103
kəndlinin həyat və güzəranını tam təmin etmək olardı. Bu səbəbdən Gürcüstanın
torpaq qıtlığı hiss olunan rayonlarından boş torpaqların olduğu şərq rayonlarına, o
cümlədən qeyd etdiyimiz ərazilərə kəndlilər köçürülürdü.
2)Siyasi motiv: əvvəla, birinci fəsildə də qeyd etdiyimiz kimi, o dövrdə
dövlətlərarası münasibətlərdə hökm sürən paradiqma (ənənə) «siyasi realizm» idi:
ona əsasən sərhəd «sərt» təhlükəsizlik problemi kimi qəbul olunurdu. Bu səbəbdən
gürcü
tərəfi
hər
vəchlə
Alazan,
Ulqam
və
Mazım
çaylarının
sağ sahillərini ələ keçirməyə və həmin ərazilərdə istər Azərbaycanın hərbi-inzibati,
istərsə də iqtisadi iştirakına son qoymağa çalışırdı.
İkincisi, gürcü hakimiyyət orqanları zaqatalalıların mübahisəli sahələrə
girişlərini məhdudlaşdırmaqla siyasi təşviqat məqsədi də güdürdü, belə ki,
alternativ variant kimi Gürcüstan lehinə siyasi seçim təklif edilirdi.
3)İdeoloji motiv: gürcü hökumətini münaqişəyə sövq edən amillərdən biri
də (hərçənd daha az əhəmiyyətlisi) gürcü intellektual sferasının məhsulu olan
Gürcüstanın tarixi-coğrafi məkanı haqqında mifolojiləşdirilmiş konsepsiya idi ki,
bu barədə biz əvvəlki fəsildə artıq bəhs etmişik.
Yeri gəlmişkən, Azərbaycan siyasi-intellektual zümrəsi öz narritivlərində,
məqsədyönlü və bitkin olmasa da, praktiki olaraq əks-versiyasını hazırlamışdı:
onun ana ideyası - mübahisəli sahələr «irsən, ürfən və qanunən bizim torpağımız-
dır» (İ.Qəbulov) şüarında öz tutumlu ifadəsini tapmışdı. Torpaq üzərində «əzəli
tarixi haqlar» haqqında təsəvvürlər bizim kontekstdə həmin torpağın sakinlərinin
(zaqatalalıların) özgə etnik miqrantlarla (gəlmə gürcülərlə) müqayisədə bu əraziyə
olan hüquqlarını əsaslandırmalı idi.
Fəsildə münaqişənin konfliktoloji təhlilini verərkən, onun obyektiv əsası
kimi ərazi və onun resursları, münaqişə subyektləri kimi siyasi aktorların
institusional (Azərbaycan və Gürcüstan dövlətləri) və qrup (Zaqatala və Sığnaq
sakinləri) tiplərini göstərmişik.
Bu münaqişənin dinamikası, yəni müəyyən zaman ərzində inkişafı və
dəyişməsi xüsusiyyətləri də yetərincə aydın sezilirdi. 1918-ci ildə münaqişə
situasiyası hələ latent fazada bulunurdu: sosial gərginlik yüksək həddə çatsa da,
tərəflər açıq konfrontasiyadan çəkinirdilər.
1919-cu ilin martında baş vermiş Birinci Mazımçay insidenti münaqişənin
aktuallaşmış fazaya qədəm basdığından xəbər verirdi. Yay-payız aylarında ixtilaf
ocağında vəziyyət gərginləşməkdə davam edirdi. 1919-cu ilin sentyabrın
sonlarında olmuş İkinci Mazımçay insidenti münaqişənin, demək olar ki,
eskalasiya mərhələsinə daxil olmasına işarə idi. Olay nəticəsində strateji
əhəmiyyətli mövqe ələ keçirmiş gürcü hakimiyyət orqanları «mübahisəli torpaqlar»
məsələsində daha inamla və cəsarətlə hərəkət etməyə başladı, bu isə mahal
əhalisinin əks-təsirini doğurmaya bilməzdi.
Fəqət ümumən Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafda olması,
habelə Qafqaz ətrafında təşəkkül tapmış xarici-siyasi vəziyyət münaqişənin
104
institusional aktorlarını, yəni gürcü və Azərbaycan dövlət orqanlarını destruktiv
davranışdan çəkinməyə vadar edirdi.
1919-cu ilin oktyabrın 28 - noyabrın 3-də baş tutmuş Beynəlxalq
komissiya öz fəaliyyəti ilə miinaqişənin sonrakı eskalasiyasının qarşısını nisbətən
aldı, hərçənd mühüm irəliləyişə müvəffəq ola bilmədi. Münaqişə qarşılıqlı qarət və
basqınlarla müşayiət olunan uzadılma fazasına keçdi.
Beləliklə,
Azərbaycan
və
Gürcüstan respublikalarının müstəqil
mövcudluq illərində Çiaur meşəliyi və Şirək düzündə Zaqatala kənd icmalarına
məxsus torpaq sahələri məsələsi öz həllini tapmadı. Azərbaycan tərəfinin həmin
sahələri Azərbaycan Respublikasına birləşdirmək səyləri baş tutmadı. Gürcü
tərəfinin münaqişədə riayət etdiyi davranış xəttini sözügedən torpaqların öz həqiqi
sahiblərindən tədricən almaq və demoqrafik və iqtisadi baxımdan mənimsəmək
planları müəyyən edirdi
105
III FƏSĠL
ZAQATALA MAHALININ SĠYASĠ MƏNSUBLUĞU
MƏSƏLƏSĠNĠN QƏTĠ HƏLLĠ
(1920-1921)
1.1920-ci ilin aprel çevriliĢinin Cənubi Qafqazda
siyasi vəziyyətə təsiri
1920-ci ilin 28 apreli Qafqaz xalqlarının həyatının bütün sferalarında,
habelə region və ətrafında cərəyan edən geosiyasi proseslərdə epoxal əhəmiyyətli
dönüş nöqtəsi oldu. Ən əvvəla, Azərbaycanın sovetləşməsi bölgədə geosiyasi
qüvvələr düzümünü kökündən dəyişdirdi. O, Antantanın (Qərbin) öz himayə və
hegemonluğu altında Cənubi Qafqazın antisovet zəminində siyasi konsolidasiyası -
«Transqafqaz kordonu» yaratmaq planlarının üstündən xətt çəkdi.
Azərbaycanda sovet hakimiyyətinin bərqərar olması Cənubi Qafqazda
daxili-siyasi konfiqurasiyanın da əsaslı transformasiyasını doğurdu. O çağadək
Rusiyadakı vətəndaş müharibəsinin tərəfləri regionda cərəyan edən proseslərdə
əsasən bilvasitə - dolayı şəkildə iştirak edirdilər. 28 aprel hadisəsi, bu baxımdan,
iki siyasi nəticəni şərtləndirirdi: 1) Obyektiv olaraq Avrasiya məkanında
təmərküzləşdirici funksiyanı daşıyan bolşevik Rusiyası bu andan etibarən
regiondakı proseslərin bilavasitə və həm də aparıcı subyektinə çevrilirdi. 2) Cənubi
Qafqaz yenidən Rusiya vətəndaş müharibəsinin tərkib epizodu olurdu.
Postaprel situasiyası region xalqlarını və onların siyası qüvvələrini, demək
olar ki, ontoloji dilemma qarşısında qoymuşdu: ya Sovet Rusiyası - formalaşmaqda
olan sosial-paternalist səciyyəli yeni Avrasiya ümumiliyi ilə birlikdə Qərbə qarşı,
ya da Qərblə Rusiya əleyhinə. Bu zaman «Qərb» anlayışı bolşeviklərin metasiyasi
şüur və leksikonunda zülm, istismar, əsarət və qəsbkarlığın metaforası (təşbehi)
kimi çıxış edirdi və sovet ümumiliyinin ekzistensial düşməni mənasını verirdi.
Qeyd etdiyimiz dilemmanın çözümü bir neçə aspekti (geosiyasi, sosial-
siyasi, iqtisadi, sosiomədəni) ehtiva etməklə, sonrakı inkişafın vektor və
perspektivini müəyyənləşdirirdi.
Ümumiyyətlə, Cənubi Qafqazda baş verən siyasi proseslər «bifurkasiya»
kateqoriyası vasitəsilə izah oluna bilər. Dinamik sistemlər nəzəriyyəsindən əxz
edilmiş bu anlayış (fransızca «la bifurcation» haçalanma mənasını verir) ictimai-
siyasi hadisələrin idrakı metodu kimi çıxış edərək, mürəkkəb siyasi sistemlərin
müvazinətdən uzaq durum və şəraitlərdə davranışını bildirir.
1
Bifurkasiya o zaman
baş verir ki, sistemi strukturlaşdıran daxili qüvvələrlə onun mühiti olan xarici
qüvvələr arasında balans pozulur. Qlobal müharibələr, inqilablar, dövlətlərin
dağılması, siyasi və sosial quruluşların kardinal transformasiyası kimi fenomen
Dostları ilə paylaş: |