Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

       37
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dəyişdirməsi yolverilməzdir. Bunu etmiş şəxsə ən ağır cəza verilirdi. XII 
əsrdə yaşamış salnaməçi Yusif Təvasi «Müdrik fikirlər xəzinəsi» əsərində 
görkəmli sufi mütəfəkkiri Xoca Əhməd Yəsəvinin ailəsi ilə bağlı bir faciəli 
hadisəni xatırladaraq qeyd edir ki, onun 15 yaşlı oğlu icmadan xəbərsiz, 
xəlvəti olaraq bəndi açıb arxın suyunu öz əkin sahəsinə yönəltdiyi üçün 
edam edilmişdi. 
Cənubi  Qafqazda  və  Mərkəzi  Asiyada  geniş  yayılmış  «mirab» 
(farsca:  su  ağası)  vəzifəsini  daşıyan  mötəbər  və  əhali  arasında  etibar 
qazanmış  şəxs  müasir  terminologiya  ilə  desək,  «su  ombudsmanı», 
«su müfəttişi» funksiyalarını yerinə yetirir, sudan istifadə qaydalarının 
icrasına,  su  mənbələrinin  təmizliyinə  və  qorunmasına  ciddi  nəzarət 
edir,  tarla,  bostan  və  bağın  sahəsinə  görə  suvarma  normalarını 
müəyyənləşdirir,  su  münaqişələrini  tənzimləyirir,  su  şəriəti  qaydalarını 
pozanları cəzalandırırdı. Salnamələrə əsasən, Xarəzmşah Məmun böyük 
mütəfəkkir Əbu Reyhan Birunini ölkənin bütün sularının mirabı təyin 
etmişdi. 
3.  Transsərhəd  su  axarları  dövlətlərarası  münaqişə 
mənbəyi kimi
Bu  gün  dünyanın  bir  sıra  regionlarında  müxtəlif  cəlbedici  adlar 
altında 
(«əlvan  inqilablar»,  «ərəb  baharı»  və  s.)  tətbiq  edilən 
İdarəolunan Xaos Nəzəriyyəsinə əsasən, qapalı və ya yarımqapalı dövlət 
sistemlərində  məqsədli  şəkildə  yeni  attraktorların  -  «qıcıqlandırıcı 
mərkəzlərin» yaradılması həmin ölkədə və ya regionda sosial gərginliyin 
şiddətləndirilərək  sosial  aqressiya  həddinə  çatdırılmasında,  kütləvi 
itaətsizliyin,  süni  münaqişələrin  təzahüründə  mühüm  rola  malikdir. 
Bu  gün  bir  sıra  ölkələrdə  şirin  su  çatışmazlığının  sürətlə  sosial-siyasi 
problem xarakteri alması onu belə mərkəzlərin sırasına daxil edir. Qərb 
tədqiqatçılarından  S.Hsianq,  M.Burk  və  E.Migel  şirin  su  ehtiyatlarının 
sosial-siyasi  münasibətlərin  kəskinləşməsinə,  cəmiyyətdaxili  sosial 
gərginliyin və eləcə də dövlətlərarası münaqişələrin yaranmasına birbaşa 
təsir göstərdiyini, ölkədə, regionda sosial sabitliyin şirin su təminatı kimi 
zəruri amildən də əhəmiyyətli dərəcədə asılılığını riyazi metodlarla sübuta 
yetirmişlər.  Mütəxəssislər  müxtəlif  dövrlərə  aid  arxeoloji,  kriminoloji, 
iqtisadi,  coğrafi,  tarixi,  politoloji  və  psixoloji  materiallar  əsasında 
qlobal  iqlim  dəyişməsi,  su  ehtiyatlarının  azalması  ilə  cəmiyyətdaxili 


38        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
proseslər  arasında  riyazi  müntənasibliyi  müəyyənləşdirə  bilmişlər. 
Çoxillik  müşahidələr  nəticəsində  belə  bir  qənaətə  gəlmişlər  ki,  iqlim 
göstəricilərinin, məsələn havanın orta temperaturunun normadan hətta 
bir  dərəcə  yüksəlməsi,  sel  və  daşqınlara  səbəb  olan  aramsız  yağışların 
yağiması və ya quraqlıqla müşayət edilən ciddi şirin su çatışmazlığı sosial-
siyasi münasibətləri kəskinləşdirərək onları idarəolunmaz həddə çatdırır. 
Yəni,  zaman  və  məkan  fərqindən  asılı  olmayaraq,  dünyanın  bir  sıra 
regionlarında sosial-siyasi və iqtisadi problemləri daha da dərinləşdirərək 
cəmiyyətdə  natamamlıq  kompleksinin  dərinləşməsində,  dövlət  və 
hakimiyyət  orqanlarına  etimadsızlığın  təlqin  olunmasında,  sosial 
aqressiyanın  kütləvi  ixtişaşlar,  o  cümlədən  müxtəlif  bəhanələr  altında 
(dini,  siyasi,  etnik)  münaqişələr  şəkilində  təzahüründə  su  çatışmazlığı 
amili  mühüm  rol  oynamaqdadır.  Bu  zaman  insanlar  arasında  zorakılıq 
hallarının  4%,  cəmiyyətdaxili  qarşıdurmaların  intensivliyinin  və  sosial 
aqressiyanın isə 14%  yüksəlməsi müəyyən edilmişdir. Belə olan təqdirdə, 
2050-ci  ilədək  Yer  üzündə  havanın  temperaturunun  əlavə  olaraq,  2-4 
dərəcə  artması  su  qıtlığının  münaqişəyaradıcı  funksiyasını  artıracaq, 
ayrı-ayrı  fərdlər,  sosial,  etnik,  dini,  siyasi  qruplar  və  dövlətlər  arasında 
münasibətlərə təsirsiz ötüşməyəcək, son nəticədə qarşıdurmaları silahlı 
toqquşmalar  həddinə  çatdıracaqdır.
28
  Şirin  su  çatışmazlığı  məsələsinin 
sosial-siyasi problemlərə transformasiyası ehtimalları ilə bağlı digər faktları 
da  gözdən  keçirək:  ABŞ  hökumətinin  rəsmi  məlumatına  görə,  yaxın 
illərdə ölkənin 36 ştatı su çatışmazlığı problemi ilə üzləşəcəkdir. Bədbin 
proqnozlara əsçasən, ABŞ-nin Kaliforniya ştatında cəmi 20 illik su ehtiyatı 
qalmışdır. Nyu-Meksika ştatının kənd təsərrüfatı və sənaye sahələri isə 
on ildən sonra susuz qalacaqdır. Hazırda quraqlıq Texas ştatı ərazisinin 
81%-ni əhatə etmişdir. Birləşmiş Ştatlardakı çayların 40%-i, göllərin isə 
46%-i  sənaye və məişət tullantıları ilə o dərəcədə çirkləndirilmişdir ki, 
onların  sularından  nə  balıqçılıq,  nə  də  kommunal  təsərrüfatda  istifadə 
olunması mümkün deyildir. Böyük Göllərin sahillərində yerləşən səkkiz 
ştat  isə  su  qıtlığı  probleminin  qarşısını  almaq  məqsədilə  göl  sularının 
kənar bölgələrə ixracını qadağan edən müqavilə imzalamışlar. Təbii ki, 
bu müqavilə digər ştatların əhalisinin ciddi narazılığına səbəb olmuşdur. 
Aparıcı  neft  ixracatçısı  olan  Səudiyyə  Ərəbistanı  su  çatışmazlığı 
üzündən  kənd  təsərrüfatının  taxılçılıq  sahəsindən  imtina  etməyə 
28  S.Hsiang, M.Burke, E.Miguel. «Quantifying the Influence of Climate on Human Conflict», 
http://www.sciencemag.org/content/early/2013/07/31/science.1235367.short


       39
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məcbur  olmuşdur.  Nəticədə,  2016-cı  ildə  ölkədə  istehlak  olunan  taxıl 
bütövlüklə  xarici  ölkələrdən  idxal  olunacaq,  zəngin  neft  ölkəsi  ərzaq 
asılılığına düşəcəkdir. Çinin Şimal hissəsində qrunt sularının səviyyəsinin 
hər  il  bir  metr  aşağı  düşməsi  böyük  ərazilərin  səhralaşmasına,  kənd 
təsərrüfatı sahələrinin sürətlə azalmasına, işsizliyə və ərzaq məhsullarının 
qiymətlərinin yüksəlməsinə səbəb olacaqdır. Bəzi statistik məlumatlara 
görə, Çin çaylarının 80%-i o dərəcədə çirkləndirilmişdir ki, bu sularda 
ümumiyyətlə  həyat  əlaməti  yoxdur.  Belə  suların  məişətdə  işlədilməsi 
əhalinin  sağlamlığı  üçün  ciddi  təhlükə  mənbəyidir.    Hindistanın  isə 
yerüstü sularının 75%-i hazırda çirkab və kənd təsərrüfatı tullantıları ilə 
çirkləndirilmişdir. İnkişaf etməkdə olan Asiya, Afrika, Latın Amerikası 
ölkələrində  çirkabın  və  sənaye  tullantılarının  90%-i  təmizlənmədən  su 
mənbələrinə axıdılır və onları istifadə üçün tamamilə yararsız vəziyyətə 
salır.
29
2012-ci ildə İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi Dünya 
İqtisadi Forumu ərəfəsində yayılmış «Qlobal risklərə dair Hesabatda» 
(Global Risks Report) sülh və beynəlxalq təhlükəsizliyə qarşı yönəldilən 
50  təhdidin  başvermə  ehtimalları  təhlil  olunmuş  və  proqnozlar 
verilmişdir.  Dünyanın  yüzlərlə  eksperti  –  alimlər,  iri  iş  adamları  və 
siyasətçilər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, maksimal 
bal toplayaraq bəşəriyyətin gələcək inkişafına mənfi təsir göstərə biləcək 
beş «mümkün neqativ effekt» müəyyən olunmuşdur. Onların arasında 
şirin su qıtlığı problemi də vardır:
  
sistemli maliyyə böhranı- 4,8 bal
   şirin su çatışmazlığı – 3,99 bal
   ərzaq böhranı – 3,93 bal
   dünya ölkələrində xroniki büdcə kəsiri – 3,87 bal
   enerji daşıyıcıları və ərzaq məhsulları qiymətlərinin ifrat dəyişkənliyi – 
3,81 bal
30
.  
ABŞ  Müdafiə  Nazirliyi  Kəşfiyyat  Departamentinin  2012-ci  il  mart 
ayının  22-də  yaydığı  bədbin  məlumatda  da  bildirilir  ki,  bəşəriyyət 
yaxın on il ərzində silahlı münaqişələrin yeni tipi - hidromüharibələrlə 
üzləşəcəkdir.  Departamentin  proqnozlarında  o  da  qeyd  edilir  ki, 
«terror  məqsədlərinin  ödənilməsində  su  amilindən  geniş  istifadə 
29   http://anvictory.org/blog/2011/09/21/25-priznakov-priblizheniya-uzhasayushhego-
vodnogo-krizisa-globalnogo-masshtaba/
30  http://www.forbes.ru/sites/default/files/Riski-2012.pdf


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə