacaq məbləğ iki dövlət arasında bölünməlidir. 
İclasda iştirak edən gürcü təmsilçiləri Zaqatala valisinin gətirdiyi dəlillərlə 
müəyyən  mənada  razılaşaraq,  Çiaur  meşəbəyisi  ilə  məsləhətləşmələrdən  sonra, 
məsələyə dair birgə müşavirə təşkil etməyə söz verdilər. 
Lakin nəzərdə  tutulan müşavirə gürcü  tərəfinin  ona  maraq göstərməməsi 
üzündən  baş  tutmadı.  Sığnaq  qəza  komissarı  Zaqatala  valisinə  1918-ci  ilin  31 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə