89
xüsusi maraqlıdır və Bakının Könüllü Ordunun nüfuz dairəsində bulunmasına yol
vermək istəmir».
90
Fəqət belə bir hal da vurğulanmalıdır ki, İngiltərə siyasi və hərbi dairələri
özlərinin ikinci - geosiyasi məramlarını açıb-ağartmırdılar: 1919-cu ildə bütün
düşüncələr bolşevizmi məhv etmək məqsədinə xidmət edirdi. Ona görə də Denikin
ordusu 11 iyunda təyin edilmiş demarkasiya xəttinin
91
(ona əsasən Dərbənd rayonu
faktiki olaraq Azərbaycana güzəşt edilirdi) ziddinə olaraq bütün Dağıstanı tutanda
regiondakı ingilis komandanlığı bu faktla barışmalı olmuşdu, belə ki həmin
günlərdə «könüllülər»in məşhur «Moskva yürüşü» başlamışdı. Digər tərəfdən
Dağıstan da ingilislər üçün Azərbaycan qədər əhəmiyyət kəsb etmirdi.
1919-cu ilin yayına doğru Gürcüstan ilə «könüllülər» arasında gərginlik
nisbətən səngimişdi. Lakin bu dəfə də, Azərbaycan Denikin təcavüzünün real
ehtimalı ilə rastlaşmışdı. May-iyun aylarında «könüllülər» bütün Dağıstanı işğal
edərək, Azərbaycan sərhədlərinə yaxınlaşmışdılar.
92
Bu təhlükə, qeyd etdiyimiz kimi, Azərbaycanı Gürcüstanla hərbi-siyasi
sahədə əməkdaşlığa sövq edirdi. Belə əməkdaşlığın zəruriliyini hər iki ölkənin
siyasi dairələri kifayət qədər dürüst dərk edirdilər. Məsələn, gürcü menşevikləri-
nin orqanı olan «Bopьбa» iki dövlətin yaxınlaşması zərurətini belə ifadə edirdi:
«Azərbaycan istiqlalının xilası işi onun (gürcü demokratiyasının - Ş.R.) öz şəxsi
işidir».
93
Azərbaycan tərəfinin bu əməkdaşlığa münasibətinin məzmunlu ifadəsini
isə Y.V.Çəmənzəminlinin həmin günlərdə qələmə aldığı sətirlərində tapırıq:
«Gürcüstan-Azərbaycan dostluğunun hər iki tərəf üçün də böyük faydası var.
Şübhə ola bilməz ki, həm Gürcustan, həm də Azərbaycan müstəqil yaşamaq
istəyər. Böylə olduqda Gürcüstan üçün bir qorxu baş versə, axırda xətəri
Azərbaycana da toxunacaq. Bu iki məmləkətin hürr yaşaması bir-birinə bağlıdır,
biri asudəliyini itirərsə, o birisi də itirmək məcburiyyətində bulunar. Qafqazın
dağlarını Qara dəniz ilə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik...»
94
Gürcüstan Azərbaycanla müqayisədə bir sıra səbəblər üzündən hərbi
planda xeyli irəli getmişdi. Ona görə də onunla əməkdaşlıq sayəsində Azərbaycan
əhəmiyyətli yardımlar aldı. Onlarla gürcü zabiti Azərbaycan silahlı qüvvələri
sıralarına ezam olundu. İyul ayından etibarən Gürcüstandan Azərbaycana zəruri
miqdarda hərbi texnika, sursat və ləvazimat daxil olmağa başladı. Gürcü
təlimatçıları Azərbaycanda hərbi-istehkam qurğularının inşasına cəlb olundular.
95
Gürcüstan, ümumiyyətlə, «Könüllü Ordu»ya kifayət qədər fəal əks-təsir
göstərirdi: Azərbaycana yardımlarla yanaşı, o, bir tərəfdən Soçi dairəsində
denikinçilərə qarşı döyüşən kəndli «Yaşıl Ordusu»nu silahla təchiz edirdi, digər
tərəfdən isə öz ərazisində silahlı dəstələr yaradaraq, üsyan etmiş dağlıların
köməyinə göndərirdi.
96
Xarici təhlükə amilinin təsiri ilə iki respublikanın sıx müttəfiqlik
münasibətləri qurması fonunda Gürcüstanın «mübahisəli sahələr» məsələsində
90
ixtilafın eskalasiyasına getməsi, ilk baxışdan paradoksal görünə bilər. Fəqət bəzi
məqam və mətləblərin xatırlanması gürcü tərəfinin seçdiyi taktikanın müəyyən
məntiqə əsaslandığını söyləməyə əsas verir.
Birincisi, qeyd etdiyimiz kimi, 1919-cu ilin yayına doğru Qara dəniz
sahillərində gürcü-«könüllü» qarşıdurması səngiməyə başlamışdı: denikinçilərin
Dağıstan istiqamətində fəallaşmaları və ən əsası bolşeviklərə qarşı genişmiqyaslı
hücuma keçmələri Qara dəniz sahillərində onların qüvvələrinin xeyli azalmasına
gətirib çıxarmışdı.
97
Bu isə faktiki olaraq 1919-cu ilin sonlarına qədər Denikin
təhlükəsi ilə üz-üzə dayanan və Ermənistanla sürəkli konfrontasiya şəraitində
yaşayan Azərbaycanla müqayisədə Gürcüstan qarşısında daha geniş fəaliyyət və
manevr etmə meydanı açırdı.
İkincisi, hərbi-müdafiə müqaviləsinin imzalanması iki dövlət arasındakı
mübahisəli ərazi problemlərinin heç də avtomatik həlli demək deyildi. Bunu xarici
işlər naziri M.Y.Cəfərov parlamentin 27 iyun iclasında söylədiyi nitqində də bir
növ etiraf edirdi: «Deyirdilər ki, hamıdan əvvəl gərək torpaq və hüdud məsələsini
həll edək. Bu fikrə nə Azərbaycan, nə də Gürcüstan şərik ola bilməzdi. Ola bilər ki,
hüdud məsələsini həll edincə istiqlalımız da getsin».
98
Üçüncüsü, Azərbaycan, öz qonşusundan fərqli olaraq hərbi quruculuq
işinə əhmiyyəlli dərəcədə gec başlamışdı. Bəllidir ki, azərbaycanlılardan fərqli
olaraq gürcülər çarizm dövründə hərbi mükəlləfiyyətli idilər. Bu səbəbdən
on minlərlə gürcü Rusiya ordusu sıralarında dünya müharibəsi cəbhələrində kifayət
qədər döyüş təcrübəsi toplamış, çoxsaylı ixtisaslı gürcü hərbi-zabit heyəti
formalaşmışdı. Qafqaz cəbhəsinin əsas silah anbarlarının (arsenalın) Tiflisdə
yerləşməsi və 1917-ci ilin payızından etibarən Gürcü Milli Şurasının nəzarəti
altına keçməsi amili də bu məsələdə mühüm rol oynamışdı. Azərbaycanın məhz
Gürcüstandan hərbi yardımlar alması da sadalanan amillərlə bağlı idi.
Ümumiyyətlə, bu iki respublikanın qurmağa çalışdığı təhlükəsizlik sistemində
Azərbaycanın nisbətən «zəif halqa» olması onun güzəştə daha çox meyilliliyini
şərtləndirirdi.
Azərbaycan tərəfinin qeyd olunan davranış xüsusiyyəti həm Mazımçay
olayı ərəfəsində, həm də onun gedişində kifayət qədər təzahür etmişdi. Məsələn,
Şahmalıyevin sərhədyanı bölgədə zaqatalalıların təsərrüfat hüquqlarının pozulma-
sına dair sözügedən məlumatları əsasında Azərbaycanın daxili işlər naziri 1919-cu
ilin sentyabrın 16-da xarici işlər nazirinə müraciət edir: taliqədə «Zaqatala
qubernatorunun, əgər bu sərhədyanı mübahisə haqqında danışıqlar arzuolunan
nəticələr verməzsə, hansı istiqamət tutmalı olacağı» soruşulurdu.
99
21 sentyabr tarixli cavab təliqəsində xarici işlər naziri mübahisəli
rayonlarda iki respublika arasında müvəqqəti sərhədin təyin edilməsi üçün
beynəlxalq komissiyanın təşkili barədə hökumətə məruzə etdiyini bildirirdi.
Sənəddə Azərbaycanın rəsmi məqamlarının bəhs olunan münaqişənin eska-
lasiyasına yol verməməyə yönəlmiş məramı açıq ifadə olunurdu: «... Yuxarıda
Dostları ilə paylaş: |