101
rən qeyd etməliyik: Cənubi Qafqaz respublikaları arasında Azərbaycan istər öz
geostrateji mövqeyinə, istərsə də təbii sərvətlərinə görə ən əhəmiyyətli ölkə hesab
olunurdu və təbii, bu səbəbdən də Rusiyada savaşan hər iki düşərgənin regiondakı
ilk hədəfinə çevrilirdi.
1919-cu ilin sonlarına qədər Denikin, 1920-ci ilin əvvəllərindən etibarən
isə bolşevik təhlükəsi, həmçinin Antantanın (ilk növbədə isə Böyük Britaniyanın)
Azərbaycan və Gürcüstan respublikalarını antisovet zəminində birləşdirəcək
«Transqafqaz kordonu» yaradılmasına dair planları
146
iki dövlətin yaxınlaşmasını
şərtləndirən amillər idi.
Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq 1919-cu ilin sonlarına
doğru intensiv və məzmunlu xarakter almışdı. Məsələn, Bakı rayonunda müdafiə-
istehkam işlərinə gürcü generalı Takayşvili rəhbərlik edirdi.
147
Qarabağda və
Zəngəzurda erməni təcavüzünə qarşı Azərbaycan ordu hissələri sırasında döyüşən
2-ci piyada Zaqatala alayının I taborunun komandiri kapitan Vaçnadze idi.
1 4 8
Paralel olaraq iki dövlət arasında 1920-ci ilin əvvəllərində siyasi
münasibətlər də dinamik inkişaf edirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin
yanvarın 20-də Parisə, Ə.M.Topçubaşova göndərdiyi icmalda Gürcüstanla
münasibət dəyişməz dostluq kimi səciyyələndirilirdi, sərhədyanı ixtilaflar və ilk
növbədə Zaqatala mahalı ilə Sığnaq qəzası arasında torpaq mübahisələri «xırda» və
«əvvəlki dövrün mirası» kimi qələmə verilirdi.
149
1920-ci ilin ilk 4 ayında ixtilafın inkişafında yeganə pozitiv məqam onun
sonrakı eskalasiyasına yol verilməməsi idi. Burada, fikrimizcə, iki amil önəmli rol
oynamışdı: birincisi, qarət və zorakılıq hallarının miqyasca böyüməsinin qarşısını
almaq məqsədi ilə Zaqatala qubernatoru 1920-ci ilin yanvarın 1-dən etibarən
sərhədi bağlamışdı.
150
İkincisi, çox ehtimal ki, gürcü hökuməti bir sıra faktorların təsiri altında
münaqişədə tutduğu hərəkət xəttinə bəzi təshihlər etməli olmuşdu: 1920-ci ilin
baharında o, məsələn, Alazanyanı vadiyə zaqatalalıların şum və əkin işlərinə ma-
neələr törətmədi.
151
Mənbələr birbaşa şahidlik etməsə də, analoji halın Çiaur
məntəqəsində də yarandığını ehtimal edə bilərik: Qabaqçöl sakinlərinin 20-ci
illərdə təqdim etdikləri ərizələrdən, hər halda, belə təəssürat aşılanır.
152
Çox güman
ki, region ətrafında cərəyan edən prosesləri, habelə zaqatalalıların qətiyyətli
mövqeyini nəzərə alan gürcü tərəfi münaqişənin sonrakı artan xətt üzrə inkişafına
lüzum görmürdü.
Lakin bəhs etdiyimiz dövrdə sərhədyanı münasibətlərin tam ekssessiz
ötüşdüyünü də söyləyə bilmərik. Azərbaycanın sovetləşməsi ərəfəsində - aprelin 7-
də Qabaqçöl rayonundakı Savux sərhəd postunda hadisə baş vermişdi: ora gəlmiş
bir neçə silahlı gürcü öz hökumətinin adından hədə ilə postun təmizlənməsini tələb
etmişdi. İlk baxışdan Mazımçay insidentini xatırladan bu olay, fəqət, qarşı tərəfin
reaksiyasını yoxlamaq məqsədi güdürdü. Lakin qubernator Mallaçixanov əvvəlki
hadisəni nəzərdə saxlayırdı: o, təcili surətdə postun nıühafizəsini gücləndirir. Bu
102
addım nəticə verir: Laqodex qarnizonu rəisi teleqramla bildirir ki, həmin şəxslər
torpaqölçən idilər və özbaşına hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaqlar.
153
İxtilaf, görünür, bununla da bitmiş hesab olundu və tərəflər gərginliyi artıra biləcək
addımlardan yayındılar.
*
*
*
Beləliklə, çar hökumətinin Cənubi Qafqazda hələ XIX əsrdə həyata
keçirdiyi inzibati-ərazi bölgüsü zamanı regionun tarixi, etnoqrafik və təsərrüfat
xüsusiyyətlərini və reallıqlarını nəzərə almaması 1918-1920-ci illərdə çoxsaylı
etnosiyasi və etnososial səciyyəli ixtilafların meydana çıxmasının ən mühüm
səbəblərindən biri idi.
Yüz illər boyu Alazan çayının sağ sahilində və Şirək düzündə nəhəng
şumluq, otlaq, biçənək və meşə sahələri Şimal-Qərbi Azərbaycanın - Car-Balakən
camaatlıqlarının və İlisu sultanlığının kənd icmalarının şəriksiz istifadəsində ol-
muşdu. XIX əsrdə rus hökmranlığı bərqərar olduqdan sonra siyasi və hərbi
mülahizələr əsasında o zaman onlarla verst məsafədə gürcii elementinə rast
gəlinməyən ərazilər Sığnaq qəzası tərkibinə daxil edilmiş, yaxud da Tiflis
quberniyasının müvafiq təsisatlarının sərəncamına keçmişdi.
Lakin Qafqazda rus hökmranlığı dövrünün etno-təsərrüfat reallıqlarından
bəhs edərkən bir məqam nəzərdən qaçırılmamalıdır: imperiya çərçivəsində
müəyyən edilmiş sərhədlər dövlət daxili və, deməli, baryer (maneə) funksiyasından
məhrum idi. Bu səbəbdən 1917-ci ilə qədər Zaqatala dairəsi sakinləri həmin
torpaqlardan istifadədə önəmli problemlərlə üzləşmirdilər. Fəqət deyilənlərlə
yanaşı artıq XIX əsrdə real təzahür edən bir neqativ tendensiya XX əsrin
əvvəllərində daha təhlükəli cizgilər kəsb etməyə başladı: vaxtaşırı hökumət
Zaqatala kənd icmalarının bəhs etdiyimiz torpaq massivlərindən sahələr kəsib
ayıraraq, müxtəlif gürcü zadəganlarına, gürcü dağlılarına (tuşinlərə) və daha sonra
isə rus köçgünlərinə paylayırdı.
Cənubi Qafqazda yeni dövlətlərin meydana gəlməsi ilə əvvəlki inzibati
sərhədlər dövlət sərhədlərinə çevrildi, onların baryer funksiyası ortaya çıxdı və
gücləndi. Belə vəziyyət nəticəsində dünənə qədər zaqatalalıların maneəsiz
istifadəsində olan torpaq sahələri bir an içində başqa dövlətin ərazisi kimi onlar
üçün xeyli əlçatmaz oldu ki, bu da münaqişəyə gətirib çıxardı.
Gürcü hökumət dairələrini sözügedən münaqişəyə sövq edən bir sıra
motivlər mövcud idi: 1) İqtisadi motiv: mübahisə predmeti olan torpaqlar - Çiaur
meşəliyi və ələlxüsus da Alazanyanı vadi təsərrüfat baxımından olduqca cazibədar
və əhəmiyyətli idi: Bizim təxmini hesablamalarımıza görə, Gürcüstanda o zaman
həyata keçirilən aqrar islahat gedişində bir ailəyə düşən torpaq normasını 7
desyatin (təqr. 7,65 hektar) qəbul etməklə, həmin ərazidə ən azı 15000 nəfər
Dostları ilə paylaş: |