ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

70 
 
təsmiyyə olan (adlanan- Ş.R.) Zaqatala okruğu ilə Sığnaq uyezdin arasında sərhəd 
qərar etmişdi. Halbuki hal-hazırda Laqodex qəsəbəsi olan yer,  əslində Balakən ilə 
Qabaqçöl camaatlıqlarına məxsus idi. Təqribən qırx sənə bundan əqdəm ruslar hər 
iki  camaatdan  izin  alıb  müvəqqəti  olaraq  orada  əsgər  qışlası  tikir».  Qəbulov 
Laqodex  qəsəbəsindən  şimala  və  şimal  qərbə  doğru  otuz  verst  (təqr.  32  km) 
məsafədə,  yəni  Alazan  çayının  qollarından  olan  Şilda  çayınadək  ərazidə,  bircə 
gürcü  kəndi  istisna  olmaqla  yalnız  müsəlman  kəndlərinin  qərar  tutduğunu  əsas 
gətirir və iqrar edirdi: həmin yerlər «irsən, ürfən (adətcə - Ş.R.) və qanunən bizim 
toprağımızdır». Müəllif bununla demək istəyirdi ki, həm yerli adət-ənənə, həm din 
nöqteyi-nəzərindən  (islamiyyətə  görə,  torpaq  onu  becərənlərin  istifadəsində 
olmalıdır), həm də hüquqi (belə ki, çar hökuməti də həmin torpaqların Balakən və 
Qabaqçöl kəndlərinin istifadəsində olduğunu tanımışdı) cəhətdən mübahisəli ərazi 
mahala aiddir. 
Qəbulov vaxtı ilə Qabaqçöl camaatına məxsus, fəqət gürcülərin zəbt etdiyi 
digər  məntəqələri  də  sadalayır:  Qabaqçöldən  təqribən  30  verst  qərbdə  Qarasu 
çayınadək  (orada  qabaqçöllülər  tərəfindən  bir  zamanlar  tikilmiş  «Çırpı  körpü» 
məqalə  yazıldığı  an  hələ  də  dururdu),  habelə  15-16  verst  cənub  və  cənub-qərbə 
doğru Alazan çayına qədər olan ərazilər və s. 
Müəllif  həmin  ərazilərdə  gürcülərin  məskunlaşmasını  belə  izah  edirdi: 
«...Dağıstan  və  Zaqatala  okruğunun  müsəlmanlarına  rus  hökuməti  kəm  nəzərlə 
baxırdı, gürcülər xaç qardaşı olmaq həsəbilə (olduğuna görə - Ş.F.) ruslara pənah 
gətirib,  tədriclə müttəhim müsəlmanlara  təəllüq (aid  -  Ş.R.)  yerləri tutub,  özlərinə 
mülk  edərək,  ətrafdan  dəxi  gürcülər  gətirdib,  həmin  qəsb  etdikləri  yerləri  öz 
millətdaşlarıyla iskan etməyə başladılar». 
Qeyd etdiyimiz digər mənbələr də situasiyanı analoji surətdə təsvir edirlər. 
Zaqatala  qubernatoru  Ə.Haşımbəyovun  daxili  işlər nazirinə  göndərdiyi  24 noyabr 
1918-ci  il  tarixli  raportunda  qeyd  edilirdi:  «Rus  hökmranlığının  ilk  dövrlərində 
balakənlilər  və  qabaqçöllülər  sabiq  Zaqatala  dairəsinin  xəritədə  Mazımçay,  Abjit 
və Dərin-qobu çayları ilə
 
işarələnmiş şimal-qərb sərhədindən qərbə doğru yerləşən, 
əzəldən  onlara  məxsus  şumluq  torpaqlar  və  meşələrdən  istifadə  etməkdə  davam 
edirdilər,  özü  də  onlara  mənsub...  sahələr  Şroma  kəndindən  Snori-sxali 
stansiyasına doğru  indiki  şosedən  yan  ötərək,  Qəbələsu  çayınadək  uzanırdı,  fəqət 
sonralar  torpaqlar  və  meşələr  onların  əlindən  alınaraq,  rus  hökumətinin 
sərəncamına əsasən,  bəzi  gürcü  zadəganlarına  (knyaz  Çelokayevə  və  başqalarına) 
verilmişdi».
18
 
1919-cu  ilin  oktyabrın  sonu-noyabrın  əvvəllərində  Zaqatala  mahalı  ilə 
Sığnaq  qəzası  arasında  müvəqqəti  sərhəd  qoyulması  üzrə  Zaqatala  şəhərində 
ikitərəfli  komissiyanın  iclasları  keçirilmişdi.  Azərbaycan  tərəfinin  eksperti,  ziraət 
nazirliyinin  əməkdaşı  F.A.Şimanovskinin  təqdim  etdiyi  məruzədə  Çiaur  meşə 
məntəqəsinin  tarixi  ilə  bağlı  maraqlı  bilgilər  səslənmişdi:  sözügedən  rayonla  hələ 
XIX  əsrin  80-cı  illərindən  tanış  olan  Şimanovski  o  zamanlar  Çiaur  meşəsindən 


71 
 
yalnız qabaqçöllülərin istifadə etdiyini vurğulayırdı. Gürcü sakinlər isə, özgə əşya 
və  ya  mülkiyyətdən  ancaq  müəyyən  edilmiş  hüdudlar  daxilində  yararlanmaq 
hüququnu  bildirən  servitut  istifadəsinə  malik  idilər:  bu,  müəyyən  məntəqələrdən 
bəzi gürcü  kəndlərinə  pulsuz taxta-şalban  buraxılışında  və meşəbəyi  biletləri  üzrə 
meşədə  mal-qara  otarmasında  özünü  göstərirdi.  Şimanovskinin  bilgilərinə  əsasən 
(və  bu  bilgilər  digər  mənbələrin  məlumatları  ilə  tam  uzlaşır),  mübahisəli  əraziyə 
rus  və  gürcü  məskunlarının  gəlişi  yalnız  1905-ci  ildən  sonraya  təsadüf  edirdi.  
1917-ci  ildə  rus  sakinləri  bölgəni  tərk  etmək  məcburiyyətində  qalırlar;  onların 
torpaqlarını Kutais quberniyasından gəlmiş gürcülər ələ keçirirlər. 
İxtilafın  subyektlərindən  biri  -  Qabaqçöl  kənd  cəmiyyətinin  hadisələrə 
münasibətini  özündə  saxlayan  sənədlərdə  də  maraqlı  faktlara  rast  gəlinir.  Bizim 
sərəncamımızda  müxtəlif  illərdə  hökumətə  ünvanlanmış  ərizələr  var:  27  sentyabr 
1919-cu  il,  27  dekabr  1923-cü  il,  21  fevral  1925-ci  il,  17  iyun  1926-cı  il.
19
  Bu 
ərizələrin  məzmununun  ana  xətti  (qayəsi)  -  sözügedən  kənd  cəmiyyətinin  Çiaur 
meşəliyinə  olan  hüququnu  tarixi  və  təsərrüfat  nöqteyi-nəzərindən  əsaslandırmaq 
istəyi  təşkil  edirdi:  bu zaman  tarixən Car-Balakən  camaatlarının inzibati  cəhətdən 
Sığnaq  qəzasına  ədalətsizcəsinə  daxil  edilmiş  daha  geniş  ərazilərə  malik  olması 
faktı vurğulanırdı. 
Xronoloji  cəhətdən  bu  sənədlər  sırasında  birincisinə  -1919-cu  il  27 
sentyabr tarixli ərizənin müqəddiməsinə nəzər salaq, belə ki, o digər sənədlər üçün 
də  səciyyəvi  idi:  «...Xatirəgəlməz  çağlardan,  yəni  kəndimizin  əmələ  gəlməsindən 
etibarən  şumluq  və  otlaqlarımıza  bitişik  meşə  torpaq  sahəsi  bizim  cəmiyyətə 
məxsus idi... Mahalımızda rus hakimiyyəti bərqərar olduqdan və meşəbəyi institutu 
daxil edildikdən sonra adı çəkilən sahə Dövlət Əmlakı Nazirliyinin ixtiyarına keçdi 
və  Çiaur  meşə  məntəqəsi  adı  altında  qeydiyyata  alındı,  amma,  eyni  zamanda... 
sabiq  rus  hökumətinin  sərəncamına  əsasən  yerli  meşəbəyləri  Çiaur  meşəliyini 
müstəsna  olaraq  bizim  cəmiyyətin  istifadəsinə  verirdi  və  ora  heç  bir  yad  şəxsi 
buraxmırdı».
20
  1923-cü  ilə  aid  sənəddə  isə  çar  hökumətinin  hələ  XIX  əsrdə 
qabaqçöllülərin və balakənlilərin torpaqlarından kəsərək, gürcü knyazı Çelokayevə 
verdiyi sahənin ölçüsü dəqiqləşdirilirdi: 6000 desyatin.
21
 
Xatırlanan mətnlərdə, həmçinin Azərbaycan xarici işlər nazirinin Nazirlər 
Şurasına  1919-cu  ilin  sentyabrın  18-də  göndərdiyi  təliqəsində
22
  mübahisəli  Çiaur 
meşə  məntəqəsində  rus  kəndlərinin  Birinci  rus  inqilabından  sonra  peyda  olması, 
orada  gürcülərin  kütləvi  şəkildə  məskunlaşmasının  isə  yalnız  1917-ci  ilə,  yəni 
rusların  getməsindən  sonraya  təsadüf  etməsi  xüsusi  qeyd  edilirdi.  Bu  hadisəni 
İ.Qəbulov obrazlı şəkildə belə təsəvvür edirdi: «Laqodexin ətrafında olan yerləri 8-
9  sənə  bundan  müqəddəm  rus  hökuməti  müsəlmanlardan  alıb,  bir  tərəfdən 
Rusiyadan  gələn  xaxol  mühacirlərini  və  digər
 
tərəfdən  gürcüləri  iskan  etmişdi... 
Burada  mühacirlərə  müsəlmanlardan  alınıb  verilən  qayət  gözəl  və  məhsuldar 
toprağın qədəri olar 5-6 min desyatin...».
23
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə