93
qaytarmağa çalışan Dibirova çox güman ki, konfrontasiyaya getməmək haqqında
yuxarılar göstəriş verirlər. Məsələn, Azərbaycanın Gürcüstandakı nümayəndəsinin
müavini Vəkilov sentyabrın 27-də Dibirova teleqram vurur: diplomat «dost gürcü
respublikası ilə məsələlərin bu cür (yəni silahlı yolla - Ş.R.) həllini qətiyyən yol
verilməz hesab edərək», hər hansı bir silahlı toqquşmadan vaz keçməyi təkid
edir.
107
Azərbaycan rəsmilərinin münaqişənin eskalasiyasına heç bir vəchlə yol
verməmək istəyinə bir başqa sənəd də dəlalət edir. Azərbaycanın xarici işlər naziri
M.Y.Cəfərovun daxili işlər naziri (eyni zamanda o dövrdə hökumət başçısı)
H.Yusifbəyliyə sentyabrın 29-da göndərdiyi təliqədə səslənmiş tələb, sentyabrın
21-də edilmiş analoji müraciəti təkrarlayırdı: «tərəflər arasında toqquşmaya səbəb
olacaq hər hansı bir bəhanəyə qətiyyən yol vermək olmaz».
108
Nəticədə Dibirov öz əvvəlki sərəncamını faktiki olaraq qüvvədən salmalı
olur: sentyabrın 26-da Balakənə, quberniya idarəsi katibi Şıxlinskiyə teleqram
vuraraq, silah tətbiqi ilə postu geri almağı qadağan edir. Dibirov, eyni zamanda,
qabaqçöllülərin Çiaur meşəliyi ərazisində sahələr tutmasına son qoyulması barədə
göstəriş verir.
109
Bu arada yerli hakimiyyət orqanları səviyyəsində aparılan danışıqlar
sentyabrın sonlarında uğursuz nəticələndi: gürcü tərəfi bir daha öz hökumətinin
göstərişi olmadan postu təmizləyə bilməyəcəyini bəyan etdi.
1 1 0
Mazımçay insidentinin baş verdiyi dövrdə Zaqatala quberniyasının
Gürcüstanla on kilometrlərlə uzanan sərhədini cəmi 40 nəfərdən ibarət keşikçi
dəstəsi mühafizə edirdi.
111
Bundan əlavə, 1919-cu ilin sentyabrın sonlarından
Zaqatala alayı tədricən bölgədən çıxarılaraq, Zəngəzura erməni təcavüzünü dəf
etmək üçün göndəriləcək hərbi birləşmənin tərkibinə daxil edilirdi. Ş.Dibirov
daxili işlər nazirinə sentyabrın 17-də göndərdiyi təliqədə bununla bağlı öz
narahatlığını belə ifadə edirdi: «Gürcülər sərhəddə silahlı qüvvələrə malikdirlər,
bizim isə yoxumuzdur. Zaqatalada bulunan alay bu gün quberniyadan çıxaraq,
hərbi hakimiyyətin sərəncamına keçmişdir, bu da Gürcüstana cəsarət verir.
Toqquşma olacağı təqdirdə əks-təsir göstərməyə qüvvə yoxdur və alayın gedişi
quberniyanı çıxılmaz vəziyyətdə qoyacaq...».
112
Dibirovun noyabrın 2-də daxili işlər və hərb nazirlərinə vurduğu teleqram
da analoji ruhda idi. Teleqramın sonunda insidentin yoluna qoyulmasına qədər
alayın Zaqatalada saxlanılması xahiş edilirdi. Sənəddə faktiki vəziyyət də konsta-
tasiya olunurdu: «Göstərişlər alanadək mən Mazımçay postunu çayın sol sahilində
yerləşdirməyə və sərhədyanı əhaliyə təhrikedici hərəkətlərdən çəkinməyə sərəncam
etmişəm».
113
Bölgədə silahlı qüvvələrin kafi sayda olmaması Azərbaycan tərəfinin
resurs potensialını əksildirdi və münaqişə ilə bağlı siyasi fəaliyyət strategiyasına
mənfi təsir göstərirdi.
94
«Mazımçay postunun» ələ keçirilməsi gürcü hakimiyyətinə münaqişə
rayonlarında öz nəzarətini daha qətiyyətlə bərqərar etməyə və Zaqatala kəndlilərini
daha fəal şəkildə sıxışdırmağa imkan verirdi: məsələn, oktyabrda gürcü hökumət
strukturları zaqatalalılardan dörd gün ərzində Şirək düzündəki torpaqlarını tərk
etməyi tələb etmişdi; əks halda güc tətbiq olunacağı bildirilirdi.
11 4
Eyni zamanda
Alazanyanı vadidə miqrant tuşinlərin də fəallığı artmışdı: qış otlaqlarının gürcü
hökuməti tərəfindən onlara icarə verildiyini əsas gətirən tuşinlər Əliabad və Əliəmi
sakinlərinin Şirəkdaki şumluqlarına girişini əngəlləyirdilər.
115
Beləliklə, yuxarıda qeyd etdiyimiz obyektiv amillər nəticəsində sentyabrın
sonlarında gürcü hakimiyyəti strateji cəhətdən, olduqca mühüm məntəqə olan
Mazımçay postunu ələ keçirməyə müvəffəq oldu. Fəqət, bu əməliyyatın gürcülər
üçün belə rahat baş tutmasında qubernator M.Şahmalıyevin də səhvləri az rol
oynamadı. Onun vali vəzifəsində çalışdığı müddətdə tez-tez müxtəlif səbəblər
üzündən məzuniyyət götürməsi, quberniyanın mühafizəsi üçün zəruri addımlar
atmaması (insident baş verdiyi gün postda cəmi iki (2) Azərbaycan sərhəd keşikçisi
olduğunu xatırlayaq) inzibati idarəçilikdə bu cür yüksək vəzifəni tutan şəxs üçün
başucalığı sayıla bilməzdi: Şahmalıyev 1920-ci ilin yanvarında qubernatorluqdan
da «öz təyinatına uyğun gəlməməsi» formuləsi ilə kənarlaşdırılmı şdı.
1 1 6
7. «Mübahisəli torpaq sahələri» məsələsinin həllinə dair
beynəlxalq komissiyanın çağırılması
(1919, 28 oktyabr- 3 noyabr)
Münaqişə çərçivəsində inkişaf edən məsələlərə müəyyən aydınlıq gətirmək
və ixtilafın sonrakı eskalasiyasının qarşısını almaq üçün 1919-cu ilin oktyabrın 28-
də Zaqatalada xüsusi «Beynəlxalq komissiya» (əslində isə Azərbaycan-Gürcüstan
komissiyası) çağırıldı.
117
Onun işi gedişində Azərbaycan tərəfini Zaqatala valisi
M.Şahmalıyev və Ziraət nazirliyi Şurasının üzvü F.A.Şimanovski, gürcü tərəfini
isə Daxili İşlər Nazirliyi dəftərxanasının müdiri Y.V.Apakidze və Ziraət
nazirliyinin köçürmə şöbəsinin müdiri İ.M.Maruşvili təmsil edirdi.
1 1 8
Yeri
gəlmişkən, Maruşvili 20-ci illərdə - yəni Gürcüstanın sovetləşməsindən sonra da
analoji postu tutmaqda davam edirdi, bu isə gürcü hökumətlərinin (əvvəl menşevik,
sonra bolşevik) məqsədyönlü köçürmə siyasətində müəyyən
varislikdən xəbər
verirdi.
Komissiyanın 28, 29 oktyabr və 2 noyabrda üç iclası oldu. Əvvəlcə əldə
olunmuş razılaşmaya əsasən, komissiya Zaqatala quberniyası ilə Sığnaq qəzası
arasında müvəqqəti
sərhədi müəyyən etməli idi. Fəqət artıq ilk iclasda həmin
sərhədin məna və əhəmiyyətinə dair tərəflərin fikir ayrılığı ortaya çıxdı:
Azərbaycan nümayəndəsi Şimanovskinin təqdim etdiyi tezisə əsasən, sözügedən
Dostları ilə paylaş: |