ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

79 
 
dekabrında göndərdiyi təliqəsində iddia edirdi ki, Çiaur meşəliyi və onun Beşkən 
adlı  sahəsinə  qabaqçöllülərin  servitut  hüququ  heç  zaman  olmamışdır,  onlar 
meşədən yalnız müəyyən edilmiş biletlər üzrə istifadə edə bilərdilər və indi də edə 
bilərlər.  Bu  iddiaya  Haşımbəyov  etiraz  edərək,  bildirirdi  ki,  biletlə  meşədən 
istifadə heç də həmin meşələrin Gürcüstana mənsubluğu mənasını vermir.
43
 
Haşımbəyov sözügedən meşədən qabaqçöllülərin istifadəsini təmin etmək 
məqsədi ilə 1919-cu ilin əvvəllərində iki dəfə Gürcüstanla sərhədə getmiş və orada 
yerli  gürcü  hakimiyyəti  nümayəndələri  ilə  görüşmüşdü.  O,  qabaqçöllülərin 
meşədən istifadə etməsinə dair Sığnaq qəzası hakimiyyətinin razılığını da almışdı. 
Zaqatala  qubernatorunun  yazdığına  görə,  Gürcüstanla  dövlətlərarası  sərhədlərin 
təsbitinə qədər bundan artığına nail olmaq mümkün deyildi.
44
 
Fəqət  gürcü  hökumətinin  bu  məsələyə  dair  addımları,  o  cümlədən 
Azərbaycan  nümayəndəliyinə  ünvanladığı  yuxarıda  xatırladığımız  təliqəsi  faktiki 
olaraq  yerli  gürcü  hakimiyyətinin  bu  səylərini  heçə  endirirdi.  Haşımbəyov  daxili 
işlər  nazirinə  1919-cu  ilin  fevralın  12-də  həyəcanla  yazırdı:  Çiaur  meşəliyində, 
Beşkən  məntəqəsində  və  onun  ətrafında  gürcü  hökumətinin  sərəncamına  əsasən, 
meşə qırılırdı və onun yerində məskənlər salınırdı.
45
 
Yeri  gəlmişkən,  qeyd  edək  ki,  mübahisəli  əraziləri  öz  soydaşları    ilə  
məskunlaşdırarkən,  gürcü  hökuməti   başlıca olaraq iki məqsəd güdürdü: I) həmin 
ərazilərin  etnik  balansını  dəyişdirməklə,  ona  və  onun  iqtisadi  resurslarına 
yiyələnmək; və 2) o illərdə Gürcüstanda gerçəkləşdirilən aqrar islahatın qarşısında 
duran  mühüm  sosial  vəzifəni həll  etmək.  Məsələ  onda  idi ki,  mübahisə  predmeti 
olan ərazilərə, ilk növbədə Kutaisi quberniyasından  - Gürcüstanın aqrar iğtişaşları 
ilə məşhur    qərb   rayonlarından,
46
    habelə    əsasən     tuşinlərin  yaşadığı  dağlıq 
bölgələrindən  torpaqsızlıqdan  əziyyət  çəkən  kəndlilər  köçürülürdü.  Bu  amil 
qabaqçöllülərin  1919-cu  ilin  sentyabrın  27-də  valiyə  ünvanladığı  ərz-halda  da 
təsdiqini  tapır:  «Hərçənd  gürcü  hökuməti  Çiaur  meşəliyindən  maneəsiz  istifadə 
haqqında  sərəncam  versə  də,  həqiqətdə  nə  yerli  hakimiyyət,  nə  əhali  (gürcülər 
nəzərdə tutulur-Ş.R.) adı çəkilən məntəqəni ayrı-ayrı sahələrə bölməkdən və oranı 
gəlmə gürcülərlə məskunlaşdırmaqdan əl çəkmirdi. Onlar öz əməllərini onlarda baş 
verən aqrar islahatla izah edirdilər...»
47
 
Gətirilən  faktlar  söyləməyə  əsas  verir  ki,  konfliktologiyada «təşəbbüsçü» 
deyə adlandırılan tərəf - yəni münaqişəni törətmək təşəbbüsünü öz üzərinə götürən 
subyekt
48
 qismində gürcü hakimiyyət orqanları çıxış edirdi. Məhz onlar münaqişə 
ocağında  özlərinin  konfrontasiya  səciyyəli  mütəmadi  hərəkətləri  ilə  vəziyyəti 
gərginləşdirirdilər. 
Gürcü  hökumət  strukturları  ilə  müqayisədə  Azərbaycan  hakimiyyət 
orqanları  daha  çox  güzəştə,  kompromisə  meylli  mövqe  tuturdular  və 
konfrontasiyadan qaçmağa çalışırdılar: Haşımbəyovun hələ ixtilafın  kifayət qədər 
latent  (gizli)  formada  olduğu  dövrdə  (1918-ci  ilin  sonu-1919-cu  ilin  əvvəlində) 
atdığı addımlar söylədiklərimizi sübut edir. 


80 
 
Münaqişənin  artıq  bu  stadiyasında  (mərhələsində)  ixtilaf  tərəflərinin  
davranış    xəttində    fərqlər  nəzərə    çarpırdı:    gürcü  tərəfinin  tərz-hərəkəti  siyasi 
səfərbərliyin  hücum  (proektiv)  tipini  təmsil  edirdi,  belə  ki,  gələcəkdə  qrup 
nemətlərinə  nail  olmaqdan  ötrü  siyasi  məqamın  imkanlarından  yararlanmağa 
çalışırdı. 
Azərbaycan  tərəfinin hərəkətlərini isə  siyasi  səfərbərliyin müvafiq  olaraq 
müdafiə  (reaktiv)  tipinə  aid  etmək  mümkündür:  o,  sadəcə,  özünün  köklü 
maraqlarına yönəlmiş təhlükəni dəf etməyə çalışırdı.
49
 
 
 
4. Birinci Mazımçay insidenti: (1919-cu il, mart-aprel) 
 
1919-cu  ilin  martından  etibarən  «mübahisəli  torpaq  sahələri»  deyə 
işarələdiyimiz  münaqişə  çərçivəsində  yeni  süjet  xətti  -  Mazımçay  postu  uğrunda 
mübarizə  başlayır.  İxtilafın  bu  epizodu  kifayət  qədər  əlamətdar  idi:  o,  tərəflərin 
psixoloji  gərginliyinin  və  münaqişəli  davranışının  eskalasiya  xətti  üzrə  cərəyan 
etməsindən  xəbər  verirdi.  1919-cu  ilin  mart-aprel  və  sentyabr-oktyabr  aylarında 
baş  vermiş  və  şərti  olaraq  Birinci  və  İkinci  Mazımçay  olayları  adlandırdığımız 
hadisələr  konfliktoloji  baxımdan  insident  kimi  səciyyələndirilə  bilər:  onlar 
tərəflərin  ilk  açıq  toqquşmaları  idi.  Qeyd  etdiyimiz  olaylar,  ələlxüsus  da  ikinci 
insident, hətta iki dövləti hərbi konfrontasiya astanasına gətirib çıxarmışdı. 
Məsələnin    mahiyyəti      qısaca     olaraq    aşağıdakılardan  ibarət idi: hələ 
rus hakimiyyəti dövründə Alazan çayının qollarından olan və şimal-qərb səmtində 
Zaqatala dairəsi ilə Sığnaq qəzasının arasında qismən  inzibati sərhəd  kimi  çıxış 
edən  Mazım  çayın  sağ  sahilində,  yəni  Sığnaq  qəzasına  düşən  hissədə, 
«Enfiaciansın bağı» adlanan yerdə hərbi-keşikçi postu yerləşdirilmişdi. Bu ərazinin 
Azərbaycan,  Dağıstan  və  Gürcüstanın  hüdudlarının  kəsişməsində  mövqe  tutması 
ilə  əlaqədar  strateji  əhəmiyyətini,  həmçinin  Qabaqçöl  və  Balakən  sakinlərinin 
faktiki istifadə torpaqlarına daxil olmasını nəzərə alan Azərbaycan  hökuməti  hələ   
1918-ci  ildə    orada  öz  postunu  qoymuşdu.
50
  İlk  vaxtlar  öz  daxili  işlərinə  başı 
qarışmış  gürcü  tərəfi  bu  fakta  əhəmiyyət  verməmişdi.  Lakin  1919-cu  ilin  əvvəl-
lərində  o,  yaranmış  daxili  və  xarici-siyasi  vəziyyəti  əlverişli hesab  edərək, həmin 
mövqeni zəbt etməkdən ötrü hərəkətə keçir. Birinci Mazımçay insidenti ərəfəsində 
gürcü hakimiyyət dairələri Zaqatala əhalisinin mənəvi diskreditasiyasına yönəlmiş 
addım  atdılar:  1919-cu  ilin  fevralında  gürcü  qəzetlərində  Zaqatala  «ləzgilərinin» 
gürcü  kəndlərinə  basqın  etmək  məqsədi  ilə  «partizan  dəstələri»  təşkil  etmələri 
barədə  Laqodexi  komissarının  hərbi  nazirə  məlumatı  dərc  edildi.
51
  Zaqatala 
«ləzgilərinin»  gürcü  kəndlərinə  basqını  motivinin  bu  kontekstdə  səslənməsi 
təsadüfi  deyildi:  o  gürcü  tarixi-siyasi  şüurunda  dərin  kök  salmış  müəyyən 
fobiyalara (xoflara, qorxulara) müraciət etməklə müvafiq ictimai rəyin və psixoloji 
durumun  formalaşmasına  hesablanmışdı.  Məsələ  onda  idi  ki,  XVIII  əsrdə  Car-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə