81
Balakən camaatlıqlarının Gürcüstan ərazilərinə müdhiş yürüşləri haqqında xatirələr
gürcü tarixi yaddaşına möhkəm həkk olunmuşdu. Deməli, yeni basqın hazırlığı
haqqında xəbər-şayiələr tarixi əndişə hissini dirçəltməklə ictimai şüurda tələb
olunan düşmən obrazını canlandırmalı idi.
Fevralın 27-də Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik
nümayəndəliyinə müraciət edərək, sözügedən məsələ ilə bağlı dərin narahatçılığını
izhar etdi. Lakin diplomatik nümayəndəlik martın 4-də göndərdiyi cavab
məktubunda bu faktı təkzib etdi.
52
Gətirilən faktlar bir daha 1919-cu ilin əvvəllərində münaqişə situasiyasının
yetişməsindən xəbər verirdi. Yeri gəlmişkən
analoji vəziyyətlərdə konfliktologiyada
«tətik» adı ilə qeyd olunan insidentlərin baş verməsi münaqişəni açıq və zorakı
fazaya keçirməyə qadirdir.
53
1919-cu ilin martın 20-ci günlərində Zaqatala mahalı ilə
Sığnaq qəzası arasında sərhəddə yaşanan gərginlik «Birinci Mazımçay insidenti»
bu qəbildən olub, tərəfləri ilk dəfə zorakı qarşıdurma həddinə gətirib çıxardı.
Martın 21-də Azərbaycan hökumətinə Zaqatala valisi Haşımbəyovdan
həyəcanlı teleqram daxil oldu. Teleqramda deyilirdi ki, Sığnaq qəzasının Laqodex
sərhəd dəstəsinin rəisi Liladze Mazımçayın sağ sahilində qərar tutmuş Azərbaycan
keşikçi postuna ultimatumla müraciət etmişdi: post təcili surətdə götürülsün.
Gürcülər həmçinin Alazan çayındakı postlarını Ulqam çayının sağ sahilinə (sol
sahilində Azərbaycan sərhəd mühafizə dəstəsi yerləşirdi) köçürmək niyyətində
idilər.
54
Arayış üçün qeyd edək ki, Ulqam çayı Mazım çaydan bir qədər cənub-
qərbdə axaraq, Alazana tökülür və Çiaur meşəliyinin cənub hissəsini Zaqatala kənd
icmalarından qismən ayırır.
Haşımbəyovun teleqramı Azərbaycan hökumətinin iclasında müzakirə
edildi və olayla bağlı xüsusi qərar qəbul olundu; xarici və daxili işlər nazirləri
sərhəddə mövcud vəziyyəti qoruyub saxlamaq üçün müvafiq tapşırıqlar aldılar.
55
Martın 24-də xarici işlər naziri A.Ziyatxanov Azərbaycanın Tiflisdəki
diplomatik nümayəndəliyinə hadisə ilə əlaqədar teleqram vurdu.
56
Hadisəyə rəsmi
Azərbaycanın mövqeyini ifadə edən bu sənəd analoji hallar üçün səciyyəvi tonda
tərtib edilmişdi. Orada diplomatik etiket və iki respublika arasında artıq qabarıq
cizgilər almaqda olan siyasi yaxınlaşmaya doğru oriyentasiya gözlənilirdi:
məsələnin qəti həllini
ehtimal edilən beynəlxalq konfrasadək «iki respublikanın
dost münasibətləri naminə» təxirə salmaq təklif olunurdu. Lakin, eyni zamanda,
teleqramın son cümləsi Azərbaycan tərəfinin hadisələrin konfrontasion inkişaf
ssenarisinə, yəni ınünaqişənin eskalasiyasına hazır olduğuna işarə vururdu:
«Mövcud vəziyyətin zorakı yolla dəyişdirilməsinə yönəlmiş hər növ cəhd olduqca
ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər».
Analoji məzmunlu təliqə ilə Haşımbəyov Sığnaq quberniya komissarına
müraciət etmişdi.
57
Zaqatala qubernatoru gizli hədə ehtiva edən bu sənəddə ona
həvalə edilmiş vilayətin sakinlərinin rəyini artikulyasiya edirdi: yerli əhali «baş
82
verə biləcək arzuolunmaz düşmən toqquşmalarına yol verməmək üçün postların
əvvəlki kimi öz yerlərində qalmasını» tələb edirdi.
Belə davranış yönəlişliyini (ustanovkasını) Azərbaycan hökuməti özü
vermişdi: martın 21-də olmuş iclasda daxili işlər nazirinə, lazım gələrsə, silahlı
qüvvə tətbiq etməklə mövcud vəziyyəti mühafizə etmək tapşırılmışdı. Daxili işlər
naziri də bu vəzifədən çıxış edərək, Zaqatala valisinə müvafiq tədbirlər almağı
sərəncam etmişdi.
58
Martın 30-da Gürcüstanın sərhəd keşik dəstəsinin komandiri Balakən
məntəqə rəisinə 3 gün ərzində Mazımçay postunu götürmək haqqında növbəti
ultimativ
tələb
təqdim
etdi.
Danışıqlar üçün Haşımbəyov quberniya
jandarmeriyasının rəisi Ş.Dibirovu sərhəd zonasına ezam etdi. O, gürcü rəisinə
postun yerinin dəyişdirilməsinin qeyri-mümkün olduğunu qətiyyətlə bildirdi.
59
Beləliklə, sözügedən hadisə münaqişənin kifayət qədər açıq (manifest)
fazasına qədəm basdığından xəbər verirdi. Özü də bu zaman ixtilafın başlanması
üçün tələb olunan şərtlər
60
də gözlənilirdi: 1) birinci iştirakçı - gürcü tərəfi ultima-
tumu irəli sürməklə digər iştirakçının - Azərbaycan tərəfinin zərərinə olaraq, şüurlu
surətdə hərəkət edirdi, 2) ikinci iştirakçı (Azərbaycan tərəfi) göstərilən əməllərin
onun mənafeyinə qarşı yönəldiyini dərk edirdi və cavab addımlar atırdı.
«Mazımçay olayı» üzvi şəkildə bizim «mübahisəli torpaq sahələri»
adlandırdığımız münaqişə ilə çulğalaşaraq həmin münaqişənin daha çox
konfrontasion süjet xəttini təmsil edirdi: bəhs etdiyimiz posta kimin yiyələnməsi
barədə məsələnin çözümündən, əslində bilavasitə Çiaur məntəqəsinə (perspektiv
planda isə həmçinin Alazanyanı vadiyə də) hansı dövlətin və hansı etnoərazi
qrupunun (Zaqatala kəndliləri yaxud gürcü miqrantlarının) nəzarət və idarə edəcəyi
asılı idi.
Lakin 1919-cu ilin baharında gürcü hakimiyyət strukturları ixtilafın
qızışdırılmasına hələlik lüzum görmədilər. Ş.Dibirovun apardığı danışıqlar öz
bəhrəsini verdi. Aprelin 5-də Gürcüstan sərhəd qoşunlarının 2-ci Sığnaq bölməsinin
komandiri Zaqatala valisi Haşımbəyova təliqə ilə müraciət etdi. Orada dövlət
sərhədinin qəti təsbitinə qədər postların öz əvvəlki yerlərində qalması barədə
göstəriş verildiyi bildirilirdi.
61
Sığnaq sərhəd strukturunun bu qərarı barədə
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik nümayəndəliyinə aprelin
28-də məlumat verdi.
62
Gürcü hökumətinin bu addımı, sonra görəcəyimiz kimi, sadəcə taktiki
manevr idi və ilk növbədə həmin dövrdə Gürcüstanın bir dövlət kimi
mövcudluğunu təhdid edən Denikin təhlükəsinin güclənməsindən irəli gəlirdi. Bəlli
olduğu kimi, 1919-cu ilin fevralında «Könüllü Ordu» həm Dağıstan istiqaməti,
həm də Qara dəniz sahili boyunca hücuma keçmişdi. «Könüllülər» gürcü hərbi
hissələrini Soçi dairəsindən sıxışdırıb çıxararaq, Qaqra şəhərini tutmuş və
Suxumiyə doğru irəliləməyə cəhd göstərmişdilər.
63
Dostları ilə paylaş: |